Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » fevral 2019-cu il İş № 2(102)-598/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkii Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsindən “xxxx” QSC-nin və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən t əmin edilmiş; cavabdehlərdən birgə qaydada 8773,37 ABŞ dolları kredit borcu, 3774,65 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 12648,02 ABŞ dolları borcun (ödəniş gününə dolların manat məzənnəsi nəzərə alınmaqla manatla) və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, ilkin idia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(103)-7568/2018-saylı qətnaməsi ilə (hakimlər A.Hüseynov sədrlik edən, məruzəçi, X.Cəmilova və İ.Xəlilov) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3526/2018 saylı iş üzrə 27 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 8795,49 ABŞ dolları kredit borcu, 3774,65 ABŞ dolları faiz borcu və 5761,70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18331,84 ABŞ dolları corcun (ödəniş gününə dolların manat məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlarla Bank arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “xxxx” QSC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə əsassız olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarını düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın cavabdeh-zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkii Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MKnın 21 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın cavabdeh-zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edi r ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi zaminlər – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə ləğv edilməli və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, 27.07.2010-cu il tarixdə Bank ilə borcalan arasında kredit müqaviləsi bağlandıqdan sonra müqa viləyə (o cümlədən müqavilə üzrə öhdəliklərə) 08.07.2015-ci il; 23 oktyabr 2015-ci il və 26.04.2016-cı il tarixdə dəyişiklik edilərkən həmin sazişlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onların razılıqları alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticələrdən görünür ki, 24 ay müddətinə verilmiş kreditin müddətinin sonradan 49 aya uzadılması öhdəliyin dəyişdirilməsini ehtiva edir və bu dəyişdirmə zaminin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, yeni şərtlərə əsasən müqavilə üzrə aylıq faiz dərəcəsi ilk iki saziş üzrə cüzi də olsa artırılmışdır. Sonuncu sazişlə aylıq faiz dərəcəsi 0,1667 faiz aşağı salınsa da, kredit müqaviləsi üzrə 49 ay müddətinə ödənilməsi fa iz öhdəliyinin yekun həcmi xeyli dərəcədə artmış olur. Apellyasiyainstansiyasıməhkəməsinəticələrinmaddiəsasıkimi AzərbaycanRespubli kasının MülkiMəcəlləsinin 477.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi zaminlərə münasibətdə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2010-cu il tarixli, 01L********* saylı kredit xətti müqavilə sinə əsasən, borcalana 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tərəflər arasında bağlanmış 25.04.2014-cü il tarixli, 01R********* saylı kredit razılaşmasına əsasən, Bank borcalana aylıq 2,1667 faiz dərəcəsi ilə 24 ay müddətinə 20000 ABŞ dolları kredit vermiş, borcalan kredti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq 27.07.2010-cu il, 16.12.2011-ci il və 29.04.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R*********S saylı, 08.07.2015-ci il tarixli sazişə əsasən, razılaşmaya dəyişiklik edilərək, kreditin müddəti 14 ay 17 gün, kreditin bağlanma tarixi 25.07.2016-cı il, aylıq faiz dərəcəsi 2,1668% müəyyən olunmuşdur. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R*********SA saylı, 23.10.2015-ci il tarixli sazişə əsasən, razılaşmaya dəyişiklik edilərək, kreditin müddəti 26 ay 4 gün, kreditin bağlanma tarixi 27.11.2017-ci il, aylıq faiz dərəcəsi 2,1668% müəyyən olunmuşdur. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R*********S saylı, 26.04.2016-ci il tarixli sazişə əsasən, razılaşmaya dəyişiklik edilərək, kreditin müddəti 26 ay, kreditin bağlanma tarixi 25.06.2018-cı il, aylıq faiz dərəcəsi 2 % müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 23.11.2017-ci il tarixinə Banka 8795,49 ABŞ dolları əsas, 3774,65 ABŞ dolları fa izlə hesablanmış borc, 5761,70 ABŞ dolları cərimə, ümumilikdə 18331,84 ABŞ dolları borcu hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 201 saylı, 19.02.2018-ci il tarixli ekspertiza rəyinə əsasən Cavabdeh1 23.11.2017-ci il tarixə Banka 877337 ABŞ dolları əsas, 3889,50 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə müvafiq olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüqu qi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Beləliklə də, müəyyən edilmişdir ki, hazırki iş üzrə 27.07.2010-cu il tarixdə Bank ilə borcalan arasında kredit müqaviləsi bağlandıqdan sonra müqaviləyə (o cümlədən müqavilə üzrə öhdəliklərə) 08.07.2015-ci il; 23 oktyabr 2015-ci il və 26.04.2016-cı il tarixdə dəyişiklik edilmiş, kreditin qaytarılma müddəti uzadılmış, ilk iki saziş üzrə kreditin aylıq faizi 0,0001% artırılmış, son uncu saziş üzrə 0,1667% aşağı salınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etsə də, 08.07.2015-ci il, 23 oktyabr 2015-ci il və 26.04.2016-cı il tarixli sazişlərə əsasən 26.04.2016-ci il tarixdə verilmiş kreditin restrukziyası nəticəsində öhdəliyin dəyişdirilməsinin zaminin məsuliyyətinin atrmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmamasını aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə 477.01.-ci maddəsində zaminliyi xitam verilməsi hallarından biri kimi, zaminin razılı olmadan təmin etdiyi öhdəliyi dəyişdirilməsi və bu dəyişdirilmənin onun m əsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. İşin materiallarında olan 25.04.2014-cü il tarixli kredit razılaşmasından və ona əlavə olunan ödəniş planından görünür ki, borclu Cavabdeh1 aylıq 2,1667% olmaqla 24 ay müddətinə - 25.04.2016-cı il tarixədək 20.000 ABŞ dolları məbləğində kredit verilmiş və bu kreditə 5.963,72 ABŞ məbləğində faiz hesablanmışdır. (cəmi ödənilməli məbləğ 25.962,72 ABŞ dolları). Həmçinin, iş materiallarında olan 08.07.2015-ci il, 23 oktyabr 2015-ci il və 26.04.2016-cı il tarixli sazişlərdən və ona əlavə olunan ödəniş planlarından görünür ki, həmin sazişlərlə 25.04.2014-cü il tarixli kredit razılaşmasından irəli gələn öhdəliyin icrası müddəti 20 ay – 25.06.2018-ci il tarixədək uzadılmış, kreditin qalığının və he sablanmış faizlərin ödənilməsi üçün yeni ödəniş planı tərtib edilmiş, yeni ödəniş planına əsasən ödənilməli əsas məbləğ 9.053,15 ABŞ dolları, faiz məbləğ isə 4.998,93 ABŞ dolları, cəmi 14.052,08 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, restrukturizasiya nəticəsində öhdəlik dəyişdirilsə də, həmin məsuliyyət zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamış, eləcə də zaminin 27.07.2010-cu il, 16.12.2011-ci il, 29.04.2013-cü il tarixli zaminlik müqavilələri ilə üzərinə götürdüyü öhdəliyin maksimum müddətini (120 ay) və məbləğini (100.000 ABŞ dolları) aşmamışdır. Belə olan halda, kreditin 08.07.2015-ci il, 23.10.2015-ci il və 26.04.2016-cı il tarixli sazişlərlə restrukturizasiyası zamanı zaminlərin razılığının alınmasına hər hansı zərurət olub-olmam asına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin m üəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. İşin materiallarından görünür ki, hazırki iş üzrə zaminlik müqaviləsində bu qərarda göstərilənlərə uyğun olaraq zaminliyin 27.07.2010-cu il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Qeyd e dilən Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən edilməlidir. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətt müqaviləsində dəqiq göstərilməlidir… kredit müqaviləsinin mühüm şərtlərinə kredit məbləği, müddəti, illik faiz dərəcəsi və s.aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığ ı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrindən nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edir. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmasını, belə razılığın olmamasının zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli olmasını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında bağlanmış kredit müqavilələrində yalnız faiz dərəc əsi barədə zaminin razılığının alınmasından söhbət etməsi nəzərə alınaraq hazırda işdə apellyasiya instansiyası məhkəməsi hazırki işdə zamindən razılıq alınmadığı təqdirdə ona münasibətdə iddianı ancan faiz borcu tələbinə dair hissədə təmin etməyə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini həmçinin də borc tələbinə dair hissədə də tətbiq edərək iddianı zaminə münasibətdə rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş,iddiaçınıniddiatələbinin əsasıkimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimiistinadetdiklərihallaravəsübutlaralazımihüquqiqiymətverməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-c i maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindənqəbuletdiyiqətnaməsi zaminlərə münasibətdə qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi iş ə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını tə min etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi zaminlər – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə ləğv edilsin və iş ləğv olunmuş hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-598/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-598/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver