Məhkəmə qərarları › İş №2(102)-592/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-592/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-592/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10369/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Elnur Nuriyev) 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh yaranmış borca görə 6500 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2060/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 6500 manat əsas borcun, hüquqi xidmət üçün ödənilmiş 700 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı ilə aralarında notarial qaydada bağlanmış 30 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 7000 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu 30 sentyabr 2017-ci il tarixədək tam olaraq qaytaracağı barədə öhdəlik götürmüş, lakin öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Belə ki, cavabdeh 7000 manat borcun yalnız 500 manatını 01 avqust 2017-ci il tarixdə qaytarmışdır. Əvvəllər cavabdehdən öz üzərinə düşən öhdəliyi yerinə yetirməsini tələb etdikdə ondan hər dəfə 10-15 gün vaxt istəmiş, lakin 2018-ci ilin əvvəllərində cavabdehdən pulunu istəyərkən müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa başlamışdır. Cav abdehin pulunu qaytarmayacağını görüb hüquqi yardım almaq üçün “xxxx” MMC ilə hüquqi xidmət müqaviləsi bağlamışdır. Mübahisəni məhkəmədən kənar (pretenziya) qaydasında həll etmək üçün cavabdehə rəsmi qaydada müraciət etsə də, lakin cavabdeh yenə də borcu qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında göstərmişdir ki, o, İddiaçı 7000 manat məbləğində kredit götürmüşdür. Lakin İddiaçı iddia ərizəsində borcun yalnız 500 manatını qaytardığını qeyd etmişdir. O, iddiaçıya birinci dəfə 2500 manat vermiş və xəstə olduğu zaman evlərinə gedərək 1500 manat da vermişdir. O, həmin kredit müqaviləsində götürdüyü borc məbləğinə görə iddiaçıya faiz borcu da ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. o, İddiaçı ilə tanış olduğu vaxtlar ehtiyacı olduğu üçün özünə məxsus qızıl zinyət əşyalarını lombarda qoyub pul götürmüş və hər ay vaxtlı-vaxtında götürdüyü pulun məbləğinin 8 faizini ödəyirdi. O, İddiaçı təkidi və məsləhəti ilə, lombortdan qızıl-zinyət əşyalarını İddiaçı iştirakı ilə götürmüşdür. Maddi vəziyyəti pis olduğundan, lombardlara olan ödəniş borclarını İddiaçı onun əvəzind ən ödəmişdir. Lombardlardan qızılzinyət əşyalarını götürdükcə İddiaçı verirdi. İradə hər dəfə lombarddan onun qızıl zinyət əşyalarını götürdükdə lombardın əvvəllər cavabdehə vermiş olduğu borcları ödəyirdi. Tərəflər razılaşmışlar ki, cavabdehin ödədiyi məbləğin müqabilində lombarddan fərqli olaraq cavabdeh iddiaçıya 8 faiz yox, 6 faiz ödəyəcək, gecikmələrə görə narahat edilməyəcək və ondan faiz alınmayacaqdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı bu yolla cavabdehin etibarını qazanaraq onun etibarından sui-istifadə edərək, ona məxsus qızıl zinyət əşyalarını mənimsəmək məqsədi ilə rola girmiş və ona qarşı dələduzluq cinayəti törətmişdir. Bundan sonra iddiaçının təkidi ilə tərəflər arasında 7000 manatlıq borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanandan sonra cavabdeh iddiaçıdan qızıl-zi nət əşyalarını qaytarmasını tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. İddiaçı onda heç bir qızıl-zinət əşyalarının olmadığını bildirmiş və cavabdehin onu qabaqlayaraq məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçını n iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kim i qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.Qurbanov tərəfindən təsdiqlənmiş notariat kontorunda bağlanmış 30 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 7000 manat borc pul vermiş və Cavabdeh 7000 manat məbləğində pulu 30 sentyabr 2017-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürm üşdür. “xxxx” MMC-nin direktoru N.Verdiyev tərəfindən Cavabdeh ünvanlanmış 19 mart 2018ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən İddiaçı olan 7000 manat borc 10 gün müddətində ödənilməzsə, məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən yazılmış 01 avqust 2017-ci il tarixli pretenziyaya görə Cavabdeh 01 avqust 2017-ci il tarixdə 500 manat borcundan qaytardığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 442, 448.2 və 739.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı 6500 manat borcunun olması məhkəmədə sübuta yetirilmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxan apel lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddələsinin tələbləri baxımından iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq borclu İddiaçı hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün borc məbləği ondan iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxt ında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Apellyasiya instansiyası məhkəməsi sadalana normalara istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdı r. Cavabdeh tərəflər arasında bağlanmış borc müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübutu nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, nəticədə MPM-nin 77.1-ci maddəsi ilə nəzərdə tutulmuş sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət veril diyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10369/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar