Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-60/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-60/21 (Açar sözlər: alimentin artırılması ) 02.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X qızı və onun vəkili Əbdürəhmanov Kənan Səfər oğlunun iştirakları ilə, İddiaçı X qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və müalicə pulu tələbinə dair” Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-935/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsindən iddia çı X qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə cavabdeh xx xxx 2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2004-cü il tarixdə XX adlı uşaqları doğulmuşdur. Tərəflər aralarındakı ər-arvad münasibətləri pozulmuş və Astara Rayon Məhkəməsinin 2(018)-80/2009 saylı, xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə nikah ləğv edilmişdir. Birgə nikahdan doğulmuş X3 iddiaçı X qızının himayəsində qalmışdır. İddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanmasından ötrü ona maddi yardım göstərilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 2(018)1086/2013 saylı, xx xxxxxx 2013-cü il tarix li qətnaməsinə əsasən xx xxxxxx 2004-ci il tarixdə doğulmuş XX adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün “100” manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra dolanacaq xərclərinin yüksəlməsi və uşağın mütəmadi müalicəsinə əlavə xərclər lazım olması ilə bağlı hazırkı mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X qızı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və müalicə pulu tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1086/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıb hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin tərəflərin birgə nikahından xx xxxxxx 2004-cü il tarixdə doğulmuş X2 müayinə və müalicəsi üçün faktiki çəkilmiş əlavə xərclərə görə 6.462 (altı min dörd yüz altmış iki) manat pulun cavabdehdən alınıb ona verilməsi, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb olunması qaydasının və miqdarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X qızının nümayəndəsi X4 iddia tələbinin həcminin təqdim etdiyi qəbzlərə əsasən 308 manat məbləğində artırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehdən uşağın müayinə və müalicəsi ilə əlaqədar çəkilmiş əlavə xərclərə görə cəmi 6.770 (altı min yeddi yüz yetmiş) manat pulun, 136 (bir yüz otuz altı) manat alimentin və gələcəkdə uşağın müayinə və müalicəsi ilə əlaqədar çəkiləcək xərclərə görə sabit pul məbləğinin müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-1086/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən 02 fevral 2004-ci il tarixdə doğulmuş Emil adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün “100” manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra dolanacaq xərcləri yüksəlmiş və Azərbaycan Respublikasında 2017-ci ildə yaşayış minumumu xərcləri uşağlar üçün 136,40 manat müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş övladları X3 “2-ci li toksikoezefalit, gicolma sindromu'’ xəstəliyi ilə əziyyət çəkir. Bir vali deyin kimi cavabdeh ağır xəstə olan uşağın müalicəsi ilə əlaqədar xərclərə heç bir köməklik etmir. Valideyin kimi cavabdeh ağır xəstə olan uşağın müalicəsi ilə əlaqədar xərclərə heç bir köməklik etmir. Məhz bu səbəbdən alimentin miqdarı artırılmalı və cavabdeh əlavə xərclərin ödənilməsinə cəlb edilməlidir. Birgə övladları olan X3 “Serebral iflic” xəstəliyindən əziyyət çəkir. Onun mütəmadi müalicəsi və əməliyyatı üçün aşağıda qeyd etdiyi qaydada pul ödəmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli mədaxil qəbzi ilə 1.740 manat, xx.xx.2017-ci il tarixli qəbzlə 60 manat; xx.xx.2017-ci ıl tarixli 33043 saylı qəbzlə 35 manat; xx.xx.2017-ci il tarixli 33051 saylı qəbzlə 66 manat; xx.xx.2017-ci il tarixli 33159 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 33158 saylı qəbzlə 10 manat; xx.xx.2017- ci il tarixli 33324 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 33452 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 33451 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 33577 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 33736 saylı qəbzlə 10 manat; xx.xx.2017ci il tarixli 33851 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 33852 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 34125 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 33959 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 33960 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 34124 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 34196 saylı qəbzlə 53 manat; xx.xx.2017-ci il tarixli 37845 saylı qəbzlə 100 manat; xx.xx.2017-ci il tarixli 37846 saylı qəbzlə 286 manat; xx.xx.2017-ci il tarixli 38003 saylı qəbzlə 10 manat; xx.xx.2017-ci il tarixli 38245 saylı qəbzlə 220 manat; xx.xx.2017-ci il tarixli 131724 saylı qəbzlə 100 manat; xx.xx.2017-ci il tarixli 45371 saylı qəbzlə 100 manat; xx.xx.2017-ci il tarixli 45372 saylı qəbzlə 75 manat; xx.xx.2017-ci il tarixli 45373 saylı qəbzlə 129 manat; xx.xx.2017-ci il tarixli 45935 saylı qəbzlə 24 manat; xx.xx.2014-ci il tarixli qəbzlə 1.400 manat; xx.xx.2017-ci il tarixli 45310 saylı qəbzlə 100 manat və xx.xx.2017-ci il tarixli 143543 saylı qəbzlə 1.450 manat cəmi 6.462 manat faktiki olaraq xərc çəkmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1976/2017 saylı, xx xxxxxx 2017-ci il qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddiaçı X qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və müalicə pulu tələbinə dair” iddiasının qismən təm in edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-1086/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X qızına verilməsi, Cavabdeh azyaşlı uşağı - xx xxxxxx 2004-cü il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməsi, Cavabdeh X2 müalicəsi ilə bağlı ödənmiş 3.385 (üç min üç yüz səksən beş) manat pulun alınaraq iddiaçı X qızına verilməsi, Cavabdeh X2 müalicəsi ilə bağlı hər ay 200 (iki yüz) manat pulun alınaraq iddiaçı X qızına verilməsi, cavabdehdən pulun tutulmasına qətnamənin qanuni qüvvə yə minən vaxtdan başlanılması, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3, 27-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 19-cu maddələrinə və Ailə Məcəlləsinin 3, 78.1, 78.2, 81.1, 112.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər- Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx xxx 2020-ci il tarixli, 2(106)-935/20 nömrəli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 2(018)-1976/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi Elmirə Ağasiyeva tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən “Cavabdeh X2 müalicəsi ilə bağlı ödənmiş 3.385 (üç min üç yüz səksən beş) manat pulun alınaraq iddiaçı X qızına verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1976/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi Elmirə Ağasiyeva tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən “Cavabdeh X2 müalicəsi ilə bağlı hər ay 200 (iki yüz) manat pulun alınaraq iddiaçı X qızına verilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh X2 müalicəsi ilə bağlı hər ay 70 (yetmiş) manat pul alınaraq iddiaçı X qızına verilməsi, qətnamənin Cavabdeh nümayəndəsi Elmirə Ağasiyeva tə rəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi ödənilmiş müalicə pulu hissəsində ləğv edərək, həmin hissədə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Ailə Məcəlləsinin 29.2, 56.1, 75.1, 78.1, 81, 84, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı X qızı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın birinci instansiya məhkəməsində təmin edilən həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya məhkəməsi uşağın müalicəsi üçün olan qəbzlərin kserosurət olması və ödənişlərin bahalı klinikada aparılması ilə bağlı hallara düzgün qiymət verməmişdir. Ödənişlər “X7” və “X8”da edilmişdir. Hər iki klinika fəaliyyət göstərir, sorğu göndərilməklə həqiqətən ödnəşinin edilib-edilməməsini müəyyən etmək mümkündür. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X qızı və onun vəkili Əbdürəhmanov Kənan Səfər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik tö rətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əssən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məcəllənin 84.2.3-cü maddəs inə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən tə sdiq olunmuş çıxarış təqdim edilir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Qətnamə uşağın müalicəsi üçün çəkilən və çəkilmiş xərclərin tutulması ilə bağlı hissədə mübahisələndirilir. Apellyasiya Məhkəməsi uşağın müalicəsi üçün çəkilmiş xərclərlə bağlı iddiaçının təqdim etdiyi sübutları mötəbər hesab etməmiş və ona görə iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə kollegiyası həmin məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşır. Beləki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77-ci maddələri). Eyni zamanda nəzərə almaq lazımdır ki, tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün gətirdiyi dəlillər mötəbər olmalıdır. Hazırkı işdə iddiaçı yazılı sübutların surətini məhkəməyə təqdim edib. Prosessual qanunvericilik belə sübutların mötəbərliyini o halda tanıyır ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilsin (MPM-nini 89.3. maddəsi). Təqdim edilmiş sübutlar kserosurət olduğu üçün və eləcə də həqiqiliyi şübhə doğuran hallar olduğundan (bütün qəbzlər bahalı müalicə müəssisələrindəndir) məhkəmə haqlı olaraq onlara tənqidi yanaşmış və mötəbər sübut kimi qəbul etməmişdir. Elə həmin mövqedən çıxış edən Apellyasiya Məhkəməsi uşağın müalicəsi üçün əlavə xərclərlə ba ğlı sabit pul məbləğini azaldaraq ağlabatan məbləğ müəyyən etmişdir. Çünki təqdim edilmiş sübutlar əsasında uşağın müalicəsi üçün hər ay nə qədər vəsait xərclənməsini təsdiq edən mənzərə aydın deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmişdir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-935/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.