Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5898/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-589821 (Açar sözlər: borcun tutulması, ipoteka predmetinin qiyməti, ekspert rəyi, cərimənin azaldılması) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin vəkili Mirzəzadə Murad Müslüm oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlə r Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)499/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2014-cü il tarixli, İK1290-05 saylı müqaviləyə əsasən bank tərəfindən sonuncuya 42 ay müddətinə illik 20% olmaqla 143076 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Cavabdeh1 kredit öhdəliklərinin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1, Cavabdeh4 məxsus olan ünvan 2 və Cavabdeh2 məxsus olan ünvan 3 31.07.2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən Banka borcu yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 128532,85 ABŞ dolları əsas, 27926,51 ABŞ dolları faiz, 50166,45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 206625,81 ABŞ dolları pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, həmin məbləğlərin Cavabdeh3 məxsus olan ünvan 1-yə, Cavabde h4 məxsus olan ünvan 2-yə və Cavabdeh2 məxsus olan ünvan 3-ə yönəldilərək, həmin əmlakların açıq hərracda satılmasından əldə edilən vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 31.07.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 385.1, 421.2, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449, 462.1, “İpoteka haqqında” Qanunun 33 və 39.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh3 borc məbləğinin düzgün hesablanmadığını bildirərək, yazılı vəsatət verməklə ekspertiza təyin edilməsini xahiş etmişdir.
8. Birin ci instansiya məhkəməsi 21 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertiza təyin edib, ekspert qarşısında müqavilə müddətinin sonuna, 31 yanvar 2018-ci il tarixinə borcun məbləğinin müəyyən edilməsi barədə suallar qoymuşdur.
9. Məhkəmə Ekspertiza Mərkəzinin 25665 saylı, 21.06.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31.01.2018-ci il tarixinə 128532,85 ABŞ dolları əsas, 27910,51 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə borcu 156443,36 ABŞ dolları təşkil edir.
10. Cavabdeh3 ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı vəsatət vermişdir.
11. Birinci instansiya məhkəməsi 14 avqust 2019-cu il tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ipoteka predmetlərinin likvid qiyməti ilə ba ğlı suallar qoyulmaqla, ekspertizanı "xxxx" MMC-yə tapşırmışdır. 12. "xxxx" MMC-nin 30.01.2020-ci il tarixli, LP-012/20, LP-013/20 və LP-014/20 saylı rəylərinə əsasən Cavabdeh3 məxsus olan ünvan 1-nin ilkin satış qiyməti 85000 manat, Cavabdeh4 məxsus olan ünvan 2-nin ilkin satış qiyməti 66000 manat və Cavabdeh2 məxsus olan ünvan 3-ün ilkin satış qiyməti 74500 manat müəyyən edilmişdir.
13. Binəqədi Rayon Məhkəməsinin 2(001)-15/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 31 iyul 2014-cü il tarixli, İK 1290-05 saylı kredit müqaviləsinə görə əsas borc üzrə 128532,85 ABŞ dolları, faiz borcu üzrə 27926,51 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları, cəmi 166443,36 (bir yüz altmış altı min dörd yüz qırx üç ABŞ dolları, otuz altı sent) ABŞ dolların ın ödəniş anında Azərbaycan Respublikası manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi, ipoteka predmeti olan əmlaklar: Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 85000 (səksən beş min) manat müəyyən edilməklə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 66000 (altmış altı min) manat müəyyən edilməklə və Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 74500 (yetmiş dörd min beş yüz) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq məbləğ hesabına "xxxx" ASCyə olan borcun ödənilməsinin təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmədə iddia qaldırılmas ı üçün ödənilmiş 30 manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsinin və ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun 28 (iyirmi səkkiz) manat hissəsinin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 20 (iyirmi) manatının iddiaçı "xxxx" ASC-dən, 125 (bir yüz iyirmi beş) manatının Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim İlkin Əliyev)
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, 31 iyul 2014-cü il tarixli 1290-05 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC Cavabdeh1 42 ay müddətinə illik 20 faizlə 143076 ABŞ dolları məbləğində kredit vermiş, həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismin də Cavabdeh3 məxsus olan ünvan 1, Cavabdeh4 məxsus olan ünvan 2 və Cavabdeh2 məxsus olan ünvan 3 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinə əsasən Bank qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə müddətinin 31.01.2018-ci il tarixdə bitməsinə baxmayaraq hal-hazıradək banka olan borcunu tam şəkildə ödəməmişdir.
15. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən hesab etmişdir ki, iddia əsas və faiz borcuna münasibətdə iddia tələbi həddində, ekspert rəyinə əsasən hesablanmış əsas və faiz borcu məbləğinə uyğun təmin edilməli, cərimə isə cərimə azaldılmalıdır.
16. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə 128532,85 ABŞ dolları məbləğində əsas borca 50166,45 ABŞ dolları məbləğində dəbbə pulunun hesablanmasını tənasübsüz hesab edərək, cəriməni azaldıb 10000 ABŞ dolları məbləğində saxlamışdır.
17. Birinci instansiya məhkəməsi tələbin ipoteka predmetlərinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılmasını da əsaslı sayaraq, ipoteka predmetlərinin hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə uyğun müəyyən etmişdir.
18. Bununla belə, birinci instansiya məhkəməsi Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 31.07.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbini əsassız sayaraq göstərib ki, iddiaçı müqavilənin ləğv edilməsi barədə tələbini 2017-ci ildə, yəni müqavilənin qüvvədə olduğu vaxtda vermişdir. Lakin müqavilənin müddəti 31.01.2018-ci ildə bitmişdir. Odur ki, müddəti bitmiş müqavilənin ləğv edilməsi mümkün olmadığından iddia bu hissədə rədd edilməlidir.
19. Birinci instansiya məhkəm əsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.7, 279, 317.1, 319.1, 399.3, 427.3, 439, 442.1, 462.1, 463.1, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34, 36, 39, 47, 59-cu və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - əmlaklar düzgün qiymətləndirilməyib; - bundan başqa, 10.000 ABŞ dolları dəbbə pulu həddindən artıq çoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsi məqsədilə 07 sentyabr 2020-ci il tarixli qərardadla iş üzrə rəy alınmasını qərara almış, rəyin verilməsini "xxxx" MMC-yə tapşırmışdır. 23. "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilin likvid dəyəri 94500 manat, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 1 nömrəli evin 2 nömrəli mənzilin likvid dəyəri 65000 manat, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 5 nömrəli evin 42 nömrəli mənzilin likvid dəyəri isə 71000 manat təşkil edir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-499/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(001)-15/2020 saylı qətnaməsi qismən, yəni ipoteka perdmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilinin ilkin satış qiyməti və cərimən in məbləği hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilin ilkin satış qiyməti 94500 (doxsan dörd min beş yüz) manat müəyyən edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə alınacaq cərimənin məbləği azaldılaraq 3000 (üç min) ABŞ dolları müəyyən edilmiş, əsas və faiz borcu, eləcə də cərimənin cəmi isə 159459,36 (yüz əlli doqquz min dörd yüz əlli doqquz ABŞ dolları otuz altı sent) ABŞ dolları müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Akif İsgəndərov)
25. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq vurğulayıb ki, Cavabdeh1 şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apel lyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən cərimənin məbləğinin çox olması və ipoteka predmetlərinin ilkin satış qiymətinin aşağı olması hissəsi təşkil edir.
26. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edib ki, birinci instansiya məhkəməsi ipoteka perdmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilinin ilkin satış qiymətinin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ap ellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə zamanı "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli rəydə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, 9 nömrəli evin, 44 nömrəli mənzilin likvid dəyəri 94500 manat müəyyən edilmişdir. Göründüyü kimi, sonuncu qiymətləndirmə şirkətinin verdiyi rəy işin hallarına uyğun olduğundan və həmin mənzilin likvid dəyərini düzgün əks etdirdiyindən, ilkin satış qiyməti o məbləğdə müəyyən edilməlidir.
27. İpoteka predmeti olan digər iki əmlakın ilkin satış qiymətinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, həmin hissədə qətnamə dəyişdirilməməlidir. Çünki sonuncu qiymətləndirmə rəyində Sumqayıt şəhərində yerləşən ipoteka predmeti olan digər mənzillərin – Sumqayıt şəhəri, 18-ci mikrorayon, 1 nömrəli evin 2 nömrəli mənzilini n likvid dəyəri 65000 manat, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 5 nömrəli evin 42 nömrəli mənzilinin likvid dəyəri 71000 manat müəyyən edilmişdir. Lakin qətnamədə həmin mənzillərin ilkin satış qiyməti daha yüksək göstərilmişdir. İddiaçı tərəf bu halı mübahisələndirməmiş, cavabdeh mübahisələndirsə də qeyd olunan mənzillərin likvid dəyərinin daha yüksək olduğu təsdiq olunmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi cərimə məbləği ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə göstərib ki, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməm işdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində də kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə cərimənin hesablanmasının mümkün olmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehlərin də əmlak mənafeləri nəzərə alınmaqla onların həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Çünki tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya baxışı zaman olan mövqeyni də nəzərə alaraq, qeyd edilənlərə əsasən belə qənaətə gəlib ki, azaldılmış cərimənin 10000 ABŞ dollarından 3000 ABŞ dollarınadək azaldılması da mümkün hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin dəlilləri: - devalvasiya nəticəsində dolların kursunun qalxması, bununla əlaqədar olaraq maddi vəziyyətinin pisləşməsi səbəbindən krediti vaxtında ödəyə bilməmişdir; - faiz borcunun yenidən hesablanması barədə vəsatət versə də, təmin edilməyib, vəsatəti; - 3000 manat dəbbə pulu tutulması ədalətli deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin vəkili Mirzəzadə Murad Müslüm oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd ediməsini xahiş etdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassator Cavabdeh1 adından məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edi lməsi barədə ərizə daxil olmuşdur. Həmin ərizədə Cavabdeh1 imzası notarial qaydada təsdiq edilmədiyi üçün və məhkəmə kollegiyasının iclasında iştirak etməməməsi səbəbindən qeyd edilən ərizənin Cavabdeh1 tərəfindən verilməsini müəyyən etmək də mümkün olmadığından məhkəmə kollegiyası kassasiya şikayətinə baxılmasını davam etdirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildi yi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Pro sessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsini qətnaməsini Cavabdeh1 ipoteka predmetlərinin qiyməti və cərimə məbləği hissəsində mübahisələndirib, apellyasiya baxışnın predmeti də həmin hissə olub. Buna görə də qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxış ının predmeti olan hissənin yoxlanması başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
40. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətna məsini ipoteka predmetlərinin qiyməti və cərimə məbləği hissəsində mübahisələndirib.
41. Barəsində şikayət verilən qətnamədən də görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini şikayət həddində yoxlayıb, şikayətin dəlillərinə tam qiymət verməklə birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimə məbləğini azaldıb, qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan bir əmlaka münasibətdə isə ilkin satış qiymətini artırıb.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə hazırki qərarın 25-29-cu bəndlərində qeyd edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi işin bütün hallarını tam araşdırmış, o cümlədən cəri mə məbləği, ipoteka predmetlərinin dəyəri ilə bağlı hallara tam qiymət verməklə mübahisəni tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün həll etmişdir.
43. Məhkəmə kollegiyası borc məbləğinin şişirdilməsi və borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi ilə bağlı dəlilləri əsasız hesab edir. Əvvəla, cavabdeh apellyasiya şikayətində borca aid hissədə yalnız cərimə məbləğini mübahisələndirib, yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin azaltdığı cərimə məbləğini apellyasiya məhkəməsi də üç dəfədən artıq azaltmışdır.
44. Bundan başqa, işdən görünür ki, cavabdehin mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti apellyasiya baxışında müzakirə edilmiş və apellyasiya məhkəməsi həmin vəsatətin təmin edilməsinə əsas görməmişdir. (İİİ cild, i.v.48)
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-499/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.