Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5957/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2oğlunun, Cavabdeh və vəkili X2oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(107)-1039/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sə bail rayon Məhkəməsinin (hakim Z.Əliyev) 24.04.2018-ci il tarixli, 2(009)1061/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, E.Kazımov, R.Eyvazov) 08.04.2019-cu il tarixli, 2(107)-1039/2019 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(107)-1039/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin q ismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 19994 ABŞ dolları əsas, 2559.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22553.52 ABŞ dolları məbləğində borcun (ödənildiyi zaman manata məzənnəsi ilə) tutularaq İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanmasının hesabına ödənilməsi, ekspertiza xərci olan 145 manat məbləğində pul vəsaitinin və audit xidmətinə görə 1000 manat məbləğində pul vəsaitinin müvafiq olaraq Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı ləğv proses ində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 24.01.2018ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 19994 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.11.2016-cı il tarixinə 2569 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca görə illik 5% hesablanmış 1144 ABŞ dolları faiz borcunun, cəmi 23707 ABŞ dolları borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və və kili X2oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Audit tərəfindən verilmiş arayışın Kredit əməliyyatları üzrə bölməsinin 5-ci bəndində qeyd edilmiş bəndi nəzərdən qaçırmışdır. Həmin bənddə göstərilir ki, İddiaçı ASC Cavabdeh adına açılmış kredit xəttinə əlavə olaraq bank proqramı daxilində təminat bölməsində depozit sözü əlavə edilib və Cavabdeh adına olan 25000 ABŞ dolları peozit məbləği İddiaçı ASC-nin daxili qaydalarına uyğun bloklaşdırılmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi Cavabdeh 18.11.2015-ci il tarixli ərizəsini də nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərini də nəzərə almayaraq maddi hüquq normaların ın pozuntusuna yol vermişdir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Göründüyü kimi, apellyasiya məhkəməsi işə birtərəfli qaydada, yalnız bankın maraqları çərçivəsində baxmış, iş üzrə bütün halları obyektiv, hərtərəfli və tam araşdı rmamış, nəticədə işə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi iş materiallarında olan kredit və depozit müqavilələri üzrə ümumi müddəalara istinad etmiş, lakin iş materiallarında olan digər mötəbər və çoxsaylı sənədlərə heç bir istinad etməmiş və ümumiyyətlə onlara münasibət belə bildirməmişdir. Halbuki apellyasiya instnasiyası məhkəməsi İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmiş hesabdan çıxarışa (Cavabdeh 01 yanvar-13 dekabr 2017-ci il tarixləri əhatə edən dövr üçün borcun olmamasına dair), Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa, Cavabdeh 18.11.2015-ci tarixli ərizəsinə (həmin ərizə İddiaçı ASC-də dərkənar qoyulmaqla rəsmi qeydə alınmışdır), iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin 23.04.2018-ci il tarixli məktubuna (məktuba əsasən Cavabdeh 3183 ABŞ dolları məbl əğində qalıq pulu, yəni əvəzləşdirmədən sonra qalan kreditor tələbi İddiaçı ASC-nin kreditorlarının təsdiq edilmiş reyestrində 352 nömrə ilə qeydə alınmışdır), ləğv prosesində olan İddiaçı ASC-nin 21.12.2017-ci il tarixli məktubuna (məktuba əsasən müştərinin 25565 ABŞ dolları məbləğində kredit tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən müflis bankın öhdəlikləri əvəzləşdirilə bilər) və digər sənədlərə, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsaslanmaqla və onlara düzgün hüquqi qiymət verməklə ədalətli nətəcəyə gələ bilərdi. Bütün bunlar apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını göstərir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(107)-1039/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda vəzifə saxtakarlığına yol vermiş bank əməkdaşları barədə xüsusi qərar çıxararaq aidiyyəti hüquq mühafizə orqanlarına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X2oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli, 2(107)-1039/2019 nömrəli qətnaməsinin d əyişdirilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kredit verilərkən tərəflərin sözügedən depoziti borcun təminatı kimi razılaşdırılması barədə qənaətə gələrkən səhv təvsirə yol vermişdir. Belə ki, depozitin girovu barədə girov müqaviləsi mövcud olmamış və audit yoxlamasının nəticəsi olaraq da bunu aşkar etmək mümkün olmamışdır. Ona görə hazırki kredit münasibətləri üzrə mövcud tələbin əvəzləşdirilməsinin (tələb olmadığından) müzakirəsi belə yolverilməzdir. Qeyd edilənlərə əsasən, iddianın qismən təmin edilməsi müqavilə dövrünə təsadüf edən əsas və faiz borcunu müəyy ən edən mütəxəssis rəyləri ilə təsdiq edilən və tələbdən kənara çıxmayan rəqəmlərlə əhatə olunmalı, Cavabdeh kredit müqaviləsi üzrə (tələbdə qeyd edilən) 19994 ABŞ dolları əsas borc, öhdəliklərin icra müddətinin bitdiyi 18 noyabr 2016-cı il tarixinə 2559.52 ABŞ dolları faiz borcu, cəmi 22553.52 ABŞ dolları məbləğində borc (ödənildiyi zaman manata məzənnəsi ilə) tutularaq iddiaçının hesabına ödənilməsi təmin edilməli, digər hissələrdə faktiki tələblərə müvafiq hüquqi əsaslar sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Depozitin vəziyyəti, habelə bankın vəzifəli şəxslərinin vəzifə öhdəlikləri üzrə mümkün pozuntuları və ya digər hallar barədə, cavabdeh tərəfin mülki, inzibati və cinayət təqibi qaydasında müraciət və tələb etmək hüququnun istisna edilməməsi diqqətə çatdırılmalıd ır. Göstərilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-nin İdarə Heyətinin sədri X4 ünvanlanmış 18.11.2015-ci il tarixli ərizədən görünür ki o, 18.11.2015-cı il tarixli, 01 saylı Kredit Xətti Müqaviləsinə əsasən özünə ayrılan 20000 USD həcmində kredit xətti üzrə məbləğin ödənilməsinə Bankda olan ******************** saylı depozit hesabında olan 25000 USD əmanəti ilə zamin durur. Həmin kredit xətti üzrə məbləğ və ona hesablanacaq faizlər vaxtında ödənilməzsə onun əmanətindən tutulmasına, həmçinin 25000 USD məbləğində əmanətinin kredit xətti üzrə məbləğ tam ödənilənə qədər saxlanılmasına etiraz etmir. (səh 74) İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən X1tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı direktoru İbrahim Alışova və Cavabdeh ünvanlanmış 21.12.2017-ci il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh kredit borcunun əmanətlərin hesablarından silinməsi barədə müraciəti ilə bildirilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 7 7.1-ci maddəsinə uyğun olaraq cari hesabın qalığı tələbi olaraq mühasibat uçotu sənədlərində (hesabdan çıxarışda) əks etdirilmiş 25565 ABŞ dolları məbləğində müştərinin tələbi ləğvetmə prosesində olan İddiaçı ASC tərəfindən 256 nömrəsi ilə kreditorların reyestrinə daxil edilmişdir və bu Qanunun 78.1-ci maddəsinə əsasən 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla olan kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. (səh 48) İş materiallarında olan 01.01.2017-13.12.2017-ci il tarixli dövrə aid hesabdan çıxarışdan görünür ki, Cavabdeh qeyd olunan dövr üzrə İddiaçı ASC-yə borcu yoxdur (səh 50) İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq Xidmətinin rəisi X5 tərəfindən Səbail rayon Məhkə məsinin hakimi Zaur Əliyevə ünvanlanmış 23.04.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 3183 ABŞ dolları məbləğində kreditor tələbi müştərinin ərizəsi əsasında İddiaçı ASC-nin kreditorlarının təsdiq olunmuş reyestrində 352 nömrəsi ilə qeydə alınmışdır. (səh 71) Kassasiya kollegiyası qeyd edir ki, qeyd edilən sübutlardan da göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcu həmin banka 17.11.2015-ci il tarixdə depozit müqaviləsi ilə qoyulmuş əmanət hesabına silinmiş və borcun olmamasına dair cavabdehə hesabdan çıxarış verilmişdir. İddia tələbi iddiaçının hüquqdan sui-istifadəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” bar ədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «X5şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 08.04.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X3rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli 2(103)1039/2019 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5957/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5957/2019
29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver