Məhkəmə qərarları › İş №2(102)-5882/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5882/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5882/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5882/21 (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Əsgərova Əfiqə Füzuli qızının, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2, X4 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)403/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC "xxxx" KB ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 09.11.2007ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən, "xxxx" MMC-nə 12 ay müddətinə illik 18%-lə 420000 manat məbləğində kredit xətti açılmışdır. 23.11.2009, 04.12.2009, 03.11.2010, 05.04.2011, 08.04.2011, 23.05.2011, 25.10.2011, 27.12.2011, 20.04.2012, 30.04.2012, 08.11.2012, 11.04.2 013, 26.08.2013, 21.10.2013, 08.11.2013, 09.01.2014, 04.04.2014-cü il tarixli əlavə sazişlərlə 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsinə edilmiş dəyişikliklərə əsasən, QSC "xxxx" KB tərəfindən "xxxx" MMC-nə açılmış kredit xəttinin məbləği 1.950.000 manatadək artırılmışdır. Bundan başqa, kreditin ödənilməli olduğu son tarix 09.11.2014-cü il tarixədək uzadılmış, kreditin illik faizi isə 15% olaraq göstərilmişdir. QSC "xxxx" KB-nın maliyyə arayışında qeyd olunur ki, 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi üzrə "xxxx" MMC-nin 28.11.2014-cü il tarixinə əsas borc üzrə 1.810.021,00 manat, faiz borcu üzrə 139.363,92 manat, cərimə borcu üzrə 27.703,38 manat, ümumilikdə isə 1.977.088,30 manat borcu mövcuddur. 2. 21.06.2010-cu il tarixli, 170/00/349/10 №-li kredi t müqaviləsinə əsasən QSC "xxxx" KB tərəfindən "xxxx" MMC-nə 60 ay müddətinə illik 6% ödəmək şərtilə 1.000.000 manat məbləğində kredit limiti ayrılmışdır. QSC "xxxx" KB-nın maliyyə arayışında qeyd olunur ki, 21 iyun 2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsi üzrə "xxxx" MMCnin 28.11.2014-cü il tarixinə əsas borc üzrə 622.920,62 manat, faiz borcu üzrə 64.815,93 manat, cərimə borcu üzrə 39.117,49 manat, ümumilikdə isə 726.914,04 manat borcu mövcuddur.

3. Tərəflər arasında bağanmış ipoteka müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 83 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 40.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 66/68-də yerləşən 68.7 kv.m. ümumi sahəsi olan 42 saylı mənzil; Bakı ş əhəri, Nəsimi rayonu, R.Zorqe küçəsi, 13-də yerləşən 24.2 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsi (44 saylı ayaqqabı emalatxanası) kimi əmlaklar 21.06.2010-cu il tarixli 170/00/349/10№-li kredit müqaviləsinin təminatı olaraq yüklü edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evi, Şabran rayonu, Gəndob kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 237.2 kv.m. olan fərdi yaşayış evi və Şabran rayonu, Gəndob kəndində yerləşən 0.60 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m. olan əmlak kompleksi kimi müəssisə isə həm 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi, həm də 21.06.2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsinin təmi natı kimi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC "xxxx" Kommersiya Bankı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış 09 noyabr 2007-ci il tarixli KXHŞ ********** saylı müqavilə üzrə 1.810.021 manat məbləğində əsas borc, 139.363,92 manat məbləğində faiz borcu, 27.703,38 manat cərimə borcu olmaqla, ümumilikdə 1.977.088,30 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh3 tutulması; 21 iyun 2010-cu il tarixli 170/00/349/10 saylı müqavilə üzrə 622.920,62 manat məbləğində əsas borc, 64.815,93 manat məblə ğində faiz borcu, 39.117,49 manat cərimə olmaqla, ümumilikdə 726.914,04 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulması; İpoteka predmetinin ilkin satış qiymətinin 646.295 manat məbləğində müəyyən edilməklə, qeyd edilən hər iki - 21 iyun 2010-cu il tarixli 170/00/349/10 saylı və 09 noyabr 2007-ci il tarixli KXHŞ ********** saylı kredit müqavilələri üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş-Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın boşaldılması və onun açıq hərracdan satılması; ipoteka predmetlərinin ilkin satış qiymətinin 1.100.200 manat məbləğdə müəyyən edilməklə qeyd edilən hər iki - 21 iyun 2010-cu il tarixli,170/00/3 49/10 saylı və 09 noyabr 2007-ci il tarixli, KXHŞ ********** saylı kredit müqavilələri üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə və "xxxx" MMC-yə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların boşaldılması və açıq hərracdan satılması barədə, ipoteka predmetlərinin ümumi ilkin satış qiymətinin 844.550 manat məbləğində müəyyən edilməklə 21 iyun 2010-cu il tarixli, 170/00/349/10 saylı müqavilə üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus Bakı şəhəri, 28 May küçəsi, ev 66/68-də yerləşən 42 saylı mənzilə, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83də yerləşən 40.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 33-də yerləşən 6/7; 7; 8 nömrəli mənzillərə və Bakı şəhəri, Səbail rayonu, R.Zorqe küçəsi, 13-də yerləşən qeyri-yaşayış sahəsinə (44 saylı ayaqqabı təmiri emalatxanası) yönəldilməsi, həmin əmlakların boşaldılması və açıq hərracdan satılması barədə; fərdi yaşayış evləri və mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipotekaqoyanlar – Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evi üzrə Cavabdeh2 və Cavabdeh3, eyni zamanda qeydiyyatda olan Cavabdeh4, Şabran rayonu, Gəndob kəndində mülkiyyətində ola n 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və Bakı şəhəri, 28 May küçəsi, ev 66/68-də yerləşən 42 saylı mənzil üzrə ipotekaqoyan Cavabdeh2; Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 33-də yerləşən 6/7; 7; 8 nömrəli mənzillər üzrə ipotekaqoyan Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin qeyd edilən yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(009)501/2015 saylı qətnaməsi ilə (hakim N.Bağırov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat f aiz, 10.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1.959.404,92 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, "xxxx" MMC-dən 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə 622.920,62 manat əsas, 64.815,93 manat faiz, 12.000 manat cərimə borcunun, cəmi 699.739,55 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, ilkin satış qiyməti 646.295 manat müəyyən edilməklə qeyd edilən hər iki kredit müqavilələri üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 501-ci məhəllədə yerləşən 15 saylı evə yönəldilməsi, həmin əmlakın boşaldılması, onun açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh2 və C avabdeh3 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 165.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi və qalan pul vəsaitinin Cavabdeh2 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğlərinin ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-nə məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, 0,60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmi n əmlakın ilkin satış qiymətinin 934.900 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, qalan vəsaitin "xxxx" MMC-yə verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 112.300 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan vəsaitin Cavabdeh2 verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ndə yerləşən 66/68 saylı evin 42-ci mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 147.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və qalan məbləğin Cavabdeh2 verilməsi, 21 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 130.400 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi və ipoteka predmetləri olan sözügedən əmlaklar açıq hərracdan satıldıqdan sonra, həmin yaşayış və qeyri-yaşayış sahələrini n ən geci 1 ay ərzində boşaldılaraq ipoteka saxlayan iddiaçı təşkilata təhvil verilməsi və orada yaşayanların çıxarılması qət edilmişdir.

6. Məhkəmə 09.11.2007-ci il tarixli ********** №-li və 21 iyun 2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqavilələrindən irəli gələn əsas kredit borclarının müvafiq olaraq 1.810.021,00 AZN və 622.920,62 AZN məbləğində, faiz borclarının 139.363,92 AZN və 64.815,93 AZN məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 27.703,38 AZN və 39.117,49 AZN məbləğində cərimə məbləğlərini tənasübsüz surətdə yüksək məbləğlər hesab edərək, 09.11.2007-ci il tarixli, ********** №-li kredit müqaviləsi üzrə dəbbə pulunu azaldaraq 10.000 AZN (on min manat), 21 iyun 2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsi üzrə is ə 12.000 AZN (on iki min manat) müəyyən edilməsini cavabdehlərin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.

7. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC (direktoru Cavabdeh2 şəxsində) 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsinə əsasən iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqavilələrinə əsasən "xxxx" MMC-nin 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi halda məsuliyyəti öz üzərlərinə götürməsi səbəbindən, Cavabdeh2 və Cavabdeh3 borclunun əvəzinə hər hansı ödəniş etməməklə kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikl ərini yerinə yetirməmişlər. Ona görə də, 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi üzrə ödənilməmiş borc məbləği cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır.

8. Məhkəmə həmçinin kredit müqavilələrindən yaranmış borcun ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 33 nömrəli, 3 mərtəbəli binada yerləşən 4 otaqlı 6/7; 7; 8 nömrəli mənzillərin 276 kv.m. sahəsi olan 2 otağı Cavabdeh3 məxsus olmaqla 24.05.2010-cu il tarixli 170/00/349/10 №-li ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilsə də, həmin 6/7; 7; 8 saylı mənzil sonradan ipoteka saxlayan QSC "xxxx" KB-nın razılığı əsasında ipotekadan azad olunaraq Cavabdeh4 adına özgəninkiləşdirildiyindən, mülkiyyət h üququ onun adına dövlət qeydiyyatına alındığı üçün, qeyd olunan kredit müqavilələlərindən yaranmış borc məbləği ipoteka predmeti kimi həmin mənzilə yönəldilə bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442, 445, 448, 269,317-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərini real bazar dəyərlərinə uyğun müəyyən etməsini, iddia tələbi üzrə borc məbləğinin bir qisminin rədd edilməsini, həmçinin ipoteka predmetlərinin açıq hərracdan satıldıqda, həmin yaşayış və qeyri-yaşayış sahələrinin ən geci bir ay ərzində boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi hissə sinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh Sultan-O» MMC məhkəmə aidiyyatını mübahisələndirərək hazırki mülki işi baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli, 2(103)3471/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh3 09.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borclarının, eləcədə cavabdeh "xxxx" MMC-dən 21.06.2010cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borclarının iddiaçı QSC "xxxx" KB xeyrinə tutulması hissəsini təmin etməkdə birinci instansiya məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələbinin tutmanın ipoteka predmetlərinə yönəldilməsi və həmin ipoteka predmetlərinin açıq hərrac keçirilməsi yolu ilə satılması, satışdan əldə olunmuş pul vəsaitindən borcun iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki Kollegiyasının 18 dekabr 2015-ci il tarixli, 2(102)-5277/2015 saylı qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi) M.T.Əhmədova və V.Ə.İbayev) cavabdeh "xxxx" MMC-n in kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətlərinin real bazar qiymətlərinə uyğun olmamasına dair göstərdiyi dəlilə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir.

16. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, ipoteka qoyan "Sultan-O” MMC-nin müraciətinə əsasən sonradan müstəqil qiymətləndirici "xxxx" MMCnin 03 oktyabr 2014-cü il tarixli rəyi ilə Şabran rayonu, Gəndob kəndində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 237,2 kv.metr olan 2 mərtəbəli. 4-otaqlı fərdi ya şayış evinə 280.100 manat, həmin kənddə, 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak kompleksinə 3.362.000 manat, sonradan isə həmin qiymətləndiricinin digər 22 avqust 2015-ci il tarixli rəyi ilə qeyd olunan evə 223.550 manat, əmlak kompleksinə 2.792.082 manat qiymət qoyulması və "xxxx" MMC-nin tələbinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 04 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin qiymətləndirmə barədə 03 oktyabr 2014-cü il tarixli hesabatı etibarsız hesab edilib. Şabran rayonu, Gəndob kəndində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.2 kv.metr olan 2 mərtəbəli, 4-otaqlı fərdi yaşayış evinin qiymətinin 223.550 manat, həmin kənddə 0.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak kompleksinin qiymət inin 2.792.082 manat məbləğində müəyyən edilməsi, qanuni qüvvəyə minmədiyi üçün həmin qətnamə üzrə müəyyən edilmiş faktlar, hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Bundan başqa Mülki Məcəllənin 414-cü maddəsinin mənasına görə ipoteka predmetlərinə dair müqavilələr yalnız hərracın keçirilməsi yolu ilə bağlana bilər və müqavilə ipoteka predmetlərinə ən yüksək qiymət təklif etmiş, yəni hərracı udmuş şəxslə bağlanır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31.10.2018-ci il tarixli, 13(102)- 5/2018 nömrəli qərarı ilə cavabdeh "xxxx" MMC-nin direktorunun əlavə kassasiya şikayəti təmin edilərək, Azərbaycan Respu blikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2015-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) 30 avqust 2019-cu il tarixli, 2(103)-1384/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(009)-501/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, "xxxx" Kommers iya Bankı QSC ilə "xxxx" MMC arasında bağlanmış 21 iyun 2010-cu il tarixli 170/00/349/10 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 622.920,62 manat əsas, 64.815,93 manat faiz, 12.000 manat manat cərimə olmaqla, ümumilikdə 699.736,55 manat pulun "xxxx" MMC-dən tutulub iddiaçı "xxxx" Kommersiya Bankı QSCyə ödənilməsi; Tutmanın ilk növbədə "xxxx" MMC-nə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiymətinin 2.542.728 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh "xxxx" MMC-nə qaytarılması; Tutmanın Cavabdeh2 məxsus Şabran rayonu, G əndob kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 240.272 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 646.295 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılması; Tutmanın Cavabdeh2 m əxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83-də yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 112.300 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 66/68 saylı evin 42 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 147.300 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borc ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, R.Zorqe küçəsi, 13-də yerləşən qeyri- yaşayış sahəsinə (44 saylı ayaqqabı emalatx anasına) yönəldilməsi, ilkin satış qiymətinın 130.400 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması; İpoteka predmetləri olan qeyri-yaşayış sahələrinin, fərdi yaşayış evinin və mənzillərin açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində boşaldılması; İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinin açıq hərracdan satıldıqda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən ən geci 1 (bir) ay ərzində çıxarılmaları, Şabran rayonu, Gəndob kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, 28 May küçəsi, ev 66/68-də yerləşən 42 saylı mənzil açıq hərracdan satıldıqdan sonra Cavabdeh2 həmin evdən və mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərci olan 245 manat pulun cavabdeh "xxxx" MMC-nə aid edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 165.300 manat və "xxxx" MMC-yə məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən 0,60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak ko mpleksi kimi müəssisənin ilkin satış qiymətinin 934.900 manat müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, “Əmlak Ekspert Mərkəzi” MMC-in ipoteka predmetlərinin bazar dəyəri barədə verdiyi rəy və arayış işin hallarına uyğun olduğundan və həmin əmlakların real dəyərini düzgün əks etdirdiyindən ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Belə ki, bu rəydə göstərilən qiymət həmin ipoteka predmetləri barədə "xxxx" MMC tərəfindən 03.10.2014-cü il tarixdə verilmiş və iqtisadi məhkəmə icraatı zamanı da müəyyən olunmuş qiymətləndirmə rəylərinə uyğundur. Məhz bu amillər də əsas götürülməklə qeyd olunan ipoteka predmetlərinin ilkin satış qiyməti “Əmlak Ekspert Mərkəzi” MMC-nin rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2020-ci tarixli, 2(102)-568/2020 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi) Q.A.Əsgərov və S.F.Hacıyev) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-1384/2019 saylı qətnaməsinin cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulub, ipotekaya yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmış, qətnamə yoxlanılan digər hissədə dəyişdirilmədən saxlanı lmışdır.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti ipotekanın satış qiymətinin müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməli, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi hissəsinin rədd edilməsi üzrə gəldiyi nəticələrin əsaslandırılması ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi 4140 saylı 09 iyul 2019-cu il tarixli ekspert rəyinin verilməsinə əsas kimi yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi K redit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materialına əlavə edilmiş rəsmi məlumatlara istinad olunmasına düzgün hüquqi qiymət verməmiş, Bankdan tələb edilən hesabdan çıxarışların ekspertizadan sonra məhkəməyə təqdim edildiyini və təkrar ekspertiza barədə vəsatət verilməsinə baxmayaraq, iddiaçı tərəfin Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olması kimi səhv qənaətə gəlmiş, təqdim edilmiş sənədlərə əsasən təkrar ekspertiza keçirilməsinin məqsədəmüvafiqliyinə düzgün qiymət verməmişdir.

24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin alınaraq istifadə e dilməsi borcalan tərəfindən mübahisələndirilməmiş, həmin müqavilə üzrə kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsini sübut etmək üçün cavabdehlər tərəfindən də məhkəməyə heç bir sübut, ödəniş qəbzləri təqdim edilməmişdir.

25. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qay dasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

26. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-403/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli 2(009)-501/2005 saylı qətnaməsinin qismən - “QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 09.11.2007-ci il tarixli ********** №-li kredit müqaviləsinə əsasən yaranmış 1.810.021 AZN məbləğində əsas, 139.363,92 AZN məbləğində faiz, 10.000 AZN cərimə və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsi, ümumilikdə isə 1.959.404,92 AZN məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı QSC "xxxx" KB-yə ödənilməsi” hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi, iddiaçı Ləğv prosesində olanQSC "xxxx" Kommersiya Bankından iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olmuşdur. Digər tərəfdən iş materiallarında olan və keçirilmiş ekspert rəylərindən görünür ki, rəy Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit B ürosunun iş materiallarına əlavə edilmiş rəsmi məlumatlarından da istifadə etməklə vermişdir. Kollegiya iş üzrə yekun qənaətə gələrkən məhkəmə-mühasibatlıq ekspertizasının rəyini hazırki iş üzrə 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun, cəmi 1.959.404,92 manat pulun tutulub iddiaçı ödənilməsini qət etsə də, bu qənatə hansı mötəbər sübutlar əsasında gəldiyini qətnamədə əsaslandırmamışdır. Belə ki, iddia tələbinin bu hissəsi üzrə iddiaçı t ərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsinə və ya qətnamənin mübahisələndirilən hissədə ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi əvvəlki apellyasiya baxışında olduğu kimi iş ə səthi yanaşmış, cavabdehin mübahisələndirdiyi 09 dekabr 2007-ci il tarixli kredit müqaviləsi və ona olan əlavə sazişlər üzrə kredit borcunun olub-olmamasını müəyyən etmək üçün eynən öncəki, yəni Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsindəki kimi məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, cavabdehin iddia etdiyi məsələlərin müəyyən olunmasının sübut edilməsini cavabdehdən də tələb etməli olduğu halda, təkcə iddiaçının üzərinə qoymaqla kifayətlənmişdir. Halbuki, kredit müqavilələri üzrə kredit borcunu müəyyən edən məbləğləri tərəflər daha əvvəlki məhkəmə çəkişmələrində mübahisələndirməmişlər. Bundan başqa, ekspertin öz rəyində borcun məbləğini müəyyən etməyin mümkün olmamasını bildirməsini məhkəmənin borcun olmaması kimi qiymətləndirməsi mülki-prosessual hüqu q normalarının kobud surətdə pozulmasıdır. Ekspertin borcun müəyyən edilə bilməməsinə dair rəyi və cavabdehin mülahizəsi məhkəmə üçün borcun olmaması barədə qərar vermək üçün əsas ola bilməz. Apellyasiya Məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının qeyri-müəyyən rəyinə əsaslanmış, cavabdehdən iddia etdiyi hallara dair təsdiqedici sübutların məhkəmə araşdırmasına təqdim edilməsini tələb etməmiş və hər hansı sübut olmadan həmin qeyri-müəyyənliyi cavabdehin xeyrinə təfsir etmiş, bununla da qanunun tələbini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini əhatə etməmişdir və borcun müəyyən olunmasına dair bütün mümkün vasitələri həyata keçirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəmənin göstərişlərini tam yerin ə yetirmək üçün həm iddiaçı, həm də cavabdeh tərəfin sübutlarının təqdim edilməsini təmin etməli idi. "xxxx" MMC-dən mübahisələndirilən kredit müqaviləsi üzrə borcunun tam ödənilməsini sübut edən sənədlər tələb edilməli idi. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasındakı münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçının nümayəndəsi X2 və vəkili Əsgərova Əfiqə Füzuli qızı kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

33. Cavabdeh "xxxx" MMC-nin nümayəndələri Cavabdeh2, X4 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varla nma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəl ikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvə də olmur. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc ve rən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xa hiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən iş üsrə Ali Məhkəmənin 10.02.2020-ci tarixli, 2(102)-568/2020 saylı qərarında əksini tapmış göstərişlərə əməl edilmədiyi barədə dəlillərinə münasibətdə bildirir k i, həmin dəlil əsassızdır.

42. Çünki Ali Məhkəmənin həmin qərarında göstərilmişdi ki, «apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi 4140 saylı 09 iyul 2019-cu il tarixli ekspert rəyinin verilməsinə əsas kimi yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materialına əlavə edilmiş rəsmi məlumatlara istinad olunmasına düzgün hüquqi qiymət verməmiş, bankdan tələb edilən hesabdan çıxarışların ekspertizadan sonra məhkəməyə təqdim edildiyini və təkrar ekspertiza barədə vəsatət verilməsinə baxmayaraq, iddiaçı tərəfin Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olması ki mi səhv qənaətə gəlmiş, təqdim edilmiş sənədlərə əsasən təkrar ekspertiza keçirilməsinin məqsədəmüvafiqliyinə düzgün qiymət verməmişdir.... Apellyasiya instansiyası məhkəməsi iddiaçınin nümayəndəsinin izahatında göstərilənləri nəzərə almadan həmin sənədlərin bir neçə vərəqdən ibarət olan, mötəbərliliyi hər hansı formada təsdiq edilməmiş sübut kimi qiymətləndirsə də, məhkəmənin bu mövqeyi təkrar ekspertizanın keçirilməsindən imtinaya əsas sayıla bilməz».

43. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi 05.08.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi haqqında qərardad çıxarmışdır.

44. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin həmin iş üzrə qərarında verilmiş gös tərişə əməl etmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin rəyə düzgün qiymət verilmədiyi barədə kassatorun dəlili də əsassızdır. Nəzərə alınmalıdır ki, sübutlara qiymət verilməsində məhkəmə yalnız qanunla müəyyən olunmuş qayda və tələblərə tabedir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2021-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən QSC "xxxx" KB ilə "xxxx" MMC arasında 09.11.2007-ci il tarixdə rəsmiləşdirilmiş ********* №-li kredit müqaviləsi (həmin müqavilə dəyişikliklər nəzərə alınmaqla) üzrə müvafiq sənədlər - ödəniş qəbzləri, kassa məxaric orderi, QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 09.11.2007-ci il tarixli KXHŞ********** saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13,14 15, 16, 17, 18 saylı Əlavə sazişlər üzrə hesabdan çıxarış (bu müqaviləyə aid olan məxaric və mədaxil olan vəsaitin hesabları göstərilməklə), o cümlədən kredit müqaviləsi üzrə hesab nömrələri dəyişdiyindən, ödənişlərin hansı kreditə aid olduğunu əks etdirən məlumat təqdim edilmədiyindən, borcalanın banka borcun olmasını müəyyən etmək mümkün olmadı.

46. Apellyasiya instansiyası məhkəməsi bu rəyə qiymət verərkən xüsusilə qeyd etmişdir ki, ekspert tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin tələb olunması barədə 30 dekabr 2020-ci il tarixdə verilmiş vəsatət iddiaçı təşkilata təqdim edilsə də onlar tərəfindən nəinki vəsatətdə göstərilən sənədlər təqdim edilmiş, ümumiyyətlə nə vəsatətə, nə də məhkəmənin müraciətinə əhəmiyyət verilməmiş, məhkəmənin ekspert vəsatətinə əsasən sorğusuna cavabı (yenədə yalnız bir neçə vərəqdən ibarət olan, mötəbərliliyi hər hansı formada təsdiq edilməyən hesabdan çıxarışı) məhkəməyə aprel ayında, yəni iş ekspertizadan qayıdandan, iş üzrə icraat təzələnəndən və məhkəmə baxışına təyin edilməsindən sonra göndərmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi iş materiallarına uyğundur. Həqiqətən də ekspert əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət göndərmişdir. Həmin vəsatətdə məhz hansı sənədlərin təqdim edilməsi (sənədlərin siyahısı) qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu vəsatətin surətini tərəflərə göndərməklə qeyd olunan sənədlərin təqdim olunmasını xahiş etmiş, bu barədə məktub iddiaçıya və onun nümayəndəsinə 01.02.2021-ci il tarixdə xəbə rnaməyə imza etdirilməklə verilmişdir.

48. Bundan başqa, iddiaçının sonuncu ekspertizadan sonra təqdim etdiyi sənədlər ekspertizadan əvvəl olan sənədlərdən fərqli deyildir. Yəni həmin sənədlər ekspertin sonuncu rəyinin dəyişməsinə səbəb olan məlumatları əks etdirmir. Eksperin rəyində göstərildiyi kimi kredit müqaviləsi üzrə kassa-məxaric sənədləri təqdim olunmamışdır. Halbuki, borc müqaviləsinin mövcudluğuna baxmayaraq, borcalanın öhdəlikləri borcun verilməsindən sonra yaranır.

49. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan və keçirilmiş ekspert rəylərindən görünür ki, rəy Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materiallarına əlavə edilmiş rəsmi məlumatlarından da istifadə etməklə vermişdir. Kollegiya iş üzrə yekun qənaətə gələrkən məhkəmə mühasibatlıq ekspertizasının rəyini hazırki iş üzrə 09 noyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 03.11.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.

51. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiya t məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi). Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir (Qaydaların 2.5-ci bəndi).

52. Göründüyü kimi MKR məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən mötəbər əsaslara söykənir və mövcud vəziyyətdə ekspert qarşısında qoyulmuş suallara cavab verilməsi üçün həmin məlumatlar tədqiqat obyekti ola bilərdi.

53. Apellyasiya instansiyası məhkəməsi qətnamə üzrə gəldiy i nəticəni əsaslandırmış, maddi hüququ normalarını düzgün tətbiq etmiş, prosessual pozuntuya yol verməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.04.2021-ci il tarix li, 2(103)403/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar