Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-60/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi 19.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5759/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X tərəfindən verilmiş 14.12.2017-ci il tarixli 02/67 nömrəli forma 2 arayışından, ASAN 3 xidməti tərəfindən verilmiş 12.02.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və 24.10.2009-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi, ünvan 1 ünvanda yerləşən evin ¼ payının sahibi X3 olmuşdur. İddiaçı və X1 həmin ünvanda qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.m-dən ibarət yaşayış sahəs inə onun istifadə hüququnun tanınması, uzun müddət orda yaşaması faktı barədə və ona arayışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.\
3. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü madəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanda yerləşən sahəsi 6,0 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, doğulduğu 1973-cü ildən ünvan 2 ünvanda yaşamış, 1989-cu ildən qeydiyyata alınmışdır. Bxxx küçəsi dalan 1, 2 nömrəli evin ¼ hissəsi onun X1nun mülkiyyətində olmuşdur. X1 2002-ci ildə ailə qurmuşdur, mənzilin sahə si kiçik olduğuna görə, o, yaşadıqların evin həyətindəki sahəsi 6,0 kv.m olan tikiliyə köçmüş və 2013-cü ilə kimi orada yaşamışdır. Sonradan ailəsi ilə birlikdə orada yaşamaq çətin olduğuna görə 2013-cü ildən qaynatasına məxsus olan xxx küçəsindəki 25 nömrəli evin 11 nömrəli mənzilinə köçmüşdür. Hazırkı vaxta kimi ailəsi ilə birlikdə orada yaşayır. 2018-ci ildə onun qeydiyyatda olduğu və X1nun mülkiyyətində olan xxx küçəsi dalan 1, 2 nömrəli ev sökülmüş və qardaşı X pul kompensasiyası ödənilmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikili də sökülmüş və həmin tikiliyə görə qardaşı X 4.900 manat pul ödənilmişdir. Qardaşı həmin pulu ona verməmiş və o, da pulu qardaşından tələb etməmişdir. Onun yaşadığı sahəsi 6,0 kv.m tikiliyə dair hər hansı bir hüquq müəyyənedici sənədi (qeydiyyat vəsiqəsi, ç ıxarış, texniki pasport, plan-sxemi və sair) yoxdur. Hazırda tikili də mövcud deyildir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 08 aprel 2021-ci il, tarixli 2(004)- 2218/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X qarşı “ünvan 2 ünvanda həyət evində yerləşən sahəsi 6 (altı) kv.m-dən ibarət yaşayış sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və bu barədə cavabdehin məlumatlandırılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia əsassız olduğundan rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü, Mülki Prossesual Məcəllənin 77.1, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5759/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(004)- 2218/2021 n ömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq M ülki Prossesual Məcəllə
20. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
21. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
22. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
23. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5759/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.