Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5938/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin vəkil1, cavabdeh və vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2701/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Ə liyev) 2(005)-450/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 07.08.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə 136.000 manat əsas borc, 07.11.2014-cü il tarixə (müqavilə bitən tarixə) 8.342 manat faiz borcu, cəmi 144.342 manat, 29.05.2015-ci il tarixli, KM 08 saylı kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları əsas borc, 29.06.2015-ci il tarixə (müqavilə bitən tarixə) 600 ABŞ dolları faiz borcu, cəmi 30.600 ABŞ dolları, 26.11.2015-ci il tarixli, KM 09 saylı kredit müqaviləsi üzrə 28.200 avro əsas borc, 26.05.2016-cı il tarixə (müqavilə bitən tarixə) 3.403 avro faiz borcu, cəmi 31.603 avro borcun ödəniş gününə manat məzənnəsi ilə və dövlət rüsumu üçün ödənilmiş 30 manatın tutu lması, aparılmış mühasibatlıq və xətşünaslıq ekspertizasının dəyəri 127 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 2)103)-6629/2018 nömrəli, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov Rayon Məhkəməsinin (005)450/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmsı qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-8319/2 018 nömrəli, 24 avqust 2018-ci il tarixli qərarı ilə iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, mülki iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) 2(103)-2701/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-450/2018 saylı iş üzrə 19 mart 2018-ci il tarixli qətnaməsi 07.08.2014-cü il tarixli, 29.05.2015-ci il tarixli 26.11.2015-ci il tarixli kredit müqavilələri üzrə illik 5% məbləğlərinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, cavabdeh 07.08.2014-cü il tarixli, 07 saylı kredit müqaviləsinin müddətinin bitdiyi 07.11.2014-cü il tarixdən tələb edilən 20.10.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 19.833 (on doqquz min səkkiz yüz otuz üç) manat faiz borcu; 29.05.2015-ci il tarixli, 08 saylı kredit müqaviləsinin müddətinin bitdiyi 29.06.2015-ci il tarixdən tələb edilən 20.10.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 3.500 (üç min beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu və 26.11.2015-ci il tarixli, 0 9 saylı kredit müqaviləsinin müddətinin bitdiyi 26.05.2016-cı il tarixdən tələb edilən 20.10.2017-ci il tarixədək əsas borca illik 5%-lə hesablanmış 1.997 (bir min doqquz yüz doxsan yeddi) avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu tutularaq Ləğv Prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv Prosesində olan “xxxx” ASC cavabdeh 07.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 136.000 manat əsas, 28.175 manat faiz borcu olmaqla, cəmi 164.175 manat borcun, 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.7 74 ABŞ dolları borcun, 29.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 ABŞ dolları əsas, 4.100 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34.100 ABŞ dolları borcun, 26.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.200 avro əsas, 5.400 avro faiz borcu olmaqla, cəmi 33.600 avro borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan “xxxx» ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2701/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsinin 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, c əmi 290.774 ABŞ dolları borcun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin olunaraq cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.774 ABŞ dolları borcun ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2701/2019 nömrəli iş üzrə 17 a prel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materialların ı və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-2701/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.774 ABŞ dolları borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gə ldiyi nəticədən görünür ki, Mixail Leşkaşelinin 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsi üzrə verilmiş 254.940 ABŞ dolları məbləğində pul vəsaitini əldə etməsi işin mübahisəsiz halıdır. həmin pulun cavabdeh tərəfindən götürülməsini tərəflər həm hazırkı işdə, həm də cinayət işində etiraf etmişər. Bu səbəbdən vəsaitin verilməsi barədə kassa məxaric orderi və həmin pulun sonradan Elmixan Nəbiyevə verilməsi iddiası, müqavilənin tərəfləri olan bankla M.Leşkaşeli arasındakı mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Bundan əlavə, qeyd olunan məhkəmə hökmləri ilə sözügedən vəsaiti “xxxx” ASC-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyevin bankdan mənimsəməsinin təsdiq olunmaması və həmin ittiham üzrə E.Nəbiyevə bəraət verilməsi bu qənaətə gəlməyə əsas verir ki, 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsi tərəflər arasında bağlanmış etibarlı əqddir. Başqa sözlə, həmin müqavilə ilə bank, 254.940 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc vermiş, cavabdeh həmin vəsaiti əldə etdiyi tarixdən onun üzərində mülkiyyət hüququ, iddiaçının isə alacaq (17.09.2011-ci ildən etibarən tələb) hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə cavadeh müqavilə üzrə öhdəliyini icra etməmiş və iddiaçı isə, altı ildən artıq müddətdə borcun qaytarılması barədə iddia qaldırmamışdır. İddiaçı, sözügedən müqavilə üzrə borcun qaytarılmasına dair iddianı 02.11.2017-ci ildə irəli sürmüşdür. Müqavilə üzrə iddia müddətinin başlanğıcı 17 sentyabr 2011-ci il tarixdən hesablandıqda, iddiaçı ləğv prosesində ol an «xxxx» ASC, həmin tarixdən 6 il 1 ay 15 gün sonra, yəni 02 noyabr 2017-ci il tarixdə iddia irəli sürməklə, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 17.03.2011-ci il tarixli kredit müqaviləsi üzrə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.774 ABŞ dolları borcun tutulmasına dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 4 kredit müqaviləsi bağlanmışdır: 1) 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən bor calan cavabdeh 6 ay müddətinə 20% faiz ödənilmək şərti ilə 254.939,45 ABŞ dolları məbləğində kredit verilmişdir. 2) 07.08.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən borcalan cavabdeh 3 ay müddətinə 24% faiz ödənilmək şərti ilə 136.000 manat məbləğində istehlak krediti verilmişdir. 3) 29.05.2015-ci il tarixli, KM 08 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən borcalan cavabdeh 1 ay müddətinə 24% faiz ödənilmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 4) 26.11.2015-ci il tarixli, KM 09 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən borcalan cavabdeh 6 ay müddətinə 24% faiz ödənilmək şərti ilə 28.200 avro məbləğində kredit verilmişdir. Lakin cavabdeh, öhdəliyin icrasını gecikdirərək borclarını razılaşdırılmış müddə tdə qaytarmamış və müqavilələr üzrə aşağıdakı məbləğdə borcu qalmışdır: 1) 07.08.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə əsasən, 20.10.2017-ci il tarixə 136.000 manat əsas, müqavilənin bitdiyi 07.11.2014-cü il tarixə 8.342 faiz borcu, müqavilənin bitdiyi tarixdən 19.833 manat 5%-lik borc, ümumilikdə 164.175 manat; 2) 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsinə əsasən, 20.10.2017-ci il tarixə 254.940 ABŞ dolları əsas, 35.834 ABŞ dolları faiz borcu, cəmi 290.774 ABŞ dolları, 3) 29.05.2015-ci il tarixli, İKM 08 saylı kredit müqaviləsinə əsasən, 20.10.2017-ci il tarixə 30.000 ABŞ dolları əsas, müqavilənin bitdiyi 29.06.2015-ci il tarixə 600 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 3.500 ABŞ dolları 5%-lik borc, ümumilikdə 34.100 ABŞ dolla rı, 4) 26.11.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsinə əsasən, 20.10.2017-ci il tarixə 28.200 avro əsas, müqavilənin bitdiyi 26.05.2016-cı il tarixə 3.403 avro faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi 1.997 avro 5%-lik borc, ümumilikdə 33.600 avro. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işin materialları üzrə müəyyən etmişdir ki, cavabdeh, iddiaya etiraz edərək, 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsi üzrə verilmiş 254.940 ABŞ dolları məbləğində pul vəsaitini “xxxx” ASC-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyevə verdiyini bildirmişdir. Belə ki, X5 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona elan edilmiş ittihama əsasən, o, pul vəsaitini talama məqsədi ilə tanışı X2 adına təminatsız olaraq “xxxx" ASC-nin Baş ofisində 17.03.2011-ci il tarixli 04 nömrəli istehlak krediti müqaviləsi ilə 6 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 254.939,45 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 202.218 manat məbləğində kredit, ayrılmasını rəsmiləşdirib, yaxın münasibətlərindən istifadə edərək sonuncuya həmin məbləği özünün ödəyəcəyini bildirib, bununla bağlı rəsmi sənədlərə imza etdirdikdən sonra, Mixail illik 6 faiz ödəmək şərtilə 281.400 manat olmaqla, sonuncunun qeyd olunan, tarixlərdə bankın göstərilən filialının xəzinəsindən şəxsən götürdüyü ümumilikdə 606.900 manat məbləğində kredit vəsaitini ondan alıb, sonradan həmin vəsaiti, özünün şəxsi, yəni gələcəkdə mənfəət əldə etmək üçün səhmlərin, alınmasına və digər ehtiyaclarına sərf etməklə, ona etibar olunmu ş və öhdəsində olan külli miqdarda özgə əmlakını, öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə təkrarən talamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci il maddəsi üzrə X7 bəraət verilmişdir. Hökmdə, həmçinin, qeyd edilmişdir ki, məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cavabdeh və Elmixan Nəbiyev arasında üzləşdirmə keçirilən zaman sonuncu bildirmişdir ki, 17.03.2011-ci il tarixli kredit müqaviləsi və digər müqavilələrdə olan imzalar cavabdehə aid olmuş, sadəcə olaraq 17.03.2011-ci il tarixdə götürülmüş 254.939,45 ABŞ dolları məbləğində krediti cavabdeh götürüb ona vermişdir. Belə ki, bankın nizamnamə kapitalının artırılmasına pul lazım olduğundan və onda da kifayət qədər vəsait olmadığından dostu cavabdehdən götürdüyü pulu tez qaytarmasını xahiş etmiş, sonuncu bu məbləği qaytaranda həmin pulu kreditin bağlanmasına deyil, ifadəsində göstərdiyi formada, yəni bank üçün bina almaqla kapitalın artırılmasına yönəltmişdir. Kredit müqavilələrini cavabdeh özü imza etməklə götürmüş, digər kredit müqavilələrindəki imzalar da cavabdehə aid olmuş və pul da sonuncu tərəfindən götürülmüşdür. Həmin üzləşdirmə zamanı cavabdeh, Elmixan Nəbiyevin göstərdiklərini təsdiq etmiş və aralarında çoxsaylı əməliyyatlar olduğundan əvvəl ifadə verən zaman da bu kreditləri dəqiqliklə xatırlaya bilmədiyindən səhv göstərdiyini demişdir. Qeyd olunan hök mdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayətləri, həmçinin, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə şikayətlər və protest təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 haqqındakı 05 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, qərar qəbul olunduğu andan qüvvəyə minmişdir. Qeyd edilənlər iddia ərizəsi, iddia ərizəsinə etiraz 07.08.2014-cü il tarixli, İKM 07 saylı, 17.03.2011-ci il tarixli, İKM 04 saylı, 29.05.2015-ci il tarixli, KM 08 saylı və 26.11.2015-ci il tarixli, KM 09 saylı kredit müqavilələri, ləğv prosesində olan “xxxx” ASC-nin maliyyə arayışları, ittiham aktı, akı Ağır Cina yətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı və işdə olan digər sənədlərlə təsdiqlənir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsinin tərəflər arasında bağlanmış etibarlı əqd olması, həmin müqavilə ilə bankın 254.940 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə borc verdiyi üçün cavabdehin həmin vəsaiti əldə etdiyi tarixdən onun üzərində mülkiyyət hüququ düzgün qənaətə gəlsə də, iddiaçının isə alacaq (17.09.2011-ci ildən etibarən tələb) hüququ yaranmasına dair düzgün qənaətə gəlməmiş, hazırki mübahisəyə iddia müddətini düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavadehin müqavilə üzrə öhdəliyini icra etmədiyi halda iddiaçının altı ildən artıq müddətdə borcun qaytarılması barədə iddia qaldırmamasını göstərsə də, nəzərə almamışdır ki, cavabdehə qarşı iddianı Bank lisenziası ləğv edilməmişdən qabaq da qaldırmaq imkanına malik idi. Bu müddət ərzində isə “xxxx” ASC-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyev barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi gedirdi. İddiaçı Əmanətlərin Sığortalanması Fondu 16 avqust 2016-cı il tarixdən “xxxx” ASC-nin Ləğvedicisi qismində təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti işin yuxarıda qey d edilən hallarına uyğun olmamış, işə baxan müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etməsini qeyd etməsinə baxmayaraq Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrini hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, həmin normalara əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaq əli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin 17.03.2011-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsi üzrə verilmiş 254.940 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı qaldırılan iddianın müddətinə dair hissəsinə X5 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin gedişatı baxımından yuxarıda göstərilən qaydada düzgün hüquqi qiymət vermədiyindən, iddiaçının bu müqavilə üzrə əsas borc və ona bağlı olan faiz tələblərinin iddia müddətinin keçməsinə görə rədd edilməsi kimi nəticələri qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin tədbiq edərkən iddiaçı Əmanətlərin Sığortalanması Fondunun 16 avqust 2016-cı il tarixli qərardadla “xxxx” ASC-nin Ləğvedicisi qismində təyin olunmasını nəzərə alıb, düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyy ən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin, qeyd edilən Plenum qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 17.03.2011-ci il tarixli, 04 saylı kredit müqaviləsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 17.03.2011-ci il tarixli, 04 saylı kredit müqaviləsinə aid hissədə ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, E.Nəbiyevin təqsirləndirilməsinə dair hökmünün qüvvədə olub-olmaması yoxlamaqnan, mübahisəli hüquq münasibətinə hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2701/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi 17.03.2011-ci il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas və faiz borclarının tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5938/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5938/2019
18.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver