Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6008/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili X1 oğlunun və Cavabdeh3 vəkili X2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-3158/2019 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hak im Ş.Məhərrəmova) 21.11.2016-cı il tarixli, 2(001)-13216/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası qismən təmin olunaraq,ödəniş gününə olan məzənnə üzrə 14122.05 ABŞ dolları əsas borc, 17173.76 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi tarixdən 02.09.2016-cı il tarixədək 5% bank uçot dərəcəsi üzrə hesablanmış 1017.24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32413.05 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun və bank xidmət haqq ının 05%-i, yəni 55 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 95%-i, yəni 29.45 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə verilməsi, iddia tələbinin cərimənin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, E.Kazımov) 30.08.2017-ci il tarixli, 2(103)-2345/2017 nömrəli qətnaməsi ilə Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli qətnaməsinin qismən - “müqavilə müddətinin bitdiyi tarixdən 02.09.2016-cı il tarixədək 5% bank uçot dərəcəsi üzrə hesablanmış 1017.24 ABŞ dolları faiz borcunun tutulması” hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli qətnaməsinin ödəniş gününə olan məzənnə üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 14122.05 ABŞ dolları əsas borcun, 17173.76 ABŞ dolları faiz borcunun, 1845.23 ABŞ dolları məbləğində cərimənin, ödənilmiş 31 manat dövlət rüsumunun və bank xidmət haqqının tutularaq “xxxx” ASC-yə ödənilməsi hissəsində dəyişdirilməsi, 14121.27 ABŞ dolları əsas borc, 14807.31 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 29028.58 ABŞ dollarının alınacaq gündə Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə və 26.35 manat dövlət rüsumunun, bank xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın85 manatının müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, 15 manatının isə iddiaçı “xxxx” ASC-dən alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev) 06.03.2018-ci il tarixli, 2(102)-855/18 saylı qərarı ilə Cavabdeh3tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.08.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) 18.07.2018-ci il tarixli, 2(103)-5854/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli, 2(001)-13216/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, “xxxx” ASC-nin iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İskəndərov, İ.Dəmirov) 14.12.2018-ci il tarixli, 2(102)-8485/2018 saylı qərarı ilə iddiaçı “xxxx” ASCtərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.07.2018-ci il tarixli, 2(103)-5854/2018 nömr əli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 22.04.2019-cu il tarixli, 2(103)-3158/2019 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.11.2016cı il tarixli qətnaməsinin qismən - “müqavilə müddətinin bitdiyi tarixdən 02.09.2016-cı il tarixədək 5% bank uçot dərəcəsi üzrə hesablanmış 1017.24 ABŞ dolları faiz borcunun tutulması” hissəsində ləğv edilməsi, iddianın təmin hissədə rədd edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.11.2016-cı il tarixli, 2(001)-13216/2016 nömrəli qətnaməsinin iddianın Cavabdeh3 qarşı təmin olunmuş “əsas və faiz bo rcunun tutulması” hissəsində dəyişdirilməsi və qətnamə ilə “xxxx” ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləğinin 14121.27 ABŞ dolları, faiz borcunun məbləğinin isə 16181.27 ABŞ dollarının ödəniş günü Mərkəzi Bankın manata olan məzənnəsinə uyğun olaraq müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 85 manatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 15 manatının isə iddiaçı “xxxx” ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, işə apellyasiya qaydasında baxılması üçün apellyant Cavabdeh3 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatının özünə, 5 manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 22.09.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanılmış 16.03.2012-ci il tarixli, 02/1035/AFS saylı kredit müqaviləsinə əsasən hesablanmış 14122.05. ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 17173.76 ABŞ dolları məbləğində faiz borcu və müqavilənin 5.2-ci bəndinə əsasən 1845.23 ABŞ dolları məbləğində cərimə və 1017.24 ABŞ dolloarı məbləğində gecikmiş vaxt üçün illik 5% bank uçot dərəcəsi olmaqla, cəmi 34158.28 ABŞ dolları məbləğində və ödənilmiş 31 manat dövlət rüsumu (30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı) məhkəmə xərclərinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 nümayəndəsi Cavabdeh2 və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2018-ci il tarixli, 2(102)-8485/2018 saylı qərarından görünür ki, Cəlal Seydimov məhkəməyə dəvət edilib dindirilməli olduğu halda, dəvət edilib dindirilməmişdir. A.Sadıqov isə dindiril ərkən DYP-nə yazılan məktubu bankın idarə heyəti tərəfindən kiminsə göstərişi ilə imzaladığını göstərməsinə baxmayaraq, həmin şəxs məhkəməyə dəvət edilib dindirilməmiş, məktubun yazılma səbəbi aydınlaşdırılmamışdır. Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyasının göstərişinə əməl edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin və Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinin tələblərini də pozmuşdur. Bankın təqsiri üzündən avtomaşın cavabdehdən alındıqdan sonra dərhal satılsa idi, kredit borcu tam ödənilmiş olardı və əsassız faizlər hesablanmazdı. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-3158/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçü n həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili X1 oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 22.04.2019-cu il tarixli, 2(103)-3158/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 16.03.2012-ci il tarixli 02/1035/AFS saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə avtomobil almaq məqsədilə 36 ay müddətinə illik 16% ödənilməsi şərti ilə 91503 ABŞ dollar məbləğində pul vəsaiti verilmiş, həmin kreditin təminatı olaraq Bank ilə Cavabdeh2 arasında 16.03.2012-ci il tarixli 02/1035/AFS saylı, eyni zamanda B ank ilə Cavabdeh1 arasında 16.03.2012-ci il tarixli 02/1035/AFS saylı zaminlik müqavilələri bağlanmışdır. “xxxx” ASC tərəfindən verilmiş hesabatdan görünür ki, cavabdehin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində banka olan borcu əsas borc üzrə 14122.05 ABŞ dolları, faiz borcu üzrə 17173.76 ABŞ dolları və cərimə üzrə 1845.23 ABŞ dolları, həmçinin 5% bank uçot dərəcəsi üzrə 1017.24 ABŞ dolları məbləğində təşkil edir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan **-FR-*** dövlət qeydiyyat nişanlı “Nissan-Patrol” markalı avtomobili ipotekaya qoymuşdur. Lakin iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq, onları yerinə yetirmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Bank tərəfindən AR DİN BDYPİ-nə 07.08.2014-cü il tarixdə məktub ünvanlanaraq Cavabdeh3 kredit müqaviləsi üzrə borcunun tam ödənilməsi, avtomobilin girovdan çıxarılması xahiş edilmiş, bunun əsasında 08.08.2014-cü il tarixdə avtomobil aqtı-satqı yolu ilə satılmış, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə yönəldilmiş, lakin borc tam olaraq silinməmiş, cavabdehin ödənilməmiş borcu qalmışdır. O ki qaldı ipoteka predmeti olan avtomobilin hansı qiymətə satılması, satış qiymətinin Cavabdeh3 11 iyun 2013-cü il tarixə iddiaçı təşkilata olan kredit borcunu əhatə edib-etməməsi, həmin tarixə onun ödənilməmiş kredit borcunun olub-olmamasının aydınlaşdırılmasına, bu barədə məhkəmə kollegiyası tərəfindən aparılan əlavə araşdırmalar nəticəsində müəyyən olu nmuşdur ki, işdə olan ekspert rəyinə əsasən Bank ilə Cavabdeh3 arasında bağlanmış 16.03.2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla (ipoteka predmetinin satıldığı), yəni 07.08.2014-cü ilə qədər Cavabdeh3 Banka olan əsas borcu 69121,27 ABŞ dolları təşkil etmiş, lakin 07.08.2014-cü il tarixdə ipoteka predmeti satıldıqdan sonra ödənilmiş 55000 ABŞ dolları məbləğində pul vəsaiti Bank tərəfindən borclunun əsas borc məbləğindən silinmişdir. Beləliklə, tərəflər arasında bağlanmış 16.03.2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 07.08.2014-cü il tarixə Cavabdeh3 Banka əsas borcu 14121,27 ABŞ dolları, faiz borcu 14807,31 ABŞ dolları, cərimə üzrə borcu isə 922,60 ABŞ dolları təşkil etmişdir. Lakin kredit müqaviləsi müddətinin sonuna, yəni 16.03.2015-ci il tarixə Cavabdeh3 Banka borcu ümumilikdə 31055,04 ABŞ dolları təşkil etmişdir ki, bunun da 14121,27 ABŞ dolları əsas, 16181,27 ABŞ dolları faiz, 752,50 ABŞ dolları hissəsi isə cərimə borcu üzrə yaranmışdır. Bununla da müəyyən olunmuşdur ki, Bank tərəfindən 07.08.2014-cü il tarixdə məktub ünvanlanaraq Cavabdeh3 kredit müqaviləsi üzrə borcunun tam ödənilməsi, avtomobilin girovdan çıxarılması xahiş olunsa da, bu zaman Cavabdeh3 Banka borcunun olub-olmadığı məsələsi yoxlanılmamış, həmin məktubun əsasında 08.08.2014-cü il tarixdə girov predmeti olan avtomobil alqı-satqı yolu ilə satılmış, satışdan əldə olunmuş məbləğ 55000 ABŞ dolları məbləğində borcun ödənilməsinə yönəldilmiş, buna baxmayaraq borclunun Banka olan borcu tam olaraq ödənilməmiş, onun müqavilə müddətinin sonuna, yəni 16.03.2015- ci il tarixə Banka 14121,27 ABŞ dolları əsas, 16181,27 ABŞ dolları faiz, 752,50 ABŞ dolları cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan və zifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Həmin Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kassasiya kollegiyası kassasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayəti yalnız formal mülahizələrlə əsaslandırılmış, kassasiya şikayəti əsasınd a apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Nəticə olaraq kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)3158/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6008/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6008/2019
29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver