Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5915/2018 10.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 10 sentyabr 2018-ci il İş № 2(102)-5915/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Cavabdeh və onun vəkili X2nin iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-809/2018 nömrəli iş üzrə 02 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin 15 noyabr 2017-ci il ta rixli, 2(025)-2209/2017 nömrəli qətnaməsi ilə (hakim Vahid Sadıqov) İddiaçı MMC-nin Cavabdehə qarşı «debitor borc, dəbbə pulu və maddi zərər» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 02 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMCnin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ rayon məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(025)-2209/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh qarşı «debitor borc, dəbbə pulu və maddi zərər» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 5000 kq “Elit” n övlü toxumluq buğda 20% əlavəsi ilə birlikdə, yəni, 6000 kq (5000+20%) İ reproduksiyalı toxumluq buğdanın, qətnamə icra edilən zaman həmin buğda növü mövcud olmayacağı təqdirdə onun dəyəri 2700 manatın alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmiş, iddia tələbi qalan hissəsi rədd edilmişdir. İşin halları: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas debitor borc üzrə 13500 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 10800 manat, əldən çıxmış faydaya görə 5940 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 4752 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən illik 5% dərəcəsi ilə 1350 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 1080 manat, Azərbaycan Respublikası MMnin 449-cu maddəsinə uyğun 15% ilə 4050 kq İ reprodu ksiyalı toxumluq buğda və yaxud onun dəyəri 3240 manat, 30 manat dövlət rüsumu və yaxud onun dəyəri ilə 37,5 kq İ reproduksiyalı toxumluq buğda, ümumilikdə 24877,5 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 19902 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli AT-MA-492 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 noyabr 2014-cü tarixli 136023 nömrəli qaiməyə əsasən 1 kq-nın qiyməti 0,45 manat olmaqla 2.250 manat dəyərində 5.000 kq “Elit” növlu toxumluq buğda verilmiş və müqavilənin 3.2-ci bəndində əsasən cavabdeh buğdanın dəyərini naturada yaxud pul şəklində 20% əlavəsi ilə birlikdə, yəni, ya 6.000 kq (5.000+20%) İ reproduksiyalı toxumluq buğda, ya da 2.700 manat (2.250+20%) məbləğində pul qaytarmağı öhdəsinə götürmüş, lakin 2015-ci ilin biçin sonunda öhdəliyini yerinə yetirməmişdir. 2015-ci ilin biçin sonunda 1 kq buğdanın bazar qiyməti 0,18-0,20 manat təşkil etmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən hazırki dövrdə, yəni 2017-ci ildə cavabdeh 2015-ci il üçün götürdüyü məhsulun manatla dəyərini kq-la hesablanan borc kimi ödəməlidir, yəni cavabdehin əsas borcu kimi 13500 kq (2,250 manat 20% = 2700 manat: 0,20 manat (1 kq buğda) = 13500 kq) İ reproduksiyalı buğda hesablanmalıdır. Hazırda Respublikamızda İ reproduksiyalı toxumluq buğdanın qiyməti 0,80-1,20 manat təşkil etdiyindən cavabdehin hazırda İddiaçı MMC-yə manatla əsas borcu 10800 manat (13500 kq x 0,80 manat = 10800 manat) kimi hesablanmalıdır. Fermerlər, hüquqi və fiziki şəxslər tərəfindən toxumluq buğda almaq təklifi ilə təşkilata müraciətlər etsələr də, cavabdehin öz öhdəliyini 2015-ci il biçin sonunda icra etməməsi səbəbindən, təklif və sifarişləri tam həcmdə yerinə yetirə bilməmiş və nəticədə cavabdeh ardıcıl olaraq 3 il təşkilatı əlavə gəlirlərdən də məhrum etmişdir. Bu gəlir 2016-cı il biçin sonu üçün – 13500 kq + 20 % = 16200 kq, 2017-ci il biçin sonu üçün – 16200 kq + 20 % = 19440 kq təşkil etmişdir. Cavabdeh öz öhdəliklərini icra etməməsi səbəbindən 2017-ci ilə qədər əldə olunacaq gəlirdən (fayda), yəni 19440 kq – 13500 kq = 5.940 kq İ reproduksiyalı toxumluq buğda və ya onun dəyəri, 5940 kq x 0,80 manat = 4752 manat əldən çıxmış fayda olaraq Cəmiyyətə ziyan vu rmuşdur. Cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəinki İddiaçı MMC-yə ziyan vurmuş, hətta Respublikanın əkin sahələrini əlavə yüksək reproduksiyalı toxumla əkilməsindən məhrum etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən təşkilata illik 5% dərəcəsi ilə hesablanan faiz – 13.500 kq x 5% = hər il 675 kq olmaqla, iki il üçün 675 kq x 2 il = 1350 kq İ reproduksiyalı toxumluq buğda və ya onun dəyəri 1.350 kq x 0,80 manat = 1080 manat borcu yaranmışdır. Mülki Məcəllənin 449-cu maddəsinə uyğun hesablanmış faizlərin tutulması hissəsində, Mərkəzi Bankın rəsmi internet səhifəsində olan uçot faiz dərəcələrinə görə, 14.09.2016-cı ildən uçot faiz dərəcəsi 15% müəyyən edilmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin sonuncu cümləsinə əsasən fa izlərin 15 %-lə hesablanmalı olması qənaətindədirlər. 1 illik faiz məbləği 13500 kq x 15% = 2025 kq, 2025 kq x 2 ilə = 4.050 kq İ reproduksiyalı toxumluq buğda və ya onun dəyəri 4050 kq x 0,80 manat = 3240 manat təşkil etmişdir. Həmçinin, 30 manat dövlət rüsumu hissəsində hazırki dövrdə 1 kq buğdanın 0,80 manat olmasına nisbətdə hesabladıqda, cavabdehin 30 manat: 0,80 manat = 37,5 kq-da İ reproduksiyalı toxumluq buğda borcu yaranmışdır. Beləliklə, ümumilikdə cavabdehin əsas borcu 24877,5 kq İ reproduksiyalı toxumluq buğda (13.500 kq + 5940 kq əldən çıxmış fayda + 1350 kq 5% + 4.050 kq 15% + 37,5 kq d/rüsumu) və ya hazırda Respublikamızda İ reproduksiyalı toxumluq buğdanın qiyməti 0,80 –1,20 manat arası təşkil etdiyindən, 24877,5 kq buğdanın dəyəri 19902 manat (24877,5 kq x 0,80 man) təşki l edir. 2014-cü ilin sentyabr ayının ikinci on günlüyündə, Azərbaycan Respublikasında kənd təsərrüfatı ili elan edilməsi ilə əlaqədar olaraq İddiaçı MMC yüksək məhsuldarlı toxumların Azərbaycan Respublikasına gətirilməsi tapşırığı almış, müəssisə öz öhdəsinə düşən işləri lazımi səviyyədə yerinə yetirmək üçün, yəni Respublikamıza yüksək reproduksiyalı toxumları gətirmək, gətirilmiş toxumları fiziki və hüquqi şəxslərə paylamaq və yüksək məhsul almaq üçün bütün qüvvələrini səfərbər etməyi qarşısina məqsəd qoyaraq, müxtəlif banklardan o cümlədən "xxxx" ASC-dən ABŞ dolları ilə kredit götürərək qonşu dövlət olan Rusiya Fedarasiyasının Krasnodar və Stavropol vilayətlərindən ölkəmiz üçün elit və yüksək reproduksiyalı rayonlaşdırılmış növlərin toxumları tapılaraq Respublikamıza gətirilmişdir. Kredi t götürülən dövrdə manatın dollara məzənnəsi 0,78 manat olmuşdur ki, hazırda tərəfimizdən götürülmüş kredit bu günki ABŞ dollarının manata olan məzənnəsi ilə, yəni 1,85 – 1,97 manatla ödənilir ki, bu da Cəmiyyətin maliyyə vəziyyətini ağırlaşdırır. Ona görə də hesab edirlər ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən 3 illik dövr üçün onlara dəymiş ziyanı, dəbbə pulu və s. ödəməlidir. Həmin dövrdə bir sıra hüquqi və fiziki şəxslərin alıcılıq qabiliyyətləri olmadığından onlara səpin üçün müqavilə şərtlərinə əsasən, qaimə-fakturalarla «Elit» növlü toxumluq buğda, arpa, qarğıdalı toxumları, dizel yanacağı, gübrələr və s. mallar verilmişdir. Cavabdeh kimi bir sıra hüquqi və fiziki şəxslər razılaşma şərtlərinə əməl etməmişlər. Bu kimi hüquqi və fiziki şəxslərin öhdəlikl ərini vaxtında icra etməməsi nəticəsində müəssisə məcbur olub borcları qeydə almaq, vaxtaşırı borcluları təqib etmək, borcun dalınca düşərək almaq, eləcə də bunun üçün bir sıra əlavə xərclər sərf etmək və s. işlərlə qarşı-qarşıyadır və hesab edirlər ki, 3 illik müddət keçdiyindən qiymət fərqi zəruridir. Bu kimi cavabdehlərin 2015-ci ilin məhsul biçini sonunda qaytaracağına inandıqlarından, həmin malların əvəzini ala bilmədiklərindən, onu dövriyyəyə buraxa bilməmiş və nəticə etibarı ilə külli miqdarda əlavə gəlirlərdən də məhrum olmuşlar. 2015-ci il biçin sonu 6.000 kq İ reproduksiyalı toxumluq buğdanı qaytarmayan cavabdeh təkcə İddiaçı MMC-yə deyil, həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafına 3 əkin ili müddətində ciddi z iyan vurmuşdur. Beləliklə, ümumilikdə cavabdeh İddiaçı MMC-yə 24.877,5 kq İ reproduksiyalı toxumluq buğda verməli və ya onun dəyərini, yəni 19902 manat pul ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-809/2018 nömrəli iş üzrə 02 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə məhkəmədə baxılarkən İddiaçı MMC, nə də sonuncunun tərəfində işə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2014-cü il tarixli 395s nömrəli sərəncamının təsiri altına tam və ya qismən düşüb-düşməməsi və bunun səbəbləri barədə müfəssəl, arayış verməmişlər. Kənd Təsərrüfatı Nazirliyi yalnız ümumi sözlərlə «sərancama asasən ayrılmış vəsait hesabına yalnız fermerlər tərəfındən borc alınmış və təyinatı üzrə fermerlərin özünə məxsus və ya icarəyə götürdüyü torpaq sahəsində əkilmiş sertfikatlı toxumun dəyərinin ödənilməsi, təyinatı üzrə istifadə edilməmiş toxumun sərəncamın təsir dairəsinə düşməməsi» barədə arayış verməklə kifayətlənmişdir. Halbuki, cavabdehin özünə məxsus və ya icarəyə götürdüyü torpaq sahəsinin ölçüsündə y aranmış fərqin və aldığı toxumun təyinatı üzrə istifadə etməməsinin hansı qaydada və hansı meyarlar üzrə müəyyən edildiyi aydın deyil və bununla bağlı iddiaçı və üçüncü şəxs məhkəməyə hər hansı aydınlıq gətirməmişlər. Artıq qeyd olunduğu kimi, nisyə toxumluq buğda almaq üçün müraciət edən hər bir fermerin torpaq sənədləri İddiaçı MMC-nin buna məsul şəxsləri tərəfındən qabaqcadan yoxlanılmış və onlara buğda istifadələrində olan torpaq sahənin ölçüsünə görə verilmişdir. Göründüyü kimi, onun İddiaçı MMC-dən nisyə aldığı 5000 kq elit növlü toxumluq buğdanın dəyəri Dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir və Kənd Təsərrüfatı Nazirliyinin sonradan həmin vəsaitinin bir qismini geri tələb edib qaytarmasının səbəbləri məlum deyildir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə işdə olmayan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, işdə olan «satıcı» qismində çıxış edən İddiaçı MMC-nin icraçı direktoru X7 ilə «alıcı» qismində çıxış edən Cavabdeh arasında Yevlax şəhərində bağlanmış 12 noyabr 2014-cü il tarixli AT-MF-492 nömrəli alqı-satqı müqaviləsi və eyni tarixli 136023 nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1 kq-nın qiyməti 0,45 manat olmaqla, ümumilikdə 2250 manat dəyərində 5000 kq buğda toxumu satılmış və sonuncu həmin buğdanı təhvil alaraq, 2015-ci ildə biçin qurtaran müddətə kimi götürdüyü buğdanın dəyərini (2250 manat) və üstündə 20 faiz əlavəsini (450 manat), yəni cəmi 2700 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsin ə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini ic ra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.12.2014-cü il tarixli 395s nömrəli sərəncamı ilə «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 19.12.2013-cü il tarixli 55 nömrəli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə uyğun olaraq, Nazirlər Kabinetinin 13.02.2014-cü il tarixli 38s nömrəli sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclər»də nəzərdə tutulmuş vəsaitin bölgüsündə «Kənd təsərrüfatı məh sullarının istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi xərcləri» üzrə istifadə olunmamış 2.850.000 manat azaldılması hesabına Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarında uzun sürən quraqlıq və dolu düşməsindən ziyan çəkmiş fermerlərə payızlıq taxıl əkinləri üçün verilmiş toxumların dəyərinin ödənilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 2.850.000 manat vəsait ayrılmış və Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına fermerlər tərəfindən borc alınmış sertifikatlı toxumun dəyərinin ödənilməsini təmin etmək tapşırılmışdır. İddiaçı MMC-nin iddiası üzrə məhkəmənin icraatında olan mülki işlərdə iştirak edən cavabdehlərin Nazirlər Kabinetinin 18.12.2014-cü il tarixli 395s nömrəli sərəncamının təsiri altına düşüb-düşməməsi ilə bağlı məhkəmənin verdiyi sorğuya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin 15.11.2017-ci il tarixli 03/18-08-699 nömrəli arayışında göstərilmişdir ki, Nazirlər Kabinetinin 18.12.2014-cü il tarixli 395s nömrəli sərancamının 3-cü bəndinə uyğun olaraq ayrılmış vəsait tam olaraq İddiaçı MMC-yə ödənilmişdir. Sorğuda adları qeyd olunan cavabdehlərin göstərilən sərəncamın təsir dairəsinə düşüb-düşməməsi ilə bağlı isə həmin sərəncama əsasən ayrılmış vəsait hesabına yalnız fermerlər tərəfindən borc alınmış və təyinatı üzrə fermerlərin özünə məxsus və ya icarəyə götürdüyü torpaq sahəsində əkilmiş sertfikatlı toxumun dəyəri ödənilmiş, təyinatı üzrə istifadə edilməmiş toxum sərəncamın təsir dairəsinə düşməmişdir. 09.09.2015-ci il ta rixli 316 nömrəli ödəniş tapşırığı ilə İddiaçı MMC Kənd Təsərrüfatı Nazirliyinin hesabına 839.000 manat vəsait ödənilmişdir. Ödənişin təyinatını əks etdirən D1 kodunun qarşısında «Dekabr 2014-cü ildə ödənilən məbləğ istifadə olunmadığı üçün geri qaytarılır» qeydi aparılmışdır. İddiaçı MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Qəbələ rayonu üzrə quraqlıqdan ziyan çəkmiş fermerlərə verilmiş toxumların dəyərinin ödənilməsi ilə bağlı” cədvəl şəklində məlumatda qismən güzəştə düşən və heç bir güzəşt olunmayan hər bir fermerin adı və həmin fermerdən tutulmalı olan məbləğ, ümumilikdə 98.914,13 manat vəsait göstərilmişdir. Cədvəldən müəyyən olunur ki, Cavabdeh güzəştə düşməmiş və bu səbəbdən aldığı toxumluq buğdanın Nazirlər Kabinetinin 18.12.2014-cü il tarixli 395s nömrəli sərəncamına əsasə n ödənilmiş dəyəri 2015-ci ilin sentyabr ayında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geri tələb olunmuş; İddiaçı MMC isə bununla bağlı heç bir araşdırma aparmadan tələb olunan vəsaiti geri qaytarmışdır. Cədvəl üzrə verilmiş izahdan belə aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyinin mülahizəsinə görə Cavabdeh nisyə aldığı 5000 kq toxumluq buğdanı təyinatı üzrə istifadə etmədiyindən, ondan nisyə aldığı toxumluq buğdanın dəyəri tam şəkildə (2250 manat) tələb olunmalıdır. Tərəflər arasında bağlanmış 12.11.2014-cü il tarixli AT-MA-492 nömrəli alqı-satqı müqaviləsinin mahiyyətindən belə nəticə çıxarmaq olur ki, nisyə toxumluq buğda almaq üçün müraciət etmiş hər bir fermerin istifadəsində olan əkin sahəsinin ölçüsü qabaqcadan təqdim olunmuş lazımi sənədlər (mülkiyyət, icarə, istifadə və s.) əsa sında İddiaçı MMC-nin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satılacaq buğdanın miqdarı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müqavilə bağlayarkən iddiaçını aldatması, müqavilə şərtlərindən kənara çıxması, aldığı buğda toxumunu təyinatı üzrə yaxud ümumiyyətlə istifadə etməməsi və sair hallarla bağlı məhkəmə mübahisəsi (müqavilənin etibarsız hesab edilməsi, ləğv edilməsi və ya dəyişdirilməsi) olmamışdır və həmin hallar qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq olunmamışdır. Cavabdehin təqsirli hərəkətləri sübuta yetirilməyənədək, onun təqsirsizlik prezumsiyası qüvvədədir. İddiaçı MMC və ya iddiaçının tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh Nazirlər Kabinetinin 18.12.2014-cü il tarixli 395s nömrəli sərəncam ının təsiri altına tam və ya qismən düşüb-düşməməsi və bunun səbəbləri barədə müfəssəl izah, arayış verməmişlər. Kənd Təsərrüfatı Nazirliyi yalnız ümumi sözlərlə «sərəncama əsasən ayrılmış vəsait hesabına yalnız fermerlər tərəfindən borc alınmış və təyinatı üzrə fermerlərin özünə məxsus və ya icarəyə götürdüyü torpaq sahəsində əkilmiş sertifikatlı toxumun dəyərinin ödənilməsi, təyinatı üzrə istifadə edilməmiş toxumun sərəncamın təsir dairəsinə düşməməsi» barədə arayışı birinci instansiya məhkəməsinə təqdim etməklə kifayətlənmişdir. Halbuki, cavabdehin özünə məxsus və ya icarəyə götürdüyü torpaq sahəsinin ölçüsündə yaranmış fərqin və aldığı toxumun təyinatı üzrə istifadə etməməsinin hansı qaydada və hansı meyarlar üzrə müəyyən edildiyi aydın deyildir, bununla bağlı iddiaçı və üçüncü şəxs mə hkəməyə hər hansı aydınlıq gətirməmişlər. Artıq qeyd olunduğu kimi, nisyə toxumluq buğda almaq üçün müraciət edən hər bir fermerin torpaq sənədləri İddiaçı MMC-nin buna məsul şəxsləri tərəfindən qabaqcadan yoxlanılmış və onlara buğda istifadələrində olan torpaq sahənin ölçüsünə görə verilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən nisyə aldığı 5000 kq elit növlü toxumluq buğdanın dəyəri Dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir, Kənd Təsərrüfatı Nazirliyinin həmin vəsaiti geri qaytarmasını tələb etməsinin səbəbləri məlum deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyi ödənilmiş vəsait hesabına alınmış toxumluq buğdanın Cavabdeh tərəfindən təyinatı üzrə düzgün istifadə edilməməsi əsası və ya başqa əsasla sonuncuya qarşı reqres tələb irəli sürmək hüququna ma lik olmuş, lakin həmin hüquqdan istifadə etməmiş, cavabdehin müqavilə şərtlərini pozması barədə məhkəmədə iddia qaldırmaq əvəzinə, birtərəfli qaydada dövlətin etdiyi güzəşti ləğv edərək, həmin məqsədlə ödənilmiş vəsaiti İddiaçı MMC-dən geri alarkən səhvə yol vermişdir. Cavabdeh nisyə aldığı toxumluq buğdanın dəyərini tələb etmək yolverilməzdir, çünki onun dəyəri Azərbaycan Höküməti tərəfindən bağışlanılmışdır, cavabdehin təqsirli hərəkətləri isə məhkəmədə müəyyən edilməmişdir. Halbuki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ vardır və müqavilə öhdəliklərindən irəli gələn mübahisələr qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar daxilində yalnız məhkəmələr tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh in mülki hüquq pozuntusu törətməsi barədə təqsirli hərəkətlərinin olmasını müəyyən etmədən, Cavabdeh 2015-ci ilin biçin mövsümünün sonunda 12.11.2014-cü il tarixli AT-MA-492 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən götürdüyü 2250 manat dəyərində 5000 kq “Elit” növlu toxumluq buğdanın dəyərini naturada, yaxud pul şəklində 20% əlavəsi ilə birlikdə, yəni, ya 6000 kq (5000+20%) İ reproduksiyalı toxumluq buğda, ya da 2700 manat (2250+20%) məbləğində pul qaytarmalı olduğu halda bunu etməməsi, bununla da öz üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməməsi barədə gəldiyi nəticə yanlış olmaqla, iddianın tam və ya qismən təmin edilməsinə əsas vermir. Çünki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, Cavabdeh adının müvafiq siyahıya düşməməsi nin səbəblərini araşdırmamış, siyahının kim tərəfindən, hansı əsaslarla tərtib olunmasını, bu siyahının nə kimi hüquqi qüvvəyə malik olmasını müəyyən etməmişdir. Belə olduğu təqdirdə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, işin həqiqi hallarına uyğun olmamaqla, cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əla qədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.05.2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sad alanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-809/2018 nömrəli iş üzrə 02 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5915/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5915/2018
10.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver