Məhkəmə qərarları › İş №2(102)-5934/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5934/2019

16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5934/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Mirzəliyev Əsəd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X3 katibliyiilə. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İnqlab qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov; 2(006)-208/2018) i ddia tələbi qismən təmin edilmiş,Cavabdeh1 əsas borc üzrə 44.509,60 (qırx dörd min yüz doqquz manat, altmış qəpik) manat, faiz borcu üzrə 13.273,67 (on üç min iki yüz yetmiş üç manat, altmış yeddi qəpik) manat, müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu üzrə 2060,78 (iki min altmış manat, yetmiş səkkiz qəpik) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 59.874,05 (əlli doqquz min səkkiz yüz yetmiş dörd manat, beş qəpik) manat alınaraq İddiaçı ASC-yə ödənilməsi,tutmanın ipoteka qoyulmuş Cavabdeh2 İnqilab qızına məxsus Bakı şəhəri, ********************* küçəsi, ev 7, mənzil 4-ə yönəldilməsi, Həmin mənzilin ilkin satış qiyməti 335.000 (üç yüz otuz beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş v əsaitinin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu ödənilməsi, Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılması, İpoteka predmeti olan Bakı şəhəri, ************************* küçəsi, ev 7, mənzil 4-ə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər və onların ailə üzvlərinin çıxarılması, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pulun Cavabdeh1 tutularaq «xxxx» MMCnin VÖEN: ********** hesab № AZN: AZ*******************, bank «xxxx» ASC-nin Dostluq filialı, kodu: ************, VÖEN: **********, müxbir hesab: AZ*******************, SWİFT: **************** hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, AZ34CTREQ**********, X1, KOD********** VÖEN **********, Müxbir hesab AZ 41 NABZ*********= SWİFT BİK CTREAZ *** hesabına köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:N.Cəfərov (sədrlik edən və məruzəçi) Ş.Məmmədova və V.Həsənov; 2(103)-534/2019) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, ipoteka predmeti olan, Bakı şəhəri, ******************** küçəsi, ev № 7-də yerləşən 4 №-li mənzilin ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat müəyyən edilməsi qət edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit və ona hesablanmış faiz borcunun ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 78417,53 manat (əsas borc 44.510,60 manat, faiz borcu 31.846,15 manat, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2060,78 manat) və tərəflərindən ödənilmiş, 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh2 İnqilab qızı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, ************* küçəsi, ev 7, mənzil 4-ə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılma sı, qeyd olunan əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdehlərin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın açaq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına "İddiaçı" ASC-yə cəmi 78417,53 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC-nin «Nərimanov» filialı ilə Cavabdeh1 arasında 17.05.2013-cü il tarixində № **** saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 evində aparılan əsaslı təmir məqsədləri üçün 36 (otuz altı) ay müddətinə 150 000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. № **** saylı, 17.05.2013-cü il tarixli Kredit müqaviləsinin təminatı kirpi 17.05.2013-c i il tarixində № ***** saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, ****************** küçəsində istifadədə olan 7 nömrəli binada, 222,7 kv.m. ümumi sahədən, 132,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 4 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh1 № ***** saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Tərəflərindən Cavabdeh1 və Cavabdeh2 20 aprel 2015-ci il tarixli ******** saylı Xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunda mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət etməsi göstərilmişdir. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsindəki öhdəlikləri 5 (beş) iş günü ərzində icra etməsi, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dəyən zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddiaçının əsas və faiz borcu, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 360.000 manat müəyyən edilməsi və qətnamənin ipoteka predmeti hərracda satıldıqdan və tutma yönəldikdən sonra ən geci 1(bir) ay ərzində yaşayış sahəsindən cavabdehilərin və onların ailə üzvlərinin çıxarılması hissəsində qismən ləğv edilərək həmin hissənin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 385.1.1,217,220-ci maddələrinin tələblərini pozmaqla için faktiki hallarını tam,düzgün, obtektiv araşdırmamış, nətizədə əsassız qətnamə qəbul etmişdir. İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi X5 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan i şə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş, o, cümlədən iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2013-cü il tarixli, 59 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18% olmaqla, 150.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17.05.2013-cü il tarixli, 59 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** küçəsi, ev 7, mənzil 4 öhdəliklərin təminatı kimi İddiaçı ASC-yə ipoteka kimi təqdim edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** küçəsi, ev 7, mənzil 4 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 20.04.2015-ci il tarixli «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qayd ada tutma yönəldiləcəkdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 22.04.2015-ci il tarixli məktubun surətindən görünür ki, bank Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** küçəsi, ev 7, mənzil 4-ə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İddiaçı ASC tərəfindən verilmiş 20.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1, oğlunun banka 44.510,60 manat əsas borc, 31.846,15 manat faiz borcu, illik 5% dərəcəsi ilə Banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2060,78 manat faiz borcu, cəmi 78.417,53 manat borcu vardır. İşin materiallarına əlavə edilmiş ***** saylı, 29 may 2018-ci il tarixli m əhkəməmühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pül vəsaitlərinə dair maliyyə arayışı və 17.05.2013-cü il tarixində *** saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 17.05.2016-cı il tarixinədək (kredit müqaviləsinin bitmə tarixinə) banka olan borcu 60.783,27 manat məbləğində və 20 aprel 2017-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 57.980,59 manat məbləğində müəyyən edilir, o cümlədən: 17.05.2016-cı il tarixə əsas borc üzrə 47.509,60 manat, faiz borcu üzrə 13.273,67 manat; 20.04.2017-ci il tarixə əsas borc üzrə 44.509,60 manat, faiz borcu üzrə 13.470,99 manat. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. “xxxx” MMC tərəfindən verilmiş 09.07.2018-ci il arixli, LP-076/18 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ****************** küçəsi, ev 7, mənzil 4-ün real bazar qiyməti 335.000 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borc alanın borc verənin qarşısında icra edilməmiş pul öhdəliyi vardır.1-ci instansiya məhkəməsində icraat zamanı 2 dəfə qiymətləndirilmə keçirilmiş, hər dəfə mənzilin qiymətinin 335.000 manat olduğu müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə ilə mənzilin qiymətinin 360.000 manat olduğu müəyyən edilmişdir. Bu qiymətləndirmə hesabatı əvvəlki qiymətləndirmə hesabatları ilə müqayisədə daha əsaslıdır, ona görə də 360.000 manat ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Mənzil satıldıqdan sonra cavabehlərin mənzildən çıxarılmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 1 məhkəmə icraatından sonra 2-ci məhkəmə icraatının həyata keçirilməsi (mənzilin hərracda almış şəxsin ipotekaqoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə çıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi və s.) məhkəmə icraatının prinsiplərində biri olan prosessual qənaət prinsipinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələ b edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. - 439-ci mad dəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. - 739.1-ci mаddəsi ilə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаr dа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. - 739.2-ci mаddəsinə əsаsən isə bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: - 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. - 59.3- cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. - 59.4-cü maddəsinə əsasən bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. - 59.3.2-ci “mənzilin boşaldılması ” ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun tərkib hissəsidir, mənzilin boşaldılması ilə həmin prosedur başa çatır. İpoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ ipotekasaxlayana məxsus olduğuna görə o, mənzilin boşaldılmasını da tələb etmək hüququna malikdir. 1 məhkəmə icraatından sonra 2-ci məhkəmə icraatının həyata keçirilməsi (mənzilin hərracda almış şəxsin ipotekaqoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə ç ıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi və s.) məhkəmə icraatının prinsiplərində biri olan prosessual qənaət prinsipinə uyğun deyil. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 31 may 2018-ci il tаrixli Qərаrındа göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləs i niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» İş üzrə toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirmiş, ipoteka predmeti olan, Bakı şəhəri, ****************** küçəsi, ev № 7-də yerləşən 4 №-li mənzilin ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat müəyyən edilmiş, qətnamənin qalan hissəsinin qanuni və əsaslı olduğuna görə dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normalar ı düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar