Məhkəmə qərarları › İş №2(102)-5866/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5866/2019

18.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5866/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçının vəkili Ramazanov Raul Fikrət oğlunun iştirakı ilə İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019cu il tarixli 2(103)-4785/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi və vəkili Ramazanov Raul Fikrət oğlu tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 14289,06 ABŞ dolları əsas, 4405,22 ABŞ dolları faiz, 11908,62 ABŞ dolları dəbbə pulu, cəmi 30602,90 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə 17 dekabr 2007-ci il tarixdə bağladığı 04L000000765 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 “xxxx” QSC arasında bağlanılmış 06 dekabr 2011-ci il tarixli 765 saylı sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 80.000 ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 168 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 26 dekabr 2014-cü il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanılmış 18 mart 2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli vəsaitləri 01.04.2015ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü əsas kredit borcundan 710.94 ABŞ dolları ödəniş etmiş, onun 14289.06 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün 19 may 2016-cı il tarixə 414 gün üçün hesablanmış faiz borcu 4405.22 ABŞ dolları, hesablanmış cərimə isə 11908.62 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən kreditor qa rşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (sədrlik edən İlahə Abbasova) 29 avqust 2016-cı il tarixli, 2(011)-7277/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 14289.06 ABŞ dolları məbləğində əsas borc, 4405.22 ABŞ dolları məbləğində faiz borcu, 1190 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19884.28 (on doqquz min səkkiz yüz səksən dollar iyirmi səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” QSC-nin xeyrinə tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüse ynov) 10 sentyabr 2018-ci il tarixli, 2(103)-267/2018 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə (ondan pul tutulması hissəsində) ləğv edilərək, iddia tələbi ona münasibətdə təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 08 yanvar 2019-cu il tarixli, 2(102)-131 saylı qərarı ilə iddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli, 2(103)-267/2018 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) 17 aprel 2019-cu il tarixli, 2(103)-4785/2019 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(011)-7277/2016 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilmiş, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi və vəkili Ramazanov Raul Fikrət oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın Cavabd eh3 aid hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən borclu Cavabdeh1 26.12.2014-cü il tarixli kredit razılaşması ilə aylıq 2,1667 % olmaqla 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilməklə və bu kreditə 4.550,22 ABŞ məbləğində faiz hesablanmaqla (cəmi ödənilməli məbləğ 19.550,22 ABŞ dolları), həmin razılaşma ilə nəzərdə tutulan öhdəliyin konkret həcmi tərəflər arasında bağlanmış 17.12.2007-ci il tarixli kredit xətti müqaviləsi və 06.12.2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş ilə müəyyən edilmiş ümumi məbləğ (80.000 ABŞ dolları) və müddət (168 ay) həddində olmuşdur. Həmçinin, 26.12.2014-cü il tarixli kredit razı laşması ilə verilmiş kredit 18.03.2015-ci il tarixli sazişlə restrukturizasiya edildikdən sonra belə, öhdəliyin icrası müddəti 01.12.2017-ci il tarixədək uzadılaraq, yeni ödəniş planına əsasən ödənilməli əsas məbləğ 14.289,06 ABŞ dolları, faiz məbləği isə 5.115,56 ABŞ dolları, cəmi 19.404,62 ABŞ dolları təşkil etməklə, yenə də 17.12.2007ci il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləği və müddəti aşmamışdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmasını, belə razılığın olmamasının zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli olmasını qeyd edir. Hazırkı işin faktiki hallarına əsasən həm borcluya 80.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair kredit xətti müqaviləsi, həm bu xətt çərçivəsində ona 15.000 ABŞ dolları məbləğində kreditin verilməsinə dair və müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, həm də kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi çıxış edən zaminlik müqaviləsi eyni gündə - 19.08.2014-cü il tarixdə bağlanmışdır, belə olan halda zamin istər açılan kredit xəttinin, istərsə də verilən konkret kreditin məbləği və faizi barədə məlumatlı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında söhbət bağlanmış kredit müqavilələrində yalnız faiz dərəcəsi barədə zaminin razılığının alınmasından gedir və hesab etsək ki, hazırkı işdə məhkəmənin qeyd etdiyi kimi zamindən həmin razılıq alınmamışdır, onda belə ol an halda məhkəmə zaminə münasibətdə iddianı ancaq faiz borcu tələbinə dair hissədə təmin etməyə bilərdi. Məhkəmə isə, əsassız olaraq əsas borc tələbinə dair hissədə də iddianı zaminə münasibətdə rədd etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticəl ərə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir.... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olman məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. ” İşdə olan 26.12.2014-cü il t arixli kredit razılaşmasından və öna əlavə olunan ödəniş planından görünür ki, borclu Cavabdeh1 aylıq 2,1667 % olmaqla 24 ay müddətinə - 03.01.2017-ci il tarixədək 15.000 ABŞ dolları məbləğində kredit verilmiş və bu kreditə 4.550,22 ABŞ məbləğində faiz hesablanmışdır (cəmi ödənilməli məbləğ 19.550,22 ABŞ dolları). İşdə olan 18.03.2015-ci il tarixli sazişdən və ona əlavə olunan ödəniş planından görünür ki, həmin sazişlə 26.12.2014-cü il tarixli kredit razılaşmasından irəli gələn öhdəliyin icrası müddəti 4 ay - 01.05.2017-ci il tarixədək uzadılmış, kreditin qalığının və hesablanmış faizlərin ödənilməsi üçün yeni ödəniş planı tərtib edilmiş, yeni ödəniş planına əsasən ödənilməli əsas məbləğ 14.289,06 ABŞ dolları, faiz məbləği isə 5.115,56 ABŞ dolları, cəmi 19.404,62 ABŞ dolları təşkil etmişdi r. Göründüyü kimi, restrukturizasiya nəticəsində öhdəlik dəyişdirilsə də, həmin dəyişiklik zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamış, eləcə də zaminin 19.08.2014-cü il tarixli zaminlik müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyin maksimum müddətini (168 ay) və məbləğini (80.000 ABŞ dolları) aşmamışdır. Belə olan halda, kreditin 18.03.2015-ci il tarixli sazişlə restrukturizasiyası zamanı da zaminin razılığının alınmasına hər hansı zərurət olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasını iclasında iştirak edən iddiaçının vəkili Ramazanov Raul Fikrət oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində yalnız iddianın Cavabdeh3 münasibətdə (ondan pul tutulması hissəsində) təmin edilməməsi hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin həmi n hissəsinin qanuniliyini yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 027R********** saylı kredit razılaşması üzrə borcu tələb edir. Zamin Cavabdeh3 həmin razılaşmaya zamin durmamışdır. Cavabdeh3 17 dekabr 2007-ci il tarixdə zaminlik müqaviləsi imzalayaraq həmin tarixdə bağlanmış kredit xətti müqaviləsinə zamin durmuşdur. Həmin kredit xətti müqaviləsi 60 ay müddətinə bağlanmış və əsas borcluya 50.000 ABŞ dolları kredit verilməsini nəzərdə tutulmuşdu. Kredit xətti müqaviləsində kreditin verilmə faizi nəzərdə tutulmamışdır. Bundan sonra Cavabdeh3 zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 06 dekabr 2011-ci il tarixli sazişə imza a tmışdır. Həmin sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kreditin məbləği 80.000 ABŞ dolları, verilmə müddəti isə 168 ay müəyyən edilmişdir. Yenə həmin müqavilədə kreditin verilmə faizi barədə məlumat öz əksini tapmamışdır. Bundan sonra 26 dekabr 2014-cü il tarixdə bankla əsas borclu arasında kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən 24 ay müddətinə, aylıq 2.1667 % olmaqla 15.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit razılaşmasına Cavabdeh3 zamin durmamışdır. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 qeyd olunan kredit müqaviləsinə zamin durmuşdur. 18 mart 2015-ci il tarixdə yenidən tərəflər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır. Həmin sazişlə 26 dekabr 2014-cü il tarixdə bağl anmış kredit razılaşmasının ödəniş planına dəyişiklik edilərək, ödənişin vaxtı yenidən uzadılmışdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh3 zamin durduğu 2007-ci ildə bağlanmış və 2011-ci ildə dəyişiklik edilmiş kredit xətti müqaviləsində kredit müqaviləsinin əsas şərtlərindən biri olan kreditin verilmə faizi barədə heç bir göstəriş olmamış, bundan sonra kreditin verilmə əsasını təşkil edən kredit razılaşmaları onun iştirakı olmadan, məlumatlandırılmadan bağlanmışdır. İddiaçının hazırkı tələbi irəli sürdüyü 26 dekabr 2014-cü il tarixli kredit razılaşmasında kredit müqaviləsinin bütün əsas şərtləri yenidən müəyyən edilsə də, Cavabdeh3 həmin saziş üzrə zamin durmamışdır. Cavabdeh3 israr edir ki, onu həmin vaxt banka dəvət etsələr də zamin durmaqdan imtina etdiyi üçün digər şəxs i zamin kimi qəbul etmişlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 027R********** saylı kredit razılaşması üzrə faiz borcuna zamin Cavabdeh3 razılığı alınmamış və o, həmin sazişə zamin durmamışdır. Eyni zamanda 18 mart 2015-ci il tarixdə yenidən tərəflər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalansa da, zamin yenə həmin razılaşmanın şərtlərinə razılıq verməmiş, bu onun məsuliyyətinin artmasına səbəb olduğundan (MM 477.0.1 maddəsi), bununla da, zaminliyə xitam verildiyindən, iddia tələbi zaminə münasibətdə təmin edilə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavab deh3 aid hissədə iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar m əsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şər tlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Kassasiya şikayətin in dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasında baxılanadək zaminin məsuliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 25.07.2019-cu il tarixli yeni qərarı qəbul edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyut a və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi zamin Cavabdeh3 münasibətdə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətn amə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə əsasən əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli 2(103)4785/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar