Məhkəmə qərarları › İş №2(102)-5899/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5899/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5899/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1551/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qət naməsindən Cavabdeh1 (vəkili X2) tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə, illik 29 faiz ödənilməsi şərtilə 3.000 (üç min) ABŞ dolları məbləğində kredit vermişdir.

2. «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166- 873780 saylı zaminlik müqaviləsindən görünür ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3. xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013cü il tarixdə 12 aylıq müddətə illik faiz dərəcəsi 29 faiz olmaqla, 3000 ABŞ dollar kredit götürmüş, ümumi faiz məbləği 497.00 ABŞ dolları, cəmi ödəniləcək məbləğ isə 3497.00 ABŞ dolları olduğu halda cavabdeh əsas borcdan 344.22 ABŞ dolları, faiz borcundan 73 ABŞ dolları, cərimə borcundan isə 52.32 ABŞ dolları məbləğində kredit ödəmiş, onun 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29 faizlə 12 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə ödənişlər müqavilənin 1 saylı əlavəsində göstərilm iş ödəniş cədvəlinə əsasən hər ay 291 ABŞ dolları olmaqla 12 ay ərzində ümumilikdə 3497 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, cəmi 291.9 ABŞ dolları məbləğində ödəniş etmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq cavabedehlər üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışın a əsasən cavabdehlərin həmin tarixə əsas borc üzrə 2782 ABŞ dolları, faiz borcu üzrə 423.10 ABŞ dolları, cərimə üzrə 218.03 ABŞ dolları, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır.

6. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 saylı qətnaməsi ilə (sədrlik edən hakim Şövkət Nəcəfova) iddia təmin edilmişdir.

7. Məhkəmə işin halları üzrə aşağıdakıları müəyyən edərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişlər və bununla da cavabdehlər tələb olunan borcu ödəməlidirlər. Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 is ə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddia təmin edilərək borc məbləği cavabdehlərdən ümumi qaydada tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 467, 472.1, 739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apllyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsinin ləğv edilib, borc məbləğinin dəqiqləşdirilməklə tutulması və cərimə borcu hissədə iddianın rədd edilm əsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 18 fevral 2015-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə pul tələbinə dair mübahisəyə baxılan zaman məhkəmə mübahisəsi ilə bağlı hər-hansı məlumatları olmamış və rəsmi qaydada xəbərdar edilməmişlər. Qətnamənin mövcudluğundan zamin Cavabdeh2 əmək haqqına tutma yönəldikdən sonra xəbərdar olmuş, bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini əldə etmişdir. Məhkəmə tərəfindən çağırış bildirişi göndərilsəydi bu rəsmi poçt reyestrində öz əksini tapmalı və bu hal məhkəmə qaydasında təsdiq edilməli idi. Məhkəmə prosesin çəkişmə prins ipini təmin etməmiş, onun və digər cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə əsasən məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən o, öz hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Bundan əlavə kredit müqaviləsi üzrə tələb edilən faiz dərəcəsi həddindən artıq yüksək müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə müəyyən edilmiş faiz məbləğinin hesablanması xüsusi bilik tələb edən sahə olduğundan məhkəmə tərəfindən ekspertiza təyin edilməsi zəruridir. Bundan əlavə iddiaçının tələbi ilə müəyyən edilmiş cərimə məbləği yüksəkdir və maddi vəziyyəti nəzərə alınaraq s ilinməlidir.

11. Cavabdeh1 məhkəmə kollegiyasınin iclasında izahat verərək göstərdi ki, kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi qismən icra edərək cəmi 2 dəfə Bankın hesabına müvafiq məbləğdə pul ödənişi etmiş və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ilə kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləği ilə razılaşaraq mübahisələndirmir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1551/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir, iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməm əsi barədə dəlilini araşdıran zaman müəyyən etmişdir ki, iş materiallarında cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına məhkəmə bildirişinin göndərilməsi və alınması ilə bağlı heç bir rəsmi sənəd mövcud deyildir və bu halı təsdiq edən başqa sübut yoxdur.

14. Məhkəmə kollegiyasının mövqeyinə görə cavabdehlərin iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə mövcud borc yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və cavabdehin izahatı ilə təsdiq olunur.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 3 86.1, 421.1, 421.2, 442, 443.1, 445.1, 448.1, 449.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 134, 135.1, 217, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 (vəkili X2) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsinin iclasında cavabdehin iştirakının təmin edilməməsi olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Ap ellyasiya instansiya məhkəməsi də həmin səhvi təkrarlamış bir gün ərzində işə baxmış və qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecik dirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası kassatorun qətnaməni mübahisələndirdiyi hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Cavabdeh kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığını göstərmiş olsa da, iş materialları ilə müəyyən olunur ki, ona məhkəmə iclası barədə məlumat ver ilmiş, məhkəmə iclasında iştirak etmiş, izahat vermişdir.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1551/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar