Məhkəmə qərarları › İş №2(102)-5893/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5893/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5893/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5893/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-533/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərə findən verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli, 119158-CNS-1640/1 saylı kredit müqaviləsinə əsasən 13.11.2018-ci il tarixə banka borclu olduğu 17.276,03 manat məbləğində əsas borc, 216,68 manat məbləğində faiz borcu, 120,07 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 17.612,78 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” markalı, qara rəngli, mühərrik G4KDDH444065, ban KNAPC811DD7539694 olan ** SP *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli 119158-CNS-1640 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 27.895 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 say lı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşmaya əsasən Cavabdeh 25.11.2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 21.550 manat məbləğində olan borcu illik 23 faiz hesablanması şərti ilə kreditin ödəniş müddəti 36 ay olaraq müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Sportage” markalı, qara rəngli, mühərrik G4KDDH444065, ban KNAPC811DD7539694 olan ** SP *** dövlət nömrə nişanlı avtomobili 13.11.2013-cü il tarixli 119158-16-14000 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər aras ında 13.11.2013-cü il tarixli 119158-16-14000 saylı “İpoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə” 01 saylı, 25.11.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 13.11.2018-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 17.276,03 manat məbləğində əsas borc, 216,68 manat məbləğində faiz borcu, 120,07 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 17.612,78 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək ”Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə Cavabdeh xəbərdarlıq edilmişdir, lakin bu ndan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 avqust 2019-cu il tarixli 2(009)-2099/2019 nömrəli qərardadı ilə (hakim Ülviyyə Şükürova) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 05.03.2020-ci il tarixli, 22279 saylı rəyinə əsasən hesabdan çıxarışlardan və 1 3.11.2013-cü il tarixli,119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı ASC-yə olan borcu kredit müqaviləsi müddətinin bitdiyi tarixə, yəni 13.11.2018-ci il tarixə əsas borcu üzrə 2.573,42 manat, faiz borcu üzrə 19,73 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(009)-117/2020 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 noyabr 2013-cü il tarixli, 119158-CES-1640/1 saylı kredit müqaviləsi üzrə 13.11.2018-ci il tarixədək ödənilməmiş 2.573,42 manat əsas borc, 19,73 manat faiz borcu, 26,85 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat o lmaqla, cəmi 2650 manat məbləğində pulun tutulması, həmin tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş «Kia Sportage» markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin tərəflərə aid edilməsi və həmin xərcin 45 manatının Cavabdeh, 100 manatının İddiaçı ASC-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 2.573,42 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcunun 19,73 manat olması müəyyən edildi yindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslı hesab edilməli və cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş 2573,42 manat əsas və 19,73 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit m üqaviləsi üzrə yaranmış 120,07 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq cərimə borcunun (dəbbə borcu) miqdarı 26,85 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və cavabdehdən tutulmalı olan borc ipoteka yüklü edilmiş «Kia Spotrage» markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan satılmalı və əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296, 298.1, 319.1, 442, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik e dən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-6669/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 9/4540 saylı rəyinə əsasən 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmanın və Mülki Məcəllənin yuxarıda göstərilən maddələrin tələbləri məhkəmə tərəfindən nəzərə alındıqda, 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə olan borcu manat ilə aşağıda göstərildiyi kimi müəyyən olunur: 13.11.2018ci il tarixə (kredit müqaviləsi müddətinin bitdiyi tarix) əsas borc 2.573,42 manat faiz borcu 19,73 manat. Hazırki ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə cərimə hesabından çıxarış təqdim olunmadığından cərimə borcu hesablanmadı. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan “kassa məxaric orderi № 17101698”- dən göründüyü kimi, müştəri Cavabdeh AZ91VTBA**********9158USD001 saylı hesabından məxaric edilən məbləği alan şəxs X1 göstərilmişdir. Bu faktın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə orqanı tərəfindən qiymətləndirilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və mə ruzəçi, Namiq Cəfərov, İlham Kərimli) 2(103)-533/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 08 aprel 2021-ci il tarixli, 9/1941 saylı rəyinə əsasən 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın və Mülki Məcəllənin yuxarıda göstərilən maddələrin tələbləri məhkəmə tərəfindən nəzərə alındıqda, 13.11.2013-cü il tarixli, 119158-CNS-1640 saylı avtomobil krediti müqaviləsinin və bu müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh "Bank VTB (Azərbayca n)" ASC-yə olan borcu manat ilə aşağıda göstərildiyi kimi müəyyən olunur: 13.11.2018ci il tarixə (kredit müqaviləsi müddətinin bitdiyi tarix) əsas borc 2.573,42 manat faiz borcu 19,73 manat. Hazırki ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə cərimə hesabından çıxarış təqdim olunmadığından cərimə borcu hesablanmadı. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan “kassa məxaric orderi № 17101698”- dən göründüyü kimi, müştəri Cavabdeh AZ91VTBA**********9158USD001 saylı hesabından məxaric edilən məbləği alan şəxs X1 göstərilmişdir. Bu faktın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə orqanı tərəfindən qiymətləndirilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsg əndərov, İlham Kərimli) 2(103)-533/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(009)117/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci - 100 manatın İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Şikayətin dəlilləri dem ək olar ki, ekspertiza rəyi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, tərəflər 25.11.2015-ci il tarixə qədər ödənişin xarici valyutada aparılmasını müəyyən etmiş və borclu tərəfindən xarici valyutada olan cari hesabına ABŞ dolları ödəniş ediləndən sonra bank tərəfindən də həmin ödənişlər konvertasiya edilmədən yenə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə uygun olaraq silinmişdir. Lakin ekspert cari hesaba ABŞ dolları ilə mədaxil olunmuş məbləğləri manatın məzənnəsinə konvertasiya etmiş və ödəniş cədvəlində ödənməli olan məbləğləri də yenə konvertasiya edərək AZN olaraq silinmələr aparmışdır. Düzdür, 25.11.2015-ci ilədək tərəflər ödənişinin xarici valyutada aparılmasını müəyyən etmişlər. Ancaq elə iddiaçının mübahisələndirdiyi ekspert rəyindən o da görünür ki, 13.12.2013-cü il tarixdən axırıncı ödəniş 15.02.2015-ci il olmaqla 15.03.2015-ci il tarixədək, yəni 15 ay ərzində ABŞ dolları ilə mədaxil olunmuş məbləğlər də manatın həmin dövrdəki məzənnəsinə konvertasiya edilmiş və ödəniş cədvəlində ödənməli olan məbləğləri konvertasiya edilərək AZN olaraq silinmələr aparılmışdır. Belə çıxır ki, kreditalan da həmin dövr üçün ABŞ dolları ilə ödədiyi valyutanın həmin dövr üçün manata məzənnəsinə konvertasiya edilərək silinməsinə etiraz etməli idi. Çünki, həmin dövr üçün, yəni birinci devalvasiya baş verənədək xarici valyutada ödənilmiş məbləğin manata məzənnəsinə uyğun konvertasiya edilərək silinməsi də müqavilənin şərtlərinə uyğun olmamışdır. Demək, iddiaçı birinci devalvasiyadan sonra, yəni 15.03.2015-ci ildən 14.10.2015-ci ilədək, yəni 8 ay ərzində xarici valyutada öd ənilən məbləğin manata məzənnəsinə konvertasiya edilərək silinməsinə etiraz edir, ancaq həmin tarixə qədər bu qaydada silinmədən məmnundur. Əlbətdə ki, bu cür mövqe müqavilə tərəfi olan iddiaçının vicdanlılığın tələb etdiyi tərzdə davranmadığına açıqaşkar dəlalət edir və bu yanaşma yolverilməzdir. Çünki bir daha qeyd olunur ki, hər üç ekspert rəyində də qeyd olunan dövrlərdə xarici valyutada ödənilən kredit ödənişi üzrə manatın məzənnəsinə uyğun konvertasiya edilərək silinmələr aparılmış və iddiaçının narazı qaldığı dövr, razı qaldığı dövrdən daha az olmuşdur. Bu cür silinmə əsassız olsa belə yenə də 8 ay ərzində bu cür silinmə nəticəsində iddiaçının tələb etdiyi əsas borcun məbləğinə bunun ümumiyyətlə əhəmiyyətli təsiri yoxdur. İkincisi, iddiaçı şikayətində göstərir ki, tərəflər arasında bağlanmış və 25.11.2015-ci il tarixə qədər qüvvədə olan ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişlər hər ayın 14-də yerinə yetirilir. Müqavilə şərtlərinə əsasən cari hesaba edilən ödənişlər vaxtı çatdığı zaman kredit borcuna silinir. Əgər kreditalan vaxtından əvvəl və ya məbləğdən artıq ödəniş edərsə, ödənilmiş vəsait kredit alanın ərizəsi əsasında aparılır, kredit alanın arzusu ilə annuitet ödəniş məbləği azaldılır və ya kredit ödəniş müddəti qısaldılır. Lakin ekspert özündən qaydalar müəyyən edərək edilmiş ödənişlərin faktiki vaxtını əsas götürmüş və ona əsasən də silinmələr aparmışdır (ekspert rəyi vərəq 4 və 5). Şikayətdə göstərilən bu dəlilin də məqsədi bəlli deyil. İddiaçı buna görə rəyi qanunsuz və əsassız hesab edə bilər. Ancaq bu cür silinmənin aparılması nəticəsində onun mənafeyinə hansı zərər dəydiyini şikayətində açıqlamır, yaxud da bu cür silinmənin aparılmasının iddianın tələb edilən həcmdə əsaslılığına nə kimi təsiri olacağını da göstərmir. Buna görə də məhz bu dəlilin tələb etdiyi əsas borc məbləğinin həqiqiliyinə nə kimi təsiri olduğu aydın olmadığından mübahisələndirilən hissədə qətnamənin əsaslılığına təsiri ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 25.11.2015-ci il tarixli 1 saylı əlavə razılaşmaya uyğun yeni cədvəl əsasında ödənişlərin silinməsində də ekspertin səhvi olmamışdır. İddiaçı ekspertin bağlanmış müqavilə şərtlərini və qanunvericiliyin tələblərini heçə sayaraq, özünün müəyyən etdiyi qaydalarla və metodla borc məbləğini müəyyən edərək ümumi olaraq qanunsuz və əsassız rəy verdiyini göstərsə də, bu dəlillər də əsas ı olmayan, şəxsi mülahizəyə əsaslanan fikirlərdir. Bu cür fikirlər də qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Bununla əlaqədar, apelyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər və vəsatətləri nəzərə alınmaqla həm əlavə, həm də təkrar məhkəmə mühasibatlıq ekspertizaları keçirilərək rəylər alınmışdır. Bu rəylərdə ilkin ekspertizanın rəyi ilə eyni məzmunda olmuşdur. Hər üç rəy eyni məzmunda olduğundan onların əsaslı lığı da hər hansı bir şübhə doğurmur. Buna görə də, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun məbləğini tələb edilən həcmdə deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. Üçüncüsü, ölkə prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istə yən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı, o cümlədən hazırki işdə iddiaçının nümayənd əsi də apelyasiya baxışı zamanı "xxxx" MMC-nin 04 iyun 2021-ci il tarixli özəl məhkəmə mühasibatlıq ekspertizasının rəyi kimi təqdim edərək mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Lakin qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Bununla bağlı Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcuddur. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməyən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ASC (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin tam ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mühasibatlıq ekspertizası rəylərində qeyd edilmiş məbləğlər eynilik təşkil etdiyi üçün hər iki instansiya məhkəməsi əlavə araşdırma aparmamış, ekspert rəylərində qeyd edilənlər əsasında qətnamə qəbul etmişdir. Apelyasiya ş ikayətində bir çox anlaşılmayan məqmlar qeyd edilmişdir ki, apelyasiya məhkəməsi bu xüsusatları araşdırmaq yerinə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə həmin rəydə qeyd edilənlərin eynisinin qeyd edilməsini və köçürülməsini nəzərə almadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Halbuki, iddiaçı tərəfindən özəl məhkəmə ekspertizası mərkəzi ilə bağlanılan müqavilə əsasında müəyyən edilmiş məbləğlə bağlı öz qətnaməsində münasibət bildirmək əvəzinə özəl məhkəmə ekspertizası mərkəzləri tərəfindən verilmiş rəylərin sübut kimi qəbul edilməsinin qanunsuz sayılacağını qeyd etmişdir. Əvvəla, bildirilməlidir ki, Ədliyyə Nazirliyi məhkəmələrə rəsmi müraciət etmiş, onlara hər hansı qaydada imperativ göstəriş verməmişdir. Hesab edirlər ki, qanunvericiliyi n və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən ödənişin verilmiş kredit valyutasına əsasən aparılması müəyyən edildiyi halda ekspertlər öz rəylərində qanuna və müqavilə şərtlərinə zidd olaraq kreditalan tərəfindən edilmiş ödənişləri və ödəniş cədvəlində müəyyən olunan ödənişləri konvertasiya edərək qanunvericiliyin tələblərini pozmuş, apelyasiya instansiyası məhkəməsi də qanunsuz olaraq hesab ediləcək bu rəylərə istinad etməklə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Bundan başqa bildirmək istəyirlər ki, tərəflər arasında bağlanmış və 25 noyabr 2015-ci il tarixə qədər qüvvədə olan ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişlər hər ayın 14-nə yerinə yetirilir. Müqavilə şərtləninə əsasən cari hesaba edilən ödənişlər vaxtı çatdığı zaman kredit borcuna si linir. Əgər kredit alan vaxtından əvvəl və ya məbləğdən artıq ödəniş edərsə, edənilmiş vəsait kredit alamın ərizəsi əsasında aparılır. Ancaq istər birinci instansiya məhkəməsinin, istərsə də apelyasiya instansiyası məhkəməsinin qəbul etdikləri qətnamədə istinad etdikləri ekspert rəylərində ekspertlərin özündən qaydalar müəyyən edərək aparılmış ödənişlərin faktiki vaxtını əsas götürdüyünü və ona əsasən də silinmələri apardığını nəzərdən qaçırtmışdır. 13 noyabr 2013-cü il tarixli 119158-CNS-1640 saylı kredit müqaviləsinin 4.8-ci maddəsinə görə kredit alan ödəniş cədvəlində göstərilmiş müddətdən əvvəl və ya məbləğdən artıq ödəniş etdikdə vəsaitin silinməsi kredit alanın ərizəsi əsasında həyata keçirilir və kredit alanın arzusu ilə annuitet ödəniş məbləği azaldılır və kredit ödəniş müddəti qıs aldılır. Bu isə ekspertlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq özünün qayda müəyyən etdiyini və bununla da qanunsuz və əsassız rəy tərtib etdiyini göstərir. Tərəflər arasında 25 noyabr 2015-ci il tarixində bağlanmış 13 noyabr 2013-cü il tarixli 119158-CNS-1640 saylı kredit müqaviləsinə 01 saylı əlavə razılaşmaya əsasən kredit alanın 25 noyabr 2015-ci il tarixə olan borcu 21.550 manat məbləğində müəyyən edilmiş və yenə eyni tarixdə cavabdehə individual ödəniş cədvəli verilib, cədvələ uyğun olaraq 25.12.2015-ci il tarixdən 25.10.2018-ci il tarixə kimi, yəni 35 ay ərzində 500 AZN manat 13.11.2018-ci il tarixində yəni 36-cı ayda isə 17,474.71 AZN manat ödəniş edilməli idi. Əlavə razılaşma tərəflərin sərbəst iradəsi əsasında imzalanmış və həmin əlavə razılaşma bu gü nə qədər mübahisələndirilməmişdir. Kredit alan illərcə bu razılaşmanın ödəniş cədvəlinə əsasən ödənişlərini həyata keçirtmişdir. Ancaq ekspertlər heç bir qanuni əsas olmadan tərəflər arasında elan razılaşmanı nəzərə almayaraq özü istədiyi rəqəmlərlə ödənişlər silmişdir. Bundan başqa qeyd etmək istəriylər ki, apellyasiya instansiyası məhkəməsi də daxil olmaqla hazırki iddia predmeti üzrə üç dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertiza rəyini iki dəfə eyni ekspert vermişdir. Bunun özü yetəri qədər ciddi prosessual pozuntu olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İd diaçı ASC-nin vəkili Vəkil iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu bolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində ekspert rəyinin əsassızlığına, ekspertin əsassız olaraq ödəniş məzənnəsi ilə ödənilməli pulu knvertasiya edib rəy verməsinə istinad etmişdir ki, iddiaçının bu dəlili üzrə apelyasiya kollegiyası əsaslandırmasının “birincisi, ikincisi” başlıqlı abzaslarında kifayət qədər aydın düzgün və əhatəli aydınlatma vermişdir ki, hazırda həmin abzasların təkrar edilməsi nə zərurət görülmür. Ekspert rəylərinin əsassızlığı ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iş üzrə 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, hər dəfə eyni rəy verilmişdir ki, bu da ekspertlərin ekspertiza tədqiqatının aparılması metodunu eyni formada tətbiq edib rəy tərtib etmələrinin göstəricisidir. Demək ki, rəy əldə edilməsi üçün istifadə edilən metod düzgün metod olmuşdur ki, hər dəfə eyni göstəricilərlə rəy verilmişdir. İddiaçı isə yalnız öz mülahizələrinə əsasən həmin rəylərin əsassız olmasını əsaslandırmağa çalışmışdır. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzər ə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-533/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar