Məhkəmə qərarları › İş №2(102)-595/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-595/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun restrukturizasiya edilməsi üzrə öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 sentyabr 2021-ci il tarixli 2(103)7421/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına 27.12.2019-cu il tarixli ərizəsindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 15.10.2019-cu ildə Palataya müraciət etmiş və Cavabdeha olan borcunun Fərmanın təsiri altına düşüb-düşmədiyi barədə məlumat verilsin. Təkrarən 27.12.2019-cu il tarixdə müraciət etmiş, ona rəsmi məlumat veriblər ki, düşür. Lakin Cavabdeha müraciə t etdikdə onlarda bu barədə məlumat olmadığını, həm də 1170,05 manat kompensasiyanın onlara daxil olmadığını bildirdilər. Buna görə, ona köməklik göstərilməsi xahiş edilmişdir. İddiaçı 22.07.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına 27.12.2019-cu il tarixli ərizəsinə cavab verilmədiyini, buna görə Fərmanda nəzərdə tutulan şərtlərlə kreditin restruktrizasiya edilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) və “Muğanbank" ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi" tələbi i ilə bağlı Bakı İnzibati Məhkəməsinə ünvanlanmış Azərbaycan Respublikasının Mərkəzi Bankının 17.12.2020-ci i tarixli məktubundan müəyyən edilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh ASC arasında 03.02.2014-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilmişdir. Eyni zamanda, göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). Göründüyü kimi, iddiaçıya münasibətdə X1 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların h üquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Buna görə də, hazırkı iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbi mümkün sayılmaması xaniş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Cavabdeh ASC üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbi Mərkəzi bank tərəfindən icra edilmişdir və bank tərəfindən iddia çının hər hansı hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də olan problemli kreditinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsi öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsini Cavabdeh ASCin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 2015-ci il tarixədək olan kredit müqaviləsinə əsasən kredit borcu 01 mart 2019-cu il tarixinədək 7150,58 manat ekvivalenti, borcun azaldılmasına yönəldilmiş məbləğ 1170,05 manat olmaqla qalıq borcu 5980,53 manat təşkil etmişdir. Qeyd olunan faktlar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron ünvanından əldə edilmiş çıxarışda da öz təsdiqini tapır. 28.02.2019-cu ü tarixdə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almışdır. Fərmanda onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə fiziki şəxslərin borclarının bir hissəs inin dövlət tərəfindən qarşılanması, problemli kreditlərin qalıq hissəsinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Həmin fərmanın 7-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron ünvanından əldə edilmiş çıxarışdan görünür kı, onun restruksızasıya olunan kreditləri ləğv prosesində olan YYY ASC və Cavabde h ASC-dir. Bildirir ki o 2019-cu ildə dəfələrlə Cavabdeh ASC-yə yaxınlaşaraq yuxarıda qeyd olunan Fərmanın icrasının təmin edilməsini və onun kredıtinın restrukturizasıya olunmasını xahiş etdi. Lakin həmin Bank tərəfinədən hər dəfə müxtəlif bəhanələr gətirilərək guya nəzərdə tutulan kompensasiya məbləğinin Bankın restrukturizasiya olunmalı, olan kreditlərin sıyasında olmadığı bildirilərək Kreditin restrukturizasiya edilməsindən şifahi olaraq imtina edildi və ona Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəz banka verilmiş) müraciət etməli olduğunu bildirildi. Bundan sonra o, 27.12.2019-cu İİ tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişir) müraciət edərək “Muğan Bank "ASC-də olan kreditin "Azərbaycan Respublikasmda fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezıdentinin Fərmanın icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsinə köməklik göstərilməsini xahiş etdi. Həmin müraciətdən sonra cavab alınmadığından, qeyd olunan səlahiyyətlərin icrasını. həyata keçirən Azərbaycan Respublikası Mərkəzi bankına 16.07.2020-ci il tarixdə yenidən müracət etdi. Bankın Bakı inzibati məhkəməsinə cavabında onun üzərinə düşən vəzifəni yerinə yetirdiyi digər məsələlərin həllinin "xxxx" ASC-ın hüququ olduğunu göstərmişdir. Bank isə ümumiyyətlə restrukturizasiyadan yayınır. Edilmiş müraciətlərə cavab vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il, tarixli e-2(005)-1869/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh ASC arasında 03.02.2014-cü il tarixində kredit müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı Cavabdeh ASC üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalan borcunun restrukturiza siya ediləcək kreditlər siyahısına daxil edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının etirazından görünür ki, tərəflər arasındakı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına və Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsaslanmaqla qiymət verilməlidir. Həmin Fərmanın təsir dairəsinə ( 8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.1.1-ci bəndinə əsasən, həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır. 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borcları nın restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən iddia tələblərinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 17 dekabr 2020-ci il tarixli məkt ubundan görünür ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5980,53 manat müəyyən edilmişdir. Lakin yuxarıda qeyd edilən Qaydanın müddəalarından göründüyü kimi, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması qeyd olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, restrukturizasiya ilə bağlı icra müddəti bitdiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına və Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası və Mülki Prosessual Məcəllənin 14.2,88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslan dırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1869/2021 saylı iş üzrə 17.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə maddi hüquq və prosessual normalara əməl etmədən, işin faktiki hallarını ümumiyyətlə araşdırmadan qəbul etməsini edilmişdir. Belə ki, hakimin iş materiallarında olan İddiaçı, 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) müraciəti görməməzlikdən gəlməsinin nə hüquqi, nə də mənəvi izahı mümkün deyil. Apelyasiya şikayətində iddiaçı qeyd etmşdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddia çı ilə "Muğanbank” ASC arasında 03.02.2014-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin status Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilm işdir. Yuxarıda göstərilənlər təsdiq edir ki, məhkəmə təqdim edilmiş sübutları nəzərə almamış, beləliklə MPM-in 14-cü maddəsinin tələblərini pozmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şərafət Məmmədova (sədrlik edən, məruzəçi), Fuad Talışinski və Rafael Eyvazov) 08.09.2021-ci il tarixli, 2(103)-7421/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli e-2(005)-1869/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı (İddiaçı) üçün qeyri-müəyyənlik yaranmaması üçün qeyd edir ki, iddiaçını n borcu 5.980,53 manat müəyyən edildiyindən, iddiaçı həmin borc məbləğini ödəmək öhdəliyi daşıyır. Apellyasiya məhkəməsi iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 384.03-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli 2(103)-7421/2021 saylı qətnaməsinin ləgv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iş materiallarında olan İddiaçı, 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) müraciəti görməməzlikdən gəlmişdir. İddiaçının "xxxx" ASC-yə edilmiş müraciətinə cavab olaraq 2020-ci il tarixində restukrizasiyanın təmin edilməsi Nərimanov rayon mə hkəmənin və "xxxx" ASC-in dövlətin və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsinə köməklik göstərilməsinə qarşı yönəlmiş qərəz kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı inzibati Məhkəməsinə ünvanlandığı cavabdan görünür ki, İddiaçı oğlunun Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" ASC-yə qarşı "kredit borcunun restrukturizasiya edilməsi" tələbi üzrə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə dair məhkəmədən bildiriş məktubu daxil olmuşdur. İddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli il ə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın banklar qarşısında yaratmış olduğu vəzifələri məhkəmələr nəzərə almamış, dövlətin bu məqsədlə ayırmış olduğu vəsait cavabdeh "xxxx" ASC-tərəfindən məqsədli şəkildə restrukturizasiya öhdəliyinin yerinə yetirilməməsi ilə nətİcələnmişdir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında 03.02.2014- cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli iiə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 28.02,2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müva fiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu ii tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 27 12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) müraciəti müddətin buraxılması kim qiymətləndirilə bilməz. Buna görə də iddiaçı Bakı Apelyasiya məhkəməsinin 08.09.2021-ciil tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 28 fevral 201 9-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı

1. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexan izmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. 5. fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq m əqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilsin.

6. Banklara tövsiyə olunsun ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydası Maddə 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən qətnamə kassasiya qaydasında tam yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə istinad edərək iddiaçının kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı 2019-cu ilin dekabrın 31-dək banka müraciət etməməsi və restruktrizasiya ilə bağ lı icra müddəti bitdiyindən iddia tələbinin təmin edilməməsi barədə mövqeyi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işl ərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd) Həmin Fərmanın 7.1-ci maddəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək öhdəliyi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Pa latasına aid olmuşdur. Göründüyü kimi, şəxsin problemli kreditinin Fərmanın təsiri dairəsinə düşüb-düşmədiyinin müəyyən edilməsi, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi palatanın vəzifəsi olmuşdur və yalnız bundan sonra banklar bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli idilər. İddiaçının Fərmanın ona şamil edilməsi, adının siyahıya salınması üçün 27.12.2019-cu il tarixdə həmin Palataya təkrar müraciətində ilk yazılı müraciətinin 15.10.2019-cu ildə edildiyi göstərilmişdir və yalnız Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı inzibati məhkəmədə iddia qaldırandan sonra onun adı siyahıya daxil edil mişdir. Belə olan halda, adı siyahıya salındıqdan sonra iddiaçının yeni güzəştli kredit müqaviləsi bağlanması ilə bağlı Banka müraciət etmək imkanın yaranması və iddiaçının “ Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində göstərilən müddətdə müraciət etmək imkanının onun özündən asılı olmayan səbəblərdən baş verməsinə məhkəmələr düzgün hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslı saymır və hesab edir ki, işə yenidən baxılarkən qeyd edilən məsələlər bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının Kollegiyasının 08.09.2021-ci il tarixli 2(103)-7421/2021 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar