Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5902/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili X1i oğlunun, Cavabdeh1 vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.10.2017-ci il tarixli, x saylı kredit razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 Ələdddin qızına 60 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24.410 manat məbləğində kredit verilmişdir.
2. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh3, habelə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavab dehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC “Bakıxanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli x saylı kredit müqaviləsinə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli x saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 22171,23 manat əsas borcu, 8661,22 manat faiz borcu, 3469,37 manat cərimə borcu olmaqla, cəmi 34301,82 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Amrahbank ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc cavabdehlərdən tutulmalıdır.
6. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli, 9/3852 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 26.10.2017-ci il tarixində x saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 27.02.2020-ci il tarixə 22.162,27 manat əsas borc, 5262,57 manat faiz borcu vardır. Ekspertiza tədqiqatın dəyəri 150 manat təşkil etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 01 mart 2021-ci il tarixli, 2(004)-171/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22 162,27 manat əsas borc, 8661,22 manat faiz borcu və 500 manat cərimə, cəmi 31323,49 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə mövqeyini Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 31 may 2021-ci il tarixli, 2(103)-4781/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində 22.162,27 manat əsas borcun, 5262,57 manat faiz borcu nun olduğu qeyd edilmişdir. Cavabdeh1 ekspert rəyində qeyd olunan borc məbləği ilə razı olmadığı halda məhkəmə cəmi borcun 31.323,49 manat olduğunu, yəni ekspert rəyində qeyd olunan borc məbləğindən də çox olduğunu müəyyən etmişdir. Ona görə də, iş təkrar ekspertizaya göndərilməli və ekspert rəyi əsasında obyektiv qərar qəbul edilməlidir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 26.10.2017-ci il tarixli müqaviləsinə əsasən, ona gündəlik tələbat məqsədi ilə 60 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 24.410 manat kredit verilmişdir. İddiaçı iddia ərizəsində kreditin 60 ay müddətinə verilməsini qeyd etsə də, müddət başa çatmadığı və müqavilə ləğv edilmədiyi halda kredit və faiz borcunun hansı qanunvericiliyə əsasən tam olaraq geri tələb edilməsini əsaslandırmamışdır. İddiaçını n tələbləri tamamilə əsassızdır. Məhkəmə isə iddiaçının tələbinin əsaslı olub-olmadığını araşdırmadan, iddiaçının iddiasını təmin edərək qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən 26.10.2017-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Lakin, nəzərdən qaçırmışdır ki, həmin müqavilə hal-hazırda da qüvvədədir. Belə olan halda məhkəmənin qəbul etdiyi qətnamə tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili x oğlu kassasiya şikayə tinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, mü qavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
20. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
21. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.
22. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borcl unun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
23. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalar a mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq mad di hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankla Cavabdeh3 və Cavabdeh2 arasında arasında bağlanmış zaminlik müqavilələri ilə əsas borclunun öhdəliklərinin icrasına təminat verilm işdir. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını (xatırlatmasız) gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Birinci instansiya məhkəməsində borcun məbləği mühasibatlıq ekspertizası ilə müəyyən edilmişdir (§ 1-3, 7).
33. Belə olan halda, borcun cavabdehlərdən tutulması tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 19, 22-25).
34. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddianın göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.
35. Kollegiya faiz borcunun düzgün müəyyən edilməməsi barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir ona görə ki, cavabdeh müqavilə şərtləri əsasında hesablanan faiz borcunun yenidən ekspertiza tədqiqatı ilə yoxlanılması zərurətini göstərən mötəbər sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməmişdir.
36. Eyni zamanda cavabdeh öhdəliyin icrasını gecikdirdiyi üçün iddiaçının razılaşmadakı ümumi müddət başa çatmadan müqavilədən imtina edərək kredit borcunu tələb etməsi mülki qanunvericiliyə uyğundur (§ 18, 20-21).
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 31 may 2021-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.