Məhkəmə qərarları › İş №2(102)-597/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-597/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-597/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12354/2019 nömrəli, 04 noyabr 2023-ci il tarixli qərardadından Maraqlı şəxs verdiyi kassasiya şikayəti üzrə işə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəmə sində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqları – xx xxxx 2003-cü il təvəllüdlü Maraqlı şəxs və 15 iyul 2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 nömrəli evin 96 saylı mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Mehtiyev) iddia təmin edilərək, İddiaçı və uşaqları- xx.xx.2003cü il təvəllüdlü Maraqlı şəxs və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilindən istifadə hüquqlarının tanınması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraa t

3. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2022 saylı qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli, 2(102)-4332/2023 saylı qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi) M.Əhmədova və İ.Xəlilov ) İddiaçı kassasiya şika yəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6. 29 sentyabr 2023-cü il tarixdə Qurbanova Leyla Rofel qızı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12354/2022 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermişdir.

7. Qurbanova Leyla Rofel qızı prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə icraat aparılan zaman onun 18 yaşı tamam olmamış və onu hazırkı iş üzrə məhkəmə iclasında iddiaçı anası İddiaçı təmsil etmişdir. Hazırda mübahisələndirilən qərar onun tərəfindən Cavabdeh qarşı mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması ilə bağlı tələbinə dair Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olan 2(103)-5267/2023 saylı mülki işə baxılması zamanı, yəni 13 sentyabr 2023-cü il tarixdə məlumat əldə etmişdir. Sözügedən Qərarın tam mətnini əldə etdikdən sonra ondan rəsmi qaydada şikayət verməsi mümkün olmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)-12354/2023 saylı qərardadı ilə Qurbanova Leyla Rofel qızının ərizəsi təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

9. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib qeyd etmiş dir ki, ərizə təmin edilməməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

10. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, hazırkı iş üzrə işdə iştirak edən şəxslər yalnız İddiaçı və Cavabdeh olmuşdur. İddiaçı öz azyaşlı uşaqları Maraqlı şəxs və X1 qanuni nümayəndəsi kimi onları məhkəmə iclasında təmsil etmiş və onların da mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Lakin, sonradan həmin şəxslərin yetkinlik yaşına çatmaqla tam həcmdə mülki-prosessual fəaliyyət qabiliyyəti əldə etmələri, onlara sonradan çıxarılan qərardan şikayət vermək hüququ vermir. Mülki prosessual qanunvericilik isə buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermək səlahiyyətini yalnız işdə iştirak edən şəxslərə aid etmişdir.

11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə iştirak etməyən şəxsin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən birbaşa kassasiya instansiyasına şikayət vermək hüququ da yoxdur. Bu kateqoriya şəxslərin şikayət vermək hüququnun realizəsi qaydasının təsbit olunduğu Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qət namələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Beləliklə, hazırkı işin halları baxımından, ərizəçinin bu hüququ da istisna olunur.

12. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı iş üzrə də ərizəçinin mübahisələndirmək istədiyi Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2019 saylı qətnaməsi iş üzrə iddiaçının şikayəti əsasında kassasiya instansiyası məhkəməsi tərəfindən bütövlükdə yoxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, işin faktiki və qanuni əsasları baxımından ərizəçinin dəlilləri öz təsdiqini tapmır. Buna görə də ərizənin təmin olunması üçün əsaslar mövcud deyil.

14. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.3, 133.4, 133.5-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)-12354/2019 saylı qərardadının ləğv edilməsi, tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpa olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərardad qanunsuz və əsassızdır. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının mübahisələndirilən qərardadı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə ziddir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə şikayətə yol verilməməsi məhkəmə baxışının ədalətli hesab edilməsini istisna edir. Həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün təsirli vasitələrə təmin edilməmiş olurlar. Daha sonra qərarda formal olaraq nəzərdə tutulmadığı hallarda da maraqlı şəxslərin qərarlardan şikayət vermək hüququ ətraflı öz təsbitini tapmışdır. Cinayət prosesində tətbiq olunması göstəriş verilən qaydada eyni qaydada mülki icraatda da tətbiq olunmalıdır. Kassator hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qərardadı Konstitusiya Məhkəməsinin yaratdığı mövqeyə ziddir. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təqdim olunan sübutlara qərəzli, eyni zamanda obyektiv yanaşmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

19. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

20. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

21. Maddə130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

26. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Qurbanova Leyla Rofel qızı kassasiya şikayətində apellya siya instansiyası məhkəməsinin işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış mülki prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

33. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Maraqlı şəxs hazırda mübahisələndirmək istədiyi qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)-12354/2019 saylı qətnaməsidir. Maraqlı şəxs mülki prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə icraat aparılan zaman onun 18 yaşı tamam olmamışdır və onu məhkəmə iclaslarında qanuni təmsilçisi kimi iddiaçı - anası İddiaçı təmsil etmişdir.

34. Apellyasiya insta nsiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayəti ilə eyni məzmunlu olan mülki prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırkı iş üzrə işdə iştirak edən şəxslər yalnız İddiaçı və Cavabdeh olmuşdur. İddiaçı, iddia ərizəsində azyaşlı uşaqları Maraqlı şəxs və X2 ilə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarının tanınmasını iddia etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi, mülki prosessual qanunvericiliyin tələblərini əsas tutub qeyd etmişdir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladı Maraqlı şəxs sonradan tam həcmdə mülki-prosessual fəaliyyət qabiliyyəti əldə etməsi, onun iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ vermir. Mülki prosessual qanunvericilikdə də belə bir tənzimləmə prosedura nəzərdə tutulmamışdır.

36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib qeyd etmişdir ki, hazırkı ərizəçi, yəni Maraqlı şəxs işdə iştirak edən şəxslər sırasında olmamışdır. Halbuki, mülki prosessual qanunvericilik buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermək səlahiyyətini yalnız işdə iştirak edən şəxslərə aid etmişdir.

37. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

38. Digər tərəfdən, işdə iştirak etməyən şəxsin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən birbaşa kassasiya instansiyasına şikayət vermək hüququ da yoxdu r. Bu kateqoriya şəxslərin şikayət vermək hüququnun realizəsi qaydası MPM-in 403.2-ci maddəsində təsbit olunmuşdur.

39. Həmin maddəyə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib qeyd etmişdir ki, hazırkı işin halları baxımından, ərizəç inin bu hüququ da istisna olunur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.

42. Apellya siya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırkı iş üzrə ərizəçinin mübahisələndirmək istədiyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsinin əsaslılığı Maraqlı şəxs qanuni təmsilçisi- anası İddiaçı kassasiya şikayətinə əsasən bütövlükdə yoxlanılmışdır.

43. Qeyd olunanları nəzərə alan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin faktiki və qanuni əsasları baxımından ərizəçinin dəlilləri öz təsdiqini tapmır. Buna görə də ərizənin təmin olunması üçün əsaslar mövcud deyil.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan mülk i prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərar aldı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)-12354/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar