Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5973/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(039)2459/2018, hakim T.M.Əliyev) İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 14.500 manat mə bləğində pulun tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-1400/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 14.500 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 09 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 09 iyun 2017-ci il tarixdə 7.000 manat məbləğində borc pul verilmiş, sonuncu isə həmin məbləği 09 sentyabr 2017-ci il tarixədək q aytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. 19 sentyabr 2018-ci il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 14.500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında borc münasibəti olmuş, sonuncuya iddiaçı tərəfindən 2012-ci ildə 2.850 manat borc verilmiş, iddiaçı həmin məbləğə 4.180 manat faiz hesablamış və 7.030 manat pul tələb etmişdir. Kassator isə Cavabdeh2 borc məbləğini ödəmək imkanı olmadığına görə həmin borcu ödəməyi öhdəsinə götürmüş, arvadını n adına olan evi iddiaçının ərinin adına keçirtmiş, bundan sonra 1.500 manat borc məbləği qalmışdır. Daha sonra razılığa gəlmişlər ki, ev qaytarılsın və yenidən 7.000 manata dair borc müqaviləsi bağlanılsın. Beləliklə, iddiaçı ilə kassator arasında notariat qaydasında borc müqaviləsi bağlanılmış, həmin məbləğin əsas hissəsi ödənilərək cəmi 1.200 manat borc qalmışdır. Kassator hazırda həmin məbləği ödəməyə hazırdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını cavabdehdən iddiaçının xeyrinə pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ev satmaq şərtilə iddiaçı ilə razılaşaraq Yevlax şəhəri, M.Ş. Vazeh küçəsi, 1-də yerləşən fərdi yaşayış evini ona satmaq yolu ilə əvvəlcə 8.000 manat iddiaçıdan pul almış, daha sonra Cavabdeh1 iddiaçıdan 7.000 manat da pul alaraq evin yarımçıq işlərini görəcəyini ona bildirərək həmin pulu ondan almışdır. Qeyd olunan pul məbləği dövlət notariat kontorunda rəmiləşdirilmişdi r. Bundan sonra iddiaçı alacağı evin tam yararsız vəziyyətdə olduğunu görərək evi almaqdan imtina etmiş və ödədiyi pulu Cavabdeh1 tələb etmişdir. Cavabdeh1 aldığı puldan 500 manat iddiaçıya qaytarmış, qalan 14.500 manat pulu isə qaytarmaqdan imtina etmişdir. Beləliklə, cavabdehın hərəkətləri Mülki Məcəllənin 1091-ci maddəsində təsbit edilmiş əsassız varlanma anlayışını əhatə etməklə, iddiaçının tələbinə görə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına varlanmış, sonuncu isə əmlakından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 14.500 manat pulun alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdu r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5973/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5973/2019
24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver