Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5920/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 23.11.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-334/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən veri lmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanılmış 10.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 illik 24%-lə 36 ay müddətinə 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanılmış 14.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 illik 30%-lə 12 ay müddətinə, 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 10.10.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə zamin durmuşdur. 4. 10.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağ lanmış 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5. 10.10.2014-cü il tarixli ipoteka müqaviləsinə 14.01.2015-ci il tarixli əlavəyə əsasən, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 14.01.2015-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evi İddiaç ı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi ilə müraciət edərək 10.10.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nə 45494.17 ABŞ dolları əsas, 17865.50 ABŞ dolları faiz, 13467.79 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 76827.46 ABŞ dolları; 14 yanvar 2015-cı il tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları əsas, 1214.18 ABŞ dolları hesablanmış faiz, cəmi 5606.18 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, borcun ipoteka predmeti 65000 manat qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2 istifadə hüququ ləğv edilməklə göstərilən ünvandan çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23390 saylı, 13.02.2019-cu il tarixli rə yi ilə müəyyən edilmiş və 14 yanvar 2015-ci il tarixli, 900/PB/BF/PK nömrəli və 10 oktyabr 2014-cü il tarixli 2703 PB/BF nömrəli kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 Rahim oğlunun İddiaçı BOKT ASC-yə olan borcu 14 yanvar 2015-ci il tarixli, 2900/PB/BF/PK nömrəli müqavilə üzrə müqavilə müddəti bitən tarixə, yəni 14 yanvar 2016-cı il tarixə əsas borc üzrə 3.000,0 ABŞ dolları, faiz borcu üzrə 590,0 ABŞ dolları; iddia tələbi tarixinə, yəni 27 oktyabr 2017-ci il tarixə əsas borc üzrə 3.000,00 ABŞ dolları, faiz borcu üzrə 2.197,50 ABŞ dolları; 10 oktyabr 2014-cü il tarixli 2703 PB/BF nömrəli müqavilə üzrə müqavilə müddəti bitən tarixə, yəni 10 oktyabr 2017-ci il tarixə əsas borc üzrə 40.177,28 ABŞ dolları, faiz borcu üzrə 17.865,50 ABŞ dolları, iddia tələbi tar ixinə, yəni 27 oktyabr 2017-ci il tarixə əsas borc üzrə 40 177.28 ABŞ dolları, faiz borcu üzrə 18 320.84 ABŞ dolları təşkil etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)90/2019 saylı qətnaməsi ilə (hakim A.İbrahimov) iddia qismən təmin edilmiş, 10.10.2014cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, 10.10.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC- nin xeyrinə 40.177.28 ABŞ dolları məbləğində əsas, 17865.50 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində dəbbə pulu, 2015-ci il 14 yanvar tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları məbləğində əsas, 590 ABŞ dolları məbləğində hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əsas borclu və zamindən - C avabdeh1 və Cavabdeh3 tutulması, borcun əvəzi ipoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq, tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3kv.m, ibarət 16 saylı fərdi yaşayış evinin 96000 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan145 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətləri vermişdir.
7. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 20 avqust 2019-cu il tarixli, 2(103)9461/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)90/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələrinin müddətinin bitdiyi tarixə cavabdehlərin Banka 10.10.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsi üzrə 40.177.28 ABŞ dolları məbləğində əsas, 17865.50 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları cərimənin; 14 yan var 2015-ci il tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə isə 3000 ABŞ dolları məbləğində əsas, 590 ABŞ dolları məbləğində faiz borcunun olması və həmin borcun borclu və zamindən tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.
12. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir.
10. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev) 13 yanvar 2020-ci il tarixli, 2(102)-164/2020 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)-9461/2019 saylı qətnaməsi – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissə sində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya kollegiyası ipoteka predmetinin dəyərinin 96.000 manat göstərildiyi 14.01.2015-ci il tarixli ipoteka müqaviləsinin bağlanmasından 4 ildən çox vaxt keçdiyini və bu müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini, həmçinin ipoteka qoyanın həmin qiymətlə razı olmamasını məhkəmə iclasında bəyan etməsini nəzərə alaraq hesab etmişdir ki, məhkəmələr tərəfindən ünvan 3 ünvanında yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 107,3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müstəqil qiymətləndirici dəvət edilməklə müəyyən edilməsi məsələsi müzakirə edilməməsi düzgün olmamışdır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə iş üzrə gəldiyi nəticə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Həsənov sədrlik edən və məruzəçi, M.Məmmədov və V.Sadıqov) 16 may 2021-ci il tarixli, 2(103)334/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)90/2019 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmənin qərardad ı əsasında tərtib edilmiş "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli H/02-PLS saylı qiymətləndirmə hesabatına əsasən müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 6 otaqlı, 107,3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin hal-hazıra olan bazar qiyməti 98.000 manat, likvid qiyməti isə 81.000 manat təşkil edir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
15. K assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti sübutların qiymətləndirilməsi və məhkəmə xərcləriylə bağlı apellyasiya instansiyası məhkəməsinin yanlış nəticəyə gəlməsi ilə əsaslandırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyas ı MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
26. Maddə. 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhk əmə tərəfindən müəyyən edilir.
27. Maddə 1.0.9. İlkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Kassasiya baxışının hədləri Ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən bax an məhkəmə üçün məcburidir.
34. Göründüyü kimi, Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl edərək əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin etmiş, iş üzrə gəldiyi nəticəni həmin ekspert rəyi ilə əsaslandırmışdır.
35. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yanlış qiymətləndirilməsi və məhkəmə xərclərinin yanlış bölüşdürülməsi ilə bağlıdır ki, kassasiya kollegiyası həmin dəlillərin formal mülahizə olduğunu hesab edir.
36. Kassasiya kollegiyası qeyd edir ki, cavabdehin formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
38. Cavabdeh ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin artıq olmasını bildirsə də, işdə olan ekspert rəyi ilə əmlakın likvid qiymətinin məhkmə qətnaməsi ilə müəyyən edilən qiymətdən aşağı olması təsdiq olunur. İddiaçı qətnamədən şikayət vermədiyi üçün apelyasiya məhkəməsi haqlı olaraq qətnaməni cavabdehin şikayəti əsasında həmin hissədə dəyişdirmədən saxlamışdır. Əmlakın dəyərinin daha artıq olmasına dair cavabdeh mötəbər sübut təqdim edə bilməmişdir.
39. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
33. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-334/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.