Məhkəmə qərarları › İş №2(102)-5976/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5976/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5976/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1501/2021 nömrəli, 10.08.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 12.500 (on iki min beş yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 06 may 2021-ci il tarixli, 2(054)- 42/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh nisyə alınmış malların dəyəri olaraq 12.170 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş məbləğin 100 manatdan ibarət hissəsi - cəmi 12.300 (on iki min üç yüz) manatın tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə cavabdehdən tələb olunan xidmət haqqı məbləğinin qalan 200 (iki yüz) manatdan ibarət hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

2. Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1501/2021 saylı, 10.08.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər Ə.Məcidov və M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)- 42/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Qərardad onunla əsaslandırı lmışdır ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.

7. Qərardad Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad etməklə əsaslandırılmışdır.

5. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç vaxt fərdi sahibkar olmamış, ona aid VÖEN-in olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi VÖEN eyni soyad, ad, ata adına malik digər fiziki şəxsə aiddir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və onun vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 12. 13. 14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qrarına əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Di gər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumatlarında iddiaçının adına VÖEN olmasını əsas tutaraq həmin işin kommersiya məhkəməsinə aid olması barədə qərara gəlmişdir. Məhkəmə iclası zamanı iddiaçı buna etiraz etmişdir. O, bildirmişdir ki, adına VÖEN olan şəxs o deyil, eyni ad, soyaldı və ata adı olan başqa ş əxsdir və bu məlumatı onun şəxsiyyəti vəsiqəsindəki məlumatlar və digər məlumatlarla dəqiqləşdirmək olar. Lakin, etiraza baxmayaraq məhkəmə işin kommersiya məhkəməsinə aid olması qənatinə gəlmişdir.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 19.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) vergi orqanında vergi ödəciyisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********2 saylı VÖEN-in digər fiziki şəxs İddiaçı (FİN: 00C23KX) məxsus olması barədə məlumat müəyyən edilmişdir.

18. Kassasiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya aid etdiyi **********2 saylı VÖEN əslində, eyni soyad, ad, ata adına sahib digər fiziki şəxsə aiddir.

19. İddiaçının fəaliyyəti zahirən kommersiya fəaliyəti hesab olunsa da, o, fərdi sahibkar hesab edilmir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır (hazırkı qərarın 14-cü bəndinə bax).

20. Beləliklə, Apellyasiya Məhkəməsi iddiaçının fərdi sahibkar olması, onun VÖEN-ə malik olması və bu səbəbdən işə Kommersiya Məhkəməsində baxılması barədə yanlış və əsassız nəticəyə gəlmişdir.

21. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1501/2021 nömrəli, 10.08.2021-ci il tarixli qərardadı ləğv edilsin, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar