Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5865/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-186/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2014-cü il tarixli, 8668 nömrəli kredit müqaviləsinə əsasən görünür ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24 faizlə 120000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 8668/1 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqavilənin təminatı olaraq Ağcabədi rayonunun Avşar kəndində 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 294,1 kvadrat metr olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ipoteka ilə yüklü edilmişdir. Müstəqil qiymətləndiricinin rəyinə əsasən ipotekanın predmeti 160000 manat qiymətləndirilmişdir. Tərəflər bu barədə müqaviləyə 2.5 bəndi əlavə etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 8668 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.5-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin aylıq ödənişinin 0,1 faiz həcmində dəbbə pulu tələb edir. xx.xx.2019-cu il tarixə Cavabdeh1 banka 77428,67 manat məbləğində əsas, 9624,81 manat məbləğində gecikdirilən gün üçün faiz, 44075,37 manat məbləğində dəbbə, cəmi 131128,85 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətlərini bildirmir. Ona görə də Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 8668 nömrəli kredit müqaviləsinə əsasən, 77428,67 manat məbləğində əsas, 9624,81 manat məbləğində gecikdirilən gün üçün faiz, 44075,37 manat məbləğində dəbbə, cəmi 131128,85 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını; ipoteka predmeti 160000 manat qiymətləndirilərək borcun əvəzi bu qiymətlə Ağcabədi rayonunun Avşar kəndində 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 294,1 kvadrat metr olan fərdi yaşayış evi nə yönəldilməsini və əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tədqim etdiyi xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə 8668 nömrəli kredit müqaviləsi üzrə banka 77428,67 manat məbləğində əsas, əsas, əsas borca hesablanmış 9624,81 manat faiz, 44075,37 manat məbləğində dəbbə, cəmi 131128,85 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” MMC-nin LP-042/20 saylı, xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin 0,17 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar qiyməti 140000 manat təşkil edir. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli, 2(017)-900/2019 saylı qətnaməsi (hakim Etibar Quliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 8668 nömrəli kredit müqaviləsi üzrə 77428,67 manat əsas, əsas borca hesablanmış 9624,81 manat faiz və 1000 manat dəbbə pulu, cəmi 88053, 48 manat, həmçinin 20 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya, tutmanın ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Ağcabədi rayonunun Avşar kəndində 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 294,1 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh1 borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan - Cavabdeh1 və Cavabdeh2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vic danlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu və cərimə borcu ) icra etməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov sədrlik edən və məruzəçi, Tale Kərimov, Fuad Soltanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə cavabdehin apelyasiya şikayətlərinin dəlilləri bağlı qeyd etmişdir ki, şikayətdə qeyd edilən birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin qiymətinin iddia tələbində göstəriləndən qat-qat aşağı olması dəlili ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin LP-042/20 saylı, xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyində fərdi yaşayış evinin 0,17 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar qiyməti 140000 manat məbləğində müyyənləşdirilmişdir. Sonuncu qiymətləndirmədə ipoteka predmetinin hazırki bazar dəyəri birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin müəyyənləşdirilmiş ilkin satış qiymətindən aşağı olduğundan və cavabdehin apelyasiya şikayəti əsasən ipoteka predmetinin dəyərinin onun həqiqi dəyərindən qat-qat aşağı göstərilməs i ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin rəyi əsas götürməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərə findən müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmadan qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir ki, bu da iddia tələbində göstəriləndən qat-qat aşağıdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmə mühasibatlıq ekpspertizasının keçirilməsini təmin etməmiş, onun apelyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsas ən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılı q əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən mütəxəssis rəyinə istinad etmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin həmin qiymətinin ilkin satış qiymətinin rəydə göstəriləndən yuxarı olması barədə nə birinci instansiya məhkəməsinə, nədə ki apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavə edilmiş sübutla bağlı qeyd edir ki, MPM-də kassasiya məhkəməsinə sübut təqdim edilməsi nəzərdə tutulmamışdır. Sübutlar birinci instansiya məhkəməsinə və apelyasiya instansiyası məhkəməsi təqdim edilə bilər. Kassasiya məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-186/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov