Məhkəmə qərarları › İş №2(102)-601/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-601/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: enerji ilə təchiz edən təşkilatın vəzifələrini icra etməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxxnun, Cavabdehin vəkili Vəkil xxx oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xx xx 2020-ci il tarixli, 2(103)542/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı istifadəsində olan ünvan 1ndə yerləşən istixanalarda kənd təsərrüfatı ilə məşğul olur. Həmin istixana Cavabdeh İB tərəfindən təbii qazla təchiz olunur. Cavabdeh İB əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə akt tərtib edilərək, qeyd olunan istixanalara qazın verilməsi dayandırılmışdır. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına əsassız yazılmış 2878,38 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 2878,38 manat pulun silinməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxx 2018-ci il tarixli akta əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarına əsasən İddiaçı istifadəsində olan ünvan 1ndə yerləşən istixanalarda qaz təminatı bərpa olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş arayışlara əsasən, Bakı ərazisində torpaqda yetişdiricilik edilən istixanada sentyabr ayında əkilən bir pomidor şitilindən minimum 3 kq, bir xiyar şitilindən də minimum 3 kq məhsul almaq mümkündür. İş materiallarında olan xxx tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən xxx ünvanında ailəsi ilə birlikdə yaşayan İddiaçı təsərrüfat fəaliyyəti ilə məşğuldur, dolanışığını da təsərrüfat hesabına qarşılayır. ünvan 1 yeni yaşayış massivində İddiaçı məxsus 2 istixana mövcuddur. Hər bir istixananın ölçüsü 16x38-dir. İstixanalarda pomidor və xiyar yetişdirilir. İldə 2 dəfə məhsul becərir. Yaz əkini mart-aprel aylarına, payız əkini isə avqust-sentyabr aylarına təsadüf edir. Payızda əkilən şitillər qış aylarında məhsul verməyə başlayır. Payız əkinindən hər istixanadan təxminən 6000-7000 kq məhsul götürür və hazır məhsulu müxtəlif satış obyektlərinə təhvil verir. xx.xx.2018-ci il tarixdə qaz xəttinin kəsilməsi nəticəsində 2 istixanada yetişməyə başlamış pomidor və xiyar şitilləri tamamilə məhv olmuş və vətəndaşa ziyan dəymişdir. Hazırda hər iki istixanada pomidor becərilir. Lakin qışın gəlişinə qədər məhsul yığımı başa çatması üçün vətəndaş qaz xəttinin kəsilməsi ilə qarşılaşdığı üçün payız əkinini daha tez həyata keçirir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən İddiaçı məxsus ünvan 2, ünvan 1, yeni yaşayış massivində yerləşən istixanalarda pomidor əkin sahəsində 2960 bitki, xiyar əkin sahəsində 658 bitki əkmək olardı - pomidorun bir bitkisindən becərilmə texnologiyasından asılı olaraq 5-6 kq, xiyarın bir bitkisindən 3-4 kq məhsul götürmək mümkündür. 2960 pomidor bitkisindən cəmi 14800-17760 kq məhsul, 658 ədəd xiyar bitkisi ndən cəmi 1974-2632 kq məhsul yığmaq olardı. Rəyin bioloji tədqiqat və iş materiallarında olan mütəxəssis rəyindən istifadə edilməklə pomidor və xiyar şitillərinin məhv olması nəticəsində aqrotexniki qulluq və çəkiləcək xərclər (şitillərə verilmiş məbləğ xaric) nəzərə alınmadıqda iddiaçıya dəymiş ziyanın məbləği təxminən 53972,70 (47952 + 6020,70) manat müəyyən edilir. O cümlədən: Pomidor bitkisi 2960 ədəd, məhsuldarlığı ümumilikdə 16280 (2960x5,5 (5-6 kq)) kq x 3,00, manat = 48840,00 manat - 888,00 (2960 ədəd şitil x 0,30 manat) manat = 47952,00 manat, Xiyar bitkisi 658 ədəd, məhsuldarlığı ümumilikdə 2303 (658x3,5 (3-4 kq)) kq x 2,70 = 6218,10 manat - 197,40 (658 ədəd şitil x 0,30 manat) manat = 6020,70 manat. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən il ərzində ediləcək aqrotexniki q ulluq və çəkiləcək xərclər barədə məlumat əksini tapmadığından əldən çıxmış xalis gəlirin miqdarını müəyyən etmək mümkün olmamışdır. Belə ki, əldə edilməsi ehtimal edilən dəyərdən qeyd olunan çəkilməsi zəruri olan xərclərin miqdarını çıxdıqdan sonra xalis gəlirin miqdarını müəyyən etmək olar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48240 manat məbləğində maddi, 10000 manat məbləğində mənəvi ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qazın alqı-satqısına dair müvafiq müqavilənin bağlanması vəzifəsinin Ca vabdeh üzərinə öhdəlik kimi qoyulması və ünvan 1ndə yerləşən yeni yaşayış massivində iddiaçıya məxsus torpaq sahəsində quraşdırılmış müvəqqəti sayğacın Cavabdeh tərəfindən yeni sayğac ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qaz xəttinin kəsilməsi nəticəsində təsərrüfat fəaliyyəti məhv edilmiş və cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-715/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)715/2019 nömrəli əlavə qətnaməsi ilə İddiaçı məxsus ünvan 2, ünvan 1, yeni yaşayış massivində yerləşən sahədə olan istixanada quraşdırılmış müvəqqəti qaz sayğacının Cavabdeh İB tərəfind ən yeni sayğac ilə əvəz edilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-715/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-715/2019 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)542/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-715/2019 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-715/2019 nömrəli əlavə qətnaməsindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdehndən 26986 manat məbləğində pul vəsaitinin tutularaq maddi ziyanın əvəzi olaraq İddiaçı ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikas ı MM-in 21, 385.1, 442, 454, 560, 1096-1099, 1128-1131; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80- 82, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinad edərək müəyyən etmişdir ki, Abşeron şəraitində pərdə örtüklü qazla isidilən torpaq əsaslı istixanalarda pomidor və xiyar toxumlarının səpin və əkini iki dövrdə aparılır (yay-payız aylarında (İ əkin dövriyyəsində) avqust-sentyabr aylarında və qış-yaz dövründə (İİ əkin dövriyyəsi) yanvar-mart aylarında). 2018-ci ilin rəsmi statistikasına görə pomidor və xiyar bitkilərinin məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi ziyan (əldən çıxmış faydanın) məbləği 49718-60518 manat həddində (ekspert rəyinə görə təxminən 53972,70 manat) qiymətləndirilir. Ona görə, iddiaçının iddia etdiyi dövr 2018-ci ilin yanvar – may ayların əhatə etdiyindən ekspe rt rəyi ilə ortalama və təxmini olan zərər məbləğinin yarısı - 26986 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması qanunauyğundur. İddianın qalan, mənəvi zərər hissəsində, iddiaçının özünə aid hərəkətlər həddində mülki məsuliyyətinin risk dairəsini və sübutların aidiyyətini nəzərə alaraq, təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Bundan əlavə, əlavə qətnamədən cavabdeh tərəfindən verilmiş şikayətinin əsasları qətnamə və işin hallarına uyğun gəlmədiyindən, habelə kifayət qədər aparılan müzakirələr zamanı bunlara aydınlıq gətirilmədiyindən, işin aidiyyəti halları iddiaçı tərəfindən təqdim edilən sübutlar (başqa iş üzrə qəbul edilmiş qətnamə) ilə təsdiq edildiyindən o hissədə iddianın rədd edilməsi və ya qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kasasiya şikayəti nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-542/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən istifadəsində olduğu iddia edilən istixana tikililərinin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, 2018-ci i lin yanvar ayı ərzində həmin istixanalarda ümumiliklə 3610 ədəd tərəvəz bitkisi şitilinin mövcud olduğuna, əkilmiş şitillərin alınmasına və həmin şitillərin tələf olmasına dair sübutları təqdim etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə etiraz təqdim edərək, kasasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil xxx oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və vəkili xxx kassasiya şikayətinə etiraz edərək təmin olunmaması və apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən ol unması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini təmin olunmuş hissəsində mübahisələndirildiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib ç ıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəlləni n bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 1129.1-ci maddəsinə əsasən malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının t exniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğa clarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclar ının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq hazırki mübahisə üzrə sübutetmə vəzifəsini Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən cavabdeh təşkilatın üzərinə qoymuş və sonuncunun tələb etdiyi borca dair sübutların təqdim edilmədiyini əsas götürməklə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun borcun silinməsi barədə qətnamə qəbul etmişlər. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə iddiaçıya zərər vurulması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur. Həmçin in qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, həmin zərər cavabdeh təşkilatın əməkdaşlarının hərəkətləri (iddiaçıya məxsus istixanaların qaz təminatının dayandırılması) nəticəsində vurulmuşdur. Cavabdehin əməkdaşlarının həmin hərəkətlərinin isə qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən istixanalarının iddiaçının istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə yanaşı, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib olunmuş aktlarla da öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”ndan müəyyən olunur ki, iddi açının abunəçi olduğu qazla təchiz olunan 2 istixananın ölçüləri 30 x 15 x 2,2 m. təşkil edir, əkin növü xiyar, pomidordur. İddiaçıya vurulmuş zərərin dəyəri isə apellyasiya instansiyası məhkəməsi iş üzrə təyin olunmuş məhkəmə-ekspertizasının rəyi əsasında müəyyən olunmuşdur. Ekspert rəyi isə öz növbəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik X3 Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən apellyasiya inst ansiyası məhkəməsi qeyd olunan rəyə də tənqidi yanaşmış, həmin rəylə müəyyən olunmuş zərərin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)542/2020 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar