Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-59/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxs X5 cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-59/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxs X5 cəlb edilməklə) qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-45 68/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit xətt müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 2. xx.xx.2017-ci il tarixli kr edit razılaşması ilə, iddiaçı "xxxx" QSC-nin Azadlıq filialı Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 40.000,00 (qırx min) manat məbləğində kredit vermişdir. 3. 30.07.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən X12 borcalan Cavabdeh "xxxx" QSC-nin Azadlıq filialının qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 4. 29.06.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən X12 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində istifadədə olan 0,158 h torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binada 31,8 k.m. yaşayı sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzili "xx xx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
5. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində istifadədə olan 0,1458 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 4 mərtəbəli binada, 31,8 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 44434 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3393/2019 saylı 16 iyul 2019cu il tarixli qətnaməsi ilə iddiaçi "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X8, X9 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, X1, X6 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 23.514,38 (iyirmi üç min beş yüz on dörd min otuz s əkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 3.923,92 manat məbləğində faiz borcu və 82,06 (səksən iki manat altı qəpik) manat məbləğində cərimə, cəmi 27.520,36 (iyirmi yeddi min beş yüz iyirmi manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-661/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3393/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh, X1 və X6 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 27.520 (iyirmi yeddi min beş yüz iyirmi) manat 36 qəpik məbləğin də borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinin ilkin satış qiymətinin 56.000 (əlli altı min) (32.898 (otuz iki min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 60 (altmış) sent ekvivalentində) manat qiymətləndirilməsi, satışdan əldə olunmuş vəsait hesabına 27.520 (iyirmi yeddi min beş yüz iyirmi) manat 36 qəpik məbləğində borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda ipoteka p redmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 7 saylı evin 50 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7, İddiaçı və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir.
8. X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Bakı şəhəri 21 saylı Notariat ofisinin notariusu X10 "xxxx" ASCnin Dostluq filialına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundu n görünür ki, həmin məktubla X4 ilə təsdiq ediləcək fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 107.000 (bir yüz yeddi min) manat pulun müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün "xxxx" ASC-də olan AZ 18MUGA**********00001AZM10№ li depozit hesabına qəbul olunması və həmin puldan 20.000 (iyirmi manat 00 qəpik) manatın Cavabdeh "xxxx"QSC qarşısında ipoteka müqaviləsi üzrə borc öhdəliyinin yerinə yetirilməsinə yönəldilməsi məqsədilə hesaba köçürülməsi, qalan 87.000 (səksən yeddi min) manat məxaric çeki əsasında Satıcıya verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəs i ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20.000 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumu hesabına görə 30 manat məbləğində pul vəsaiti, mənəvi ziyana görə isə 20.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh bank qarşısında öhdəliklərini icra etməkdən imtina etmişdir. Eyni zamanda Cavabdeh ipoteka müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarsa bank faizlərinin və cəriməsinin hesablanacağını, son nəticədə borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiləcəyini və mənzilin hərracda satılaraq, əldə edilən vəsaitin banka ödəniləcəyini bildiyi halda bank qarşısında olan ö hdəliyini icra etməkdən bilərəkdən yayınmışdır. Bundan sonra "xxxx" QSC cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən cəmi 27.520,36 manat pulun və rüsumların tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə proseslərinin nəticəsi olaraq belə aydın olurdu ki, əgər banka olan borc ödənilməzsə mənzil açıq hərracdan satılaraq bankın mülkiyyətinə keçəcək və ailə üzvləri mənzili boşaltmaq məcburiyyətində qalacaqlar. Cavabdeh əsas borclu olsa da onu və atasını öz üzərinə düşən öhdəliyi sonuncunun əvəzinə yerinə yetirmək məcburiyyətində qoymuşdur. xx.xx.2020-ci il tarixdə X2 vəfat etmişdir. Cavabdeh X9 münasibətdə icra vərəqəsinə xitam verildikdən sonra o, məcbur qalıb cavabdehin əvəzinə 20.000 (iyirmi min manat) borcu "xxxx" QSC-yə tamamilə ödəmişdir. X2 və o, dəf ələrlə Cavabdeh həm bank qarşısında, həm də atası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etmişlər, lakin cavabdeh müxtəlif bəhanələrlə öz öhdəliklərinin icrasından boyun qaçırmış, son vaxtlar isə münasibətləri kəskin pisləşdiyi üçün ümumiyyətlə tapa bilməmişdir. Cavabdehin onları aldatdığına, kredit müqaviləsinin şərtlərini yerinə yetirməməsinə və yerinə yetirməkdən boyun qaçırmasına, onlara vurduğu maddi və mənəvi zərərə görə, maddi məsuliyyət daşımalıdır.
11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh hazırki mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ülkərin, yəni iddiaçının bacısının keçmiş həyat yoldaşıdır. Həmin kredit Ülkər xanım və onun atasının şəxsi ehtiyacları üçün götürüldüyündən iddiaçını n atasının mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehin həmin dövrdə kifayət qədər imkanı var idi və 4 mağazaya sahiblik edirdi. Cavabdehin özünün əmlakı ola-ola kreditin təminatı olaraq iddiaçının atasının yaşayış evinin ipoteka ilə yüklü edilməsi elə onu nümayiş etdirir ki, kredit iddiaçının bacısı Ülkər xanımın şəxsi ehtiyacları üçün götürülmüşdür. Ona görə də iddiaçı krediti ödəməyib ki, Ülkər xanım özü ödəsin. Cavabdehin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ülkər Hüseynbəyliyə qarşı iddia tələbi irəli sürmək niyyəti olduğundan mediasiyaya müraciət edilib. Belə ki, həmin kredit birgə nikah dövründə əldə edilmişdir. Əmlak əvvəldən Cavabdeh mülkiyyətində deyil, ipoteka qoyan Hüseyn Quliyevin mülkiyyətində olmuşdur. O, öz həqiqi iradə ifadəsi əsasında həmin əmlakı ipoteka qoyar aq onu itirmək təhlükəsini əvvəldən dərk edərək məsuliyəti öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi qanunvericiliyin şərtlərinə riayət edilməklə bağlanmış və müqvilə bağlanarkən Hüseyn Quliyev fəaliyyət qabiliyyətli olmuş, heç bir hədə və təzyiq əsasında deyil, həqiqi iradə ifadəsi əsasında müqaviləni notariusun iştirakı ilə imzalamışdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-224/2022 saylı 28 mart 2022ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh 20.000 manat və ödənilmiş dövlət rüsumunun yarısı, yəni 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış kredit müqaviləsinə əsasən biri ncinin 40.000 manat məbləğində krediti ödəmək öhdəliyinin yaranması artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə preyudisial xarakter daşıyır və mübahisələndirilə bilməz.
14. Həmçinin məhkəmə iş materiallarına məcmu halda qiymət verərək və qanunvericiliyin müvafiq normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçının iddiası cavabdehin "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi məqsədilə ödənilmiş 20.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
15. İddia tələbinin “cavabdehdən mənəvi ziyana görə isə 20.000 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. İddiaçı ona hansı qaydada mənəvi ziyanın vurulması faktını təsdiq edəcək hər hansı bir sübutu məhk əməyə təqdim etməmişdir.
16. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ona 20.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı bunu cavabdehin öz borcunu ödəməməsi ilə əsaslandırmış, lakin cavabdehin borcu ödəməməsi nəticəsində yuxarıda qeyd edilən qərarda göstərildiyi kimi hansı fiziki və psixi iztirablar keçirməsi, bununla da onlara mənəvi ziyan dəyməsini əsaslandırmamış, məhkəmə zamanı iddia tələbinin əsaslığı barədə məhkəməyə heç bir rəsmi və mötəbər sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 311.1, 311.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya in stansiyası məhkəməsində icraat
18. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz ərizəsində irəli sürdüyü iddialar tamamilə əsassızdır və cavabdehə qarşı qərəzli münasibətdən irəli gəlir. İş materiallarından da açıq-aşkar görünür ki, X12 öz həqiqi iradə ifadəsi ilə müqaviləni notariusun iştirakı ilə imzalamışdır. X19 əvvəlcədən ona məxsus əmlakı ipoteka qoyaraq onu itirmək təhlükəsini dərk etmiş və bu məsuliyyəti öz üzərinə götürmüşdür. Hüseyn Quliyev müqavilə bağlanan zaman fəaliyyət qabiliyyətli olmuş, heç bir kənar təsir altında olmamış və bağ lanan müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması üçün də hər hansısa bir əsas mövcud olmamışdır. Bundan əlavə kredit məbləğinin Cavabdeh adına rəsmiləşdirilməsi heç də bu məbləğin cavabdeh tərəfindən götürülməsi və istifadə edilməsi anlamına gəlmir. Belə ki, qeyd edilən kredit məbləği Hüseyn Quliyev və onun qızı Ülkər Hüseynbəyli (cavabdehin keçmiş həyat yoldaşı) tərəfindən onların istifadəsi üçün götürülmüşdür. Bu səbəbdən də, Hüseyn Quliyev məhz özünə məxsus olan əmlakı ipoteka ilə yüklü etməyə razılığını vermişdir. Əgər kredit məbləği cavabdehin özü üçün istifadə olunmaq məqsədilə götürülsə idi, Hüseyn Quliyev ona məxsus olan əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq verməzdi. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh öz mülkiyyətində əmlakları var və Hüseyn Quliyev də bunu b ilirdi, belə olan halda əgər kredit məbləği cavabdeh üçün götürülsə idi cavabdehin əmlaklarından biri ipoteka ilə yüklü edilərdi və Hüseyn Quliyev öz əmlakının yüklü edilməsinə razılıq verməzdi. Bundan əlavə Ülkər Hüseynbəyli cavabdehin keçmiş həyat yoldaşıdır və onlar arasında münasibətlər pisdir. Bu səbəbdən də istər onun özü, istərsə də bacısı tərəfindən cavabdehə qarşı qərəzli münasibət var, onlar tərəfindən qəsdən cavabdehə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət edilir və nəticədə tərəflər arasındakı məhkəmə çəkişmələri uzun müddətdir ki davam edir. Qeyd etdiyi bütün hallar İddiaçı tələbinin əsassız olduğunu, sübutlara əsaslanmadığını və sırf cavabdehə olan mənfi münasibətindən irəli gəldiyini açıq-aydın göstərir. Məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin 311-ci maddəsini düzg ün tətbiq etməmişdir. Məhkəmə qətnaməni faktlar əsasında qəbul etməyib, ipoteka predmetinin şərtlərinə nəzər yetirməyib. Məhkəmə işi hərtərəfli araşdırmayıb, sübutları kifayət qədər tədqiq etməyib. Qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müəyyən edilsə də, bu hal sübuta yetirilməmişdir. İpoteka müqaviləsində belə bir şərt nəzərdə tutulmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4568/2022 saylı iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instans iya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri açıq-aydın əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuzdur, əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və ləğv olunmalıdır.
25. X12 öz həqiqi iradə ifadəsi ilə müqaviləni notariusun iştirakı ilə imzalamışdır, X19 əvvəlcədən ona məxsus əmlakı ipoteka qoyaraq onu itirmək təhlükəsini dərk etmiş və bu məsuliyyəti öz üzərinə götürmüşdür. Hüseyn Quliyev müqavilə bağlanan zaman fəaliyyət qabiliyyətli olmuş, heç bir kənar təsir altında olmamışdır və bağlanan müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması üçün də hər hansısa bir əsas mövcud olmamışdır. Bundan əlavə kredit məbləğinin Cavabdeh adına rəsmiləşdirilməsi heç də bu məbləğin cavabdeh tərəfindən götürülməsi və istifadə edilməsi anlamına gəlmir. Belə ki, qeyd edilən kredit m əbləği Hüseyn Quliyev və onun qızı Ülkər Hüseynbəyli (cavabdehin keçmiş həyat yoldaşı) tərəfindən onların istifadəsi üçün götürülmüşdür. Bu səbəbdən də, Hüseyn Quliyev məhz özünə məxsus olan əmlakı ipoteka ilə yüklü etməyə razılığını vermişdir.
26. İpoteka qoyan əsas öhdəlik icra edilməyəcəyi təqdirdə əmlakının əlindən çıxması riskini əvvəlcədən görür və bununla da razılaşır. Odur ki, iddiaçı risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün əmlakı ilə cavabdeh olduğundan, ipoteka qoyulmuş əmlakının realizə olunduğu hallar üçün bütün məsuliyyəti özü daşıyır. Qanunvericilik ipotekaya tutma yönəldilənədək mülkiyyətçinin kreditoru təmin etmək hüququnu müəyyən etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.
29. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olm ayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdehin "xxxx" QSC qarşısında öhdəliyinin təmin edilməsi məqsədilə ödənilmiş 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etmiş birinci instansiya məhkməsinin haqlı olması barədə düzgün nəticəyə gəlmişdir.
45. K assasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit məbləğinin Cavabdeh adına rəsmiləşdirilməsinin heç də bu məbləğin onun tərəfindən götürülməsi və istifadə edilməsi anlamına gəlmədiyini, qeyd edilən kredit məbləğinin Hüseyn Quliyev və onun qızı Ülkər Hüseynbəyli tərəfindən onların istifadəsi üçün götürülməsini, bu səbəbdən də Hüseyn Quliyevin məhz özünə məxsus olan əmlakı ipoteka ilə yüklü etməyə razılığını verməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillinə, yəni iddiaçının ris k dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün əmlakı ilə cavabdeh olduğundan, ipoteka qoyulmuş əmlakının realizə olunduğu hallar üçün bütün məsuliyyəti özü daşıması barədə dəlilinə münasibət bildirərək qeyd edilir ki, cavabdeh iddiaya qarşı etdiyi etiraza uyğun olaraq borcun iddiaçıya, o cümlədən mülkiyyətçiyə aid olması barədə sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilmədiyindən, iddiaçı tələbi təmin etdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 311.2-ci maddəsinə uyğun olaraq hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu hal isə kassasiya şikayətinin qeyd olunan dəlilinin əsassız olmasını təsdiq edir.
47. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yara dan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4568/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.