Məhkəmə qərarları › İş №2(102)-592/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-592/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-592/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (“X8” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) əmələ gələn mübahisələr, maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (“X8” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq S əhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, 8 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X4 və X5 qarşı ’’pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin aç ıq hərracda satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, Seymur Zülbalayev və Asim Zülbalayevdan müştərək qaydada 99.973,58 manat, cərimə borcuna 2.000 manat olmaqla, cəmi 136.663,58 manat və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Xaçmaz şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təy inatlı torpaq sahəsinə, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlak lar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Baş direktoruna ünvanlanmış 6 fevral 2018-ci il tarixli məktuba əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, S eymur Zülbalayev və Asim Zülbalayevə qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Nəzərə çatdırılır ki, sonradan cavabdeh İddiaçı 21 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət edərək q eyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 14 sentyabr 2017-il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə onun tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 14 sentyabr 2017-ci il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh həmin qətnaməyə rəsmi qaydada imza elməklə 02 oktyabr 2017-ci il tarixdə aldığından, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8 sentyabr 2015-ci il tarixli qətnaməsinə dair icra sənədi verilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandınlması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır. 4. "xxxx" ASC tərəfindən Quba rayon İcra şöbəsinə ünvan lanan 12 fevral 2018-ci il tarixli məktuba əsasən, iddiaçı "xxxx" ASC 13 yanvar 2015-ci il tarixində cavabdehlər İddiaçı, Seymur Zülbalayev və Asim Zülbalayevə qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və digər” tələbə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 8 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvv əsini aldığı üçün icra olunması üçün ona göndərilmişdir. Tərəflərindən 20 noyabr 2017-ci il tarixində borclu İddiaçı mülkiyyətində olan Quba Rayonu İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu 11 Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi və hərracın keçirilməsi sifariş verilmişdir, “X8” MMC tərəfindən sözügedən əmlaklara dair açıq hərracın keçirilməsi 29 yanvar 2018-ci il tarixinə saat 11:00-a Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəs i 5 D-yə təyin edilmişdir. Lakin tərəflərindən “X8” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyi üçün açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müvafiq sorğu edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ322/2018 nömrəli, 6 fevral 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərardadından İnci İkram qızı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd olunanlara və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən məktubuna əsasən, qətnamədən kassasiya şikayəti verilmədiyi üçün icra hərəkətlərini davam etdirilməsini və müvafiq olaraq “X8” MMC-yə hərracın keçirilməsinin davam etdirilməsi barədə müraciət olunması xahiş edilmişdir.

5. Cavabdeh1 tərəfindən “X8” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktuba əsasən Yasamal rayon məhkəməsi tərəfindən verilmiş 2(004)-1874/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu: İddiaçı Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi 3.000 manat. Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 80.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,1425 torpaq sahəsi 9.150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsi 10.100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan iş üzrə əmlakın hərraca çıxarılması üçün xx.xx.2017-ci il tarixdə sifariş verilmiş, lakin məhkəmə qətnaməsi dair işin Azərbaycan Respublikası Ali Məhkəmənin icraatında olması səbəbindən borclunun müraciət ərizəsinə əsasən keçirilən hərr aclar müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra icraata daxil olan Bakı AM-nin xx.xx.2018-ci il tarixli, 6ÜŞ322/18 saylı məktubundan göründüyü kimi bu iş üzrə hərracın dayandırılması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də bu işlə bağlı hərracların keçirilməsinin davam etdirilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. 6. “X8” MMC tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 84 nömrəli Hərracın yekunları barədə protokola əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin icra sənədi üzrə borc 13.6787,58 manat tam dəyəri "xxxx" MMC-nin 693-2 saylı, xx. xx.2017-ci il tarixli rəyinə əsasən 9.150 manat məbləğində, Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin icra sənədi üzrə borc 13.6787,58 manat tam dəyəri "xxxx" MMC-nin 693-3 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 10.100 manat məbləğində, Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Quba rayon İcra şöbəsinin 03/16-03 nömrəli, xx.xx.2017-ci il tarixli sifariş məktubu əsasında İnciu İkramlıya məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin icra sənədi üzrə borc 13.6787,58 manat tam də yəri "xxxx" MMC-nin 693-4 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 3.000 manat məbləğində hərraca çıxarılmışdır.

7. Cavabdeh1 tərəfindən “X8” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktuba əsasən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(004)1874/15 saylı icra sənədinə əsasən borclu: İddiaçı Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüaftlı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərüffatlı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi 3.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı, 168 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 80.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,1425 torpaq sahəsi 9.150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsi 10.100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan əmlaklardan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,47 ha torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsi və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsi tərəflərindən verilmiş sifariş əsasında hərrac yolu ilə satılmışdır. İş üzrə borclu İddiaçı tərəfindən Hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi v ə həmin protokollar üzrə əmlakların alğı-satqı müqavilələrinin ləğv olunması tələbinə dair Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi verilmiş, həmin iş məhkəmənin icraatına qəbul olunmuşdur. Göstərilənlərə əsasən icra sənədi üzrə satılmamış əmlak (yaşayış evi) ilə əlaqədar keçirilən hərracların dayandırılması xahiş edilmişdir.

8. Cavabdeh1 tərəfindən “X8” MMC-yə ünvanlanan xx.xx.2018-ci il tarixli məktuba əsasən, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1874/15 nömrəli, xx.xx.2015-ci il tarixli sənədinə əsasən borclu: İddiaçı Quba rayonu İkinci Nügədi yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə yönəldilməlidir. "xxxx" MMC tərəfindən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi 3.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.m yaşayış sahəsi, 149,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 80.000 manat, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,1425 torpaq sahəsi 9.150 manat və Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsi 10.100 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan əmlaklardan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,1425 torpaq sahəsi və Quba rayonu, İİ Nügədi kəndində yer ləşən 1,2635 ha torpaq sahəsi tərəflərindən verilmiş sifariş əsasında hərrac yolu ilə satılmışdır. İş üzrə borclu İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından kassasiya şikayəti verilmiş və həmin kassasiya şikayəti əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən icra sənədi üzrə satılmamış əmlak (yaşayış evi) ilə əlaqədar keçirilən hərarcın dayandırılması xahiş edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, 8 sentyabr 2015-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16.530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4.930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin is ə 18.270 manat müəyyən edilməsi qət edilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər “X8” MMC-yə və "xxxx" ASC-yə qarşı X12 iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlaklarım alğı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, “X8” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli, 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokollarının etibarsız hesab edilməsi, Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi qət olunmuşdur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1432/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-238/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" ASC və X10 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı (bunda n sonra iddiaçı) cavabdehlər "xxxx" ASC, X12, Cavabdeh1, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsini müdiri Cavabdeh2 və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçı ona vurduqları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş 224.959.40 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş edilmişdir.

16. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1874/2015 nömrəli, 8 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymə tləndirilməsi keçirilmiş və Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə 80.000 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.100 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3.000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması “X8” MMC-yə sifariş edilmişdir. “X8” MMC-nin 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, "xxxx" ASC, ona, Seymur Zülbalayev və Asim Zülbalayevə ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 manat qiymətinə, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 manat qiymətinə, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq hərracın dayandırılması “X8” MMC-dən xahiş edilmiş və dayandırılmışdır. Buna baxmayaraq "xxxx" ASC xx.xx.2018-ci il tarixli məktubla məqsədli şəkildə Bakı Apellyasiya Məhkəməsinə müraciə t etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbənin müdiri Ələkbər Həsənov imzası ilə, xx.xx.2018-ci il tarixli məktubla "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli məktubunu, üzərinə vəzifə olmayan mövzuda cavablandırmışdır. "xxxx" ASC xx.xx.2018-ci il tarixli məktubu ilə Quba Rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad edilməklə hərracın keçirilməsini yenidən xahiş etmişdir. “X8” MMC 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında əmlakların satışa çıxarılması barədə cavabdehlərə məlumat vermədən əmlakları satmışdır. “X8” MMC-nin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən onun xüsusi mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndind ə yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 manat dəyərində, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 manat dəyərində, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 manat dəyərində X12 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət, hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı kimi o, cavabdehlər “X8” MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alğı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK DƏDRX Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriya lı, ******* nömrəli; MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İkinci Nügədi kəndi ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X9” MMC tərəfindən 12 mart 2018-ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X13 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. O, iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışl arın ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 8 sentyabr 2015-ci il tarixli qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosessual müddəti ötürmədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməs inə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. O, qətnamədən kassasiya şikayəti verdiyini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli, 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən “X8” MMC-yə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Hərracı udan şəxs öz həmyerlisi, əslində çox kasıb bir adamdır. Heç gündəlik çörək pulunu belə qazanmaq gücündə deyildir. Qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekunlarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “X9” MMC formal hərrac keçirərək onun əmlakını satmışdir. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən o, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci ü tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, “X8” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli, 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokollarının etibarsız hesab edilməsi, Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi qət olunmuşdur. Yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X6 vicdanlı alıcı olmasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir. Belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsi təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar vermişdir. Beləliklə, yuxarıda adları qeyd edilən şəxslərin qeyri-qanuni hərəkətləri ucbatından onun əmlakları satılmış və əmlakları satıldığına görə həmin torpaq sahələrindən gələn məhsulu, bəhəri əlindən çıxmışdır. 12 mart 2018-ci il tarixdən 9 mart 2021-ci ilə qədər yuxarıda göstərilən torpaqları, yəni Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hazır əkilmiş taxıl sahəsi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 10 illik alça bağı və Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 istifadəsində olmuşdur. Həmin vaxt X6 iştirakı ilə bağlarda çəkiliş də etmişdir. Çəkilişdən və kəndin sakinləri tərəfindən bu fakt təsdiqlənir ki, iddiaçının əmlakına qəflətən sahibləndiklərinə görə torpaqları məhsul üzəri ndə olmuşdur. 2018, 2019, 2020-ci illər, yəni 3 (üç) il qanunsuz olaraq əlindən çıxdığına görə bu illər ərzində iddiaçıya dəymiş ziyan ona ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-238/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı kimi onun cavabdehlər "xxxx" ASC və X10 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq bu ziyanın ona kim tərəfindən vurulması müəyyən edilmədiyi barədə qətnamə qəbul etmiş, lakin məhkəmə ona dəymiş zərərin miqdarı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizasından rəyi almışdır. Ona görə də bu işdə ümumilikdə məsuliyyət daşıyan şəxslərə qarşı iddia ərizəsi vermək qərarına gəlmişdir ki, məhkəmə Məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş maddi zərərin cavabde hlərdən tutulması barədə qətnamə qəbul edilsin. Ərizədə qeyd edilən sübut və dəlilləri əsas tutaraq iddiaçı hesab edir ki, cavabdehlərin hamısı burada bir-biri ilə əlaqəli hərəkət edərək bu qanunsuzluğu həyata keçirməyə nail olublar. Ona görə də Məhkəmə Ekspertizası tərəfindən müəyyən edilmiş maddi zərər cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki keçirilən məhkəmə proseslərində "xxxx" ASC-nin nümayəndəsi cavabdeh X7 vəkilliyini edirdi. Belə ki, qısası, "xxxx" ASC məqsədli şəkildə məktub yazaraq müraciət edib Bakı Apellyasiya Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri onun məktubuna öz səlahiyyətlərini aşaraq məqsədli şəkildə qanuna zidd "xxxx" ASC-ə cavab yazıb verir, sonra "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdirinin qanunazidd mək tubu əsasında Cavabdeh1nə məktubla müraciət edərək öz məqsədinə çatmaq üçün Cavabdeh1 bu işə cəlb edərək əmlakını hərraca çıxarmağa nail olur. Daha sonra “X8” MMC onun xəbəri olmaması üçün ünvanına məktub ünvanlamadan əmlaklarını satışa çıxarıb dərhal X2 və iddiaçı məhkəmələrdə bu əmlaklarını geri qaytarmaq üçün can qoyaraq mücadilə edərkən X14 3 il yarım onun əmlaklarına qarşı qərəzli davranaraq (yəni qulluq etmədən) istifadə edib külli miqdarda gəlir əldə edir, nəticədə isə əmlakları ona çatanda xəstəlik düşmüş, ağaclarının çox hissəsi baxımsızlıqdan qurumuş halda olmuşdur. Cavabdehlər bilirdilər ki, əmlaklarını qanunsuz əlindən alıblar, sonda ona geri qayıdacaq, ona görə də əmlaklarına qarşı amansız davranıblar.

17. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin də qiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər kimi (bundan sonra cavabdehlər, yaxud İcra Şöbəsi, Əliəkbər Həcənov), “X8” MMC-ni isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş 224.959,40 manat məbləğində maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

19. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlakla bağlı Ali Məhkəmənin icraatında mülki işə baxı lan zaman Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Cavabdeh2 tərəfindən icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı Quba rayon İcra şöbəsinə məktub ünvanlanıb. Hansı ki, bu, tam qanunsuzdur. İlk növbədə ona görə ki, bu, hakimin səlahiyyətlərinə aiddir. Ümumi şöbəsinin müdirinin belə bir səlahiyyətləri yoxdur. Həmçinin, Ali məhkəmədə iş gedən zaman Quba rayon İcra şöbəsinin icra hərəkətlərinə davam etməsi və əmlakı hərraca çıxarması da qanunsuzdur. Əmlak hərraca çıxarılarkən ümumiyyətlə ona məlumat verilməmiş və əmlak X1 və 3 gün sonra da onun tərəfindən çıxarış alınmışdır. O, bundan yalnız torpaq sahəsi onun tərəfindən şumlanandan sonra xəbər tutdu və icra şöbəsinə müraciət etdi. Həmçinin, hərracın nəticələrini mübahisələndirdi. Həmçinin, ona məlum oldu ki, onun fərdi yaşay ış evi də hərraca çıxarılacaqdır. O, məktub verərək onu dayanırdı. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş materiallarında da göründüyü kimi iddia tələbləri tam əsaslıdır. Belə ki, məhkəmə prosesi gedən zaman "xxxx" ASC məhkəmə aktından şikayət verilib-verilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Cavabdeh2 tam qanunsuz bir şəkildə və səlahiyyətlərini aşmaqla icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı məktub verilmişdir. Həmin məktubla Quba Rayon İcra şöbəsinə müraciət edilmiş və icra şöbəsi tərəfindən iddiaçının mülkiyyətində o lan torpaq sahələri hərraca çıxarılmış və iddiaçıya heç bir məlumat verilmədən qısa bir zamanda əmlaklar hərrac yolu ilə satılmışdır. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuş və ona maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın məbləği ekspert rəyi ilə müəyyən olunmuşdur. Ona görə də hesab edirlər ki, iddia tələbləri tam əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmış 2(006)-238/2022 nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8209 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Nəsimi R ayon Məhkəməsinin 675 №-li xx.xx.2022-ci il tarxli məktubundakı (daxil olma tarixi xx.xx.2022-ci il) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X17 İnstitutunun mütəxəssis rəyinə əsasən 2018-2020-ci illərdə təxmini olaraq orta hesabla bir ağacdan 35,0 kq meyvə məhsulu olmaqla bir ildə 489 ağac x 35.0 kq=17.115 kq, 3 ildə isə 17.115 kq x 3 il = 51.345 kq alça məhsulu yığmaq mümkün olardı. Bağda əkilmiş sortların yetişmə vaxtının eyni deyildir, amma hər iki alça sortunun orta satış qiyməti eynidir. Meyvənin satış ilindən, ölçüsündən, yetişməsindən asılı olaraq 1 kq meyvənin orta satış qiyməti nəzərə alınmaqla 2018-ci ildən başlayaraq son üç ildə 51.345 kq x 2,2 manat =112.959 manat məbləğində satışdan gəlir əldə etmək mümkündür. Bağ sahəsində quruyaraq məhv olmuş 45 ədə d alça ağacının 1 ədədinin dəyəri 64,5 manat olarsa, alça ağaclarının ümumi dəyəri 2.902,5 manat tə həmin ağaclar vaxtından əvvəl qurumasaydı hər ağacdan 48,0 kq olmaqla məhsul əldə edilə bilərdi və 48 kq x 45 alça=2.160 kq, meyvə bağının istismar müddəti 25 il olduğu nəzərə alınsa, baxımsızlıq üzündən qurumasaydılar həmin ağaclardan 15 il ərzində məhsul vermə qabiliyyətinə malik olub, 15 il ərzində 32.400 kq. alça məhsulu və həmin məhsulun satışından 32.400 kq x 2,2 man=71.280 manat gəlir əldə edə bilərdi. İddiaçı məxsus 1,2635 ha alça bağına baxış zamanı 15 ədəd alça ağacının budaqları sınmış və ağacların hamısı mamırla sirayətlənmişdir. Budaqların sınması məhsuldarlığın 40% azalmasını nəzərə alınsa, hər bir ağacdan 15 il istismar müddətində hər birindən ildə 28,8 kq alça məhsulu yığıl ması gözlənilir. Sahibkar 15 ədəd skelet budaqları sınmış ağaclardan bir ildə 15 ağac x 48,0 kq=720,0 kq əvəzinə, 15 ağac x 28,8 kq=432,0 kq meyvə məhsulu əldə etməklə, ümumi məhsul istehsalı 288,0 kq azalacaqdır. Növbəti 15 il istismar müddətində İddiaçı 288,0 kq x 15 il =4.320,0 kq az məhsul istehsal etməklə 9.504,0 manat məbləğində az gəlir əldə edəcəkdir. 2021-ci ildə ağaclara düzgün aqrotexniki qulluqlar edilmədiyindən, xüsusilə xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmədiyindən məhsuldarlığı 60% aşağı salmış, məhsulun 10.269,0 kq azalmasına və nəticədə 10.269,0 kq x 2,2 manat=22.591,8 manat məbləğində az gəlir əldə etməsinə səbəb olmuşdur. Bağda dərmanlama işləri düzgün şəkildə aparılsaydı, İddiaçı 900-1.000 manat məbləğində pul xərcləməli olacaqdı. 1,1425 ha torpaq sahə sində 2018-ci ildən başlayaraq hər il buğda bitkisi əkəcəyi təqdirdə bir hektardan orta hesabla təxmini olaraq 32,0 sentner taxıl məhsulu olmaqla, 1,1425 ha torpaq sahədən isə 36,56 sentner buğda məhsulu və bir sentner məhsulun orta satış qiyməti 40,0 manatdan olmaqla 1.462,4 manat gəlir əldə etmək mümkündür. Dörd ildə ümumi gəlirin miqdarı 4 x 1.462,4=5.848,6 manat təşkil edər. 0,347 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq buğda bitkisi əkilsəydi bir ilə orta hesabla təxmini olaraq 32,0 sentner olmaqla, ümumi sahədən 11,1 sentner buğda məhsulu və bir sentner buğda məhsulunun orta satış qiyməti 40,0 manat olmaqla, cəmi 444,0 manat gəlir əldə etmək olardı. Dörd ildə taxıl satışından 4 il x 444,0 man=1.776 manat gəlir əldə etmək olardı. 22. 16.02.2023-cü il tarixli, 187 nömrəli arayışda n görünür ki, İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha, 0,347 ha və 1,2635 ha torpaq sahələrini 12 mart 2018-ci il tarixdə İkinci Nügədi kəndində yaşayan, X14 hərrac vasitəsilə almışdır və həmin torpaqlardan 9 mart 2021-ci il tarixədək istifadə etmişdir.

23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1908/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbini yönəltdiyi cavabdehlər hazırkı iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxslər hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxslər isə hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməzlər. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırkı iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur.

25. Məhkəmə hesab etmişdir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/8209 nömrəli ekspert rəyindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)238/2022 saylı qətnaməsindən göründüyü kimi iddiaçıya ona məxsus əmlakların ləğv edilmiş məhkəmə qətnaməsi əsasında əsassız olaraq satılması və torpaq sahələrinin uzun müddət ərzində baxımsız qalması nəticəsində maddi ziyan dəyməsi göstərilsə də, hazırkı iş üzrə isə iddiaçı onun tələbinə cavab verməli olan şəxslərin dairəsini düzgün seçməmiş, məhkəmə tərəfindən isə iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə uyğun olaraq cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı (onun nümayəndəsi və vəkili) bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 48, 50.3, 76.1, 76.2-ci maddələrinə,istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

27. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin hakiminin qətnamədə qeyd etdiyi “məhkəmə tərəfindən isə iddiaçıya Azərbaycan Respublikası Mülki Məcə ləsinin 1100-cü maddəsinə uyğun olaraq cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı (onun nümayəndəsi və vəkili) bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir” doğru deyildir. Ona görə ki, məhkəmə qərarı oxuyandan sonra bildirm işdir ki, əgər belə idisə nəyə görə ona və vəkilinə bu barədə təklif edilməmişdir. Ərizəni geri götürərdi və ya ərizəsində düzəliş edərdi. Bir çox məhkəmələrdə məhkəmənin vətəndaşlara tövsiyələr edilmişdir. Bu işdə isə hakim etmədiyi bir təklifi onun və vəkilinin üzərinə qoyması doğru deyildir. Halbuki iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməli idi. Çünki, məhkəmə yekun qərar çıxararkən qətnamədə qeyd etməli idi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməli olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə uyğun olaraq iddiaçıya dəymiş zərər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır və yaxud iddiaçıya dəymiş zərərin ödənilməsi üçün icra vərəqəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməlidir. Ona Quba Rayonu İcra və Probasiya şöbəsi və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsində ümumi şöbənin müdiri vəzifəsində işləyərkən maddi zərər vurmuşlar. Onlar da dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxsləri olduğuna görə, etdikləri qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər olduğuna görə əvəzini, yəni iddia tələbindəki qeyd etdiyi məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ödəməlidir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4928/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticəsi ilə razılaşaraq qeyd et mişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracların yekunları üzrə müvafiq protokollar etibarsız hesab edildiyinə görə iddiaçı ona məxsus əmlakların ləğv edilmiş məhkəmə qətnaməsi əsasında əsassız olaraq satıldığına, torpaq sahələrinin uzun müddət ərzində baxımsız qaldığına istinad edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)238/2022 nömrəli işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası tərəfindən müəyyən edilmiş 224.959,40 manat məbləğində maddi zərərin cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulması tələbini irəli sürmüşdür. Lakin hazırkı vəziyyətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində işə cəlb olunmamışdır. Başqa sözlə, hazırda iş üzrə cavabdehlər iddiaçının iddia sına cavab verməli olan şəxslər olmamışlar.

31. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

32. Apellyasiya şikayətində iddiaçı ona belə bir təklifin edilmədiyini bildirsə də, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, iş materiallarında olan birinci instansiya məhkəməsinin mötəbər sübut kimi istinad edilməli olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçıya qeyd olunan təklif edilmişdir.

33. Apellyasiya instansiyası mə hkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097.1, 1100, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 50, 54, 77.1, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin çəkişmə prinsipini tam təmin etməmiş, yalnız cavabdeh tərəfindən verilmiş sübutları araşdırmışdır. İddiaçı tərəfindən təqdim edilmiş dəlillərə, izahatlara əsaslanmamışdır. İddiaçı tərəfindən verilmiş sübutları yox öz mülahizələrini əsas tutmaqla məhkəmə Mü lki Prosessual Məcəllənin 9.3-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdehlər tərəfindən irəli sürülən sübutları və etirazları məhkəmədə əsaslandıra bilməmişdir. Təkcə torpaq sahəsinə dəymiş ziyan yox, eyni zamanda əlindən fayda çıxmışdır. Bu dövrlər ərzində torpaq sahəsinin əkilməsi və ondan xeyir götürməsi ola bilərdi. Ancaq cavabdehlərin bu hərəkətləri nəticəsində bu faydalar da əlindən çıxmışdır. Bununla bağlı məhkəmədə özünə aid olan halları sübuta yetirmişdir.

36. Bundan mübahisəli qətnamədə “Məhkəmə kollegiyasının mövqeyi” hissəsinin 6,7,8,9,10-cu abzaslarda iddiaçıya qarşı qeyri-obyektiv mülahizələr edərək, birinci instansiya məhkəməsinin hakiminin mövqeyini təkrarlayaraq qətnaməni dəyişdimədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci instansiya məh kəməsindəki audio-video çəkilişləri məhkəmə prosesində izlənərək müşahidə olunması barədə şifahi şəkildə vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatəti təmin etməmiş, beləliklə də iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozmuşdur. İddiaçı hesab edir ki, birirnci instansiya məhkəməsində olan iclas protokolları ilə video çəkilişlər arasında zidiyyətlər vardır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14. 2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.

39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

43. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqan larının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur.

46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçü n əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

51. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlindiyi, lakin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmadığı müəyyən edilmişdir.

60. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.

61. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından i barətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

62. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı ona məxsus, ipoteka ilə yüklü edilmiş əmlakların bankın kredit tələbinin təmin olunmasına yönəldilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan, Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri işləmiş Cavabdeh2 qanunsuz məktubu əsasında Cavabdeh1 tərəfi ndən həmin əmlaklarının hərraca çıxarılaraq qanunsuz satılmasını, sonradan adı çəkilən məhkəmə qətnaməsinin yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsini, əmlaklarının ilkin satış qiyməti artırılmaqla yeni qətnamə qəbul olunmasını, keçirilmiş həmin hərracların yekunları üzrə müvafiq protokolların qanuni qüvvəyə minmiş başqa məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilməsini, bu müddət ərzində qeyd olunan əmlaklarından (Quba rayonunun Nügədi kəndində yerləşən ayrı-ayrı üç torpaq sahəsindən) məhkəmə çəkişmələrinin davam etdiyi 2018, 2019, 2020-ci illər, yəni üç il ərzində istifadə edə bilmədiyini qeyd edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-238/2022 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş 224.959,40 manat məbləğində maddi zərərin cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

63. İddianın rədd edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1100-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırda iş üzrə cavabdehlər iddiaçının iddiasına cavab verməli olan şəxslər olmamış, hazırkı vəziyyətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdeh qismində işə cəlb olunmamışdır. Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Az ərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

64. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikası Maliyyə Nazirliyi olması barədə nəticəyə gələrkən, iddiaçının zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini yönəltdiyi cavabdehlər Cavabdeh1 və 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri işləyərkən mübahisəli məktubu tərtib edib imzalamış Cavabdeh2 Mülki Məcəllənin 1100-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarının vəzifəli şəxsləri kimi qiymətləndirmişdir.

65. Mülki Məcəllənin 1100-cü maddəsinin məzmunundan görünür ki, dövlət orqanlarının, yerli özü nüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 66. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən isə müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya mə hkəməsinin həmin əsaslandırması ilə razılaşmır. İddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri işləmiş Cavabdeh2 Mülki Məcəllənin 1100-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarının vəzifəli şəxsləri kimi qiymətləndirilməsi və cavabdehlərin əsl cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi səhv olmuşdur.

68. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən qeyd olunan cavabdehlərə qarşı hazırkı iddia üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin ziyanvurma ilə bağlı 21 və 1096-ci maddələri nəzərdən keçirilməli idi.

69. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən baş qa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

71. Qeyd olunmalıdır ki, qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüquqi nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Lakin bu müddəanın özü ayrılıqda iddia tələbinin əsası qismində çıxış etmir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərəri ona vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçıya tələb etdiyi yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Səbəb olması isə, həmçinin səbəbli əlaqəninin olmasını da ehtiva edir. Zərər onun yaranmasına səbəb olmuş şəxsə yalnız o halda aid edilməlidir ki, onun davranışı nəticənin yaranması üçün münasib səbəbli əlaqə yaratmış olsun. Borclu zərər dəymiş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) əvəzini ödəməlidir.

72. Həmçinin qeyd olunmalıdır ki, öhdəliyin yaranma əsasları zərər vurma, əsassız varlanma, iştirakçılar arasında müqavilə və qanunla nəzərdə tutulduğu halda dig ər hallardır. Təqsirli şəxsin mülki hüquq pozuntusu törədən hərəkətləri nəticəsində zərərçəkənə ziyan vurulması delikt öhdəliklərini, yəni zərərçəkənin həmin zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnu, cavabdehin isə həmin zərəri tam ödəmək vəzifəsini yaradır. Delikt öhdəliklərində zərər dedikdə isə real zərər və əldən çıxmış fayda başa düşülür. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törəd ilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Prinsip etibarilə yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Səbəb- olma səbəbli əlaqənin olması deməkdir: konkret nəticə yaranmadan düşünülə bilinməyən istənilən davranış həmin nəticə üçün səbəbdir (conditio sine qua non). Lakin zərərin vurulması ilə nəticələnən davranış hərəkətsizlik də ola bilər. Əgər edilməmiş hərəkət nəzərə alına bilmirsə, nəticə əminliyə yaxın olan yəqinliklə aradan qalxırsa, müvafiq hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə mövcuddur. Beləliklə, mülki qanunvericiliyin norma larını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

73. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini yuxarıda əks etdirdiyi mövqeyinə uyğun olaraq təhlil edərək hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qanuni qüvvəsini almış məhkəmə aktları və işin halları ilə onun əmlaklarından (Quba rayonunun Nügədi kəndində yerləşən ayrı-ayrı üç torpaq sahəsindən) məhkəmə çəkişmələrinin davam etdiyi 2018, 2019, 2020-ci illər, yəni üç il ərzində istifadə edə bilmədiyi öz təsdiqini tapsa da, digər tərəfdən iddia tələbinin zərər hissəsinin təmini üçün başqa bir sual yaranır - iddiaçının qeyd olunan zərərə məruz qalması cavabdehlər Cavabdeh1 və 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri işləmiş Cavabdeh2 təqsirli hərəkətləri nəticəsindəmi yaranmışdır? Cavabdehlərin təqsirli hərəkətləri, yəni Cavabdeh2 - iddiaçının dövlət vəsaiti hesabına ona vəkil təyin edilməsindən imtina edilməsi barədə qərardaddan Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin icra hərəkətlərinin dayandınlması üçün əsas olmaması barədə banka məktub ünvanlaması, həmçinin Ali Məhkəmədə işə baxılması barədə müddət bərpa edilərək xx.xx.2018-ci il tarixdə mülki işə baxılmasına kimi, yəni 10 ay əvvəl, 12 mart 2018-ci il tarixdə cavabdeh İcra Şöbəsinin hərraçın keçirilməsini təşkil etməsi nəticəsindəmi iddiaçıya tələb etdiyi zərər dəymişdir? Belə ki, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yəni iddiaçı sübut təqdim etməliydi ki, onun göstərilən həddə qazancdan məhrum olması, birbaşa və ya dolayı yolla cavabdehlərin təqsiri üzündən yaranmışdır. Belə ki, mülki iş materiallarında iddia ərizəsində göstərilənlərlə bağlı birbaşa cavabdehlərin təqsirini və ya təqsirli hərəkətini sübut edən heç bir mötəbər sübut mövcud deyildir.

74. Bundan başqa iddiaçı ona dəymiş ziyanın cavabdehlərin qanunsuz hərəkətləri ilə əlaqədar olduğunu qeyd edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-238/2022 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkə zi tərəfindən müəyyən edilmiş 224.959,40 manat məbləğində maddi zərərə məruz qalmasını bildirsə də, ona vurulmuş zərərin məhz qeyd olunan məbləğdə olması barədə mötəbər sübutları, yəni mülkiyyətində olmuş həmin əmlaklarından (torpaq sahələrində olan meyvə bağlarının bəhərindən) əvvəlki illərdə hansı məbləğdə mənfəət əldə etməsi, meyvə ağaclarının əvvəlki illərdə məhsuldar olmaqla bar verib-verməməsi, zərəri tələb etdiyi üç il ərzində iqlim şəraitinin ağacların tələb olunan qədər məhsul verməsi üçün əlverişli olub-olmaması və s. barədə sübutları belə sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim edə bilməmişdir.

75. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc lər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

76. Məhkəmə kollegiyası bütün yuxarıda sadalanları əsas götürərərək qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur.

77. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfind ən iddia tələbinin qanuni əsası olan maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

78. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.

79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4928/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsin də müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar