Məhkəmə qərarları › İş №2(102)-5918/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5918/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5918/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan X1 X5nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1624/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İKB ASC ilə Azərbaycan X1 X5 arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0504-15 saylı kredit müqaviləsindən görünür ki, borc alana illik 24 faizlə 36 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı İKB ASC-nin maliyyə arayışından göründüyü kimi, Azərbaycan X1 X4 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə borcu 08.01.2018-ci il tarixə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13423,07 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Azərbaycan X1 X5nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə 13.08.2015ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13.423,07 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsinə əsasən Azərbaycan X1 X5 İddiaçı İKB ASC-dən 24 faizlə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 18.03.201 6-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 13.03.2021-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 10.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 11.10.2019-cu il tarixədək Azərbaycan X1 X4 kredit müqaviləsi üzrə banka 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 589,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13423,07 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh Azərbaycan-X1 X5 iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan iddia tələbinin təmin edi lməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı İKB ASC ilə Azərbaycan-X1 X5 arasında bağlanmış 10.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə tərəflərin razılaşdırdığı ödəniş qrafikinə əsasən İctimai Birlik tərəfindən həmin kredit müqaviləsi üzrə 36 ay müddətinə 12.000 ABŞ dolları əsas borc, 4.948.59 ABŞ dolları faiz borcu, cəmi 16.948.59 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi razılışdırılmışdır. Azərbaycan-X1 X5 tərəfindən həmin kredit müqaviləsi üzrə ümumilikdə 8.925 ABŞ dollarından artıq məbləğdə ödəniş edilmişdir. Buna baxmayaraq İddiaçı İKB ASC tərəfindən qeyd olunan ödənişi nəzərə almayaraq kredit üzrə əsas və faiz borcu üzrə ümumilikdə 12.371,22 ABŞ dolları məbləğində borc tələb olunur. Ödənilmiş 8.925 ABŞ dolları nəzərə alındıqda, o zaman ödəmə qrafıki üzrə q alıq borc 8.023,59 ABŞ dolları təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(011)-8927/19 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Azərbaycan X1 X5ndən və Cavabdeh2 müştərək qaydada 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz, 59,70 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12.893,07 (on iki min səkkiz yüz doxsan üç dollar yeddi sent) AB Ş dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat hissəsinin "xxxx"ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan X1 X4 10.07.2015-ci il tarixli, 6-BİZ-2-0504-15 saylı kredit müqaviləsi üzrə 11.10.2019-cu il tarixə iddiaçı "xxxx" ASC-yə 7376,26 ABŞ dolları əsas, 4994,96 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun qalması, digər Cavabdeh2 zamin qismındə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıması təsdiq olunduğundan iddia tələbi həmin borc un cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə əsaslanaraq krediti müqaviləsi üzrə dəbbə pulu 59,70 ABŞ dolları məbləğinədək azaldılmasını ədalətli hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.2, 443.1, 443.2, 443.4, 445.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Azərbaycan X1 X5n sədri Cavabdeh2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehlərdən əsas, faiz borcunun və əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişlər. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) 05 mart 2020-ci il tarixli 2(103)-3163/2020 nömrəli qətnaməsi ilə Azərbaycan-X1 X4 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən əsas, faiz borcunun və əldən çıxmış faydanın tutulması hissəsində, cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Azərbaycan-X1 X4 nümayəndəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli 2(103)-3163/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə cəmi ödənilməli məbləğin 16.948 ABŞ dolları təşkil etməsini, həmin məbləğdən 8.925 ABŞ dolları ödəniş edilməsini və cəmi 8.023 ABŞ dolları məbləğində pulun qalıq borc kimi qalmasını nəzərə almamaqla, heç bir əsas olmadan 12.371 ABŞ dolları, yəni qalıq borcdan 4.347 ABŞ dolları artıq məbləğin tutulmasını qət etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Quliyev, İ.Xələfov, Z.Əliyev) 21 oktyabr 2020-ci il tarixli 2(102)-4615/2020 nömrəli qərarı ilə “Azərbaycan-X1 Yardım” İctimai Birliyi tərəfindən verilmiş kassasiya təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə cavabdeh tərəfindən iddiaçı bankdan alınmış kredit məbləğinin qaytarılması ilə bağlıdır və həmin müqavilə üzrə borcun alınması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı tələb edilən borcun məbləği ilə bağlıdır, cavabdeh iddiaçı bankın ondan əsassız olaraq qalıq borcdan daha artıq məbləği tələb etdiyini göstərərək, ödəniş qəbzlərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməməklə, iddiaçının iddia ərizəsində göstərdiyi əsas və faiz borcu məbləğinin tutulması barədə qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından ümumiyyətlə hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya m əhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 97.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya baxışının hədlərini qətnamənin əsas borcun, faiz borcunun və əldən çıxmış faydanın tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin gös tərişlərini nəzərə alaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 9/1522 nömrəli ekspert rəyinə əsasən Azərbaycan X1 X5 ilə "xxxx" ASC (əvvəlki adı İddiaçı İKB ASC) arasında bağlanmış 10.07.2015-ci il tarixli, 6 –BİZ-2-0-504-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 10.07.2018-ci il tarixə əsasən əsas borc üzrə 10 220,24 ABŞ dolları, faiz borcu 2 704,72 ABŞ dolları, 11.10.2019-cu il tarixinə əsasən əsas borc üzrə 10 220,24 ABŞ dolları, faiz borcu üzrə 1 687,93 ABŞ dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, N.Cəfərov, E.Mehdiyev) 16 iyun 2021-ci il tarixli 2(103)-1624/2021 nömrəli q ətnaməsi ilə cavabdeh Azərbaycan X1 X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(011)-8927/2019 saylı qətnaməsi mübahisələndirilən faiz borcu, cəmi borc və dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilmiş, faiz borcu 1687,93 (min altı yüz səksən yeddi ABŞ dolları doxsan üç sent) ABŞ dolları, cəmi borc 9.586,04 (doqquz min beş yüz səksən altı ABŞ dolları, dörd sent) ABŞ dolları, dövlət rüsumu 21,3 (iyirmi bir manat otuz qəpik) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə7.376,26 ABŞ dolları əsas və kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda hiss ələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən hesab etmişdir ki, əsas borcun 7376,26 ABŞ dolları məbləğində tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olsa da, faiz borcunun məbləği ilə bağlı hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit müqaviləsinin müddəti 10.07.2018-cı ildə bitmişdir. Maliyyə arayışı isə 11.10.2019-ci ildə verilmişdir. 10.07.2018-ci ildən 11.10.2019-cu il tarixədək olan müddət 478 gün təşkil edir. Kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği 489 ABŞ dolları ABŞ dolları təşkil edir. Müqavilə müddəti bitdikdən sonra 5%-lə 462,15 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsində əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Məhk əmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 442, 445, 448.1, 449.1, 470.1, 472.1, 472.3-cü maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1624/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faiz borcunun müəyyən edilməsi hissəsində məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30.04.2021-ci il tarixli, 9/1522 saylı ekspert rəyinə əsaslanmışdır. Halbuki bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Azərbaycan X1 X4 kredit müqaviləsi üzrə əsas borcu 7376,26 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə, yəni 10.07.2018-ci il tarixə faiz borcu 4994,96 ABŞ dolları, cərimə borcu 589,7 ABŞ dolları və kredit müqaviləsi üzrə 10.07.2018-ci il tarixdən 11.10.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13423,07 ABŞ dolları təşkil etmişdir. Lakin ekspert və ekspert rəyinə əsaslanan məhkəmə kollegiyası ödənişlərin silinmə ardıcıllığını nəzərə almamış, ödənişlərin daha öncə cərimə borcuna silinməsini hesablamamış, sadəcə faiz borcunu hesablamaqla və əsas borcdan silinmiş ödənişləri faiz borcuna ödəniş kimi hesablamaqla s əhv nəticəyə gəlmişdir. Həm ekspert rəyi, həm də iş materiallarına təqdim edilmiş maliyyə arayışından görünür ki, ekspertin müəyyən etdiyi əsas və faiz borcunun cəmi məbləği 10.07.2018-ci il tarixinə 12924.96 ABŞ dolları (10220,24+2704.72=12924.96), 11.10.2019-cu il tarixə isə 11908.17 ABŞ dolları (10220,24+ 1687,93=11908,17), maliyyə arayışına əsasən isə həmin məbləğ 12371,22 ABŞ dolları (7376,26+ 4994.96=12371,22) olduğu göstərilmişdir. Göründüyü kimi, həm ekspert rəyi ilə, həm də maliyyə arayışı ilə cavabdehin borcu təxmini eyni məbləğlərdə müəyyən edilmiş, sadəcə olaraq ekspert tərəfindən aparılan hesablama zamanı ödənişlərin hansı qaydada silinməsi araşdırılmamışdır. Qeyd edilən cəmi borc məbləğləri arasında yaranmış kiçik fərqləri məhkəmə öz qətnaməsində dolayı yolla əsaslandırmış, h esablama aparmış və tələb edilən əldən çıxmış faydanın çox olması, lakin iddia tələbində az tələb edilməsini göstərmişdir. Bu isə ekspert və məhkəmə kollegiyası tərəfindən ödənişlərin hansı qaydada silinməsinin düzgün araşdırılmamasını göstərir. Bank tərəfindən ödənişlərin hansı qaydada silinməsi məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışla müəyyən edilmişdir. Məhkəmə bank tərəfindən təqdim olunmuş maliyyə arayışını nəzərə almadan, həmin arayışın sübut qismində dəyərləndirilməsini aparmadan, yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehin kredit borcunu müəyyən etmişdir. Halbuki təyin edilmiş ekspert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izaha tları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız faiz borcunun rədd edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin faiz borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan əsas borc və faiz məbləğləri müqavilə müddəti çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt ki fayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1624/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar