Məhkəmə qərarları › İş №2(102)-5904/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5904/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5904/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1304/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2017-ci il tarixli, 415-K nömrəli əmrlə İddiaçı-nin (bundan sonra - iddiaçı və ya MMC) satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. 2. 18.05.2018-ci il tarixli 192-K nömrəli əmrlə cavabdeh MMC-nin satış əməliyyatları şöbəsinə Baş satıcı vəzifəsinə keçirilmişdir.

3. MMC-nin direktoru ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən cavabdeh MMC-nin Satış departamentinə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı 175 manat müəyyən edilmişdir.

4. Eyni tarixd ə tərəflər arasında "Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Sənədə əsasən, cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür (bənd 1). Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir (bənd 4). 5. xx.xx.2019-cu tarixli, 206-K nömrəli əmrlə cavabdehlə bağlanmış MMC-nin Satış Departamentinin Satış 1 Şöbəsinin Administratoru vəzifəsi üzrə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 68-ci maddəsinin ikinci hissəsinin "a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 6566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh tərəfindən MMC-yə zərər vurulması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli "İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 6819 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 253 manat ödəniş etmiş, qalıq borc 6566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirməmişdir. Beləliklə, cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.

8. Məhkəmədə tədqiq edilmiş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktda qeyd olunmuşdur ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal - material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10.291,44 manat məbləğində kəsirinin olduğu müəyyən edilmişdir.

9. Cavabdeh tərəfindən imzalanmış iltizamnamədə 1540 say çeşid malda 10291,44 manat məbləğdə kənarlaşma olduğu qeyd edilmiş, cavabdeh yoxlama və araşdırma prosesindən razı olduğunu, kənarlaşma yaradan mallarla tanış olduğunu və heç bir sualının olmadığını qeyd etmişdir.

10. Məhkəmədə tədqiq olunmuş xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, cavabdehə 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın MMC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. Tədqiq olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh 6819 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat pulu MMC-nin xəzinəsinə mədaxil etmiş, onun MMC-yə 6.566 manat borcu qalmışdır.

12. İşə baxılarkan məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq eksp ertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. 13. 26.02.2021-ci il tarixli, 9/5189 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixli yekun aktda göstərilən müxtəlif adda, müxtəlif markalı əksik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 10291,44 manat müəyyən edilir.

14. Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 07 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmlakına (ticarət mal və ehtiyatları) vurulm uş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh maddi ziyanın əvəzi kimi 6.566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı-nin bank hesabına ödənilməsi və iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, təkzibedilməz sübutlarla və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin MMC-nin administratoru vəzifəsində işlədiyi müddət ərzində 10.291,44 manat məbləğində mal çatışmazlığı müəyyən edilmiş, iddiaçı 6566 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir.

16. Məhkəmə ekspert rəyində qeyd olunmuş məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas kimi q əbul etmiş və hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin MMC-yə 6.566 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edildiyindən, iddia əsaslı hesab olunmalıdır.

17. Belə ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır.

18. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır b) ) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Cava bdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 07 aprel 2021ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnamənin iddianın təmin olunmuş hissədə ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş.

20. Apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə iş materiallarında olan ziddiyyətli sübutlara ümumiyyətlə qiymət verməmişdir. İddiaçı mal çatışmazlığın a görə 6566 manat məbləğində borc olmasına dair maliyyə arayışı təqdim etmişdir. Lakin ekspertiza keçirilməsilə bağlı təqdim edilmiş sənədlərdə mal çatışmamazlığının 10291.44 manat olması göstərilmişdir. Məhkəmə araşdırma apararkən ümumiyyətlə bu ziddiyyətin səbəbini müəyyən etməmişdir. Bundan başqa, məhkəmə onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməmişdir. Halbuki, mağaza ona təhvil verilməmiş və o, administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə q iymət verməmişdir. Hətta həmin sübutları araşdırma zamanı almamışdır. Həmçinin, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətinə aid olsa da, bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin, qətnamədə göstərilmişdir ki, guya vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Lakin o, heç bir ödəniş etməmişdir. Bunu onun adından kimsə etmişdir. Hətta işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürmüşlər. Əgər onun mağazaya borcu olsaydı, bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə də tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutları da araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və qətnamədə öz əksini tapmış rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin əsassız olmasını, sübutların isə ziddiyyətli olmasını göstərir. Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edibetməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-2398/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci, Mülki Məcəllənin 21.1, 21.2, 430.1, 442, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2(105)-2398/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 aprel 2022-ci il tarixli, 2(102)-1344/2022 nömrəli qərarı ilə (hakim Hüseynov Abiddin sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd və Əliyev Zaur ibarət tərkibdə) cavabdeh in kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2021-ci il tarixli, 2(105)-2398/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də imzaladığı inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 6566 manat pulun tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya zərərin vurulmasına hər hansı təqsirinin olmadığını bildirir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsin in 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır.

26. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludu r. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılma sı barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206).

27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və həmin akt üzrə verilmiş ekspert rəyi əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şə rt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə xx.xx.2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 10291,44 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz.

28. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Eyni zamanda, birinci instansiya məhkəməsində zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısı nda iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Lakin ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan suallar ı izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almadan yuxarıda qeyd olunan ekspert rəyini cavabdehin iddiaçıya tələb olunan məbləğdə ziyan vurduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir.

29. Həmçinin nəzərə alınmalıdır ki, mülki işin 51-125-ci səhifələrində birinci instansiya məhkəməsində tərəfindən ümumiyyətlə qiymət verilməmiş xeyli sayda yazılı sənədlər mövcuddur. Həm iddiaçının tələbini, həm də cavabdehin etirazlarını əsaslandırmaq üçün təqdim edilmiş həmin sənədlərin məhkəməyə kim tərəfindən və hansı qaydada təqdim edildiyini müəyyən etmək mümkün olmasa da, işə əlavə edilmiş həmin sənədlərə qiymət vermək məhkəmənin vəzifəsi olmuşdur. Belə ki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmi n sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

30. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində məhkəmənin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozduğunu, onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilmədiyini, administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığı nın olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etdiyini, bununla bağlı sübutlarını məhkəməyə təqdim etdiyini, ekspertizanın düzgün keçirilmədiyini və rəyin düzgün qiymətləndirilmədiyini, iddiaçıya 253 manat ödəniş etmədiyini, mağazaya borcu olduğu halda iki ay sonra öz ərizəsi ilə işdən azad edilməsinin və əmək haqqı almasının ağlabatan olmadığını, sadalanan sübutların araşdırılmadığını və onlara hüquqi qiymət verilmədiyini bildirmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsas olsa da apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamış, apellyasiya şikayətinin dəlillərini forma l hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin işəgötürənə zərər vurduğu müəyyən olunduğu halda onun öz ərizəsi ilə işdən azad edilməsinin ağlabatan olmadığı barədə dəlilinə qiymət vermədiyi halda hesab etmişdir ki, cavabdehin mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciətləri dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi anlaşılan deyildir. Məhkəmə, həmçinin inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10291,44 manat olduğu halda maliyyə arayışında 6566 manat göstərilməsi barədə ziddiyyətə cavabdehin aydınlıq gətirməli olduğu barədə qənaətə gəlmişdir.

31. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci, Mülk i Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(105)-1304/2022 nömrəli qətnaməsi ilə (hakim Telman Quliyev sədrliyi və məruzəsi ilə, hakimlər Gülnarə Tağızadə və Lətifə Məmmədova ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Quba Rayon Məhkəməsinin 7 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsində kassasiya instansiyası məhkəməsini mövqeyini olduğu kimi təkrarlamış və qeyd etmişdir ki, mülki işin 51-125-ci səhifələrində olan və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin iclasında təqdim olunmuş sənədləri digər sübutlarla müqayisəli surətdə tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada malmaterialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasına dair işdə heç bir rəsmi məlumat mövcud deyildir və təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim olunmamışdır.

34. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, xx.xx.2019- cu ildə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixində OBA NZS-2 filialında aparılmış təhvil-təslim məsələlərinə dair yekun Akt” X1 tələblərinə uyğun tərtib edilməmişdir və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilm ir, iddiaçı tərəfindən iddianın təmin olunmasına dair başqa bir sübut təqdim edilməmiş və həmin halları sübuta yetirə bilməmişdir

35. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 192, 199, 200, 203, 206-cı maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddiaçı "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6566 (altı min beş yüz altmış altı) manat və dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manatın cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə işçinin işəgötürənə vurduğ u ziyanın məbləği barədə akt tərtib olunmuş və işçi aktla tanış edilmişdir. Məhz 17 iyun 2019-cu il tarixli "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"ın sonunda qeyd edilmişdir ki, "Bu yekun aktda qeyd olunan bütün material qiymətliləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum:" qeyd edilməklə, cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin sözügedən aktın ilk səhifəsində maddi məsul şəxs cavabdeh şəxsən imza etməklə bildirmişdir ki, "İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam". Bununla yanaşı iş materiallarında olan "İltizamnamə"dən də görünür ki, cavabdeh iltizamnaməyə şəxsən imza etməklə şirkətə vurduğu ziyanı etiraf etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən aktı və iltizamnaməni iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın və iltizamnamənin cavabdeh tərəfindən imzalanmasını və şirkətə vurmuş olduğu ziyanı etiraf etməsini nəzərə almamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi inventarizasiya nəticələrinə dair aktın və iltizamnamənin cavabdeh tərəfindən imzalanmasının səbəblərini, bu imzanın həmin aktda və iltizamnamədə göstərilənlərlə razılığını ifadə edib- etməməsini araşdırmadan, yalnız ekspert rəyinin əsaslandırıcı hissəsində göstərilənlərə istinad etməklə, iddianı rədd edərək AR Mülki-Prosessual Məcəlləsinin 88,101.7,103.1-ci maddələrinin tələblərini pozmuş və prosessual po zuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

39. Kassator həmçinin qeyd etmişdir ki, MMC-nin NZS 2 filialında keçirilmiş inventarizasiya prosesi ilə bağlı izahatına əsasən, NZS 2 filialında cavabdehin xx.xx.2019cu il tarixində keçirilən inventarizasiya prosesi zamanı 694445.37 AZN dövriyyəsinin olduğu və 10291.44 AZN əskikgəlmə aşkarlanmışdır. Mağazanın dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği 6819.21 (102xx.xx-694445.37*0.5%) AZN qalmışdır. Bu qeyd edilənlər xx.xx.2019-cu il tarixli aktın ilk səhifəsindəki sütunlardakı xanalarda göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

41. Maddə

191. İşəgötü rənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

42. Maddə

192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri 43.

1. Tərəflərin maddi məsuliyy əti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 44.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə

199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sə rvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

45. Maddə

200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

46. Mad də

203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə

206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 56. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bunlarla bağlı əvvəlki kassasiya icraatında verilmiş göstərişlər üzrə araşdırmanı tam aparmamışdır

60. Belə ki, məhkəmə kollegi yasının qənaətinə görə apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir

61. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdeh iddiaçının əməkdaşı olmaqla, onunla əmək qanunvericiliyə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və cavabdehin iştirakı ilə sonuncunun administrator olduğu “Oba-NZS2” mağazasında 17 iyun 2019-cu il tarixdə aktivlər üzrə inventarizas iya aparılmaqla, çatışmazlıq aşkar edilmişdir.

62. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək göstərir ki, inventarizasiyanın nəticəsi olaraq 6819 manat məbləğində zərər vurulması müəyyən olunmuş, cavabdeh tərəfindən onun 253 manat hissəsi ödənilmiş, qalıq 6566 manat zərər məbləği ödənilməlidir.

63. Göstərilən hallara istinad edən kassasiya instansiyası məhkəməsi əvvəlki icraatında aşağıdakı halların araşdırılmasını zəruri hesab etmişdir: ziyanın həqiqətən vurulduğu aşkar olmalı; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır.

64. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun araşdırmanın nəticəsi olaraq qeyd edir ki, cavabdehin administrator vəzifəsinə təyin edilə n tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasına dair işdə heç bir rəsmi məlumat mövcud deyildir və təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim olunmamışdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qiymətləndirilməsi tam olmamışdır.

66. Belə ki, birinci instansiya məhkəməsi «Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”-da olan cavabdehin qeydinə, yəni - "Bu yekun aktda qeyd olunan bütün material qiymətləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldıım:" və aktın ilk səhifəsində maddi məsul şəxs olan cavabdehin qeydinə "İnventarizasiya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam» əsaslanmaqla iddianın təmin olunması nəticəsinə gəlmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən həmin akta münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əməkdaşları tərəfindən tərtib olunmuş 17 iyun 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt X1 tələblərinə uyğun tərtib edilməmiş və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilmir.

68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticləri ilə razılaşmır və qeyd edir ki, məhkəmənin bu nəticəyə hansı araşdırmanın nəticəsinə uyğun gəlməsini müəyyən etmək mümkünsüzdür.

69. Belə ki, həqiqətən iş üzrə keçirilmi ş ekspertiza rəyinin əsaslandırıcı hissəsində 17 iyun 2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktın X1 tələblərinə uyğun olmaması göstərilmişdir. Bununla belə həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, iddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 17 iyun 2019-cu il tarixli Oba NZS2 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, cavabdehin hesabında olan çatışmazlığın 6819 manat məbləğində müəyyən olunur.

70. İş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun 17 iyun 2019-cu il tarixli Akta əsasən mağazasında siyahıya alınmış mallar üzrə 6819 manat çatışmazlıq müəyyən olunmuşdur. Göstərildiyi kimi aktın əvvəlində cavabdeh «İnventariza siya nəticələri mənim iştirakım ilə araşdırıldı. Çıxarılan nəticə ilə razıyam"» qeydini, aktın sonunda isə "Bu yekun aktda qeyd olunan bütün material qiymətləri mənim iştirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Üzləşdirmə nəticələri ilə tanış oldum.» qeyd edilməklə, cavabdeh tərəfindən imzalanmışdır.

71. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən aktı iddia tələbi üzrə mötəbər olmayan sübut qismində qiymətləndirərkən, aktın cavabdeh tərəfindən imzalanmasını nəzərə almamışdır. Bununla bağlı isə iddiaçı tərəfin dəlillərinin aydınlaşdırılması üçün hər hansı bir cəhd göstərməmiş, həmin aktı sübut kimi qəbul etməməsinə dair mövqeyini əsaslandır mamışdır.

72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini, cavabdehin göstərdiyi kimi inventarizasiya keçirilməməsi, mallar ona təhvil verilmədən maddi məsul şəxs olaraq müqavilə bağlanması, aktı imzalanmasının səbəblərini, bu imza ilə həmin aktda göstərilənlərlə razılığını ifadə edib-etməməsini araşdırmadan, yalnız aktın mövcud qaydalara uyğun tərtib olunmamasına, aktda göstərilənləri aydınlaşdırılmadan isə onun düzgün olmamasına istinad etməklə iddianı rədd edərək Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103.1-ci maddəsinin tələblərini pozmuş və bu prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

73. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunv ericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

74. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir

75. Göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2021-ci il tarixli, 2(105)-1304/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar