Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5923/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5923/21 (Açar sözlər: pul tutulması ) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, İddiaçı İKB-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-841/2021 nömrəli, 04.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İKB ilə Cavabdeh arasında 11 avqust 2015-ci il tarixli, 25-Y-1-0-17215 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh illik 28%-lə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı İKB tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 11.08.2015-cı il tarixə kredit müqaviləsi üzrə 3659.54 ABŞ dolları əsas, 1884.89 ABŞ dolları faiz borcu, 8588.83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14133.26 ABŞ dolları borcu vardır. Borclu müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı İKB ASCnin xeyrinə 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3659.54 ABŞ dolları əsas borc, 1884.89 ABŞ dolları faiz borcu və 8588.83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 14133.26 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 avqust 2015-cü il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl”İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 5000 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 aprel 2018-dək Cavabdeh banka 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3659.54 ABŞ dolları əsas borc, 1884.89 ABŞ dolları faiz borcu və 8588.83 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14133.26 AB Ş dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-279/2019 saylı, 25.11.2019cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 3659.54 ABŞ dolları əsas, 363.00 ABŞ dolları faiz borcu və 365 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4387.54 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı İKB-nin xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.4, 462.1, 467-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev, T.Səmədov və İ.Şirinov) 04.06.2021-ci il tarixli, 2(103)-841/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-279/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsi Cavabdeh (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 3659.54 ABŞ dolları əsas, 363.00 ABŞ dolları faiz borcu və 365 ABŞ dolları cərimə borcu olmaqla, ümu milikdə 4387.54 dolları məbləğində pul vəsaitinin İddiaçıİKB-nin xeyrinə tutulması hissəsində dəyişdirilmiş; Cavabdeh 1073 (bir min yetmiş üç) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuş; Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386. 1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.4, 739.1, 739.2ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
9. İddiaçı "xxxx" ASC qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı "xxxx" ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Əlavə olaraq qeyd edilmişdir ki, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş ekspertiza rəyi obyektiv tərtib edilməmişdir. Belə ki, ekspert cavabdehin öhdəliyin vaxıtnda icra etməməsini nəzərə almamışdır. Çünki müqavilə şərtlərinə görə ödənişlər ilk növbədə faiz və cərimə məbləğlərinə silinməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsi nə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə. 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləş dirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.
16. Maddə. 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
17. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
18. Maddə. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. Maddə. 445. 2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə. 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
21. Maddə. 449.4. Özgə vəsaitindən istifadəüçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
22. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Kassasiya şikayətinin məzmunundan belə qənaət hasil olur k i, iddiaçı qətnaməni borc hissəsində mübahisələndirir.
28. Apellyasiya instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında müqavilənin bitdiyi tarixə əsas borc, faiz borcu və cərimə borcu (sonradan ödənilmiş məbləğlər də nəzərə alınmaqla) nə qədər məbləğ təşkil etməsi kimi sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 7259 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh 11.08.2016-cı il tarixinə İddiaçı İKB ASC olan borcu 5363.00 ABŞ dolları məbləğində borcu vardır. (əsas borc üzrə 5000.00 ABŞ dolları, faiz borcu üzrə 363.00 ABŞ dolları).
29. Qeyd olunandan başqa işdə ekspert rəyini şübhə altına salan hər hansı hal aşkar edilməmiş, iddiaçı tərəf rəyin düzgün olmamasına dair sübu tlar təqdim etməmişdir.
30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
31. İşin faktiki hallarının ətraflı yoxlanılmaması, hərtərəfli araşdırma aparılmaması ilə bağlı kassasiya instansiyası qeyd edir ki, Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ekspertizanın keçirilməsi barədə vəsatət verilməsi, əldə edilmiş rəyə etiraz edilməsi, ekspertizanın keçirilməsində iştirak və.s məsələlər i şə mahiyyəti üzrə baxılarkən həll olunan məsələrdir ki, hazırkı icraatın baxış predmeti deyil.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-841/2021 nömrəli, 04.06.2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər