Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5990/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər xxx qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nəvazi Əsirli Vidadi oğlunun iştirakı ilə, Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)3879/2021 nömrəli qətnaməsindən cavabdeh xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 25 dekabr 2014-cü il tarixli, 25122014-213342 saylı bank hesabı və kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən xxx qızına illik 30 % dərəcəsi olmaqla 12 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə X1 və Cavabdeh2 arasında 25 dekabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ASC-nin 14 sentyabr 2020-ci il tarixli arayışına əsasən xxx qızının 25 dekabr 20 14-cü il tarixli kredit müqaviləsi üzrə 07 sentyabr 2020-ci il tarixə 2878,87 ABŞ dolları əsas, 79,47 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 2599,90 ABŞ dolları cərimə, 676,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəli ilə borc, cəmi 6235,04 ABŞ dolları kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə cavabdehlər xxx qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2878,87 ABŞ dolları əsas, 79,47 ABŞ dolları faiz, 2599,90 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz 676,80 ABŞ dolları olmaqla, cəmi 6235,04 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borcalan əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh X2 19 oktyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(011)5643/2020 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddianın qismən təmin edilməsi, 2878,87 ABŞ dolları məbləğində əsas, 79,47 ABŞ dolları məbləğində faiz, 676,80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 100 manat məbləğində cərimə olmaqla, cəmi 3735,14 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 12 manat dövlət rüsumunun xxx qızından, Cavabdeh2 və Cavabdeh3 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaç ıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tələb edilməsi hissəsində də əsaslıdır. Belə ki, tərəflər arasında müqavilə 25 dekabr 2014-cü il tarixdə 12 ay müddətinə, yəni 25 dekabr 2017-ci il tarixədək bağlansa da, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəti bitənədək, habelə sonra da borcunu tam ödəməmişdir. Məhkəmə, MM-in 467-ci maddəsinə əsasən cərimənin 100 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli saymışdır. Məhkəmə cavabdehi n iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı iddia ərizəsini iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə 25 noyabr 2016-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 25 noyabr 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Sonradan cavabdeh xxx qızının məhkəmə əmrindən verdiyi etiraz əsasında işə baxılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsi 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən qəbul edilmiş, həmin cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə təmin edilərək iddia ərizəsi baxılmamış s axlanılmışdır. Yenidən iddiaçının borcun tutulması barədə verdiyi iddiası Xətai Rayon Məhkəməsi 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin həmin qətnamədən də verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ilə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 373.2, 380.1, 381.1ci maddələrinə əsasən hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmədən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh xxx qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(011)-5643/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-879/2021 nömrəli qətnaməsi ilə (hakim A.Q.Əsgərovun sədrliyi və məruzəsi ilə, A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(011)-5643/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, işə apellyasiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 01 iyun 2021-ci il tarixli, 16-01718-2021 saylı məktubunda göstərilir ki, xxx qızının adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditl ərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin bank tərəfindən ötürülməsi ilə bağlı dəlillərinə münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin dəyərləndirilməsi ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmədən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh xxx qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-879/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin iddiaçıya olan kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmalıdır. Borcun restrukturizasiya olunması faktı əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə MM-in 373.2-ci maddəsi ilə müəyyən olunan iddia müddətini ötürmüşdür. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Nəvazi Əsirli Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki ka ssasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassatorun şikayəti əsasında maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etir af etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sa yıla bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar he sab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq iş ə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh 19 oktyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə verərək, iddia müddətinin tətb iq edilməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində həmin ərizəyə münasibət bildirərkən göstərmişdir ki, iddiaçı iddia müddəti ötmədən əvvəllər 2016-cı il və 2019-cu illərdə kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəməyə müraciət etdiyindən, lakin hər iki dəfə iddia Bakı Apellyasiya Məhkəməsinin qərardadları ilə baxılmamış saxlanıldığından, iddiaçı hazırki iddianı verərkən qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri nəticə ilə razılaşmır və hesab edir ki, həmin məhkəmələr hazırki mübahisəyə MM-in 380-ci maddəsini tətbiq etməklə və Məcəllənin 381-ci maddəsini nəzərə almamaqla maddi hüquq normalarını pozmuşlar. Kolle giya qeyd edir ki, iddiaçı əvvəllər iddia versə də, iddia məhkəmələr tərəfindən baxılmamış saxlanmışdır. Belə olan halda iddia müddətinin axımı Mülki Məcəllənin 381.1ci maddəsinin tələblərinə əsasən ümumi qaydada davam edir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının əvvəllər iddia verdiyi iddialarının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı məhkəmə tərəfindən baxılmamış saxlanılması MM-in 382-ci maddəsinə əsasən bərpa edilməsi üçün əsas ola bilər. Lakin məhkəmələr tərəfindən cavabdehin ərizəsinə və iddiaçının bu ərizəyə etirazına həmin maddənin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən m əhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 41 7, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-3879/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5990/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5990/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver