Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-587/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-587/2019 23 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli 2(104)2625/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam rayon məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev, iş 2(013)-167/2018) iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı pul t ələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 1141,30 ABŞ dolları əsas, 129,21 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə-cəmi 1275,51 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutulması, iddianın cərimə borcu tələbinin qalan 26,95 ABŞ dolları hissəsinin rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Bayramov, L.S.Süleymanov və İ.Ə.Şəfiyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam rayon məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 129,21 ABŞ dol ları məbləğində faiz üzrə borcun miqdarı dəyişdirilərək 24,03 ABŞ dolları məbləğində, cəmi borc 1170, 33 ABŞ dolları məbləğində müəyyən edilmiş, digər hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 27 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. 2017-cı ilin noyabr ayında “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 1302,46 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehdən həmin məbləğin və 20 manat məbləğində vəsaitin bankın xeyrinə tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ağdam rayon məhkəməsinin 29 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Ağdam rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 29 noyabr 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, la kin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” KB ASC və Cavabdeh 27 dekabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edil məməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulması tələb olunan faiz borcunun məbləğini müəyyən edərkən bank tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş maliyyə sənədlərinə istinad etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müb ahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-587/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-587/2019
23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver