Məhkəmə qərarları › İş №2(102)-5869/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5869/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5869/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(107)1475/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim A.Əliyev) 31.01.2019-cu il tarixli, 2(025)112/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan pul vəsaitinin və faizlərin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 23700 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 126 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 30.04.2019-cu il tarixli, 2(107)-1475/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Qəbələ rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin hallan: İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan pul vəsaitinin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 06.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 23700 ABŞ dolları məbləğində əsas vəsaitin, 7110 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, ümumilikdə 30810 ABŞ dollarının və 10030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hər iki məhkəmə instansiyası faktiki halları təhrif etmiş, Cavabdehin dəlillərini nəzərə almamış, onun ifadəsini məhkəmə iclas protokolunda və qətnamədə iddianı təmin etmək istiqamətində dəyişdirmiş, olmayan ifadələri cavabdehin və iddiaçının izahatına yazmışdır. Həmçinin aidiyyət qaydalarını pozmuşdur. İddiaçı fərdi sahibkar kimi ********** VÖEN-lə AR Vergilər Nazirliyinin 10 saylı Vergilər İdarəsində qeydiyyatdadır. Cavabdeh isə ********** VÖEN-lə AR Vergilər Nazirliyinin 10 saylı Vergilər İdarəsində qeydiyyatdadır. Belə olan halda iş Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməli idi. Bu səbəbdən qət namə ləğv olunmalı, iş inzibati-iqtisadi məhkəməyə göndərilməlidir. Bundan əlavə, tərəflər cavabdehin Qəbələ rayonu ************ kəndində yerləşən cavabdehə məxsus 2-3 mərtəbəli ticarət obyektini icarəyə götürmək üçün iddiaçının öz hesabına obyektin bir hissəsini təmir etdirmək barədə razılığa gəlmişlər. İddiaçı həmin obyektin razılaşdırılmış hissəsini təmir etdirmiş və ora təqribən 10500 manat pul qoymuşdur. Lakin sonradan iddiaçı obyekti icarəyə götürməkdən yayınmış, daha sonra isə tamamilə imtina etmişdir. İddiaçı təmiri dollarla deyil, manatla aparmışdır. Cavabdeh məhkəmədən təmir məbləğini müəyyən etmək üçün məhkəmə- tikinti ekspertizası təyin edilməsini xahiş etmiş, lakin vəsatəti rədd edilmişdir. Eyni zamanda cavabdeh onun tərəfindən dəvət ediləcək şahidlərin dindirilməsini xahiş et miş, məhkəmə bunu da rədd etmişdir. 23.07.2016-cı il tarixli qəbzə gəldikdə isə, həmin qəbzi iddiaçı özü yazmış və bir nəfər bank işçisi ilə gələrək cavabdehdən qəbzi imzalamasını xahiş etmişdfir. Cavabdeh qəbzi imzalamasını xatırlamasa da, adını yazmasını xatırlayır. Qəbzin verilməsinə məqsəd iddiaçının bank tərəfindən sıxışdırılması, buna görə qəbzi onlara göstərərək vaxt almaq istəyi olmuşdur. Məntiqlə iddiaçının haqlı olması qəbul edilsə belə, təmir işləri dollarla aparılmır. Bu zaman cavabdehin yanında şahid olmuş, həmin şahid məhkəmə tərəfindən dindirilməmişdir. Şikayətin əsas dəlili isə ondan ibarətdir ki, hər iki tərəf sahibkardır və bu münasibətlər sahibkarlıq münasibətlərindən irəli gəldiyindən işə inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Bütün bunlar apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını göstərir. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(107)-1475/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, hər iki tərəf sahibkar statusunda olan vergi uçotunda dayanmış şəxslər olduğundan işin baxılması üçün Şəki İnzibati-iqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhk əmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il dəyişdirilməməsini xahiş etdilər. tarixli, 2(107)-1475/2019 nömrəli qətnaməsinin Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarımın nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə, cavabdehin 29 mart 2016-cı il tarixdə yazdığı və «2013-2014-cü il tarixlərdə İddiaçı, onun xüsusi mülkiyy ətindəki ************ kəndində yerləşən ticarət (mərkəzinə) obyektinə 23.700 ABŞ dolları (yəni 18500 manat- 0,78 məzənnə ilə) pul vəsaitinin xərclədiyi» qeyd edilmiş qəbz məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən mübahisələndirilsə də 29.03.2016-cı il tarixli qəbzdə «imza» yazısı qrafasındakı imza, «Cavabdeh29.03.2016» yazıları - Cavabdeh tərəfindən icra olunduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2018-ci il tarixli, ****** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi əsasında, eləcə də onun məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. Həmin Məcəllə nin 386.1 -ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də, əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, Cavabdeh İddiaçı 23.700 ABŞ dolları məbləğini əsass ız olaraq geri qaytarılmayaraq Cavabdeh tərəfindən əsassız olaraq varlanma müəyyən edilmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh əsassız olaraq varlandığı məbləği 23.700 ABŞ dolları məbləğində vəsaitini iddiaçıya qaytarmalıdır. Qanunun mənasına görə cavabdehin ticarət obyektinin təmirinə görə əldə etdiyi, yəni iddiaçı tərəfindən aparılmış işlərdən sonra istifadə etməyə onu qoymaması həm də onların əsassız varlanması anlamına gətirir. Çünki, onun bu cür varlanmaya heç bir qanuni əsası olmamışdır. Hüquqi əsas olmadan varlanma isə bu cür varlanma həyata keçirilməmiş əsasa söykənmişdir. Qeyd olunanlara istinadən məhkəmə düzgün olaraq hesab edir ki, cavabdeh heç bir qanuni əsası olmadan əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Ona görə də məhk əmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı və 23.700 ABŞ dolları məbləğində borc pul cavabdehdən məcburi qaydada alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan onların arasında olan hazırkı mübahisə ümümi məhkəmədə deyil, iqtisadi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edilən dəlillə razılaşmayaraq bildirir ki, tərəflər sahibkarlıqla məşğul olan fiziki şəxslər olsa da, lakin mübahisənin xarakteri və mahiyyəti onu göstərir ki, mübahisə tərəflərin bilavasitə sahibkarlıq fəaliyyətləri ilə bağlı deyil, cavabdeh in müraciəti və xahişi ilə iddiaçının onun tikinti apardığı obyektə xərclədiyi pulun geri qaytarılması ilə bağlıdır. Ona görə də həmin mübahisəyə ümumi məhkəmədə baxılması doğrudur. Göstərilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə qəbul edilməsini nəzərə almayaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə g əlmişdir. Apellyasiya kollegiyası apellyasiya şikayətinin aidiyyət qaydasının pozulması ilə bağlı dəlilini əsassız hesab etməsini onunla əsaslandırmışdır ki, tərəflər sahibkarlıqla məşğul olan fiziki şəxslər olsa da, lakin mübahisənin xarakteri və mahiyyəti onu göstərir ki, mübahisə tərəflərin bilavasitə sahibkarlıq fəaliyyətləri ilə bağlı deyil, cavabdehin müraciəti və xahişi ilə iddiaçının onun tikinti apardığı obyektə xərclədiyi pulun geri qaytarılması ilə bağlıdır. Ona görə də həmin mübahisəyə ümumi məhkəmədə baxılması doğrudur. Lakin iş materiallarından görünür ki, İddiaçı (səh 20) və Cavabdeh (səh 94) vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan qəbzdən də görünür ki, iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan ticarət mərkəzinə 23000 ABŞ dolları (yəni 18500 m anat 0.78 məzənnə ilə) pul vəsaiti xərcləmişdir (səh 38). Həmçinin iş materiallarında olan İddiaçı tərəfindən Qəbələ rayon Polis Şöbəsinə verilmiş izahatdan da görünür ki, cavabdeh yarımçıq qalan obyektinin inşası üçün iddiaçının müəyyən vəsait qoyması müqabilində obyektin 1-ci mərtəbəsini istifadə məqsədilə iddiaçıya verəcəyini bildirmişdir. İddiaçı həmin vaxtlar Qəbələ rayonunda bir neçə xırda ticarət mağazası işlədirdi. O, həmin obyektdə də ticarət mağazası aça biləcəyini düşündüyündən, eləcə də Cavabdeh inandığından 2013-cü ilin oktyabr-noyabr aylarından 2015-ci ilin sonlarınadək İlqarın obyektinə 23700 ABŞ dolları məbləğində vəsait qoymuşdur (səh 14). Kassasiya kollegiyası qeyd edir ki, qeyd edilən sübutlardan da göründüyü kimi, tərəflər fərdi sahibkar olmuş və iddiaçı tərəfindən pul vəsaiti birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar cavabdehə məxsus obyektə xərclənmişdir. Belə olan halda isə, iddia tələbinə ümumi məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati- iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr və s. aiddir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələb lərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqla rını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının (aidiyyət qaydalarının) pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, aidiyyət qaydasının pozuntusu ilə qətnamə qəbul edilməsi iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01,10.1982-ci il tarixli qərarı; “X3rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli 2(107)-1475/2019 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar