Məhkəmə qərarları › İş №2(102)-588/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-588/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-588/2024 Kateqoriya (açar sözlər): kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, müqavilə tələbləri üzrə iddia müddəti, iddia müddəti axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-491/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi ilə 9350 manat məbləğində kredit cavabdehə verilmişdir.

2. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Mingəçevir şəhər A.Mə mmədov küçəsində istifadədə olan 0,162 hektar torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 57,85 kvadrat metr ümumi, 36,31 kvadrat metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

3. Mənzilin ipotekaya qoyulması ilə bağlı bankla cavabdeh arasında xx.xx.2015-ci tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Mingəçevir şəhər 2 saylı notariat kontoru tərəfindən təsdiq edildikdən sonra xx.xx.2015-ci il tarixli RX sariyalı ******* nömrəli çıxarış verilmişdir.

4. Mənzil İpotekaya qoyulan zaman digər cavabdehlər – mənzildə məskunlaşan Cavabdeh1 Cinşa oğlu, Cavabdeh2 və Cavabdeh4 10 saylı mənzilin ipotekaya qoyulmasına və ödənişin ipotekaya yönələcəyi təqdirdə mənzildən çıxacaqları barədə öhdə lik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 Cinşa oğluna, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qaldıraraq, cavabdehdən əsas kredit borcu üzrə 4307,68 manat, faiz borcu üzrə 376,98 manat, cərimə borcu üzrə 4424,35 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 829,20 manat faiz borcunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121 manat d övlət rüsumunun Cavabdeh3 alınaraq LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilməsi, yuxarıda göstərilən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetndən əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan məbləğin Cavabdeh3 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 öz əşyaları ilə birlikdə 1 ay ərzində mənzildən çıxarılaraq mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, Cavabdeh3 müqavilə üzrə öhdəliklərini icra etməmiş, dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.

7. Cavabdeh3 birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, bankla arasındakı müqavilə 2015-ci il tarixdə bağlanmışdır. Müqavilə müddəti 3 illikdir. Ödədiyi 110 manat məbləğində pul isə digər kredit müqaviləsinə, yəni maşınla bağlı kredit borcuna ödənilmişdir. İndiki vəziyyətdə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əla və olaraq bildirmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə kredit borcundan 110 manat ödəmiş, buna görə də iddia müddəti keçməmiş və iddia müddətinin tətbiq edilməsi əsassızdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ilə (hakim E.Cəbrayılzadə) iddianın rədd edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh3 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə xx.xx.2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə ödənişlər olmuşdur. Çünki, cavabdehin avtomobillə bağlı bağladığı kredit müqaviləsi 2019-cu i l tarixdə restrukturizasiya olunduğundan artıq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, həm ipoteka ilə, həm avtomobillə bağlı ödənişlər eyni hesaba ödənildiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən həmin məbləğlərin məhz xx.xx.2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə ödənilməsi sübuta yetirilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin ic ra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda üç illik müddətin axımı xx.xx.2018-ci il tarixdə başlayaraq xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 372, 373.2, 375.1, 375.2, 380.1, 380.2 və 381.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddəl ərinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 88, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanmışdır. İddianın baxılmamış saxlanması üçün əsas ondan ibarət olmuşdur ki, Cavabdeh3 kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının” təsir dairəsinə düşmüşdür. Həmin qərardadın 3-cü səhifəsinin axırıncı abzasında məhkəmə qeyd etmişdir ki, “Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun öd ənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz.” Qeyd olunan qərardad qanuni qüvvəsini almışdır və preyudisial əhəmiyyət kəsb edir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilməmişdir. Birinci instansiya məhkəməsi 20 avqust 2019cu il tarixli, 2(051)-235/2019 saylı qərardada hüquqi qiymət verməmişdir. İşi hərtərəfli, tam və obyektiv araşdırmamışdır, bununla da maddi hüquq pozuntusuna yol vermişdir.

18. Mingəçevir Şəhər Məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, məhkəmənin iş materiallarına əlavə edilmiş 3 sentyabr 2020-ci il tarixli qəbzin əslindən və hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh3 banka olan borcundan 3 sentyabr 2020-ci il tarixdə 110 manat ödəniş etmişdir. İddiaçı ilə cavabdeh arasında 20 noyabr 2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 20 noyabr 2018-c i il tarixdə bitmişdir, həmin vaxtdan etibarən 3 illik iddia müddətinin axımı başlamışdır və iddia müddətinin axımı 20 noyabr 2021-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən ödənilən 110 manat pul 3 illik iddia müddəti intervalında ödənildiyindən hazırki işdə MM-nin 380.1-ci maddəsi tətbiq olunmalıdır, çünki Cavabdeh3 borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddəti dövründə həyata keçirilmişdir, həmin ödəniş cavabdehin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir. İddia ərizəsi 3 sentyabr 2020-ci il və 3 sentyabr 2023-cü il aralığında (xx.xx.2022-ci il tarixdə) verildiyi üçün iddia müddəti ötürülməmiş hesab olunmalıdır. Belə olan halda, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməli və yaranmış borc kreditora ödənilməlidir.

19. İş materialla rına əlavə edilmiş 18 iyul 2019-cu il tarixli, AB №MGF 08-00147 saylı bildirişdən görünür ki, kreditin restrukturizasiyası ilə əlaqədar Cavabdeh3 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunub. Bildirişə əlavə olunmuş xəbərnamədən görünür ki, həmin bildiriş 23 iyul 2019-cu il tarixdə onun tərəfindən şəxsən alınıb, lakin buna baxmayaraq Cavabdeh3 kreditin restrukturizasiyasından yayınıb, yeni kredit müqaviləsinin bağlanmasından imtina edib. Cavabdeh3 1 mart 2011-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək ləğv prosesində olan İddiaçı ASC-nin Mingəçevir filialının hüquqşünası vəzifəsində çalışmışdır, vəkildir, onun məqsədi kredit borcunun ödənilməsindən yayınmaq olmuşdur. Məhkəmə kreditin restrukturizasiyası ilə əlaqədar 18 iyul 2019-cu il tarixli, AB №MGF 08-00147 sayl ı bildirişə hüquqi qiymət verməmişdir.

20. Eyni zamanda Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadına da hüquqi qiymət verməməklə prosessual pozuntuya yol vermişdir. Həmin qərardadda açıq-aydın qeyd olunmuşdur ki, “fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz.” Mingəçevir şəhər Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(051)235/2019 saylı qərardadı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır və həmin qərardada hüquqi qiymət verilməmişdir, kreditin restrukturizasiya edilməsinə dair 18 iyul 2019-cu iltarixli, AB№MGF 08-00147 saylı bildiriş məhkəmə tərəfindən araşdırılmamış və həmin bildirişə hüquqi qiymət verilməmişdir.

21. Şəki Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(107)-491/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X2 və X5) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-157/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 121 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş və aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat ekspertiza xərcinin iddiaçı ləğv prosesind ə olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə, qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatin ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq “X4” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh3 isə məhkəməyə idd ia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.

23. Məhkəmə kollegiyası 20 avqust 2019-cu il tarixli, 2(051)-235/2019 saylı qərardadı birinci instansiya məhkəməsinin araşdırmamasına, həmin qərardada hüquqi qiymət verməməsinə, məhkəmənin hazırkı iş üzrə Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasının pozulmasına yol verməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin həmin dəlilləri əsassızdır. İddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəm ə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur:

24. Birincisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məsələn, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və sair) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyibistəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır.

25. İkincisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilsəydi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin qanunver ici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir.

26. Məhkəmə kollegiyası cavabdeh tərəfindən banka olan borcundan 03 sentyabr 2020-ci il tarixdə ödənilən 110 manat pul 3 illik iddia müddəti intervalında ödənildiyindən hazırki işdə MM-nin 380.1-ci maddəsinin tətbiq edilməli olması, iddia müddətinin ötürülməmiş hesab olunmalı olmasına dair apellyasiya şikayətinin dəllərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmiş, yəni iddianın verilməsi üçün n əzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.

27. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından da görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4307,68 manat, faiz borcu 376,98 manat, cərimə borcu 4424,35 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz borcu 829,20 manat olmaqla, cəmi borcu 9938, 2 manat təşkil edir.

28. Mülki iş materiallarına əlavə edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Vahid Məhkəmə Sisteminin elektron kabinetinə 10 oktyabr 2023-cü il tarixdə yerləşdirilmiş ərizədən məlum olmuşdur ki, Cavabdeh3 ilə İddiaçı ASC-nin “Mingəçevir” filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL/069 nömrəli (sub 11) kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 9350 manat mə bləğində və xx.xx.2013-cü il tarixli, MF-AK/03 nömrəli Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 16 faiz hesablanmaqla 17250 manat məbləğində kredit verilmişdir. Eyni zamanda ərizədə hesabdan çıxarış məlumatlarında əks olunan xx.xx.2022-ci il tarixli, “kredit borcu 11-ci sub” təyinatlı 100 manat məbləğində ödəniş xx.xx.2015-ci il tarixli, MFKL/069 nömrəli (sub-11) kredit müqaviləsi üzrə borcun ödənilməsinə və xx.xx.2023-cü il tarixli “kredit borcu 18-ci sub” təyinatlı 100 manat məbləğində ödənişin isə xx.xx.2019-cu il tarixli, MF-FAK/01 nömrəli (sub-18) Kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönləndildiyi göstərilmişdir. Həmin ərizədən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli, MFKL/069 nömrəli kredit müqaviləsi ilə yanaşı Cavabdeh3 xx.xx.2019-cu il tarixli, MF-FAK/01 nöm rəli kredit müqaviləsi üzrə də eyni banka 4199,06 manat borcu vardır.

29. İddiaçı təşkilatın apellyasiya şikayətində iddia müddətinin kəsilməsinə səbəb olduğunu göstərdiyi mülki iş materiallarına əlavə edilən 3 sentyabr 2020-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh3 tərəfindən həmin tarixdə İddiaçı ASC-nin hesabına 110 manat məbləğində ödəniş etdiyi və qəbzdə ödənişin təyinatının kredit borcu olması müəyyən edilsə də, həmin ödənişin hansı kredit müqaviləsi ilə bağlı olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 qeyd edilən məbləğin onun tərəfindən restrukturizasiya olunmuş avtomobil krediti ilə bağlı bankla aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FAK/01 nömrəli kredit müqaviləsi üzrə ödənildiyini göstərmişdir. İddiaçının nümayəndəsi X3 isə həmin məb ləğin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, MFKL/069 nömrəli kredit müqaviləsi üzrə ödənildiyini göstərsə də, Cavabdeh3 tərəfindən 3 sentyabr 2020-ci il tarixli ödənişin xx.xx.2015-ci il tarixli, MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə ödənilməsinə dair iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli, MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı banka hansı məbləğdə kredit borcunun olmasının dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının 2 may 2023-cü il tarixli, 2(107)-491/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə 30 may 2023-cü il tarixli, 9/3684 nömrəli rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, təqdim edi lmiş hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli MFKL/069 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 20 noyabr 2018-ci il tarixə Cavabdeh3 İddiaçı ASC-yə olan əsas kredit borcunun 3983,58 manat, faiz borcunun 338,6 manat, 20 noyabr 2018-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun isə 782,89 manat olması müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Qeyd edilən rəyin məzmununa diqqət yetirildikdə rəyin məzmunundakı hesabdan çıxarış məlumatlarından cavabdeh tərəfindən xx.xx.2015-c i il tarixli, MF-KL/069 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödənişin 30 may 2018-ci il tarixdə edildiyi, ondan sonra 25 oktyabr 2022-ci il tarixədək heç bir ödənişin aparılmadığı müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 30 may 2023-cü il tarixli, 9/3684 nömrəli rəyi nəzərə alınaraq, iddiaçı bankın iddia müddətinin kəsilməsinin əsası kimi istinad etdiyi 110 manat məbləğində kreditin ödənişinə dair 3 sentyabr 2020-ci il tarixli mədaxil qəbzinin xx.xx.2015-ci il tarixli MF-KL/069 nömrəli deyil, digər bir kredit münasibətinə aid olması müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqata təqdim olunmuş mülki iş və kredit müqaviləsi üzrə hesabdan çıxarış materialları əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyinin olmasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.

33. Məhkəmə kollegiyası kreditin restrukturizasiyası ilə əlaqədar Cavabdeh3 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmasının təklif olunması, Cavabdeh3 kreditin retrukturizasiyasından yayınması, yeni kredit müqaviləsinin bağlanmasından imtina etməsi, məhkəmənin kreditin restrukturizasiyası ilə əlaqədar 18 iyul 2019-cu il tarixli, AB №MGF 08-00147 saylı bildirişə hüquqi qiymət verməməsinə dair apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, tə rəflər müqavilə bağlamaqda azaddırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin də tələbindən göründüyü kimi müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, şikayətin həmin dəlilləri tərəflər arasında mövcud müqavilə münasibəti üzrə iddia müddətinin tətbiqini istisna edən hallar deyildirlər.

35. Məhkəmə kolegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh3 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbindən g öründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tələblərindən irəli gələn iddia müddəti üç il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İddia rədd edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 121 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat ekspertiza xərci iddiaçıdan tutulub dövlət büdcəsinə keçirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-491/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

41. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

42. Maddə 373.2 və 373.3. Müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir.

43. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə ve rdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

44. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.

45. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı 46......Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia m üddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı

47. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, p otensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipi ni təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Madd ə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiy ası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilələ rdən irəli gələn 3 illik ümumi iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı məsələlərə apellyasiya məhkəməsi tərəfindən ətraflı və düzgün hüquqi qiymət verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Lakin, iddiaçı Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra – xx.xx.2022-ci il tarixdə verilmiş, yəni iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Həmçinin qeyd olunmalıdır ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla və formal əsaslar ki mi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddiaçı tərəfindən apellyasiya şikayətində də irəli sürülmüş və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(107)-491/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar