Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-599/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-cı il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 12.000 manat məbləğində pulun, dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 31 manatın, etibarnamənin təsdiqi üçün rüsum olaraq ödənilmiş 11,5 manatın, cəmi 12 042,50 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər E.Nəbiyev və R.Qurbanov) Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Az ərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 X ilə 14 avqust 2009-cu il tarixdə faktiki ailə qurmuşlar. 13 fevral 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bİrgə nikah dövründə 04 oktyabr 2011-ci il tarixdə haqqında söhbət gedən “Mercedes E220 CDİ” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. İş materialları ilə müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh1 tərəfindən “MERCEDES BENZ E 220 CDİ- minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 dekabr 2011-ci il tarixdə etibarnamə ilə İddiaçı verilmiş və bununla əlaqədar avtomobilin dəyəri həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh1 ödənilmişdir. Cavabdeh1 ilə X arasından olan nikahları 2016-cı ildə pozulmuşdur. Bundan sonra iddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmla kın bölünməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) tələbinə dair iddiası təmin edilmiş, “Mercedes E220 CDİ” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə X, ½ hissəsinə isə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddia tələbinə münasibətdə izahatında mübahisə predmeti olan “MERCEDES BENZ E 220 CDİ- minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən İddiaçı dəyəri ödənilməklə etibarnamə əsasın da satıldığını etiraf etmişdir. Cavabdeh aldığı pulu X müalicəsinə xərclədiyini iddia etsə də, bunu sübut edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd edilən qətnamə ilə hüquqularının pozulduğunu göstərək avtomobilə görə ödədiyi pulu cavabdehlərdən geri tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2017-ci il tarixli 24320 saylı rəyinə əsasən 1999-cu il buraxılışlı, “Mercedes Benz E220” markalı avtomobilin 2017-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən 12.00 0 manat müəyyən edilmişdir. 1999-cu il buraxılışlı “Mercedes Benz E220” markalı avtomobilin 1999-cu ilin dekabr ayına orta bazar qiyməti təxminən 16.500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin məcəllənin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının z ədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı avtomobilə görə aldığı pulları X müalicəsinə xərclədi yini və ona görə də iddiaçının tələb etdiyi pulun yarı hissəsinin Cavabdeh2 tutulmalı olması barədə kassastorun dəlilləri əsassızdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 istinad etdiyi dəlilləri işə məhkəmə baxışlarında sübuta yetirə bilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Cavabdeh1 qəbul edilmiş qətnamənin qanuniliyini yalnız bu əsasla mübahisələndirir, yəni iddiaçının verdiyi tələbi özünə münasibətdə qismən qəbul edir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh2 hal hazırda avtomobili iddiaçıdan geri tələb etmir və ona görə də iddiaçının verdiyi tələbə münasibətdə iddia verilən vaxt pozulmuş subyektiv hüququ olmamışdır. Ona görə də ondan tutulması qət edilmiş məbləğin yarısının Cavabdeh2 tutulmalı olması barədə kassatorun dəlilləri əs aslı deyildir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-599/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-599/2019
01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver