Məhkəmə qərarları › İş №2(102)-599/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-599/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-599/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aktının rəsmi qaydada verilməsi, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1931/2023 nömrəli, 04 dekabr 2023cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməs inin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1nə (bundan sonra – MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəyən 50.491 manat maddi zərərin, 100.000 manat mənəvi zərərin, ümumilikdə 150.491 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-4538/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, dəymiş maddi ziyana görə 27200 manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 500 manatın Cavabdeh2 alınaraq, iddiaçıya ödənilməsi qət edilmişdir.

3. İddiaçı və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, maddi zərərə görə 22200 manat və mənəvi zərərə görə 500 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

6. Cavabdeh1 MMC xx.xx.2023-cü il tarixdə kassasiya şikay əti və prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən etibarən MMC-nin hüquqi ünvanına və fəaliyyət göstərdyi ünvana qətnamə daxil olmamışdır. Qətnamənin tərəflərindən elektron qaydada qəbul edilmiş, rəsmi qaydada kağız daşıyıcıda daxil olmasının gözləmişlər. İcra qurumunun verdiyi məlumata əsasən qətnamənin qüvvəyə minməsi barədə məlumat əldə etmələri səbəbindən kassasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən buraxılmışdır.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X1 ərizəyə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə şirkət əməkdaşları hüquqi nəticələrini bilmədən elektron kabinet vasitəsi ilə təhvil almış, lakin rəhbərliyə zamanında bu barədə məlumat verilməmişlər.

8. Apellyasiya instansiyası məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 MMC tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, alındığı müddətdən (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) kifayət qədər uzun zaman keçmiş (qanunla müəyyən edilmiş şikayət vermək müddəti ötürülmüş) və qeyd edilən müddətin buraxmasının üzrlü olması (hesab edilməsi) barədə sübutlar təqdim edilməmişdir. Ərizəçinin dəlilləri müddətin üzrlü hesab edilməsi üçün əsas deyildir. Hətta MMC-nin vəzifəli şəxslərinin vəzifə səhlənkarlığı nəticəsində elektron məhkəmə sistemi vasitəsi ilə əldə etdikləri məlumatın (qətnamənin) aidiyyəti üzrə təqdim olunmadığı belə sübuta yetirilmir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 129.3, 129.4, 133.1, 135.2, 135.3, 135.6, 135.8, 146-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

11. Cavabdeh1 MMC (Vəkil3) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti müddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, elektron kabinetə yerləşdirilmiş qətnamə barədə MPM-in 135.6-ci maddəsinə uyğun olaraq sms bildiriş almamışlar. Bu səbəbdən də qətnamə rəsmi qaydada verilmiş sayıla bilməz.

13. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən h üquq Mülki Prosessual Məcəllə

14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı v ə 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kas sasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

26. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci madd əsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

27. MPM-in 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2023-cü tarixdə yerləşdirilməklə həmin tərəfə rəsmi qaydada verilmiş, lakin kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, müddət ötürülməklə təqdim olunmuşdur.

29. Cavabdeh MMC-yə qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə sms bildiriş göndərilmədiyi barədə kassasiya şikayətin in dəlili açıq-aşkar əsassızdır. Çünki qeyd olunan bildirişin verilməsində məqsəd işdə iştirak edən şəxsi kabinetə məhkəmə sənədinin yerləşdirildiyi barədə xəbərdar etməkdir. Cavabdeh özü müddətin bərpası barədə ərizəsində və şikayətində artıq xx.xx.20213-cü il tarixdə hüquqi şəxsin aidiyyəti əməkdaşlarının qətnamənin elektron kabinetə yerləşdirildiyi barədə xəbərdar olduqlarını, lakin bu barədə rəhbərliyi məlumatlandırmadıqlarını etiraf etmişdir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-1931/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar