Məhkəmə qərarları › İş №2(102)-5942/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5942/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5942/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1486/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı və ya Bank) ilə borcalan Cavabdeh2 (bundan sonra - borcalan) arasında bağlanmış 14 may 2018-ci il tarixli LFA/218 nömrəli kredit müqaviləsinə (bundan sonra - kredit müqaviləsi) əsasən, tərəflər borcalana “NİSSAN Sentra” minik markalı avtomobilin alınması məqsədilə illik 14% dərəcəsi olmaqla 43 ay müddətinə qaytarmaq şərti il ə 10.900 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər.

2. Kredit müqaviləsi üzrə borcalan öhdəliklərinin icrasını təmin etmək üçün 14 may 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, özünün mülkiyyətində olan “NİSSAN Sentra” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 16550 manat məbləğində müəyyən edilmişdir.

3. Eyni zamanda 14 may 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra olunması üçün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cəmi 8216,79 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və borcun hərracdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Habelə LKF 09-00059 saylı 18 mart 2020-ci il tarixli, LKF 0900601 saylı 14 avqust 2019-cu il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, borcalan borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bu s əbəbdən də, iddiaçı qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutma yönəldilməsinə dair reyestr orqanına və borcalana bildirişlər göndərmiş, lakin sonuncu tərəfindən onlara münasibət bildirilməmişdir.

6. Məhkəmə iclasında izahat verən borcalan iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, əvvəllər borcdan hissə-hissə ödənişlər etmiş, daha sonra maddi vəziyyətində baş verən çətinliklər səbəbindən borcunu vaxtında ödəyə bilməmişdir. Odur ki, ödədiyi məbləğlərin tələb olunan məbləğdən çıxılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında izahat verən zamin qeyd etmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Bu səbəbdən də, məhkəmədən borcun azaldılmasını xahiş etmişdir.

8. İddiaçı 4 noyabr 2020-ci il və 22 noyabr 2021-ci il tarixli maliyyə arayışlarında kre dit müqaviləsi üzrə borcalanın banka müvafiq olaraq 30 oktyabr 2020-ci il tarixinə 8216,79 ABŞ dolları və 17 noyabr 2021-ci il tarixinə 6646,79 ABŞ doları məbləğində borc hesablamışdır. 9. 2 sentyabr 2019-cu il tarixli borcalana ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən məlum olur ki, tələbin ipotekaya yönəldilməsinə dair tədbirlər görüləcəyi barədə borclana məlumat verilmişdir.

10. Məhkəmə borcun məbləğini müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 9/5872 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 30 oktyabr 2020-ci il tarixə borcalanın banka olan əsas borcu 8216,79 ABŞ dolları təşkil edir.

11. Masallı Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli, 2(050)-693/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi qismən - kredit müqaviləsindən irəli gələn 6646,79 ABŞ dolları məbləğində borcun Cavabdeh2 tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 16.550 manat qiymətləndirilməsi, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi hissələrində təmin olunmuş, qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi borcalan bankdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borc un məbləği hissəsində məhkəmə 22 noyabr 2021-ci il tarixli maliyyə arayışına istinad etmişdir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.4, 385.1, 442, 472, 739.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34.1.1, 39.3.3 və 41-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Borcalan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilib, əsas borcun düzgün hesablanması barədə ekspert rəyi alındıqdan sonra iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyinə düzgün qiymət verməmiş, ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir. Həmçinin məhkəmə ipoteka predmetinin qiymətinin müqavilədə göstərilən dəyərinin hazırki vaxtda həddindən artıq az olmasını nəzərə almamışdır.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)1486/2022 nömrəli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), Z.M.Allahyarov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və mövqeyi ilə razılaşmış, həmçinin cavabdehin mülkiyyətində olan “NİSSAN Sentra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin az qiymətləndirilməsi, habelə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilməməsi barədə dəlillərini rədd etmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblə rə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində 08 dekabr 2021ci il tarixli məhkəmə baxışı iclasında iştirak etmiş və məhkəməyə verdiyi izahatında iddianı qismən qəbul edərək göstərmişdir ki, bankla arasında bağlanmış 14 may 2018-ci il tarixli, LFA/2018 nömrəli kredit müqaviləsinə əsasən “NİSSAN Sentra” minik markalı avtomobilin alınması məqsədi ilə ona 43 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 10900 ABŞ dolları kredit vəsaiti verilmişdir. Hazırda maddi imkanı olmadığından kredit borcunu banka tam qaytara bilmir. Lakin hissə-hissə borcundan ödənişlər etmişdir. Odur ki, ödədiyi məbləğlərin tələb olunan məbləğdən çıxılmasını xahiş etmişdir. Göründüyü kimi Cavabdeh2 məhkəmə mühasibatlıq ekspertizasının r əyini, həmçinin ipoteka predmeti olan “NİSSAN Sentra” minik markalı avtomobilin qarşılıqlı razılaşdıqları ipotekanın məbləğini mübahisələndirməmişdir.

18. Kollegiya bununla əlaqədar qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində verilməli olan vəsatətin apellyasiya instansiyası məhkəməsində təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququ ndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Odur ki, kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini formal mülahizə olmaqla heç bir sübut əhəmiyyəti daşımır.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.4, 385.1, 442, 472, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34.1.1, 39.3.3 və 41-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin iddiaçıya borcu yoxdur, bu halı aşağı instansiya məhkəmələrinin iclaslarında da qeyd etmişdir. Bu səbəbdən ekspertiza təyin olunmuşdur. Lakin borcalan həmin rəylə razı deyildir. Belə ki, ekspert rəyində göstərilən məbləğlə bankın göstərdiyi məbləğ tam şəkildə üst-üstə düşür. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən ipoteka müqaviləsinin 4 il bundan öncə bağlandığı, həmin zamandan indiyədək avtomobilin qiymətlərinin qalxdığı nəzərə alınmamışdır. Qeyd edilmişdir ki, cavabdeh hal-hazıradək aylıq ödənişlərini etməyə davam edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şik ayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

24. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 472.2. Əgər zaminlik müqaviləsind ə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

32. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəy yən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, tərəflərin arasında yaranmış münasibətlər borc və ipoteka öhdəliyi üzrə yaranmış münasibətlərdir. İşə baxmış məhkəmələr də işin hallarını Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən normaları və “İpoteka haqqında” Qanunun müddəaları əsasında təhlil etmiş, cavabdehin iddiaçıya borcu qaytarmaq, habelə tutmanın ipotekaya yönəldilməsi barədə öhdəliyinin yarandığı barədə haqlı nəticəyə gəlmişdir.

45. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər onun apelyasiya şikayətinin dəlilləri ilə oxşardır və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin əsaslandırması ilə razılaşır.

46. Ekspertiza təyin olunmaması barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də bu dəlili irəli sürmüşdü. Məhkəmə kollegiyası ekspertiza ilə bağlı cavabdehin vəsatətinin rədd olunması barədə apelyasiya instansiyası məhkəməsinin dəlilləri ilə razılaşır və qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

48. Baxılan işdə də birinci instansiya məhkəməsi cavabdehin dəlillərinin araşdırılması üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etmiş, lakin cavabdeh bu imkanlardan istifadə etməmiş, qiymtələndirmə və əlavə yaxud təkrar mühasibatlıq ekspertiza təyin olunması barədə vəsatət verməmişdir.

49. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

50. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh onun tərəfindən irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır və baxılan işdə də məhkəmə bu prosessual qaydaya riayət etmişdir.

51. Ümumiyyətlə kassator borcun, habelə ipoteka predmetinin qiymətinin düzgün müəyyən olunmamasını hər hansı ağlabatan dəlillə əsaslandırmır. Borcun və ipoteka predmetinin qiymətinin məhkəmə tərəfindən müəyyən olunmuş məbləğdən fərqli olması barədə hər hansı sübut təqdim olunmamışdır.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qən aətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1486/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar