Məhkəmə qərarları › İş №2(102)-5911/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5911/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5911/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(075)-985/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayətinə əsasən işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim E.M.Mehdiyev) İddiaçı Cavabdeh qarşı “100.000 manat pul iddiasına dair” mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Ş əki Kommersiya Məhkəməsinə göndərilib. Şəki Rayon Məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir və hazırki mübahisəli məsələ onlar arasında sahibkarlıq fəaliyyətinin həyata kesirilməsi ilə bağlı yaranıb. Ona görə də mübahisəyə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə isə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, mülki işə məhkəmə hazırlıq iclasında baxılması 08 iyul 2021-ci il tarixə təyin edilib. Bundan sonra, İddiaçı şikayət verərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmasını xahiş edib. Şəki Rayon Məhkəməs inin 07 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı həmin məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadından verdiyi şikayət geri qaytarılıb. Şəki Rayon Məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı məhkəmə aidiyyəti haqqında qərardaddan verdiyi şikayət Mülki Prosessual Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulan tələblərə uyğun olaraq verilməyib, habelə şikayətə vəkilin orderi əlavə edilməyib və şikayət onu tərtib edən vəkil tərəfindən imzalanmayıb. Ona görə də şikayət geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, həmin Məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, işdən görünür ki, Şəki Rayon Məhkəməsinə verilən iddianı, o cümlədən qərardaddan verilən şikayəti İddiaçı əvəzinə nümayəndəsi və vəkili Vəkil2 imzalayıb. Bu hal işin 10, 11-ci vərəqələrində olan 03 mart 2021-ci il tarixli vəkilin orderinin, habelə İddiaçı tərəfindən Vəkil2 adına verilmiş 01 mart 2021-ci il tarixli etibarnamənin əsli ilə də təsdiq olunur. Göründüyü kimi Şəki Rayon Məhkəməsi, İddiaçı məhkəmə aidiyyəti haqqında 10 iyun 2021-ci il tarixli qərardadından verdiyi şikayəti geri qaytararkən, mübahisələndirilən məsələyə formal yanaşıb və şikayətin Mülki Prosessual Məcəllənin 407.1-407.3-cü maddələrinin tələblərinə cavab verməsini, şikayətin İddiaçı nümayəndəsi və vəkili olan Vəkil2 tərəfindən tərtib edilməklə imzalanmasını, işə sonuncunun səlahiyyətlərini təsdiq edən etibarnamənin və vəkilin orderinin əlavə edilməsini nəzərə almadan, kassasiya şikayətini geri qaytarıb. Halbuki, Mülki Prosessual Məcəllənin 408.1-ci maddəsinin mənasına görə, kassasiya şikayəti o, hallarda geri qaytarılır ki, şikayət bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab verməsin, imzalanmasın, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalansın; şikayətə vəkilin orderi əlavə edilməsin və sair. Hazırki halda sözügedən şikayət, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən t ərtib edilib, imzalanıb. Bunu, işin 5, 10, 32, 70, 88-ci vərəqələrində olan iddia ərizəsi, vəkilin orderi, ərizə və şikayətlərdəki imzalara diqqət yetirməklə də müəyyən etmək mümkündür. Digər tərəfdən, Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilərək, mülki işin hazırlıq iclasına baxılmağa təyin edilməsi də, işə ümumi məhkəmədə baxılmasını istisna edir. Ona görə də kassasiya instansiyası məhkəməsi, İddiaçı şikayətini qismən əsaslı sayır və belə qənaətə gəlir ki, Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli və həmin Məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda iddiaçı notarial qaydada təsdiq edilmiş 27 oktyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsaslanaraq cavabdehdən 100.000 manat pul tələb edir. Cavabdeh isə iddiaya etiraz edir və göstərir ki, "xxxx" MMC baş direktorudur. İddiaçının yaşadığı binada 9 ədəd lifti 2017-ci ildə onun rəhbəri olduğu cəmiyyət quraşdırıb. Sözügedən kredit müqaviləsi ounun quraşdırdığı liftlərə servis göstərilməsinin təminatı məqsədilə bağlanıb. Liftlərin dəyəri 100.000 manat təşkil edir. Şəki Rayon Məhkəməsi, işdə iştirak edən şəxslərin izahatlarına, mülki iş materillarına əsaslanaraq müəyyən etmişdir ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir və hazırki mübahisəli məsələ onlar arasında sahibkarlıq fəaliyyətinin həyata kesirilməsi ilə əlaqədar olaraq yaranıb. Ona görə də mübahisəyə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Kassasiya insta nsiyası məhkəməsi, hazırki mülki mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasına dair Şəki Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə aidiyyətinin dəyişdirilərək mülki işin baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcə llənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işl ərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyektinə çevrilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin sahibk arlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, tərəflər arasında əmələ gəlmiş hüquq münasibə tinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olduğundan və hazırki mübahisəli məsələ onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından, işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də Şəki Rayon Məhkəməsi, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində m üəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsini n 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, həmin Məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(075)-985/2021 saylı qərardadı ləğv edilsin, həmin Məhkəmənin 10 iyun 2021-ci il tarixli, 2(075)-985/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar