Məhkəmə qərarları › İş №2(102)-590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-590/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-590/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 X və Cavabdeh2 X İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6568/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinin Texniki Pasportundan görünür ki, xxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, xxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 25.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmişd ir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, xxxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 26.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Abbas və Cavabdeh1lərin iddia tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının isə təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınması, X2, həmçinin Cavabdeh2 X və Cavabdeh1 X həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun onların özünə aid olunması, ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh2 X və Cavabdeh1 X müştərək qaydada 200 (iki yüz) manat məbləğində pulun tutulması qət olunmuşdur.

5. Bakı Apelyasiya Məhkəməsinin MK-nın qanuni qüvvəyə minmiş 25.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 X, Cavabdeh1 X apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 X və Cavabd eh1 X iddia tələblərinin təmin olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin Cava bdeh2 X və Cavabdeh1 X, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 X və Cavabdeh1 BX qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 (iki yüz) manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 6. 21.10.201 9-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış sahəsini X3 21.10.2021-ci il tarixədək icarə haqqı aylıq 300 manat olmaqla tam hissədə icarəyə vermişdir.

7. Azərbaycan Respublikası "xxxx" MMC-nin MB12/956 №-li ekspert rəyindən görünür ki, xxxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binasının 09.11.2019-cu il tarixinə hesablanmış bazar icarə dəyəri 2019-cu il üçün 1300 manat, 2018-ci il üçün 1261 manat və 2017-ci il üçün 1209 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 350.000 manat məbləğində pul un alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası onun mülkiyyətində və faktiki istifadəsində olmuşdur, həmçinin bunu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (bundan sonra “Reyestr”) verilmiş çıxarış da təsdiq edir. O, da, həmin sahədən istifadə etmək üçün təmir etdirmişdir. Lakin eyni obyekt köhnə ünvanı, yəni Təbriz küçəsi 27 ünvanı ilə Reyestrdə onunla Cavabdeh2 X və Cavabdeh1 X paylı mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə cavabdehlərə Reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda onların həmin obyekt üzərində payları onun adına ½ hissə, cavabdehlərin hər birinin adına ¼ hissə olaraq qeyd edilmişdir. Qeyd edir ki, həmin əmlak dö vlət mülkiyyətində olduğuna görə, onu özəlləşdirmək yalnız dövlət əmlakını özəlləşdirmək yolu ilə mümkün idi. Əmlakın dəyərini ödədiyinə görə auksionun qalibi də o, olmuşdur. Buna görə də həmin əmlak tam qanuni əsaslarla mülkiyyətindədir. Özəlləşdirilən tarixdən o, həmin əmlaka öz şəxsi mülkiyyəti kimi sahiblik və istifadə etmiş, həmçinin bu illər ərzində həmin sahədə bütün zəruri təmir və yaxşılaşdırma işlərini o, aparmışdır. Həmin sahəni satın almaq məqsədi olan cavabdehlərin atası X isə həmin əmlaka dair heç bir tələbi olmamışdır. Onun bu illər ərzində obyektə ümumiyyətlə baş çəkməməsi, obyektin açarlarının onda olmaması da sübut edir ki, mərhumun obyektə dair heç bir iddiası olmamışdır və obyekti mülkiyyəti olaraq görməmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavab dehlərin hər birinin ¼ hissədə mülkiyyət hüquqları tanınmışdır və cavabdehlər onun qeyri yaşayış binasının təmiri və yaxşılaşdırma işləri üçün çəkdiyi xərci qarşılamamışlar. Həmin sahənin yaxşılaşdırılması üçün 350.000 manat xərc çəkmiş və qeyri-yaşayış binası əsaslı təmir edilmişdir. Hal-hazırda cavabdehlərin də həmin binaya olan mülkiyyət hüquqları tanındığı üçün ona 350.000 manat maddi ziyan dəymişdir.

10. Sonradan iddiaçı iddia ərizəsinə dəyişiklik verərək, iddia tələbinin tam təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 450.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik verərək, xxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 X və Cavabdeh2 X cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 mart 2017-ci il tarixindən hal-hazıradək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan lakin, ödənilməmiş 20.806,5 (iyirmi min səkkiz yüz altı,beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx küçəsi 27 ünvanında yerləşən, Nərimanov rayon MKTB-yə məxsus olmuş, ümumi sahəsi 132.8 kv.metr olan 27 nömrəli t/h mağaza-qeyri-yaşayış sahəsi özəlləşdirilən zaman güzəştli satışda iştirak etmiş İddiaçı və mərhum X4 tərəfindən bərabər paylarla (1/2 hissə İddiaçı və 1/2 hissə mərhum X1 məxsus olmuşdur) satın alınmışdır. X4 15 iyun 2017-ci il tarixində vəfat elmişdir. Atalarının vəfatından sonra onlar vərəsələr qismində 1/2 hissəsi atalarına məxsus olmuş xxx küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin atalarına məxsus hissəsinə 1/4 hissə olmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 və 26 dekabr 2017-ci il tarixlərində qeydiyyat aparılmaqla Çıxarışlar və Texniki Pasportlar almışlar. Hüquqların dövlət qeydiyyatı haq qında daşımaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlarda xxx küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsinin İddiaçı, 1/4 hissəsinin Cavabdeh2, digər 1/4 hissəsinin Cavabdeh1 məxsus olduğu göstərilmişdir. Həmin qeyriyaşayış sahəsi 1/2 hissənin mülkiyyətçisi olan İddiaçı tərəfindən bütövlükdə icarəyə verilmiş və mərhum atasının sağlığında cavabdehin bacısı X9 tərəfindən icarə haqqlarından atasına düşən pay hissəsi bank vasitəsilə ödənilmişdir. Lakin, atasının vəfatından sonra onlara çatası icarə haqqları ödənilməmiş, ümumiyyətlə onlara həmin obyektə girməyə icazə verilməmişdir. Həmin qeyri-yaşayış sahəsi hal-hazırda maşın aksesuarlarının satışı məqsədilə istifadə olunur. Onlar cavabdehdən bu qanunsuzluğuna son qoymasını, mərhum atas ına məxsus hissənin naturada ayrılaraq onlara verilməsini tələb etsələr də, cavabdeh onların tələbinə əməl etməmişdir. Belə olan təqdirdə onlar, cavabdeh İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 1/2 hissənin, Cavabdeh2 və Cavabdeh1 məxsus 1/2 hissənin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

14. Cavabdeh1 və Cavabdeh2 qarşıqlı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi nin təmin edilərək, 27 mart 2017-ci il tarixindən 22 fevral 2020-ci il tarixindək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan lakin, ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki,beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, ödənilmiş dövlət rüsumularının tərəflərə aid edilməsi qət edilmişdir.

16. B irinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, həm ilk, həm qarşılıqlı iddia bir hissədə vurulmuş maddi ziyanın ödənilməsi barədədir. Məhkəmə hər iki iddianın maddi ziyanla bağlı hissəsində belə nəticəyə gəlir ki, həm ilk, həm qarçılıqlı iddiaçı irəli sürdüyü tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Məhkəmə qeyd edir tərəflər arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan mübahisəli qeyri-yaşayış sahəsi ilə baölı məkəmə mübahisələri olmuş və hal hazırda bu məsələ ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Mübahisə ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarının məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan hazırki həm ilk, həm qarşılıqlı iddianın əsaslılığı barədə nəticəyə gəlmək olm az. İlk İddiaçı maddi ziyanın əvəzi kimi xxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir, lakin bu tələbin hüquqi əsasları da iddia ərizəsinə dəyişiklikdə göstərilməmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh1 X və Cavabdeh2 X İddiaçı maddi ziyanın əvəzi (onlara ödənilməli olan, lakin ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki manat əlli qəpik) manat maddi ziyanı tələb etsələr də, atalarına və sonradan onlara məxus qeyri-yaşayış sahəsinin icarə haqqını hesablamışlar, lakin bu tələbin əsasını təşkil edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə maddi ziyanla bağlı hər iki iddianı əsassız hesab edir v ə rədd edilməsi qənaətinə gəlir.

17. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir və belə nəticəyə gəlir ki, ümumulikdə iddiaçılar qarşı tərəfin hərəkət və ya hərəkətsizliyi nəticəsində onlara hər hansı bir maddi zərərin dəyməsini sübuta yetirə bilmədilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçılara dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə maddi ziyanla bağlı iddia tələbini əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir.

18. Məhkəmə qarışılıqlı iddia üzrə iddiaçıların mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gə lən öhdəliklər) qaydaları tətbiq edilir.

19. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm d ə mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

20. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

21. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılara mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də qarşılıqlı iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır

22. Məhkəmə öz mövqe yini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1097.3-cü, Mülki Prossesual Məcəllənin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayətləri vermişlər.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6568/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, avabdehin apellyasiya şikayətində İddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X3 21.10.2021-ci il tarixədək icarə haqqı aylıq 300 manat olmaqla tam hissədə icarəyə verildiyini qeyd etsə də, ksero surət olmaqla iş materiallarına əlavə edilmiş 21.10.2019-cu il tarixli icarə müqaviləsinin 1-ci bəndindən görünür ki, İddiaçı ün van 4 ünvanında yerləşən ona məxsus 66 kv.metr hissəni icarəyə vermişdir.

27. Kollegiya eyni zamanda cavabdehlərin apellyasiya şikayətinin mənəvi zərər hissəsi ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübut edə bilmədiyindən, Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəfin öz hüquqlarının müdafiəsini təşkil etmək üçün müdafiəçi ilə müqavilə bağlaması onun mənvi istirab çəkməsi kimi qiymətləndirilə bilməz.

28. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı ilkin iddia tələbinin qanuni əsası kimi, cavabdehlərin onun hesabına əsassı z varlandığını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından bu halın tam əksi sübut olunur. Belə ki, qanuvericiliyin əsassız varlanmaya vermiş olduğu anlayışdan görünür ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (MM 1091.1). Hazırkı işdə isə görünür ki, qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdehlərin mübahisəli qeyriyaşyış sahəsinə pay hüquq tanınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış ilə xxx küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 25.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh2 ¼ hissədə isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hazırkı halda cavabdehlərin iddiaçının hesabına əsassız varlanmasından söhbət gedə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

36. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

37. Zərər dedikdə, hüququ pozulmuş ş əxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

38. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

39. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.. (maddə 1097.1) Mülki Prossesual Məcəllə

40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6568/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar