Məhkəmə qərarları › İş №2(102)-598/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-598/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X8 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X17, Üçüncü şəxs X9 vəkili Vəkil xxxx iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2298/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin (hakim Tofiq Məmmədov) xx xxxxxx 2012-ci il tаrixli 2(025)-625/2012 nömrəli qət naməsi ilə İddiaçı cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı icarəyə verilmiş torpaq sahəsinin tanıdılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə iddiaçının mərhum əri X5 icarəsinə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatlarının İddiaçı göstərilməklə yerində ona tanıdılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) xx xxxxxx 2018-ci il tarixli 2(107)3038/2018 nömrəli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan üçüncü şəxs X18, o nun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon nəhkəməsinin xx xxxxxx 2012-ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) xx xxxxx 2019-cu il tarixli 2(102)-2919/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Mübariz Hüseynov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi il ə üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tаrixli 2(025)-625/2012 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Cavabdeh xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış Torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdehnə və maraqlı şəxs DT və XK Qəbələ rayon Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qəbələ rayonun Çarxana bələdiyyəsinin xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əri X13 xx xxxxxxx 2003-cü il tarixdə Cavabdeh ilə 0,54 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışdır. Müqavilə Çarxana bələdiyyəsinin xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 ilə müddətinə bağlanmışdır. Torpağın icarəyə götürülməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq olmuşdur. Torpağın icarəyə verilməsi haqqında müqaviləni icarəyə verən tərəfindən həmin dövrdə bələdiyyənin sədri işləmiş X20, icarəyə götürən tərəfindən isə X13 imzalamışdır. İddiaçının əri İzzət Daşdəmirov xx xxxxxx 2004-cü il tarixdə ölmüşdür. Lakin torpaq sahəsinin icarəsinə dair həmin müqaviləyə xitam verilməmiş və ya ləğv olunmamışdır. Çünki, vərəsə olaraq tərəfindən bu barədə bələdiyyəyə heç bir müraciət olunmamış və ya müqavilə mübahisələndirilməmişdir. Buna görə də icarə müqaviləsi hazırda qüvvədədir. Bundan başqa xxxx sağ olan vaxtı və hazırda da həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunmuşdur. İddiaçı xxx vərəsəsi olaraq xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi üzrə öhdəlikləri davam etdirmək istəyir. Odur ki, həmin torpaq sahəsinin koordinatlarını dəqiqləşdirməkdən ötrü müvafiq qərar verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2298/2019 nömrəli qərardadı ilə cavabdeh Qəbələ rayon Çarxana bələdiyyəsi əsl cavabdeh Qəbələ rayon Hacıalılı bələdiyyəsi ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2298/2019 nömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi ləğv edildiyindən onun funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının X27 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx x 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İcarə hüququ miras aktivi şəkildə vərəsələrə keçən və şəxslə bağlı olmayan hüquqdur. Buna görə də, hüquq sahibi olan şəxsin ölməsi icarə müqaviləsinin xitamı üçün əsas ola bilməz. Məhkəmənin İzzər Daşdəmirovun ölməsi halını əsas götürərək müqavilənin bələdiyyə tərəfindən ləvğ edilməsi nəticəsinə gəlməsi qanunsuz və əsassız olmuşdur. Tərəflərin izahatları: İddiaçı vəkili X22 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X9 vəkili Vəkil Vəliyyəddin oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxxx 2003-cü il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh sədri X20 ilə X14 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Müqavilə xx xxxxx 2005-ci il tarixdə DT və XK Qəbələ rayon şöbəsində qeydə alınmışdır və icarəyə ayrılmış torpan sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. Qəbələ rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İ 127690 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx xxxxxx 2004-cü il ta rixdə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ rayon şöbəsinin xx xxxxxx 2012-ci il tarixli 422 saylı rəyində Cavabdeh xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında İddiaçı mərhum əri X6 icarəsinə Çarxana bələdiyyəsinin torpaqlarından 0,54 hektar torpaq sahəsinin verildiyi, icarə müqaviləsinin DT və XK Qəbələ rayon şöbəsində qeydiyyatdan keçdiyi göstərilmişdir. xx xxxxxxxx 2005-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin tarixdə Cavabdeh sədri X23 ilə X19 arasında 0,45 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Müqavilə xx xxxxxxx 2005-ci il tarixdə DT və XK Qəbələ rayon şöbəs ində qeydə alınmışdır və icarəyə ayrılmış torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. xx xxxxxx 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin tarixdə Cavabdeh sədri X23 ilə X18 arasında 0,42 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Müqavilə xx xxxx 2006-cı il tarixdə DT və XK Qəbələ rayon şöbəsində qeydə alınmışdır. İcarəyə ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2010-cu il taixli 2(025)-03/2010 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdehnə, maraqlı tərəf DT və XK Qəbələ rayon şöbəsinə və X11 qarşı torpaq sahəsinin icarəyə verilmə si haqqında xx.xx.2016-cı il tarixli müqavilənin qismən ləğv edilməsi tələbi ilə bağlı Qəbələ rayon məhkəməsinə müraciət etmiş, iddiaçının ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 07 nömrəli cavab məktubundan görünür ki, həqiqətən də, Cavabdeh sədri X20 həmin kənd sakini X13 ilə Çarxana Bələdiyyəsinin həmin tarixli 19 saylı qərarı əsasında xx xxxxxxx 2003-cü il tarixdə Zarağan-Ağdaş yolunun sağ tərəfində Qəbələ aeroportu istiqamətində olan yolun qarşısında yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı tərtib olunmuş, torpaq sahəsinin icarəyə verilməsi haqqında nömrəsiz müqavilə bağlamışlar. Bundan sonra həmin müqavilə Cavabdeh sədri X20 tərəfindən ləğv edilmiş və bələdiyyə tərə findən X5 icarəsinə verilmiş ərazinin bir hissəsi, yəni 0,45 hektar ölçüdə hissəsi sonuncunun ölümündən sonra oğlu X10 icarəsinə verilmişdir. Belə ki, Cavabdeh sədri X2 Vüqar İzzət oğlu ilə Çarxana Bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli 08 saylı qərarına əsasında xx xxxxxxxx 2005-ci il tarixdə 0,45 ha torpaq sahəsinin 99 il müddətinə sonuncunun icarəsinə verilməsi ilə bağlı torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 saylı müvafiq müqavilə bağlamışlar. Bundan sonra yuxarıda qeyd olunan bələdiyyə fonduna aid olan 0,54 ha torpaq sahəsindən qalan 0,09 ha ölçüsündə torpaq sahəsi və bələdiyyə fonduna aid olan həmin əraziyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi Çarxana Bələdiyyəsinin sədri X23 ilə Bakı şəhər sakini X18 arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncunun icarəsi nə verilmişdir. Belə ki, Cavabdeh sədri X2 Vaqif Yaqub oğlu ilə Çarxana Bələdiyyəsinin xx xxxxxx 2006-ci il tarixli 01 saylı qərarı əsasında xx xxxxxx 2006-ci il tarixdə 0,42 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı nömrəsiz müqavilə bağlamışlar. X12 və X11 Çarxana bələdiyyəsi tərəfindən icarələrinə verilmiş torpaq sahələri əvvələr X13 və X12 aid hissədə-0,45 hektar ölçüdə və X11 aid hissədə-0,42 ha ölçüdə onların zəbtində və istifadələrində olmuşdur. Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 18 nömrəli arayışından görünür ki, hazırda Qəbələ rayonu Çarxana kəndində yaşayan X1 uzun müddətli icarəyə götürdüyü 0,42 ha bələdiyyə torpaq sahəsinin 2017-ci ildə daxil olmaqla icarə haqqını ödəmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəmə si gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “xx xxxxxxx 2003-cü il tarixdə bələdiyyə ilə X15 arasında 0,54 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir ki, torpağı icarəyə götürən İzzət Daşdəmirov təyinatı üzrə torpaq sahəsindən istifadə etmişdir. Müqavilə qanuna uyğun olaraq DT və XK Qəbələ rayon şöbəsində qeydiyyata alınmışdır. xxxxxxxc xx xxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Lakin onun vərəsələri tərəfindən müqavilənin ləğv olunmasına dair heç bir müraciət olunmamış və müqavilə mübahisələndirilməmişdir. Müqavilə bu günə qədər qanun qüvvəsindədir. Çünki, həmin müqaviləyə xitam verilməmişdir. Bundan başqa iddiaçı X7 birinci növbəli vərəsəsidir. Bununla y anaşı torpaq sahəsinin icarə müqaviləsinə hüquq münasibətində iddiaçı xxx vərəsəsi olaraq torpaq sahəsindən təyinatına uyğun istifadə olunmasını təmin etməkdədir. Yəni, icarə müqaviləsinin heç bir şərti onun tərəfindən pozulmamışdır. Bundan başqa torpaq sahəsinə dair icarə müqaviləsi tərəflərin iradələrinə uyğun olaraq tərəflər arasında könüllü bağlanmaqla imzalanmışdır.” Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Qəbələ rayon məhkəməsinin icraatında olmuş 2(025)03/2010 nömrəli mülki işdən görünür ki, İddiaçı 2009-cu ildə Cavabdehnə, maraqlı tərəf DT və XK Qəbələ rayon şöbəsinə və X11 qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli müqavilənin qismən ləğv edilməsi tələbi ilə bağlı Qəbə lə rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində İddiaçı icarə müqaviləsi ilə Vaqif Daşdəmirova verilmiş 0, 42 ha torpaq sahəsinin 0,10 hektarının onun faktiki istifadəsində olan sahədən (xx xxxxxxx 2003-cü il tarixli icarə müaviləsi əsasında) verildiyini, bununla da hüquqlarının pozulduğunu bildirmişdir. İddiaçının ərizəsinə əsasən Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2010-cu il taixli 2(025)03/2010 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsi Qəbələ rayon məhkəməsində xx.xx.2009-cu ildə qeydə alınmışdır. Göründüyü kimi, həmin iddianın qaldırıldığı 2009-cu ildə İddiaçı Çarxana bələdiyyəsi ilə X9 arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsindən və həmin müqavilə ilə Cavabdeh ilə X6 arasında xx xxxxxxx 2003-cü il tarixdə bağla nan müqavilə ilə sonuncunun icarəsinə verilən 0,54 hektar torpaq sahəsinin 0,09 ha hissəsinin xxxxxx icarəsinə verildiyini bilmişdir. Bundan üç il keçdikdən sonra, yəni, 2012-ci ildə isə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsinin iş materiallarına əlavə etdiyi Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 07 nömrəli məktubundan görünür ki, Cavabdeh sədri X20 həmin kənd sakini X13 ilə Çarxana Bələdiyyəsinin həmin tarixli 19 saylı qərarı əsasında xx xxxxxxx 2003-cü il tarixdə, Zarağan-Ağdaş yolunun sağ tərəfində Qəbələ aeroportu istiqamətində olan yolun qarşısında yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi haqqında nömrəsiz müqavilə bağlanmış, bundan sonra həmin müqavilə Cavabdeh sədri X20 tərəfindən ləğv edilmiş və bələdiyyə tər əfindən X5 icarəsinə verilmiş ərazinin bir hissəsi yəni 0,45 hektar ölçüdə hissəsi sonuncunun ölümündən sonra oğlu X10 icarəsinə verilmişdir. Cavabdeh sədri X20 apellyasiya instansiyası məhkəməsinin iclasında şahid kimi dindirilən zaman ifadəsində bildirmişdir ki, həqiqətəndə X13 ilə Çarxana Bələdiyyəsi arasında bağlanmış xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi 2004-cü ildə ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən xx xxxxxxx 2003-cü il tarixdə Cavabdeh ilə X6 arasında 0,54 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə 2004-cü ildə Çarxana Bələdiyyəsi tərəfindən ləğv edildiyindən artıq mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ləğv edilmiş icarə müqaviləsi ləğv edildikdən sonrakı dövr üçün hər hansı hüquqi n əticə doğura bilməz. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi 0,54 ha torpaq sahəsi ilə bağlı iş materiallarında bir neçə hüquq müəyyən edən sənədlər vardır ki, həmin sənədlərin eyni vaxtda mövcudluğu da xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsinin qüvvədə olmasını şübhə altına alır. Belə ki, X27 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin sözügedən 0,54 ha torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, həmin sahənin bir hissəsi olan 0,13 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi əsasında icarə hüququ ilə X6 adına (s onuncunun ölümündən 13 il keçdikdən sonra) qeydə alınmışdır. Həmin Çıxarışda xeyrinə hüquq yüklü edilən şəxs X14, hüququ yüklü edilən şəxs isə Cavabdeh qeyd edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin 0,13 ha torpaq sahəsi xx.xx.2004-cü ildə ölmüş X6 vərəsəsi İddiaçı miras əmlak kimi keçmişdir. Bundan sonra həmin 0,13 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarış tərtib edilmiş, həmin Çıxarışda xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı, hüququ yüklü edilən şəxs isə Cavabdeh qeyd edilmiş, yüklülüyün növü istifadə hüququnun vərəsəliyi kimi göstərilmişdir. Bundan başqa Qəbələ rayon məhkəməsinin icraatında olm uş 2(025)-03/2010 nömrəli mülki işdə olan iddia ərizəsində İddiaçı bildirdiyi kimi, xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 0,54 ha torpaq sahəsinin bir hissəsində mərhum X6 və hazırkı İddiaçı oğlanları X19 özünə yaşayış evi tikmişdir. Həmin yaşayış evi xx.xx.2016-cı ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydə alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, evin yerləşdiyi 0,36 ha torpaq sahəsi xxxx xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı hazırkı iddiasının əsasını təşkil edən X13 ilə Çarxana Bələdiyyəsinin arasında bağlanmış xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 0,54 ha torpaq sahəsinin 0,13 ha hissə si Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarış ilə istfadə hüququ ilə İddiaçı adına, 0,36 ha hissəsi isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ilə X10 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Yuxarıda göstərildiyi kimi, sözügedən 0,54 ha torpaq sahəsinin 0,45 ha hissəsi xx xxxxxxxx 2005-ci il tarixli icarə müqaviləsi ilə X10 icarəsinə, 0,09 ha hissəsi isə xx xxxxxx 2006-cı il tarixli icarə müqaviləsi ilə X9 icarəsinə verilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh ilə X6 arasında 0,54 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxxxxx 2003-cü il tarixli müq avilənin qüvvədə olması ağlabatan deyildir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almamış, sözügedən 0,54 hektar torpaq sahəsi ilə bağlı ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş çoxsaylı hüquq müəyyən edən sənədləri araşdırmadan iddia tələbini təmin etmiş, bununla da mübahisə üzrə səhv nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və ədalətli hesab etmək mümkün deyildir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən irəli sürülmüş, məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məh kəməsi mülki kollegiyasının 2(107)-2298/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar