Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5973/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 XXXya və Cavabdeh2 XXX oğluna qarşı ilk iddia tələbinə, Cavabdeh1 XXXnın qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi ziyan, vicdanlı sahib Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil3 cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 XXXya və Cavabdeh2 XXX oğluna qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinə, Cavabdeh1 XXXnın torpaq sahəsindən çıxarılma, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 XXX tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 XXXya və onun oğlu Cavabdeh2 XXX oğluna (bundan sonra – cavabdehlər) Balakən rayon Aqrar İslahat Komissiyasının (AİK) 17 oktyabr 2002-ci il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.09 ha pay torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sah əsi) ayrılmışdır. Həmin torpaq sahəsinə dair JN 0061 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 2. 04 may 2000-ci il tarixdə tərtib olunmuş və Balakən rayonu Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş Akta əsasən, Cavabdeh1 mübahisəli torpaq sahəsini 2.300.000 manata (həmin dövrdə olan məzənnə ilə) X2 (İddiaçı (bundan sonra – iddiaçı)) daimi istifadəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona 1) torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15.000 manatın, 2) torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 manat ın və 3) 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, cəmi 31.000 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən torpaq sahəsini həmin dövrün Azərbaycan manatı ilə 2.300.000 manata almışdır. Həmin vaxt Cavabdeh1 qeyd olunan torpaq sahəsinə dair sənədləri qaydasında olmadığından, torpaq sahəsinin alqı-satqısı ilə bağlı sadə yazılı formada alqı-satqı aktı tərtib edilmişdir. 04 may 2000-ci il tarixdə tərtib edilmiş sadə yazılı formalı Aktı Cavabdeh1 XXX özü, iddiaçı və əlavə 8 nəfər kənd sakinləri olan şahidlər imzalamışlar. Həmin tarixdən Cavabdeh1 mübahisəli pay torpaq sahəsini və həmin X4 Aktının əslini iddiaçıya t əhvil vermişdir. İddiaçı 2000-ci ildən başlayaraq həmin torpaq sahəsindən istifadə etmiş, torpağın yaxşılaşdırılması üçün ona aqrotexniki qulluq göstərməklə torpağın abadlaşdırılmasına xeyli miqdarda pul xərcləmişdir. Belə ki, qeyd olunmuş torpaq sahəsi 3-cü dərəcədə əkinə yararlı sahə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən torpaq sahəsində heç bir ağac olmamışdır. Həmin sahəyə 2004-cü ildə Cavabdeh1 razılıq almadan öz hesabına ailə üzvləri ilə birlikdə 440 ting, yəni 110 toma fındıq ağacı əkmişdir. Hal-hazırda həmin torpaq sahəsində 15 illik bar verən fındıq ağacları vardır. Torpaq sahəsini Cavabdeh1 həmişəlik aldığına görə orada fındıq ağacı əkərkən ondan razılıq almamış və bu barədə ona heç nə bildirməmişdir. İddiaçı torpağı aldıqdan sonra dəfələrlə müqavilənin notarial qaydada rəsmi ləşdirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə etməklə müqavilənin bağlanılması üçün lazımi sənədləri ona təqdim etməmiş, müntəzəm olaraq bildirmişdir ki, torpağı ona satmışdır, heç bir narahatçılığa əsas yoxdur. Cavabdeh hal-hazırda torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi müqabilində ondan 3000 ABŞ dolları pul tələb edir. İddiaçı torpaq sahəsindən çıxmasına etiraz etmir. Buna görə də cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15.000 manatın, torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi 5000 manat xərcin və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, cəmi 31.000 manatın cavabdehlərdən alınaraq ona verilməsi, torpaq sahəsindən çıxarılmanın və p ulun verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh1 XXX, öz növbəsində, qarşılıqlı iddia ərizəsi verərək, iddiaçının mübahisəli torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər torpaq sahəsini istifadə edə bilmədiyi üçün iddiaçıya istifadə etmək üçün vermiş və bunun müqabilində ondan o vaxtkı məzənnə ilə 2.300.000 manat pul almışdır. Həmin vaxt iddiaçıya bildirmişdir ki, oğlu Ruslan balacadır, torpağı hazırda istifadə edə bilmir, torpaq sahəsi sahibsiz qalmasın deyə ona verir və bunun müqabilində ondan pul alır. Buna görə də onlar 04 may 2000-ci il tarixdə bu barədə anlaşmışlar və Akt tərtib edərək orada öz iradələrini ifadə etmişlər. O, torpaq sahəsini iddiaçıya satmamış, bununla bağlı heç bir sənədə imza atmamış, torpağı istifadə etmək üçün vermiş və bunun əvəzində ondan pul almışdır. 20 ilə yaxın olar ki, iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Hesab edir ki, bu müddət onun torpaqdan istifadə etməsi üçün kifayətdir. İddiaçı isə ondan xəbərsiz torpağı təyinatı üzrə istifadə etməmiş, orada onun icazəsi olmadan fındıq ağacları əkmişdir. Hazırda torpaq sahəsini özü istifadə etmək istəyir. Torpaq sahəsinin mülkiyyətçisi olduğu halda, onun icazəsi olmadan iddiaçı tərəfindən torpağın təyinatının özbaşına dəyişdirilməsi və orada fındıq ağaclarının əkilməsi ilə bağlı çəkdiyi xərclərin tələb olunması əsassızdır.
7. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-136/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, iddiaçının cavabdehlərin ümumi birgə mülkiyyətində olan 1.00 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi ilk iddia tələbi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər torpaq sahəsinin mülkiyyətçisi olduqları halda, onların icazəsi olmadan iddiaçı tərəfindən torpağın təyinatının özbaşına dəyişdirilməsi və orada fındıq ağaclarının əkilməsi ilə bağlı çəkilmiş xərclərin və dəymiş ziyanın tələb olunması əsassızdır. Belə ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə heç bir hüququ yaranmamış və o, torpaq sahəsinin vicdanlı sahibi olmamışdır. İddiaçı torpaq sahəsinin heç bir hüquqla ona məxsus olmamasını bilmiş, uzun müddət həmin torpaq sahəsindən qanunsuz istifadə etmiş, hətta mülkiyyətçilərin razılığı olmadan həmin torpaq sahəsinin təyinatını dəyişdirməklə orada fındıq ağacları əkmiş və uzun müddət torpaqdan qanunsuz istifadə etdiyini bilməklə mülkiyyətçilərin həmin torpaq sahəsinə hüquqlarını pozmuşdur. Buna görə də onun həmin torpaq sahəsinə görə hər hansı ziyan tələb etmək hüququ yoxdur. Bundan başqa, iddiaçı tərəfindən ona cəmi 31.000 manat məbləğində zərər vurulması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin həmin zərərin vurulmasında təqsirli olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Göstərilənlər də ilk iddia tələbinin tamamilə əsassız olmasını göstərir.
9. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehlər torpaq sahəsinin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2-ci maddələrinə əsasən, ümumi birgə mülkiyyətin mülkiyyətçisi Cavabdeh1 XXX ona və oğluna məxsus torpaq sahəsindən iddiaçının çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsini tələb etməklə haqlıdır.
10. Məhkəmə öz mövqeyini, 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 43, 112, 228, 230-cu, Mülki Məcəllənin 21.2, 139.1, 146.1, 146.2, 152.1-152.5, 157. 4, 157.7, 213.1-213.6, 214.1, 238.1, 238.3, 239.2, 329.1, 386.1, 567, 646.1, 646.2, 647, 648.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 50, 56.9, 66.1, 66.2, 67, 68, 82, 84-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyant şikayətində göstərmişdir ki, cavabdehlərin ona vurulmuş zərərdə təqsirli olmalarını həm öz i zahatında, həm də məhkəməyə təqdim etdiyi 04 may 2000-ci il tarixdə tərtib edilmiş Akt və digər sənədlərlə sübut etmişdir. Lakin məhkəmə qanunsuz olaraq iddia tələbinin əsaslı olmasını sübut edə bilmədiyini qətnamədə qeyd etmişdir. Məhkəmə şahidləri dindirməkdən imtina etmiş, qiymətləndirmə keçirilməsi barədə vəsatəti rədd etməklə işin ədalətli araşdırılmasını təmin etməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli, ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir.
13. İşin apellyasiya icraatı zamanı əldə olunmuş “X1” 16 sentyabr 2020-ci il tarixli, 330 nömrəli rəyində qeyd olunmuşdur ki, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manatdır. 1 ədəd fındıq ağacının real dəyəri 180 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzini n 07 aprel 2021-ci il tarixli, 9/54 nömrəli rəyində qeyd olunmuşdur ki, 04 may 2000-ci il tarixdə ödənilmiş 2.300.000 manat məbləğin cari dəyəri 1.524,94 manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/3805 nömrəli rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsində 110 ədəd fındıq ağacı əkilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov və Ə.Məcidov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinə münasibətdə, eyni zamanda Cavabdeh2 XXX oğlunun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edil məsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 XXXdan iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.300.000 manat pulun cari dəyəri olan 1.524,94 manatın, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi 5000 manat xərcin, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, cəmi 17.524,94 manat pulun alınaraq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 XXX oğlunun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsinin qətnamədən xaric edilməsi, qətnamənin qarşılıqlı iddia tələbinə münasibətdə iddiaçının ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, Cavabdeh1 XXXnın həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin ilk və qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində eyni vaxtda icra edilməsi qət olunmuş, iş üzrə ekspertiza xərcləri Cavabdeh1 XXX və iddiaçı arasında bərabər bölüşdürülmüşdür.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməkdə haqlı olsa da, ilk iddia tələbinə münasibətdə iddianı tam rədd edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və MPM-in tələblərini nəzərə almadan iddianı səhvən tam rədd etmişdir.
16. Məhkəmə ilk iddianın birinci hi ssəsinə (torpağın alınması ilə bağlı dəymiş ziyana görə 15.000 manat) münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh1 XXXnın kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini istifadə edə bilmədiyi üçün iddiaçıya daimi istifadə etmək üçün verilməsini və bunun müqabilində ondan o vaxtkı məzənnə ilə 2.300.000 manat pul almasını tərəflər mübahisələndirmir. Yəni iddiaçı cavabdehə məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməmiş, iddiaçıya müəyyən məbləğ pul verərək həmin torpaq sahəsini istifadəsinə qəbul etmişdir. Hazırda cavabdeh onun torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə olan halda iddiaçı torpaq sahəsi üçün ödəmiş olduğu pulu geri tələb etməkdə haqlıdır. Ona görə də, torpağın alınması üçün iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.300.000 manat pulun ekspert rəyinə əsasən cari dəyəri olan 1.524,94 manat pul Cavabdeh1 XXXdan alınaraq iddiaçıya ödənilməlidir. Bununla belə, məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, o, 04 may 2000ci il tarixli Akta imza etməmiş və üzərinə hər hansı bir öhdəlik götürməmişdir.
17. Məhkəmə iddiaçının iddia tələbinin ikinci hissəsi olan torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 manatın alınması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, torpağın yaxşılaşdırılması və iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsini cavabdeh tərəf mübahisələndir məmişdir. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, mübahisəli torpaq sahəsində 110 ədəd fındıq ağacı vardır. X1 16 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 10 manatdır. Cavabdehin vəkili həmin qiymətə etiraz edərək 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluğun təxminən 2 manat olduğunu bildirmişdir. Lakin cavabdehin qəbul etdiyi məbləğ belə iddianı həmin hissədə təmin etmək üçün kifayətdir. Belə ki, 110 ədəd fındığın hər birinə 2 manat xərc çəkildikdə 20 il müddətində bu məbləğ 4400 manat edir (110x2=220x20=4400), digər tərəfdən rəydən görünür ki, 160 metr kanalın dəyəri 480 manat, 100 metr ağac hasarın dəyəri 600 manatdır. Eyni zamanda 20 ildə bağa qulluq e dilmə və bağın mühafizəsi üçün xərc 7200 manatdır.
18. Məhkəmə iddia tələbinin üçüncü hissəsi olan 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Mübahisəli torpaq sahəsində 110 ədəd fındıq ağacının əkilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə mübahisəli torpaq sahəsində 110 ədəd fındıq ağacının olması müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, 1 ədəd fındıq ağacının real dəyəri 180 manat təşkil edir (110x180=19.800). Bunun əksini təsdiq edəcək sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir.
19. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.2, 152.1-152.5, 157.4, 157.6, 157.7-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 97.1, 218.3-cü ma ddələrinə istinadla əsaslandırmışdır.
20. Qətnamədən iddiaçı və Cavabdeh1 XXX kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və şikayətin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Odur ki, məhkəmə qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmalıdır.
23. Kassator göstərmişdir ki, məhkəmə ekspert rəylərini vəkilə göndərməmiş, əsassız yerə təkrar ekspertiza təyin etmiş, daha sonra ekspert rəylərini nəzərə almamış, vəkilin elektron məhkəmə sisteminə qoşulmasını təmin etməmiş, iş materiallarından sənədlərin surətlərinin çıxarılmasına imkan yaratmamış və sair prosessual pozuntulara yol verməklə MPM-in 47.2, 68.2, 88-ci maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, torpağın alınması ilə əlaqədar çəkdikləri xərc deyəndə, cavabdehə ödədikləri 2.300.000 manat başa düşülməməlidir. Yararsız vəziyyətdə olan torpağı əkinə yararlı vəziyyətə salmaq üçün çəkilmiş xərclər, fiziki əmək, itirdikləri vaxt, hər il təmizlik aparan işçilərə ödədikləri xərclər də nəzərə alınmalıdır. Cavabdehin kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam araşdırmamış, iddia tələbini təmin etməklə işin hallarına uyğun olmayan qeyri-obyektiv nəticəyə gəlmiş, MPM-in 88, 101.3, 103.1-ci maddələrinin tələblərini pozmuşdur.
26. Kassator göstərmişdir ki, ekspert rəyləri əsassızdır, real vəziyyəti əks etdirmir, məbləğlər şişirdilmişdir, çəkilmiş xərclərlə bağlı qiymətlərin hansı qaydada müəyyən edilməsinin hüquqi əsası göstərilməmiş, torpaq sahəsinin dəyəri müəyyən olunmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iddiaçının vəkili iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi.
29. Cavabdehin vəkili cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv olunmasını xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq 33. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə Vicdanlı sahib, şeyə zərər yetirmədən ondan ayrıla bilən öz əlavələrini götürməyə haqlıdır. Şeyin yaxşılaşdırılması üçün edilən bu əlavələri ondan ayırmaq mümkün olmadıqda, vicdanlı sahib şeyin dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər (maddə 146). 34. 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllə Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (maddə 135.10). 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 157.7).
35. MPM Hər bir tərəf öz tə ləblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;... 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (maddə 417). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən iddiaçının torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi 5000 manat xərcin cavabdehdən tutulması hissəsi istisna olmaqla, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
37. Eyni zamanda Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının çəkdiyi 5000 manat xərcin cavabdehdən tutulması hissəsində maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
38. Belə ki, tərəflər arasında sadə yazılı formalı aktın imzalandığı dövrdə qüvvədə olmuş və 01 sentyabr 2000-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 146-cı maddəsi nəzərdə tuturdu ki, vi cdanlı sahib, şeyə zərər yetirmədən ondan ayrıla bilən öz əlavələrini götürməyə haqlıdır. Şeyin yaxşılaşdırılması üçün edilən bu əlavələri ondan ayırmaq mümkün olmadıqda, vicdanlı sahib şeyin dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Eyni hüquq münasibətləri qüvvədə olan Mülki Məcəllənin 157.7-ci maddəsində də analoji qaydada tənzimlənir.
39. Göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericili yə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 34).
40. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
41. Baxılan iş üzrə iddiaçı həm fındıq ağaclarına qulluq göstərilməsi üçün çəkdiyi xərcləri, həm də fındıq ağaclarının ümumi dəyərini cavabdehdən tələb etmiş, iddiaçının mü bahisəli torpaq sahəsinin vicdanlı sahibi olduğunu müəyyən edən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olaraq hər iki tələbi təmin etmişdir.
42. Ona görə də qətnamə iddiaçının torpağın yaxşılaşdırılmasına və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi 5000 manat xərcin tutulması hissəsində ləğv olunmalı, MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, iddia həmin hissədə təmin olunmamalıdır.
43. Kassasiya şikayətlərinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsinin vəsatəti əsasında kompleks məhkəmə ekspertizası təyin edilmiş, yeni rəy alınmış, tərəflər məhkəmə iclasında həmin rəyə etirazını bildirməmiş, əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişlər.
44. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Cavabdeh1 XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş 5000 manat xərcin tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qəra r qəbul olunsun. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.