Məhkəmə qərarları › İş №2(102)-5941/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5941/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5941/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5969/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, N saylı mənzili dövlət mənzil fonduna aid olmaqla mənzilin icarədarı X1muşdur. 19 oktyabr 1989-cu il tarixdə hazırkı iş üzrə İddiaçı4 icarədarın qızı X3 ilə rəsmi nikaha girərək həmin mənzilə köçmüşdür. 18 yanvar 1994-cü il tarixdə İddiaçı4 ilə N arasında olan nikah pozulmuş və sonuncu həmin mənzildən köçmüşdür. 09 fevral 2005-ci il tarixdə İddiaçı4 İddiaçı1 ilə rəsmi nikaha girmiş və həmin nikahdan iki uşaqları olmuşdur. İddiaçı1 ilə nikaha girməzdən əvvəl həmin mənzilə İddiaçı4 qardaşı N köçmüşdür. Həmin mənzildə İddiaçı4 və qardaşının arvadı Cavabdeh və onun ailə üzvləri qeydiyyatdadırlar. Mübahisəli mənzildə hazırda Cavabdeh və onun ailə üzvləri yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı4, arvadı İddiaçı1 və uşaqları İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı Namiq Əliyevin yaşamağa evlərinin olmamasına görə onu mübahisəli mənzilə köçürməsini, lakin onun ailə üzvlərinin arvadı və uşaqlarının mənzilə qeydiyyata alınmalarına razılıq verməmələrini və s. əsas göstərməklə mənzildən istifadə hüquqlarının tanınmaqla mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-762/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev) iddia qismən təmin olunaraq İddiaçı4 Bakı şəhəri, N saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya ins tansiyası məhkəməsində icraat İş üzrə cavabdeh apellyasiya şikayəti verərək İddiaçı4 mübahisəli mənzildə yaşamamasını və icarədarın onun qızı ilə iddiaçının nikahından əvvəl öldüyü üçün İddiaçı4 həmin mənzilə icarədarın ailə üzvü kimi hüquq əldə etməməsini, məhkəmənin iş üzrə gəldiyi nəticənin işin həqiqi hallarına və həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin Əlyar Əlizadəyə münasibətdə iddianın təmin olunmasına dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5969/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi İddiaçı4 mənzilə köçürülməsinə dair hissədə ləğv edilib həmin hissədə iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı4 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraa tı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında İddiaçı4 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcə llə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdiri lmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı4 qardaşının həyat yoldaşı-Cavabdeh qarşı irəli sürdüyü iddia tələbində mənzilə istifadə hüququnun tanınmasını və həmin əsasla mənzilə köçürülməsini tələb etmişdir. Mübahisəli yaşayış sahəsi isə dövlət mənzil fonduna aid olmaqla Cavabdeh yalnız həmin mənzildə qeydiyyatdadır. Cavabdeh iddiaçının mənzilə istifadə hüququnun tanınması səlahiyyətinə malik olmadığından belə bir tələbin ona qarşı yönəldilməsi, kollegiyaya görə, əsaslı sayıla bilməz. Çünki Cavabdeh iddiaçının pozulmuş hesab etdiyi həmin hüququnun təmin edilməsi üçün hər hansı bir hüquqi imkana malik deyildir. Azərbaycan Respublikası MPM-nin 47.3-cü maddəsinə görə işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada b ilən hallarda prosessual vəzifələr daşıyırlar. Cavabdeh hazırkı iddia tələbi üzrə prosessual vəzifə daşımadığından, ona qarşı yönəldilmiş tələbin təmin edilməsi üçün əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5969/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar