Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5915/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)51 34/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 26 yanvar 2015-ci il tarixli, NRNPU-1164 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə, illik 22% ödəmək şərti ilə 10.000 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 26 yanvar 2015-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. X4 28 oktyabr 2015-ci ildə ölmüş, Cavabdeh1 və Cavabdeh4 onun vərəsələridirlər. 10 iyun 2020-ci il tarixli maliyyə arayışına əsasən X1 İddiaçı ASC-yə 8305,76 manat əsas borcu, 14,35 manat faiz borcu, 31,61 manat cərimə borcu, cəmi 8351,72 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehlərdən 26 yanvar 2015-ci il tarixli, NRNPU1164 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 8305,76 manat, faiz borcuna görə 14,35 manat, dəbbə borcuna görə 31,61 manat, cəmi 8351,72 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydad a icra etməmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)4526/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8305,76 manat əsas borcun, 14,35 manat faiz borcunun, 5 manat cərimə borcunun, cəmi 8325,11 manat borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 və Cavabdeh4 münasibətdə əsas və faiz borcu hissəsində əsaslı hesab etmiş, həmçinin göstərmişdir ki, hazırkı kredit müqaviləsi üzrə kredit ödənişinin müddəti 26 yanvar 2018-ci il tarixdə başa çatdığından və iddiaçı bundan 2 il keçdikdən so nra yalnız 30 iyul 2020-cu il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)-4526/2020 nömrəli qətnaməsinin qismən, yəni cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməyən hissədə ləğv edilərək, həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da pulun tutulması tələbinə dair iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5134/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakiml ər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(008)-4526/2020 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın zaminlərə aid təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilmiş, 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8305,76 manat əsas borcun, 14,35 manat faiz borcunun, 5 manat cərimə borcunun, cəmi 8325,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada həmçinin Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, öhdəliklərin icrası vaxtı 26 yanvar 2018-ci ildə ça tmış, iddiaçı iddia tələbi ilə 09 mart 2018-ci ildə məhkəməyə müraciət etmiş, müddətin axımı məhkəməyə müraciət etmə ilə bağlı kəsilmiş, məhkəmədə iddia 20 noyabr 2019-cu il tarixində baxılmamış saxlanılmış, iddiaçı hazırki iddia tələbi ilə 30 iyul 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Buna görə də, zaminlərə münasibətdə MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət keçmədiyindən, onlara aid hissədə iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-5134/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olduğundan, həmçinin iddiaçının daha əvvəl (09 mart 2018-ci il tarixdə) qaldırdığı iddia 20 noyabr 2019-cu il tarixə baxılmamış saxlanıldığından və iddiaçı ümumi əsaslarla 30 iyul 2020-ci il tarixdə, yəni müqavilə müddəti bitdikdən 2 il 6 ay sonra məhkəməyə müraciət etməklə MM-in 477.0.4cü maddəsində nəzərdə tutulmuş müddəti keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddi açının vəkili Bədəlov Mürsəl Natiq oğlunun kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən özünə aid hissədə mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edi lən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazı mi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetm ə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibət lərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan biri ondan ibarədir ki, iddiaçı əvvəllər oxşar iddia ilə X3, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qəra rdadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia MPM-in 259.0.1-ci maddəsinə əsasən (“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı) baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi məhz həmin icraatı nəzərə alaraq, iddiaçının MM-in 477.0.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin buraxılmaması qənaətinə gəlmişdir. Lakin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir.” Göründüyü kimi həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 477.0.4-cü maddəsini tələb hüququ xarakteri daşıyan, lakin iddia müddəti olmayan (istisna təşkil edən) müddətin nümunəsi kim i təqdim olunmuşdur. Konstitusiya Məhkəməsi həmin qərarında kəsici müddətin digər əlamətini isə belə göstərmişdir: “- iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddianı zamin olan Cavabdeh2 münasibətdə təmin edərkən, MM-in 477.0.4-cü maddəsinə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun qiymət verməmiş, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət edərkən müddətin keçməsinə görə zaminliyə xitam verilib-verilməməsi məsələsini araşdırmamışdır. Odur ki, qətnamə gö stərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçının apellyasiya şikayətinin dəlillərinə, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 09 iyun 2021-ci il tarixli, 2(103)-5134/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5915/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5915/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver