Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5980/2018 10.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5980/2018 şəhəri 10 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.03.2018-ci il tarixli 2(107)546/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ucar rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 02.06.2016-cı il tarixli 2(063)518/2016 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «kreditin (borcun) qaytarılması» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12.500 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 12.520 manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, E.Hüseynov) 15.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ucar rayon Məhkəməsinin 02.06.2016-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İd diaçı Cavabdeh qarşı «kreditin (borcun) qaytarılması» tələbinə dair iddia ərizəsi ilə 29.09.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 12.600 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.03.2018-ci il tarixli qətnaməsin in ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.03.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Ucar rayon Məhkəməsinin 02.06.2016-cı il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 26.03.2014-cü ildən 26.12.2015-ci il tarixə qədər vətəndaş Cavabdeh hər ay 600 manat ödəm ək şərti ilə 12.600 manat pul vermişdir. Pul köçürməsini göndərmək üçün ərizədən görünür ki, Cavabdeh 08.10.2014-cü il tarixdə İddiaçı "xxxx" QSC vasitəsilə 100 manat pul göndərmişdir. 26.03.2014-cü il tarixdə İddiaçık Şamil oğlu ilə Cavabdeh arasında əsas kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə iddiaçı Cavabdeh 12.600 manat pul verməyi öhdəsinə götürmüş və cavabdeh 20 ay ərzində hər ay 600 manat olmaqla kreditin məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya "xxxx" QSC vasitəsi ilə 08.10.2014-cü il tarixdə 100 manat ödəniş etmişdir. Cavabdeh 29.04.2016-ci il tarixə 12.600 manat borcu yaranmışdır. Cavabdeh götürdüyü öhdəliyi layiqincə icra etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə işt irakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyini pozmağa görə məsul iyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün mü ddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında kredit müqaviləsinin şərtlərinə görə cavabdehə İddiaçı tərəfindən 20 ay müddətinə, hər ay 600 manat ödəmək şərti ilə 12.600 manat kredit verilmiş və cavabdeh borcu qrafik əsasında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini cavabdehə versə də, cavabdeh götürdüyü öhdəliyi layiqincə icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi mülki işin hallarını tam araşd ırmamışdır. Çünki iddiaçı onun savadsızlığından istifadə edərək hazırkı müqaviləni bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyatorun şikayətində göstərilən dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh iddiaçı ilə notarial qaydada kredit müqaviləsi bağlamışdır. Belə olan halda apellyatorun şikayətində göstərdiyi dəlillər formal xarakterlidir. Belə ki, apellyator hazırkı borcun avtomobil icarəsinə görə yarandığını bildirsə də, iş materiallarının 7-ci səhifəsində olan notarial qaydada təsdiq edilmiş 26.03.2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Belə olan halda, hazırkı tələb avtomobilin icarə haqqının ödənilib-ödənilməməsi ilə deyil, tərəflər arasında olan borc öhdəliyinin icra edilməməsi ilə bağ lıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.03.2018-ci il tarixli 2(107)-546/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5980/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5980/2018
10.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver