Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5929/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1164/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti nə dair işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması əsasında iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2.25 % dərəcəsi ilə 24 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 24 yanvar 2014 və 12 yanvar 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh2 və Cavabdeh3 zam in kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. 2. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldilmiş, qalıq borcunun məbləği 5.787,55 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 035R********** saylı kred it razılaşması üzrə 3404.44 ABŞ dolları əsas, 679.19 ABŞ dolları faiz və 912.44 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4996.7 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 aylıq 2.25 % dərəcəsi ilə 24 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında 24 yanvar 201 4 və 12 yanvar 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh2 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 ayrılmış 5826.39 manat kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi Cavabdeh1 bankdakı borcuna yönəldildikdən sonra birinci cavabdeh qalıq borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra e tmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə hesablan maqla 3404.44 ABŞ dolları əsas borc, 679.19 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 4133 (dörd min bir yüz otuz üç) ABŞ dolları 63 sent kredit borcunun, həmçinin 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, sonuncuya müvafiq qaydada 5826.39 manat kompensasiya verilmiş və 5787.55 manat qalıq borcu qalmışdır.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun m iqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 912.44 ABŞ dolları cərimə borcunun tutulmasına dair hissəsi qismən – 50 ABŞ dolları həddində təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 439.1, 448.1, 449.1, 465.2, 467, 472.1, 472.2,, Mülki Prossesual Məcəllənin 119.1, 214.1, 214.2, 214.4, 215-220, 227.2 və 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1520/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və G.Q.Abbasov) Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şi kayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)304/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyin icrasını təmin etməmişdir. Belə olan halda zaminlər, yəni digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da borcalan Cavabdeh1 ilə birlikdə borc məbləğinin banka ödənilməsinin təmin edilməsi üçün birgə məsuliyyət daşıyırlar.
12. Bundan başqa işdə olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bir neçə dəfə belə sazişlər bağlanmış, həmin sazişlərə əsasən iddiaçı cavabdehə güzəştlər edərək faiz dərəcəsini azaltmış və ödəniş vaxtını uzatmışdır. Axırıncı dəfə 25.07.2016-cı il tarixdə bağlanmış saziş üzrə tərtib edilmiş ödəniş planına əsasən sonuncu ödəniş günü 27.02.2018-ci il tarixi müəyyən olunmuşdur. Bu da o deməkdir ki, həmin öhdəlik üzrə iddia müddətinin axımı 27.02.2018-ci il tarixindən sonrakı iş günündən başlayır. İddia ərizəsi məhkəməyə 17.03.2020-ci il tarixdə daxil olduğundan iddiaçı iddia müddətini ötürməmişdir və bu barədə cavabdehin qənaəti yanlışdır.
13. Apelyasiya şikayətinin dəlillərindən biri də sözügedən kredit razılaşmalarının Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi, bununla əlaqədar mübahisənin məhkəməyəqədər həll i qaydasına əməl olunmaması, belə vəziyyətdə birinci instansiya məhkəməsinin iddianı baxılmamış saxlamalı olduğu halda bunu etməməsi göstərilmişdir. Cavabdehin bu dəlili ilə əlaqədar apelyasiya baxışında iddiaçının nümayəndəsi izah vermişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə (8.6-cı bənd) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmana əsasən cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, ona görə də qalıq borcun restrukturizasiya olunması mümkün olmamışdır. Buna baxmayaraq cavabdehə qalan borcun kifayət qədər güzəştli şərtlərlə ödənilməsi, hətta əsas borcun 70%-ni birdəfəlik ödəyəcəyi təqdirdə qalan bütün borcların silinməsi təklif olunmuş, lakin cavabdehlə münasib razılaşma əldə edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) 30.03.2021-ci il tarixli, 2(102)-1213/2021 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1520/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldilmiş, qalıq borcunun məbləği 5.787,55 manat müəyyən edilmişdir”. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə borc məbləğinin hansı hüquqi əsasla qeyd olunan Fərmanın tələblərinə zidd olaraq ABŞ dolları məzənnəsi ilə tutulmasına hüquqi qiymət verməmiş, həmin tələbin qalıq borcuna uyğun olub-o lmamasını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1164/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Şükürov) Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-304/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 5787.55 (beş min yeddi yüz səksən yeddi manat 55 qəpik) manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyy ətinə ödənilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması barədə dəlilləri əsaslıdır.
19. Belə ki, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin məlum 28 fevral 2019-cu il tarixii 551 saylı Fərmanına uyğun olaraq həll etməli idi.
20. Lakin bununla əlaqədar birinci instansiyası məhkəməsi iddia tələbi üzrə borc məbləğinin hansı hüquqi əsasla qeyd olunan Fərmanın tələblərinə zidd olaraq ABŞ dolları məzənnəsi ilə tutulmasına hüquqi qiymət verməmiş, həmin tələbin qalıq borcuna uyğun olub-olmamasını araşdırmamışdır.
21. X1 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz.
22. Sözügedən Fərman cavabdeh münasibətdə xarici valyutada olan kreditin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restr ukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları
26. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir..
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
32. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
33. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz e dilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
34. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
35. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, bel ə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
36. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
37. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
38. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sa yılır. (maddə 445.2.1)
39. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
40. Zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1)
41. Bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. (maddə 472.1)
42. Zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi i crа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. (maddə 472.2) Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1164/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.