Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5909/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1 oğlunun və 3-cü şəxs X4 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(104)1228/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon Məhkəməsinin (hakim N.Mustafayev) 30.10.2018-ci il tarixli, 2(062)905/2018 nömrəl i qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.09.2016-cı il tarixli, RX ******* saylı çıxarışın Tovuz Rayon XDS Rəyasət Heyətinin 31.10.1995-ci il tarixli 99 nömrəli əmri ilə X2 şəhərində İddiaçı verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmüş 0.06 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Muradov, Ş.Əliyeva, Ə.Məmmədov) 24.04.2019-cu il tarixli, 2(104)-1228/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmi n edilərək, Tovuz rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(062)-905/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı “reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********90 olan 15.09.2016-cı il tarixdə Cavabdeh adına qeydə alınmış Tovruz rayonu Qovlar şəhərində yerləşən 0.08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2017-ci il tarixli, 25294 nömrəli rəyinə əsasən, Tovuz Rayon XDS Rəyasət Heyətinin 31.10.1995-ci il tarixli, 10 nömrəli qərarına əsasən “X1” adına sovxozun 10.05.1996-cı il tarixli, 99 nömrəli əmri ilə XXX şəhərində iddiaçıya verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən tutulmuş və hazırda istifadəsindədir. Mübahisəli torpaq sahəsində tikinti işləri aparılmış və cavabdeh tərəfindən çəpərə alındığı müəyyən edilmişdir. Hazırda həmin torpaq sahəsi də daxil olmaqla cavabdehin adına həmin ərazidən 0. 08 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsi isə iş materiallarını və işin hallarını araşdırmadan iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmiş, maddi və prosessual hüqu normalarını pozmuşdur. Ona görə də onlar Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(104)-1228/2019 saylı qətnaməsinin ləğv edilərək Tovuz rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(062)-905/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs AR ƏMDK yanında DƏDRX- nin 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ektiram Səmədov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. 3-cü şəxs X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Tovuz rayonu XDS Rəyasət Heyyətinin 31 oktyabr 1995-ci il tarixli 10 nömrəli prtokolunun qərarına əsasən və X1 adına sovxozun 10 may 1996-cı il tarixli 99 nömrəli əmri ilə İddiaçı XXX şəhərində 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. Eyni zamanda Tovuz rayonu XDS İcraiyyə Komitəsinin 16 oktyabr 1991-ci il tarixli 22 nömrəli prtokolunun qərarına əsasən və X1 adına sovxozun 23 dekabr 1991-ci il tarixli 731 nömrəli əmri ilə Cavabdeh da XXX şəhərində 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. Cavabdeh ona ayrılmış torpaq sahəsində 102,5 kv.m olan fərdi yaşıyış evi tikdirmiş və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 sentyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda fərdi yaşayış evi Cavabdeh, 0,08 ha torpaq sahəsi isə Cavabdeh ilə X4 birgə mülkiyyəti kimi qeyd olunmuşdur. İddiaçı X3 cavabdehlərin adına qeydə alınmış torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olduğunu iddia edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2018-ci il tarixli 15717 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X7 LTİ-nin mütəxəssis rəyinə əsasən Tovuz rayon XDS Rəyasət Heyətinin 31 oktyabr 1995-ci il tarixli 10 nömrəli qərarına əsasən və “X1” adına sovxozun 10 may 1996cı il tarixli 99 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin sxematik planı və həmin torpaq sahəsi haqqında məlumatlar elektron bazada aşkar edilməmişdir. Bundan əlavə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan və 07 mart 2018-ci il tarixli 2(104)-209/2018 nömrəli qərardadla icraatı dayandırılmış, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və çəpərin sökülməsi tələbinə dair 2(104)-47/2019 nömrəli mülki işə baxış keçirilmişdir. Həmin işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mə hkəmə Ekpertizası Mərkəzinin 21 dekabr 2017-ci il tarixli 25808 nömrəli ekspert rəyi ilə də müəyyən olunumuşdur ki, iddiaçının iddia etdiyi ərazinin (Tovuz XDS Rəyasət Heyətinin 31 oktyabr 1995-ci il tarixli 10 nömrəli qərarına əsasən və “X1” adına sovxozun 10 may 1996-cı il tarixli 99 nömrəli əmri ilə XXX şəhəri ərazisindən İddiaçı verilmiş 0,06 ha həyətyanı sahəsinin koordinatları və sərhədləri müəyyən edilmiş, lakin elektron baza məlumatında həmin iddia olunan ərazi 0,09 ha bələdiyyə mülkiyyəti kimi göstərilmiş; X4 və Cavabdeh X1oğlunun ümumi birgə mülkiyyətində olan XXX qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları və sərhədləri RX seriyalı ******* nömrəli çıxarışa və **********90-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda verilmiş sxemə əsasən düzgün müəyyən edilmiş; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X4 və Cavabdeh ümumi birgə mülkiyyətində olan XXX qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin X2 iddia etdiyi ərazidə 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş; Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evini reyestr nömrəsi **********90-10301 olan texniki pasportunda göstərilmiş sxemə əsasən həmin torpaq sahəsində inşa etdiyi tikilinin (fərdi yaşayış evi) 131,5 kv.m torpaq sahəsini əhatə etdiyi, bundan başqa həmin ərazidə xırda köməkçi tikili və daş hasarın inşa edildiyi müəyyən edilmişdir. Ekspert rəylərindən göründü yü kimi mübahisəli torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ mövcud deyil. Beləki, İddiaçı Tovuz rayonu XDS Rəyasət Heyyətinin 31 oktyabr 1995-ci il tarixli 10 nömrəli prtokolunun qərarına əsasən və X1 adına sovxozun 10 may 1996-cı il tarixli 99 nömrəli əmri ilə ona mübahisəli torpaq sahəsinin ayrılmasını qeyd etsədə, lakin mübahisəli torpaq sahəsinin yerində təhkim aktı əsasında ayrılıb sonuncuya verilməsinə dair hər hansı bir möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən çıxarış, fərdi yaşayış evinə dair isə texniki pasport verilmişdir. X1 və Cavabdeh X1oğlunun ümumi birgə mülkiyyətində olan XXX qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları və sərhədləri RX seriyalı ******* nömrəli çıxarışa və ** ********90-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda verilmiş sxemə əsasən düzgün müəyyən edilmişdir. Belə olan təqdirdə İddiaçı hazırkı iş üzrə iddia tələbinin təmin olunmasına hər hansı bir hüquqi əsas yaranmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılma sı, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146-cı maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Torpaq Məcəlləsin in 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ g əlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.Həmin Qanunun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, cavabdehin adına verilmiş Çıxarışların ləğv edilməsinin hüquqi əsasının mövcud olmadığını ətraflı əsaslandı rmaqla, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(104)-1228/2019 nömrəli tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5909/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5909/2019
26.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver