Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5911/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının artırılması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 30.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(060)-283/2013 saylı tarixli qətnaməsi ilə ididaçı İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan xx xxxx 2009-cu il təvəllüdlü xxx və xx xxxxxx 2011-ci il təvəllüdlü xxxin iddiaçının yanında qalmasının müəyyən olunması və birgə nikahdan olan xxx və xxxin yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2012-ci il tarixdən başlayaraq hər ay cavabdehdən qazancının və (və ya) başqa gəlirindən hər uşağa 75 manat olmaqla ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(060)-283/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə iki uşağa görə 320 manat sabit pul məbləğində aliment tutulub, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,150 manat məbləğinə alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Valideyninin köməyi ilə uşaqlarını çətinliklə saxlayır. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə onların tələbatları da günü-gündən artır. Hazırda yaşayış minimumunun 160 manat olması məhkəmə tərəfin dən nəzərə alınmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, cavabdehin bu nikahın pozulduqdan sonra yeni ailə həyatı qurması, iki uşağının olmasını və iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşıya dəyişdirilməsi barədə heç bir sübutun təqdim edilməməsinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab etməyərək qeyd etmişdir ki, 2013-cü ildən indiyə qədər manat bir neçə dəfə devalvasiyaya uğrayıb və 2013-cü ildə təyin olunmuş cəmi 150 manatla uşaqların dolanışıq xərclərini qismən ödəmək mümkün idisə, hazırda həmin məbləğ ümumiyyətlə kifayət etmir. Bununla da birinci instansiya məhkəməsi 2019-cu il üçün yaşayış minimumu haqqında və Uşaq Hüquqları Haqqında Qanunun 13cü maddəsini tətbiq etməməklə maddi normalarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin maddi vəziyyətində dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, daha yaxşı işlə təmin olunması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, aliment müəyyən edildikdən sonra cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan daha iki uşaqları olmuşdur. Ona görə də, hal-hazırda cavabdehdən tutulan alimentin miqdarının artırılması, cavabdehin vəziyyətini olduqca çətinləşdirə bilər. Qeyd edilməlidir ki, qanunvericilikdə alim entin tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası birbirindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı muəyyən olunduqdan sonra tərəflərdən birinin hər ikisinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Göründüyü kimi, qanunvericiliyə gorə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfın ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun. İddiaçı onun maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən onun maddi vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəmələrinə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri K assasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birin in ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsini n aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdeh və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin dəyişdirilməli, cavabdehdən xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 110 (yüz on) manat, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında məhkəmə qətnaməsi ilə alimentin müəyyə n edilməsi vaxtından, yəni 2013-cü ildən indiyə qədər manatın bir neçə dəfə devalvasiyaya uğraması və 2013-cü ildə təyin olunmuş cəmi 150 manatla uşaqların dolanışıq xərclərinin qarşılanmasının kifayət etməməsi barədə düzgün qənaətə gəlmişdir. Lakin məhkəmə iddia tələbini tam təmin edərək cavabdehdən ümulikdə 320 manat alimentin tutulmasını qət etməklə maddi hüquq normasının tələblərini pozaraq cavabdehin maddi və ailə vəziyyətini nəzərə almamışdır. Belə ki, işin mübahisə edilməyən halı ilə cavabdehin yeni nikaha daxil olması, yeni nikahdan uşaqlarının olması müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq dig ər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” Plenumun qərarından göründüyü kimi, məhkəmə alimentin məbləği müəyyən edən zaman tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqla rın olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Tərəflər arasında alimentin ödənilməs i barədə sazişin olmadığını, cavabdehin maddi və ailə vəziyyətini, yeni nikaha daxil olmaqla uşaqlatının olması, uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün ayda 110 manat, ümumilikdə 220 manat sabit pul məbləğində də aliment tutulmalıdır. Məhkəmə kollegiyası tərəflərin maddi vəziyyətində heç bir dəyişikliyin olmaması barədə cavabdehin etirazının dəlillərini əsaslı hesab etmir. Belə ki, alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Əvvəlki illərə nisbətən uşaqların saxlanması üçün iddiaçı daha çox pul vəsaiti xərclədiyin dən bu hal onun maddi vəziyyətində dəyişiklik olmasına dəlalət edən haldır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, müəyyən olunmuş alimentin miqdarının dəyişilməsi (artırılması, yaxud azaldılması) üçün təkcə tərəflərin maddi vəiyyətinin yaxşılaşması deyil, pisləşməsi də əsas ola bilər. Bazar iqdisadiyyatında yaşayış üçün zəruri olan malların dəyərinin artması, buna müvafiq olaraq gəlirlərin artmaması iddiaçının maddi vəziyyətində mənfi dəyişiklik kimi qiymətləndirilməlidir. Uşaqlar iddiaçının yanında qaldığına görə, onların gündəlik tələbatları, geyim, yemək və təhsilləri ilə əlaqədar olan xərcləri iddiaçı tərəfindən qarşılanır. Cavabdeh də uşaqların valideyni kimi iddiaçı ilə bərabər uşaqları saxlamağa, tələbatlarını qarşılamağa borcludur. Bu hal onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir. Alimentin tutulması vaxtının müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərkən miqdarı dəyişdirilmiş aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə əlavə araşdırılmış hallar mövcud olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Posessual Qanunvericiliyə əsasən Ali Məhkəmənin qəbul etdiyi dərhal qüvvəyə mindiyindən alimentin artırılmış məbləğinin tutulması da kassasiya instansiyası məhkəməsinin hazırki qərarı elan edildiyi andan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edisin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx xxxx 2009-cu il təvəllüdlü X2 və xx xxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 110 (yüz on) manat, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Alimentin artırılmış məbləğinin tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy