Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-589/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh iş üzrə QƏRARİ Açar sözlər: sübutetmə yükü, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4737/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 (bundan sonra – birinci iddiaçı) Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ailəvi dostluq münasibətlərində olan Cavabdeh Rafiq qızı (bundan sonra cavabdeh) 2016-cı və 2017-ci illərdə müxtəlif vaxtlarda onu aldadaraq 11017 manat və 200 ABŞ dolları pulunu və qızıl-zinət əşyalarını ələ keçirmiş, həmin pulu və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edir. Tərəflər arasında olan münasibətləri mülki hüquqi xarakterli olduğundan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 15638 manatın və 200 ABŞ dollarının 2016-cı ildən bu günədək olan bank uçot faizləri hesablanmaqla və 30 manat dövlət rüsumu əlavə olunmaqla cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci iddiaçı cavabdehi 2000-ci ildən tanıyır və həmin vaxtdan onların yaxın münasibətləri olmuşdur. 2016-cı ilin axırlarında cavabdeh birinci iddiaçıya çətinlik çəkdiyini bildirərək, ondan kömək istəmiş, iddiaçılar cavabdehə maddi və mənəvi cəhətdən köməklik etmişdirlər. Cavabdeh onlardan ümumilikdə 4350 manat və 200 ABŞ dolları borc alaraq, ticarət məqsədilə bir neçə dəfə Dubaya getmişdir. Bundan başqa, cavabdeh iddiaçılardan satmaq üçün dəyəri 6667,50 manat olan qızıl zinət əşyaları götürmüş, lakin illər keçməsinə baxmayaraq, onlardan aldığı pulları və qızılları qaytarmaqdan imtina etmişdir. Cavabdeh bu barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin müxtəlif bəhanələrlə iddiaçıların tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin iddiaçılardan alıb qaytarmadığı vəsaitin məbləği 11017,50 manat və 2000 ABŞ dollarıdır.
4. İddiaçılar məhkəməyə sübut qismində 1 ədəd kompakt diskdə olan səs yazıları təqdim etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ikinci iddiaçının rəfiqəsidir. Cavabdehi onun vasitəsi ilə tanımışdır. 2017-ci ilin mart ayında rəfiqəsi ona öz qızıllarını satmaq istədiyini bildirmiş, “whatsapp” proqramı vasitəsilə qızılların şəkillərini ona gönd ərmişdir. Həmin qızılların bir hissəsini bəyənərək, onları almaq istədiyini ikinci iddiaçıya bildirmiş, lakin, o, həmin qızılları cavabdehə satmaq üçün verdiyini demişdir. Cavabdeh isə nə qızılları, nə də onların pulunu ikinci iddiaçıya qaytarmamışdır. Sözügedən qızılların, təxminən, 8000-9000 manat məbləğində dəyəri olub.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh iddiaçılardan 3800 manat və 100 ABŞ dolları məbləğində pul borc almışdır, iddianı bu hissədə qəbul edir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6344/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia qismən təmin edilərək, cavabdehdən 3800 manat və ödəniş gününə qüvvədə olan məzənnə ilə 100 ABŞ dolları məbləğində manatın tutulması və bərabər bölünərək, iddiaçılara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 3800 manat və 100 ABŞ dolları məbləğində pul verilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən cavabdehə 4350 manat və 200 ABŞ dolları məbləğində pulun və 11288 manat dəyərində qızıl-zinət əşyalarının verilməsi bildirilsə də bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən gizli yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.
10. Məhkəmə iddiaçının təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların həqiqiliyini müəyyən etmək mümkün olmadığından onları yazılı sübut kimi qəbul etməmişdir.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 1091, 1092, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 89.2, 95.1, 95.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4737/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir. Cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz borcun məbləğinin müəyyən edilməsi üçün bunu təsdiq edən təkzibedilməz sübutlar təqdim edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
17. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutları və şahid ifadəsini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, h əmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
18. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən, məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, “Whatsapp” yazışmaları və danışıqları qanunsuz və gizli yolla əldə edilmiş sübut sayıla bilməz. Ona görə ki, hər iki tərəfə məlumdur ki, “Whatsapp” vasitəsiilə göndərilən mesajlar və səslər qarşı tərəfin telefonunun yaddaşında qalır. Belə olan halda bu gizli yolla əldə edilmiş sübut sayıla bilməz. Cavabdeh həmin səs yazıları ilə çox açıq və aydın şəkildə etiraf edir ki, həqiqətən də, bizdən pul və satmaq üçün qızıl-zinət əşyaları götürüb və hətta qızılları satdığı “Lyudmila, “Günay”, “Afa” adlı şəxslərin adlarını çəkir və deyir ki,- “Sizdən qızılları mən götürmüşəm mən də qaytaracam, heç kəsin adını çəkməyin”. Ona görə də məhkəmənin hal-hazırda mübahisələndirilən qətnaməsində işin faktiki halları ilə bağlı gəldiyi qənaət əsaslı və qanuni sayıla bilməz. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum ol ması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
25. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır
26. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
27. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
31. Maddə 95.1. Elektron və di gər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.
32. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəflərin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kas sasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
40. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş yazışmaları yalnız gizli yolla əldə edildiyinə görə deyil, həm də MPM-in 89.2 və 95.1-ci maddələrinə əsasən həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olmadığı üçün və yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması göstərilmədiyi üçün sübut kimi qəbul etməmiş və nəzərə almamışdır.
41. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hətta cavabdehin iddiaçı qarşısında öhdəliyinin olduğu müəyyən edildiyi halda belə, məhz tələb olunan həcmdə öhdəliyin yarandığını sübu t etmək yükü də iddiaçı tərəfin üzərində olur. Lakin baxılan iş üzrə iddiaçılar məhkəməyə belə mötəbər sübutlar təqdim edilməmişlər.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-4737/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.