Məhkəmə qərarları › İş №2(102)-59/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-59/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-59/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminliyin xitamı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1237/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında iddiaçı İəğv prosesində olan İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 30 % olmaqla 4600 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 05.01.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə iddiaçı ləğv prosesində olan “İddiaçı" ASC tərəfindən Cavabdeh 4600 ABŞ dolları məbləğində pul nağd olaraq verilmişdir. 3. 07.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.01.2015ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 07.07.2017-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı-yə olan əsas borcu 3597,19 ABŞ dolları, faiz borcu 335,22 ABŞ dolları, cərimə borcu 457,17 ABŞ dolları təşkil edir.

4. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 aprel 2019-cu il tarixli 31980 nömrəli rəyinə əsasən Cavabdeh 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 07.07.2017-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı-yə olan əsas borcu 3557,56 ABŞ dolları, faiz borcu 269,69 ABŞ dolları təşkil edir. 5. 05.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin, qızı 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür.

6. İş materiallarından görünür ki, 05.01.2015-ci il tarixli 180004886-11 saylı zaminlik müqaviləsi üzrə 16.03.2016-cı il tarixdə 02 saylı əlavə saziş bağlanmaqla kredit üzrə zam inliyin müddəti uzadılmışdır.

7. Məhkəmə-xəttşünaslıq ekspertizasının 12 aprel 2018-ci il tarixli 6072 nömrəli rəyinə əsasən, 05.01.2015-ci il tarixli 180004886-11 saylı zaminlik müqaviləsi üzrə 16.03.2016-cı il tarixdə bağlanmış 02 saylı əlavə sazişin zamin qrafasındakı imza Zamin tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ləğv prosesində olan İddiaçı ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 3597,19 ABŞ dolları əsas borcun, 335,22 ABŞ dolları faiz borcunun və 457,17 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4389,58 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlə t rüsumunun tutulub “İddiaçı” ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 16 avqust 2017-i il tarixli 2(036)-4661/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

9. Cavabdeh (borclu) Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli 2(036)-4661/2017 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ilə aralarında bağlanmış 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi əsasında 24 ay müddətinə illik faiz dərəcəsi 30 % olm aqla 4600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinjn icrasını təmin etmək məqsədilə cavabdeh Zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh ilə eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

11. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2019-cu il tarixli 2(036)-06/2019 nömrəli qətnaməsi ilə (hakim Q.Hacıyev) İddia qismən təmin edilmiş, Cavabdeh 05.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 3557,56 ABŞ dolları əsas borcun, 269,69 ABŞ dolları faiz borcunun, 100 ABŞ dolları cərimənin, cəmi 3927,25 (üç min doqquz yüz iyirmi yeddi dollar iyirmi beş sent) ABŞ dolları məbləğində pulun qətnaməninin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh əlavə dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pulun tutulub dövlət nəfinə ödənilməsi, iş üzrə cavabdeh Zaminliyinə xitam verilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatlarını n dəyərinin, cəmi 273 manat məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında əsas borc üzrə 3557,56 ABŞ dolları və faiz borcu üzrə 269,69 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi vardır.

13. Bundan başqa cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 457,17 ABŞ dolları məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də d əbbə pulu azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

14. Həmçinin Zamin razılığı olmadan öhdəliyin dəyişdirilməsini, habelə onun imzasının saxtalaşdırılması yolu ilə öhdəliyinin dəyişdirilməklə onun məsuliyyətinin artmasına səbəb olan şəraitin yaradılmasını nəzərə alaraq, Zaminliyinə xitam verilməklə iddia tələbi ona aid hissədə təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 443.1, 445.1, 445.2, 448.1, 467, 477.0.1, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1237/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(036)-06/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bank tərəfindən kredit verilməsi öhdəliyinin yerinə yetirilməsinə baxmayaraq, cavabdehin kredit və ona hesablanmış faizləri vaxtında ödəməli olduğu halda, ödəməməsi və bununla da həmin öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsi halı müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya ş ikayətinin dəlilləri

19. İddiaçı ləğv prosesində olan İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 12.04.2018-ci il tarixli və 19.04.2019-cu il tarixli ekspert rəyləri əsassızdır.

21. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər ha nsı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

29. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digə r iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

30. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

31. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə m üvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

32. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

33. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

34. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)

35. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

36. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

37. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

38. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbə b olduqda zaminliyə xitam verilir. (477.0.1) Mülki Prossesual Məcəllə

39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Ekspert rəylərinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəylərini sübut kimi qəbul etməkdə işə baxan məhkəmələr düzgün nəticəyə gəlmişlər. 47. “X1rşı işi üzrə” 16 fevral 201 0-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1237/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar