Məhkəmə qərarları › İş №2(102)-5885/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5885/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5885/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6702/2020 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qərardadından iddiaçı X tərəfindən verilmiş kassasiy a şikayətinə dair işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X qarşı “alğısatqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xxx küçəsi 31a saylı evin alğı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, 30.08.2002-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X ilə cavabdeh X3 arasında xxx küçəsi 31a saylı evin alğı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.

3. Qətnamədən üçüncü şəxs X2 a pellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)-6702/2020 saylı qətnaməsi ilə qətnamə ilə maraqlarına toxunan şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, 30.08.2002-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

5. İddiaçı kassasiya şikayəti və ötürülmüş prosessul müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və K.Əhmədova) 2(103)-6702/2020 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)- 6702/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiaçı X ərizəsi təmin edilməmiş, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)6702/2020 saylı qətnaməsi tərəflərə 16 oktyabr 2020-ci il tarixdə göndərilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən 03 noyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza edərək soyadını qeyd etməklə alınmışdır. 29 iyul 2021-ci il tarixdə iddiaçı X apellyasiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Belə olan halda iddiaçı X 13 oktyabr 2020-ci il tarixli qə tnaməsini aldıqdan təxminən 8 ay sonra prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi üzrlü hesab edilə bilməz.

8. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzürlü səbəbə görə həqiqətən şikayət vermək üçün hansı müddət lazım olduğunu, həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməlidir.

9. Cavabdeh ərizəsində kassasiya şikayətini verilməsi müddətinin qətnaməni almaması və COVİD 19 xəstəliyi keçirməsi səbəbindən ötürülməsinə istinad etsə də, kollegiya hesab edir ki, iddiaçı qətnaməni 03 noyabr 2020-ci ildə aldığından qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsinə əsas ola bilməz. Belə ki, artıq 18 fevral 2021-ci il tarixdən xəstəxanadan evə yazılmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyaı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.

12. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)6702/2020 saylı qətnaməsini nə poçtla nə də şəxsən almamışdır və bununla bağlı poçt xəbərnaməsindəki im za onun tərəfindən icra edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyaı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı o lmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

20. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)

21. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

22. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşd ıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

26. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)-6702/2020 saylı qətnaməsi tərəflərə 16 oktyabr 2020-ci il tarixdə göndərilmiş, həmin qətnamə İddiaçı tərəfindən 03 noyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza edərək soyadını qeyd etməklə alınmışdır.

27. Bununla bağlı kasatorun dəlilləri ondan ibarətdir ki, qətnamə ona təqdim edilməmiş və qətnamənin qəbul edilməsi barədə qəbzdəki imza onun tərəfindən icra edilməmişdir.

28. Göründüyü kimi hazırkı iş üzr ə mübahisənin düzgün həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli 2(103)-6702/2020 saylı qətnaməsinin X tərəfindən 03 noyabr 2020-ci il tarixdə qəbul edilməsi barədə poçt xəbərnaməsindəki imzanın X tərəfindən icra edilib-edilməməsi müəyyənləşdirilməli olduğu halda qeyd edilən hal apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

29. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı və iddiaçı X dəlilləri araşdırılmaqla Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il traixli, 2(103)-6702/2020 saylı qətnaməsinin surətinin qəbul edilməsi barədə xəbərnaməni imzalamış şəxsin Xolub-olmaması müəyyən edildikdən sonra kasasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir.

30. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6702/2020 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar