Məhkəmə qərarları › İş №2(102)-5985/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5985/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5985/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) 13.12.2022 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4741/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X11 və X4 qarşı pul tələbi qismən təmin edilərək, X1 25.000 ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxtın Azərbaycan manatı məzənnəsinə ekvivalentinin İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Aynur Məmmədova məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-230/2018 saylı qətnaməsi qismən ləğv edilərək iddia tələbi cavabdeh X4 münasibətdə təmin edilməmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 dekabr 2019-cu il tarixli qərarına əsasən, İddiaç ı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2186/2019 saylı iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Məhkəmə qətnamələri ilə İddiaçı Aynur Məmmədovaya verilməsi üçün 25.000 ABŞ dolları pulu göndərməsi, həmin pulun X16 tərəfindən qəbul edilməsi və X2 atası hazırkı iş üzrə Cavabdeh verməsi, Cavabdeh isə həmin pulu Şəki Əsgərovdan qəbul etməsi tam təsdiq olunmuşdur. Öncəki mülki işlərin baxılması zamanı məhkəmə iclaslarında şahid qismində dindirilmiş Cavabdeh öz izahatında Şəki Əsgərovdan 25.000 ABŞ dolları pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 ABŞ dolları pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 162A, 33 saylı mənzil iddiaçının həyat yoldaşı X3 mülkiyyətindədir. İddiaçının həyat yoldaşının bacısı oğlu X12 ticarətlə məşğul olmasını və ona pul lazım olduğunu bildirərək, bunun üçün mənzili bank vasitəsilə ipoteka krediti ilə kreditləşdirərək bankdan pul götürmələrini onlardan xahiş etmişdir. İddiaçı qohum olduğu üçün ona razılıq vermiş, bu məqsədlə həmin vaxt olduğu Rusiya Federasiyasının Kazan şəhərindən həyat yoldaşının qardaşı X5 adına etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında X10, iddiaçının həyat yoldaşı X6 və b acısı oğlu X7 arvadı X8 birgə Bakı şəhəri 43 saylı Notariat Kontoruna gedərək 26 sentyabr 2007-ci il tarixdə mənzilə dair alqı-satqı və ipoteka müqaviləsi bağlamış, mənzili “Nikoyl” banka girov qoyaraq 55.250 manat məbləğində kredit götürmüşlər. Danışıq belə olmuşdur ki, Ramiz və Aynur birgə krediti qaytaracaq və iddiaçının mənzili ona geri qaytarılacaq. Lakin sonradan məlum olmuşdur ki, kreditin ödənilməsi üçün daha 25000 ABŞ dolları vəsait tələb olunur, X12 və X8 mənzili geri qaytarmaq niyyətində deyillər və iddiaçıdan 25000 ABŞ dolları vəsaiti də ödəməyini tələb edirlər. İddiaçı məcburiyyət qarşısında qalaraq həmkəndlisi olan X11 27 may 2015-ci il tarixdə 25.000 ABŞ dolları vəsait göndərmişdir. Həmin vəsaiti Şəki Əsgərov Bakı şəhərində Səməd Vurğun bağının yanında olan «Zaminbank»dan al mış və Aynur Məhərrəmovanın yaşadığı evə gedib ona vermişdir. Bir müddət keçdikdən sonra həmin pulun Aynur Məmmədova tərəfindən mənimsənilməsi məlum olmuşdur. İddiaçı X11 və X4 qarşı 25.000 ABŞ dollarının ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(012)-230/2018 saylı qətnaməsi ilə iddia tələbi X4 münasibətdə təmin edilmişdir. Belə ki, məhkəmədə gəlib şəxsən ifadə verən zaman Aynur Məmmədova həqiqətən həmin pulun X16 tərəfindən ona verilməsini etiraf etmişdir. Buna baxmayaraq, qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra Aynur Məmmədova həmin qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmədə dediklərini təhrif etmiş və pulun ona deyil, atası Cavabdeh verildiyini demişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməs ində baxılan zaman ifadə verən X16 ona iddiaçı tərəfindən göndərilən pulu Aynur Məmmədovanın atası evinə apararaq Aynur və atası Cavabdeh birgə evdə olduqları zaman sonuncuya verdiyini demişdir. Həmin məhkəmədə ifadə verən zaman Aynur Məmmədova öz izahatında göstərmişdir ki, Şəki Əsgərov onun əri Ramiz Məmmədovun borclarının ödənməsi üçün atası Məhərrəmə pul vermişdir. Həmin pulun Şəki Əsgərova kim tərəfindən göndərilməsi barədə məlumatı yoxdur. Daha sonra məhkəmədə şahid kimi dindirilmiş Cavabdeh ifadə verərək göstərmişdir ki, Şəki Əsgərov tərəfindən 19.500 manat pul vəsaiti qızı Aynura deyil, ona verilmiş, o isə həmin pulu qızının keçmiş həyat yoldaşı Ramiz Məmmədovun ona olan borcu hesabına göndərildiyini bilib qəbul etmişdir. Bunları əsas götürərək Sumqayıt Apellyasiya Məhkəməsi borcun X1 tutulması hissəsində qətnaməni ləğv etmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin kassasiya instansiyası da həmin hallara, yəni hazırkı borc münasibətlərində Aynur Məmmədovanın tərəf olmadığına və pulun əslində Cavabdeh tərəfindən qəbul edilməsinə istinad edərək, şikayəti təmin etməmişdir..

5. Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 14 aprel 2022-ci il tarixli, 2(011)-1997/2022 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmiş, cavabdehdən 25.000 (iyirmi beş min) ABŞ dolları qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, yuxarıda istinad olunan qətnamələrdə cavabdeh pul vəsaitini Şəki Əsgərovdan qəbul etdiyini özü etir af etmişdir, Şəki Əsgərov isə cavabdehə verdiyi pulun iddiaçı tərəfindən göndərilmiş pul olduğunu etiraf etmişdir, hazırkı məhkəmə iclasında bu halların yenidən sübut edilməsi preyudisiallıq prinsipinin pozulması ilə nəticələnə biləcəyindən, həmin halların təkrar sübut edilməsi yolverilməz olduğundan onlar sübut edilmiş kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, cavabdeh tərəf ifadəsində göstərdiyi halları sübuta yetirə biləcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 82.3, 88, 217.4, 233.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şik ayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh və Aynur Məmmədova arasında pulun göndərilməsindən əvvəl, nə də ki, sonra heç bir danışıq aparılmamışdır. Buna dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, pulun bank vasitəsi ilə kim tərəfindən göndərilməsi də araşdırılmamışdır. Bank vasitəsi ilə həyata keçirilən köçürmələrin göndərilməsi barədə bildirişlərdə və qəbzlərdə köçürmənin təyinatı göstərilir. Bundan başqa, həqiqətən də pul İddiaçı tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə göndərilmiş olsaydı ötən 7 il müddətində iddiaçı bu barədə tələblə müraciət edə bilərdi. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən X9 şəhərindən Şəki Əsgərova 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin bank vasitəsilə göndərilməsi və sonuncu tərəfindən həmin pul vəsaitinin xx.xx.2015-ci il tarixdə “Zaminbank”dan alınması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə ilə müəyyən olunmuş halları bütöv olaraq deyil, yalnız pulun qəbul edilməsi hissəsində qəbul etmişdir. Halbuki, Şəki Əsgərov “Zaminbank”dan 25.000 ABŞ dolları deyil, 19500 manat qəbul etmiş və va Cavabdeh 25.000 ABŞ dolları deyil, 19500 manat pul vermişdir. Cavabdeh pulun əsl sahibin kim olmasını da bilməyə borclu deyildi. Yalnız cavabdehə məlumdur ki, Ramiz Məmmədovun sahibkarlıq fəaliyyətindən yaranmış borcuna görə ona 19500 manat məbləğində pul Şəki Əsgərov tərəfindan ona ödənilmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı cavabdehin qızı Aynur Məmmədovaya verilməsi üçün 25.000 manat pul göndərmiş, həmin pulu Şəki Əsgərov bankdan qəbul edərək Aynur Mammadovaya və cavabdehə 25.000 ABŞ dolları pul vermişdir. Məhkəmənin nəyə əsasən həmin pulu göndərənin İddiaçı olmasını müəyyən etməsi işdən görünmür.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)4741/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1997/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsinin cavabdehdən tutulacaq pul mə bləği hissəsində dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğin 19.500 (on doqquz min beş yüz) manat məbləğində müəyyən edilməsi qət olunmuşdur.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi cavabdehdən pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan pul məbləği ilə bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsindən göründüyü kimi, həmin iş üzrə verilmiş izahatlarda hazırki iş üzrə cavabdehə 25.000 ABŞ dolları deyil, 19.500 manat verildiyi təsdiq olunur.

12. Məhkəmə öz gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, MPM-in 9.3, 14.2, 372.6, 384.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.2.7, 1091.1, 1092.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (vəkil X13) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamən i tam qanuni və əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tam araşdırmadan dəlillərin əsassız olması qənaətinə gəlmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən pulun bank vasitəsi ilə kim tərəfindən göndərilməsi-köçürülməsi və köçürmənin təyinatı müəyyən edilməmişdir. İddiaçı 19.500 manat pulu həqiqətən də cavabdehə və ya onun qızına göndərmişdirsə, nəyə görə hüquq mühafizə orqanlarına Şəki Əsgərovun onun pulunu mənimsəməsi ilə bağlı şikayət etmişdir. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində həyat yoldaşının bacısı oğlu X7 ticarətlə məşğul olduğunu və ona pul lazım olduğu üçün mənzili banka girov qoyara q kredit götürməsinə razılıq verdiyini, Ramizin krediti qaytardıqdan sonra mənzili də geri qaytaracağını, lakin sonradan Ramizin mənzili geri qaytarmaq imkanının olmadığını göstərmişdir. Bütün bu olanlardan sonra cavabdehin iddiaçının hesabına əsassız varlanmasını və ona görə də cavabdehin əldə etdiklərini geri qaytarılması ilə bağlı qətnamə qəbul etmək əsaslı deyil. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Rusiya Federasiyasının Kazan şəhərindən Şəki Əsgərova 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin bank vasitəsi ilə göndərilməsi və sonuncu tərəfindən həmin pul vəsaitinin xx.xx.2015-ci il tarixdə “Zaminbank”dan alınması və həmin pulun cavabdehə verilməsi sübut edilməmişdir. Hesab edirik ki, məhkəmə kollegiy ası pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin yol verdiyi yanlışlığı olduğu kimi təkrarlamışdır. 19.500 manat pulun 2015-ci ildə Şəki Əsgərov tərəfindən cavabdehə verilməsi, hazırda həmin məbləğdə pulun iddiaçının xeyrinə tutulması üçün əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

17. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya qaytarma vəzifəsi şamil edilir.

20. Maddə 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə qaytarma vəzifəsi şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin yoxlanılan hissəsində apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

31. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəmə si işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

32. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)4741/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar