Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2019-cu il İş 2(102)-588/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Alıyev Cavid Barat oğlunun, Cavabdeh2 iştirakları ilə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin və vəkili Alıyev Cavid Barat oğlunun Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam rayon məhkəməsin in07 may 2018-ci il tarixli qətnaməsiilə (M.Ş.Niftəliyev, iş2(013)328/18) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 1****** saylı kredit müqaviləsi üzrə 2887.90 manat əsas, 1412.76 manat faiz, 10 manat cərimə borcu olmaqla cəmi 4310,66 manat məbləğində pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsmunun əvəzinin iddiaçı“xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 10 manat rüsumun tutulub dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 qarşı olan iddianın dəbbə pulu tələbinin qalan 287,79 manat hissəsinin rədd edilməsi, iddianın Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 qarşı əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 av qust 2018-ci il tarixli qətnaməsi ilə (Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva və R.Ş.Muradov, iş2(104)-2803/2018) Ağdam rayon məhkəməsinin 2(013)-328/2018 saylı mülki iş üzrə 07 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və vəkili Alıyev Cavid Barat oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili Alıyev Cavid Barat oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəl azımiqaydadaxəbərverilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Həmmət oğlu və Cavabdeh4 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı“xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 müştərək qaydada iddiaçı“xxxx” QSC-nin xeyrinə 1****** saylı kredit müqaviləsi üzrə 2887.90 manat əsas, 1412.76 manat faiz borcu və 288.79 manat cərimə borcu olmaqla cəmi 4589 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılması ilə bağlı ərizə ilə məkəməyə müraciət etmişdir. Ağdam rayon məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(013)-328/2018 saylı məhkəmə əmri ilə cavabdehlərdən müştərək q aydada 2887.90 manat əsas, 1412.76 manat faiz borcu və 288.79 manat cərimə borcu olmaqla cəmi 4589 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair əmr verilmişdir. Həmin məhkəmə əmrindən Cavabdeh2 Ağdam rayon məhkəməsinə etiraz ərizəsi vermişdir. Borclunun etiraz ərizəsinə əsasən məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və vəkili Alıyev Cavid Barat oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Gəncə ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Alıyev Cavid Barat oğlunu dinləyib, şikayətin dəlillərini və iş ma teriallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktik i hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış05 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə görə “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin mətnindən görünür ki, iş üzrə zaminlən həmin müqavilənin tərəfləri olmamışlar və həmin müqavilə onlar tərəfindən imzalanmamışdır. İşdə olan 21.06.2011-ci il tarixli, 17***** saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, 04.05.2012-ci il tarixli, 17S000001530 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 Həmmət oğlu və 05.10.2010-cu il tarixli 17S000000903 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 müştərinin 05.10.2010-cu il tarixli, 17L000000556 saylı kredit xətt müqaviləsi üzrə 50.000 ABŞ dolları məbləğində açılmış kredit xəttinə görə olan öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış05 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 27 may 2014-cü il tarixli, 1****** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşmaya görə “xxxx” QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 2.1667 faiz ödəmək şərti ilə 7800 manat məbləğinədək kredit verilməsi barədə tərəflər razılaşmışlar. İş materiallarında olan kassa məxaric orderind ən görünür ki, qeyd olunan məbləğdə kredit Cavabdeh1 verilmişdir. Qeyd olunan kredit müqaviləsindən və ona əlavə edilmiş «ödəniş planından» məlum olur ki, həmin müqavilə üzrə öhdəliyin icrasının son tarixi kimi 02 iyun 2016-cı il tarixi müəyyən edilmişdir. İddia ərizəsinin üzərində onun məhkəməyə daxil oduğu barədə qeyddən görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına 08 yanvar 2018-ci il tarixdə yəni “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış27 may 2014-cü il tarixli, 1****** saylı kredit razılaşması üzrə öhdəliyin icrasının son tarixi kimi müəyyən edilmiş 02 iyun 2016-cı il tarixindən bir ildən çox müddət keçdikdən sonra daxil olmuşdur. Başqa sözlə, zaminlərə qarşı tələb öhdəliyin icrası üçün müəyyən edilmiş vaxtın çatdığı gündən bir ildən çox müddət keçdikdən so nra irəli sürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işğüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsaslanmaqla, iddianın zaminlərə qarşı olan hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məh kəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli qərarında məhkəmə belə bir mövqeyini ifadə etmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərə hesablanmış dəbbə pulunu 10 manat məbləğində müəyyən edərkən, bu məbləğdə dəbbə pulunun ödənilməsini məqsədə müvafiq hesab etmiş və bununla da, hər hansı bir maddi hüquq normasının tələblərini pozmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, işə baxmış birinci instansiya məhkəməsi borcalanın kredit borcunu əsas borc və faiz borcu hissəsində borcalana münasibətdə tam olaraq təmin etmiş, maddi hüquq normasının müəyyən etdiyi əsasla dəbbə pulunu azaltmış, bununla da, iddiaçının borcalana qarşı olan iddia tələbini qismən təmin etmiş və qanunun yol verdiyi əsaslarla iddianı zaminlərə qarşı olan hissədə təmin etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Gəncə ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv e dilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 17 avqust 2018-ci il tarixli, 2(104)-2803/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-588/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-588/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver