Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5904/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5904/21 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil5, İddiaçının vəkili Vəkil3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5036/2021 nömrəli, 10.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Toyota Prado” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Bakı şəhəri DYPİ-nin 04.04.2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda həmin yol nəqliyyat hadisəsində X6 da təqsirli bilinmişdir. Bakı şəhəri DYPİ-nin 30.03.2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə t utulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
2. İXP seriyalı, ******* nömrəli, 25.03.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X5 25.03.2020-ci il tarixdə saat 11:40-da radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində AD seriyalı, 247189 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən İddiaçı məxsus olan 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
3. X5 baş vermiş hadisədə təqsirli bilinməsinə dair protokoldan məhkəməyə şikayət vermişdir. Bakı Ap ellyasiya Məhkəməsinin 04.12.2020-ci il tarixli, 3(103)2152/2020 nömrəli qərardadından görünür ki, Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X2 Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. 4. “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı hazırkı mübahisəni başlamaqla avtomobilinə vurulan zərəri X1 tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 79040 manat məbləğində real zərərin, 50.000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, 25.03.2020-ci il tarixdə cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı minik avtomobili ilə H.Əliyev prospektində (hava limanı yolu, Qala istiqaməti) hərəkə tdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbi ilə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində Bakı şəhər DYPİ tərəfindən TP3581641 saylı, 04.04.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbindən iddiaçının mülkiyyətində olan **-ML*** dövlət qeydiyyat nişanlı, "Audi” markalı avtomobilə 79040 manat məbləğində zərər dəymişdir. Bu öz əksini avtomobil barəsində "xxxx" MMC (Audi Servis) tərəfindən 13.04.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktında da tapmışdır. İddiaçı tərəfdən cavabdehə p retenziya məktubu göndərilmiş və məhkəmədənkənar dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır.
7. Zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2110/2020 nömrəli, 04.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyan ın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 m - 40%) manat müəyyən edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilmiş, cavabdeh X1 dəymiş ziyan 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur. Buna görə, dəymiş zərərin ödənilməsi də cavabdehin üzərinə düşür.
10. Birinci instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 10.06.2021-ci il tarixli, 2(103)-5036/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslıdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinin dəlilləri
14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəliləri belədir:
1. Hadisə ilə bağlı təhqiqat davam edir və təqsirkar hələ müəyyən edilmədiyii üçün zərərin ondan tutulması əsassız və qanunsuzdur.
2. Hadisənin baş verməsində günahkar olsa belə, həmin hadisənin səbəbi hadisədə iştirak edən digər avtomaşının sürücüsü X3 təqsirindən baş vermişdir. Zərərin məbləği müəyyən edilərkən MM-nin 21.3 maddəsinə uyğun olaraq hüquqi dəyərləndirmçə aparılmalı idi.
3. Onun yol nəqliyyat hadisəsindən icbari sığorta müqaviləsi mövcud idi və hadisədən sonra iddiaçıya 5000 manat sığorta məbləği ödənilsə də məhkəmə zərərin məbləğini müəyyən edərkən həmin ödənişi nəzərə almamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili və nümayəndəsi Vəkil5 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçının vəkili Vəkil3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə.
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin d aha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Maddə 21.3. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallard a üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Maddə. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
21. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Maddə. 1108.3. Yüksək təhlükə mənbələrinin sahiblə ri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən əsaslı hesab olunaraq qətnamə ləğv edilməli, iş yenidən apellyasiya baxışına göndərilməlidir.
30. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmadan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə MPM-nin 376.2 maddəsinin tələblərini pozmuşdur.
31. Kassatorun hazırkı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Lakin, Apellyasiya məhkəməsi cavabdehin həmin dəlillərini apellyasiya icraatında araşdırmamış və onlara qiymət verməmişdir. Hansı ki, işin faktiki halları cavabdehin dəlilləri ilə bağlı araşdırma aparılmasını zəruri edirdi.
32. Kassasiya intansiyası məhkəməsi qeyd edir ki, iddia yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan, ilk öncə yol nəqliyyat hadisəsinin kimin günahından baş verməsi, şəxsin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmalı idi.
33. Hazırkı iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün həmin yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsi ilə bağlı hallar bütövlükdə yoxlanmalı idi. İşdən görünür ki, yol nəqliyyat hadisəsi həqiqətən “Opel Astra” markalı avtomobilin sürücüsü X3 yol hərəkəti qaydalarını pozması ilə başlamış və iddiaçının avtomaşınına zərər yetirilməsi ilə baş a çatmışdır. Amma məhkəmənin qətnaməsində hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi, hazırkı iş üzrə cavabdehin hərəkətləri ilə X3 yol hərəkəti qaydalarını pozması arasında səbəbli əlaqənin olub-olmaması görsənmir. Məhkəmənin yeganə istinadı ondan ibarətdir ki, cavabdehin barəsində yol polisi tərəfindən inzibati protokol tərtib edilmişdir.
34. Hadisənin bütövlükdə araşdırılmasının əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
35. Ona görə işə yenidən baxılark ən məhkəmə cavabdehin barəsində tərtib edilmiş inzibati protokolun hazırkı iş üzrə preyudisial hal (təqsirliliklə bağlı) olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Belə dəyərləndirmənin nəticəsindən asılı olaraq zərurət yaranarsa hadisənin baş vermə şəraiti, təsqirliliklə bağlı halları müəyyən etmək üçün müvafiq ekspertiza keçirməlidir. Əslində, belə mürəkkəb şəraitdə baş vermiş yol nəqliyyat hadisələrinin təhqiqatı zamanı müvafiq ekspertizaların keçirilməsi zəruridir. Xüsusilə, hadisə iştirakçıları son zərurət, zəruri müdafiə şəraitində hərəkət etdiyini israr etdiyi halda təhqiqat orqanı müvafiq ekspertiza keçirməlidir. Belə mütəxəssis rəyləri olmadan tərtib edilən inzibati protokol təqsirliliyin müəyyən edilməsində mötəbər görünmür. Çünki analoji hallarla bağlı (son zərurət vəziy yəti, zəruri müdafiə) xüsusi biliyə malik olan mütəxəssisin rəyi daha mötəbər sübut hesab olunmalıdır.
36. Bundan başqa, cavabdehin daha bir dəlili icbari sığorta məbləğinin ödənilməsi ilə bağlıdır. Cavabdeh həmin məbləğin vurulmuş zərərin ümumi məbləğindən çıxılmasını tələb edir. Apellyasiya məhkəməsi ümumiyyətlə həmin məbləğin ödənilibödənilməməsi ilə bağlı hər-hansı araşdırma aparmadan qərar qəbul etmişdir. Hansıki, kassasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili həqiqətən 5000 manat pulun sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini etiraf etmişdir.
37. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını ya lnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
38. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
39. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və proses sual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5036/2021 nömrəli, 10.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy